İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (12 dekabr 2016; 18:00)

ŞƏHİDLİK ÖLÇÜSÜ DÜNYADAKI HƏYAT ÖLÇÜSÜNDƏN DAHA AYDIN VƏ DAHA DƏQİQ BİR HƏYAT ÖLÇÜSÜDÜR

Allah ayədə “Şəhidlər hələ özlərinə qoşulmayanlara heç bir qorxu olmayacağını və heç qəmli olmayacaqlarının müjdəsini vermək istəyərlər” buyurur.

Bəli, şəhidlik bir həyat ölçüsüdür. Bu həyat ölçüsündən daha aydın, daha dəqiq bir həyat ölçüsüdür. Biz dünya həyatı ölçüsündəyik, bu imtahanlı həyat ölçüsüdür. O da imtahanlıdır, amma yalnız müsbət imtahan var. Yəni mənfi imtahan yoxdur. O cəhətdən son dərəcə rahatdır. Hər şey müsbət olur, amma əlbəttə ki, şəhidlər də orada vəfat edəcəklər. Yəni Əzrail (ə.s)-la qarşılaşacaqlar. Qiyamətə qədər gözləyirlər. Qiyamət vaxtı hamısının canı alınacaq. Hələ canları alınmadı. Allah Qatında diridirlər, İsa Məsih necə diridirsə, onlar da diridir.

Ali-İmran surəsi, 170; Şeytandan Allaha sığınıram. Bax, “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinirlər”. Nemətlərin nə olduğunu artıq düşünün. Bax, sevinc. Dünyada nə var? Hüzn də olur, qorxu da olur, narahatçılıq da olur. Hər şey olur. Onların hiss etdiyi nədir? Yalnız sevinc. “Onlara arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər”. Qorxacaqları heç bir şey olmur, qəmli də olmurlar deyir. Mən öldüm deyə bilmir, çünki ölmədiyindən əmindir. Getdiyi yer çox rahatdır, gözəldir, amma şüurda dəyişiklik olduğu üçün hüzn də gedir, hüznü bilmir. Bir də kədərlənəcək hadisə yoxdur. Allah iki tərəfdən də kilidləyir, cənnətdə də elədir. Həm hüzn yaradacaq hadisə, həm də beynin hüzn mexanizmi yoxdur. Bədəndə elə bir sistem olmur.

 

MÜNAFİQİN SAKİTLİKDƏN XOŞU GƏLMİR. QEYRİ-SABİT, GƏRGİN, DAVAKAR, STRESSLİ BİR MÜHİT İSTƏYİR, ÇÜNKİ ŞEYTAN RUHUNDA ANARXİYA YARADIR

Münafiqin sakitlikdən xoşu gəlmir, mülayimlikdən xoşu gəlmir, qalmaqallı, qıcıqlandıran, qeyri-sabit, narahat edən bir mühit istəyir. Şeytan onu həmişə dümüsklədiyi üçün rahat dayana bilməz, gərgin, davakar, stressli bir mühit istəyər. Ruhu həmişə anarxiya halındadır, yəni şeytan onun ruhunu, bədənini buraxmaz. O öz dəliliyini, öz azğınlığını o bədənə həmişə dümsükləyərək tətbiq edər, ona görə şeytana tabe olmuş münafiq pərişan olar, artıq onun dümsükləməsindən yorğun düşər. Həmişə onu boş-boş danışdırar, mənasız hərəkətlər etdirər, anormal hücumlar etdirər, müsəlmanlara hücum etdirər, narahat edər. Münafiqlər hədsiz qudurğan olduqları üçün özlərini doğru yolda, müsəlmanları isə aldadılmış hesab edirlər. Ənfal surəsi 49-cu ayədə, münafiqlər müsəlmanlara “Bunları dinləri aldatmışdır” -deyirlər.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz