MÜNAFİQLƏRDƏ ŞEYTAN ZƏKASI OLDUĞU ÜÇÜN ŞEYTANİ BİR QABİLİYYƏT MEYDANA GƏLİR. İNGİLİS DƏRİN DÖVLƏTİ DƏ MÜNAFİQLƏRDƏN ŞEYTAN ORDUSU KİMİ İSTİFADƏ EDİR
İngilis dərin dövləti münafiqlərdən hazır ordu kimi istifadə edir. İndi şeytan ordusu olduğu üçün bunların işçiyə ehtiyacı var. Münafiqlərdən də çox var. Şeytan içinə girdiyi üçün o insan metafizik və çox zəki bir varlığa çevrilir. O yöndən çox təhlükəlidir. Məsələn, adam orta zəkalı ikən şeytan onun içinə girəndə şeytanın zəkası hakim olur. Və böyük bir qabiliyyətə sahib olur. Yəni hər hansı bir müsəlmanın öhdəsindən gələ biləcəyi şəkildə olmur. Münafiqdə seriyalı qatil zəkası vardır. Necə ki seriyalı qatillər ələ keçmirlər. Seriyalı qatillər cinayət törədirlər, amma özünü bildirmirlər, elə deyilmi? Məsələn, adam qırx, əlli, yüz qadını öldürür. Seriyalı qatildir, amma şeytana aid zəka olduğu üçün polis heç cür tuta bilmir. Adamı onsuz da tuturlar, gözü teleskop kimi baxır. Ağıl xəstəsi olduğu aydındır. Buna dəli də deyilmir. Çünki şeytanla əməkdaşlıq etdiyi üçün həkim ona diaqnoz qoya bilmir, bunun içinə şeytan girib deyə bilmir, amma dəli də deyə bilmir, çünki dəliyə bənzəmir. Halbuki, içinə şeytanın girdiyini görə bilsə, o yöndə diaqnoz qoyacaq, amma görə bilmir.
MÜNAFİQİN RUHUNDA TƏKRAR CİNAYƏT ÇOX MÜHÜMDÜR. ÖZÜNƏ İZAH EDİLƏN MÖVZULARI, ÇOX YAXŞI ANLADIĞI VƏ ŞEYTANİ BİR YADDAŞA SAHİB OLDUĞU HALDA, YADDAŞINDA SAXLAMAZ
Münafiq köstəbək kimidir, tarla köstəbəyidir, məsələn, çıxış dəliyini bir yerdən bağlayarsan, bir də görərsən ki, başqa yerdən çıxıb. Oradan bağlayarsan, baxarsan başqa bir yerdən çıxıb. Köstəbək kordur, bilirsiniz, dəccal da kordur, münafiq də kordur, yəni mənən kordur və kardır, eşitməz. Məsələn, bir şey izah edərsən, bir daha izah edərsən anlamaz, bir daha izah edərsən anlamaz, bir şey göstərərsən yadında saxlamaz, eyni şeyi yenidən edər. Anlamadığından, bilmədiyindən deyil, şeytani bir yaddaşı vardır, lakin münafiq ruhunda təkrar əxlaqsızlıq çox mühüm olduğu üçün, təkrar cinayət əhəmiyyətli olduğu üçün, münafiq eyni cinayəti həmişə təkrar edər.
MÜNAFİQİN RUHUNDA ANARXİYA OLDUĞU ÜÇÜN HƏMİŞƏ QARIŞIQLIQ İSTƏYİR, QARAYA AĞ, AĞA QARA DEYƏRƏK HƏR MÖVZUDA MÜTLƏQ MÜXALİF ÇIXAR
Münafiqin xüsusiyyəti, narahatçılıq yaratmaq qabiliyyətinin olmasıdır, müxalifət istiqaməti çox güclüdür, hər şeyə müxalif olmaq, hər şeyə qarşı çıxmaq, ağa qara, qaraya ağ, yaxşıya pis, pisə yaxşı deməkdir, ruhunda anarxiya olduğu üçün həmişə qarışıqlıq istəyir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) deyir: “İslamı yaymaq üçün səhər erkəndən mübarizəmiz olacaq”. Adam çıxır “Ey Rəsulullah” -deyir. Yaxud “Ey Məhəmməd” -deyir. Onlar çox da ədəb bilməzlər, bəzən (s.ə.v)-in adı ilə xitab edərlər. “Hava istidir” -deyir. “Bu istidə çıxsaq, həlak olarıq” -deyir. Sən kimsən? Sən kimə ağıl verirsən? Peyğəmbər havanın isti olduğunu bilmirmi, görmürmü? Həlak olub olmayacağını bilmirmi? Sən yolunu yeriməkdən acizsən. Münafiq axmaqlığı, münafiq mədəniyyətsizliyi, münafiq nalayiqliyi və münafiq başıboşluğu, bütün münafiqlər belədir. Boş-boş danışan, nalayiq, həyasız, çaqqal, mədəniyyətsiz, əxlaqsız və mundardır, danışığını bilməz. Peyğəmbərə hava istidir deyə ağıl verir. Nəyi bəhanə edir? Sağlamlığını.
SAĞLAMLIĞINI BƏHANƏ EDƏRƏK MÜSƏLMANLARI NARAHAT ETMƏK, ONLARDAN MƏNFƏƏT ƏLDƏ ETMƏK MÜNAFİQİN ƏN ALÇAQ CƏHƏTLƏRİNDƏN BİRİDİR
Münafiqlərdə bu çox böyük bir əxlaqsızlıq məktəbidir. Sağlamlığını bəhanə edərək müsəlmanlardan bir şeylər qoparmaq, müsəlmanları narahat etmək, onları təsirsiz hala gətirmək üçün səy göstərmək. Alçağa bax, hava istiymiş, isti olsa nə olar? “Təzyiqim qalxır” -deyir. “Ürəyim dayanır” -deyir. “Beynim qaynayır” -deyir. Özünə görə o cahil başı ilə nə deyəcəksə. Heç bir şey də olmur, əslində donuz kimidir, heç bir şeyi yoxdur. Sırf əxlaqsızlıq olsun, qarışıqlıq olsun. Orada məqsədi nədir? Peyğəmbəri, haşa, düşünə bilməyən insan mövqeyində göstərmək, möminlərin sağlamlığına əhəmiyyət verməyən insan mövqeyində göstərməkdir, sağlamlıq da əhəmiyyətli bir xüsus olduğun üçün, Peyğəmbər (s.ə.v) də mərhəmətli olduğu üçün Peyğəmbər (s.ə.v)-i oradan təsirsiz hala gətirəcəyini düşünür, sağlamlıq mövzusuna qarşı mərhəmətli olduğunu bilir, şeytanca düşünür “nə desəm görəsən?” “Sağlamlığımı qarşıya qoysam” -deyir, “o mərhəmətli olduğu üçün mənim tələmə düşər” -deyir. Bax, münafiq mərhəmətdən tələ kimi istifadə edər. Sağlamlığından tələ olaraq istifadə edər. Bax alçaqlığa bax, sağlamlığından tələ olaraq istifadə edir, Peyğəmbər (s.ə.v)-in mərhəmətini tələ vəsaiti etmək istəyir, belə alçaqdır. Peyğəmbər (s.ə.v) də onda, əlbəttə ki, duruxur, “madam elədir onda axşam sərinliyində çıxaq” -deyir. Bu dəfə yeni bir əxlaqsızlıq çıxarır, amma bax, axşama qədər alçaqlığından şeytanı gözləyir, ta səhərə qədər onu qurur, planlayır, axşam “ya Rəsulullah, çox sərindir” –deyir, “mən çox üşüməyə başladım” -deyir. Çöldə axşamlar soyuq olur. “Bu soyuqda” “bir də hava da bir az qaraldı”, “gözümüzün önünü görmərik” -deyir. “Başımız bəlaya girər, bir-birimizdən ayrı düşərik” -deyir. “Həm xəstə olarıq, qrip olarıq, soyuqlayarıq, həm də qaranlıqda necə irəliləyəcəyik?” -deyir. Halbuki, istəsə məşəl işığı var, çox gözəl dümdüz yerdir, onsuz da hər şey etmək olar. Məqsəd əxlaqsızlıq etməkdir, yenə Peyğəmbər (s.ə.v)-i sağlamlıq adı ilə tələyə salmağa çalışmaqdır. Çünki əksini etsə, Peyğəmbər (s.ə.v)-ə “bizim sağlamlığımızı düşünmürsən, möminlərin canına əhəmiyyət vermirsən, bəlkə ölüb gedəcəyik, amma sən səbəb olacaqsan, ölümümə də səbəb olacaqsan ona görə sən bu qərarından imtina et” -deyəcək. Çox namərdcə və alçaqca yüksək duyğulardan istifadə edər. Mərhəməti, səbri, hörməti, nəzakəti, bütün yüksək duyğulardan münafiq alçaqca və namərdcə, şərəfsizcə və namussuzca istifadə edər. Müsəlmanlar buna çox diqqət yetirməlidirlər.
MÜNAFİQ PEYĞƏMBƏRİN MƏRHƏMƏTİNDƏN VƏ HÖRMƏT, NƏZAKƏT KİMİ BÜTÜN YÜKSƏK DUYĞULARDAN ALÇAQCA VƏ NAMƏRDCƏ MÜSƏLMANLARIN ƏLEYHİNƏ İSTİFADƏ ETMƏYƏ ÇALIŞAR
Münafiq çox həyasızdır. Məsələn, müsəlmanların nəzakətli üslubunu, səbrini müsəlmanların əleyhinə istifadə edər. Münafiqlər o dövrdə müsəlmanın vasvasılığından, Peyğəmbər (s.ə.v)-in müsəlmanlara olan qoruma duyğusundan çox alçaqca istifadə etdilər. Ayədə deyir. Şeytandan Allaha sığınıram. “Sizi çox sevən, çətinliyə düşməyinizi istəməyən” -deyir. “Ey Rəsulullah” “mən nə qədər döyüşmək istəyirəm, bilirsənmi?” -deyir. Ağlayır. “Nə gözəldir” “ təbliğə birlikdə gedəcəyik, İslamı yayacağıq” -deyir. “Amma bilmirəm” -deyir, özünü yerə atır, gözyaşları sel olur, alçaqlıq edir, Peyğəmbər (s.ə.v)-in mərhəmətindən istifadə edir. İndi Peyğəmbər (s.ə.v) də; “bu adam təcrübəsizdir, bilmir, mən bu adamı göndərsəm, başını bəlaya soxacaq, ən yaxşısı mən bunu göndərməyim” deyəcək. Alçaqca Peyğəmbər (s.ə.v)-in mərhəmətindən istifadə edir. Münafiqlərdə mərhəmətdən sui-istifadə etmək ən məşhur alçaq oyunlardan biridir. Möminlərin səbrindən sui-istifadə edər, nəzakətindən sui-istifadə edər, dərin düşünmə gücündən sui-istifadə edər, Allahı sevməsindən sui-istifadə etməyə çalışar, dinə olan vasvasılığından sui-istifadə etməyə çalışar.
MÜNAFİQLƏRİN PEYĞƏMBƏRİMİZ (S.Ə.V) İLƏ TƏK DANIŞMAQ İSTƏMƏSİNİN SƏBƏBİ ƏXLAQSIZLIĞINA MÜSƏLMANLARIN ŞAHİD OLMASININ QARŞISINI ALMAĞA ÇALIŞMAQDIR
Məsələn, yenə Peyğəmbərimiz (s.ə.v): “Ey ümməti Məhəmməd” -deyir. “Ey aslanlarım, irəli, səhər Allahın dinini yaymağa gedəcəyik” -deyir. “Yaxşı” -deyirlər “gedək, ya Rəsulullah” həmişə birlikdə hazırlaşırlar, dəvələr və s. “ya Rəsulullah” “sənə xüsusi bir şey söyləmək istəyirəm” -deyir. “Söyləyə bilərəmmi?” “Buyur övladım, nə istəyirsən?” -deyir. “Tək söyləmək istəyirəm” -deyir. Bu münafiqin bir taktikasıdır, çünki digər möminlər eşitsə, möminlər sifətinə tüpürəcək, alçaq vəziyyətə düşəcək, yaxud əxlaqsız, şərəfsizliyi isbatlı, dəlilli olacaq, ona görə möminlərin eşitməsini istəməz, həmişə yalnız danışmaq istəyər, hətta ayədə ondan çəkindirmək üçün Allah, “o zaman sədəqə verin” -deyir. Münafiq də sədəqə verməyi xoşlamır, çünki pul verməyi aldadılmaq kimi görür “o zaman danışmaqdan imtina etdim” -deyir. Halbuki, mömin sədəqəni iftixarla verər, nə olacaq beş-on qəpik verəcəksən. Münafiqin xoşuna gəlmir, bunu da verə bilmir. “O zaman ayrıca danışmaq da istəmirəm” -deyir. Beləliklə, Allah onları çəkindirir.
Münafiq müsəlmanlara özündən bir fədakarlıq, bir nemət təqdim etmək istəməz. Onsuz da Peyğəmbər (s.ə.v)-in yanına fitnə və pislik üçün getdiyinə görə, həm də müsəlmana pul vermək heç istəmədiyi bir şeydir, ona görə danışmaqdan imtina edir, münafiq həmişə tək danışmaq istəyir. Rəsulullah (s.ə.v)-ə “yalnız danışmaq istəyirik” -deyir. “Ya Rəsulullah” deyir “mən indi yeni evliyəm, bilirsənmi?” -deyir. “Evdə qadın var”, “arvadım var”, “ev də açıqdır”, “qayınana da var”, “qayınata da var” “mən getməsəm olarmı?” -deyir. Axmaq, hamısını öldürəcəklər, qətl edəcəklər. Onsuz da müsəlmanları qorumaq, onları qorumaq üçün gedir. İndi Peyğəmbərimiz (s.ə.v) onsuz da onları qorumaq üçün gedəcəyik, bir şey olmaz desə, deyəcək: “Peyğəmbər mənim nə yoldaşıma əhəmiyyət verir, nə atasına, nə də anasına” ətrafa gedib fitnə yayacaq. “O zaman otur oturanlarla birlikdə” -deyir. Ayə enir, bilirsiniz, otursunlar oturanlarla birlikdə deyə. Həmişə belə alçaqca bəhanələrlə İslama, Qurana xidmət etmək istəmirlər. Münafiqlərin belə min bir cür bəhanəsi olar. Bunları yeni kitabda daha geniş izah edəcəyik.
MÜNAFİQİN NAMƏRD XÜSUSİYYƏTLƏRİNDƏN BİRİ DƏ QURANDAN İSTİFADƏ EDƏRƏK MÜSƏLMANLARA QARŞI MÜBARİZƏ APARMASIDIR
Münafiqin ən təhlükəli xüsusiyyətlərindən biri də Qurandan istifadə edərək mübarizə aparmasıdır, Quran ayəsi ilə. Məsələn, müsəlmanlarla birlikdə cihada çıxılsın deyilsə. O, müsəlmanların öldürüləcəyini söyləyər. Rahatlıqla öldürüləcəyini və onları cihada dəvət edənləri də müsəlmanları öldürdən insan mövqeyinə gətirir. “Bir müsəlmanın öldürülməsi bütün kainatın öldürülməsi kimidir” -deyir “Ayə var”. “Qarşılığı əbədi cəhənnəmdir” -deyir. “Sən bizi bilə-bilə ölümə aparırsan” -deyir. “Cinayətə aparırsan” -deyir. “Orada Allahın hökmü açıqdır” –deyir. “Cinayətlə əlaqədar ayə var” -deyir. Bax, alçaqlığı görürsənmi? Haradan haraya əlaqə qurur. Əxlaqsıza bax, Allahın əmri olan dini yaymağı haralara aparır? Müsəlmanı necə günahlandırır? Münafiqlər belə alçaqdırlar və gözü dönmüşdür, ona görə çox ağıllı, bəsirətli, səbirli bir mübarizə lazımdır. Müsəlmanlar içərisində də it sürüsü kimi doluşurlar, bu iyul ayındakı çevriliş cəhdi tamamilə münafiq əməli idi, tamamilə. İngilis dərin dövlətinin bütün ordusu münafiqlərdən meydana gəlir, hamısı münafiqdir, onun görə lazım olan şəkildə, ağıllı mübarizə aparmaq şərtdir. Bu izah etdiklərimin hamısı Peyğəmbər (s.ə.v) dövrü üçündür, əsrimizdə də, əlbəttə, tam fərqli şəkillərdə qarşımıza münafiqlər çıxır, bunun eynisi olmur, amma müxtəlif şəkilləri, müxtəlif əks olunmaları olur.
Ənfal Surəsi 5-6 –cı ayələrdə, şeytandan Allaha sığınıram; “Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı”. “Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi. Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər” şeytandan Allaha sığınıram. “sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.” “Sən bizi ölümə sürüyürsən” -deyir. Görürsənmi? Haşa, cinayətlə günahlandırır. “Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər” -deyir. Peyğəmbər (s.ə.v) ilə.
MÜNAFİQ ÇOX BOŞBOĞAZ, HƏYASIZ, ƏDƏBSİZ, AMMA ŞEYTANİ BİR QABİLİYYƏTLƏ HAZIRCAVABDIR. ARD-ARDA ARDICIL YALAN DANIŞAR
Münafiqlər çox dilbazdırlar. Çox boşboğaz, həyasız, ədəbsizdirlər, lakin şeytani hazırcavabdırlar. Boş-boş danışar. Axmaqca olar, amma həmişə hazırcavablıqları vardır, yəni ardıcıl cavab verərlər, oradan aydın olar, münafiq heç düşünməz dərhal cavabı hazırdır. Yalan da ağzında hazırdır, çətinliyə düşəndə ardıcıl, ard-arda yalan danışar, ard-arda yalan danışar.
Rəsulullah (s.ə.v): “Əsl dilbaz münafiqdən narahat oluram” -deyir. Peyğəmbərimiz (s.ə.v): “Çünki o sizin xoşunuza gələcək şeyləri söyləyər, amma xoşunuza gəlməyəcək işləri edər” -deyir. Çox dilbaz olar münafiq. Və şeytanın təlqini ilə hazırcavabdır. Heyrət ediləcək şəkildə ardıcıl cavab verər. Və heyrət edilcək şəkildə sürətli yalan danışar. Heyrətverici şəkildə yalan danışma bacarığı vardır. Samiri də elə idi, Rəsulullah (s.ə.v) zamanının münafiqləri də elə idi. Ağlasığmaz dərəcədə ardıcıl yalan danışırlar.