MÜNAFİQ FİKİR OĞRUSUDUR. HƏR FİKİRİN ÖZÜNƏ AİD OLDUĞUNU İDDİA EDƏR. ÇOX SAXTAKARDIR
Münafiqlərə çox diqqət yetirmək lazımdır, bax, İranda həmişə münafiqlərdən istifadə edildi, Türkiyədə münafiqlərdən istifadə edilir. Münafiqlər fikir oğrusudur, məsələn, biri bir fikir irəli sürər, “O mənim fikirim idi” -deyər. Bir şey olar, “Bax, bunları mən düşünmüşdüm, əvvəldən anlamışdım, əvvəldən görmüşdüm” -deyər. Halbuki, münafiq yolunda gedə bilməz, çox ağılsızdır. Şeytan zəkası vardır, amma ağlı çox qıtdır. Hər şeyə öz adına sahib çıxar. Məsələn, dənizdə bir gəmi gedər, “bu mənim gəmimdir” -deyər. Əksini isbat edənə halal olsun, yəni dəlidir. Münafiq zır dəlidir. Məsələn, yolda ard-arda yük maşınları gedir, “Ooo” –deyir. “Bizim yük maşınları gecikdi, o biriləri də gəlsəydi” -deyir. “Dördü keçdi, amma beşincisi harada qaldı” -deyir. Münafiqlər çox saxtakardırlar. Məsələn, biri bir fikir söyləyər, bir şey düşünüb bir ay sonra ortaya çıxar “mən yeni bir fikir tapdım, yeni bir düşüncə tapdım, baxın, mənim fikirim budur” -deyər. Məsələn, biri bir yerdə bir yazı yazar, on gün sonra baxarsan eyni yazını başqa bir yerdə çıxarıb mənim fikirimdir deyə izah edər. Münafiqdə həm fikir oğurluğu vardır, həm mal oğurluğu vardır. Yəni zır dəlidir və üzsüzdür. Məsələn, oradakı yazını göstərsələr, “o əvvəldən mənim yanımda danışırdı, məndən eşitmiş ola bilər” -deyər, zır dəlidir, yalan danışmaqda heç bir tərəddüd etməz. Rezin top kimi sıçrayar. Məsələn, sən deyirsən ki “O səndən 3 ay əvvəl yazıb, necə ola bilər?”, “A üç ay əvvəl mən danışmışdım, yanımda qeyd etmişdi” -deyir. “Əslində o məndən götürüb” -deyir. Yəni “oğru elə etdi doğrunun bağrı yarıldı” -deyirlər, o şəkildə ağlasığmaz dərəcədə arsızdırla. Amma danışanlar bir az danışan kimi anormal olduğunu anlayarlar. Amma, əlbəttə ki, bəzi axmaqlar anlamazlar. Yoxsa aydın olmayacaq kimi deyil. Münafiq çox kobud ağılsızlıq edər. Hara baxsanız, dünyanın harasına gedirsinizsə gedin eyni şəkildədir. Məsələn, ömürü boyunca casusluq edir.
MÜNAFİQ NƏ YOLLA OLURSA OLSUN MÜSƏLMANLARIN MALINA ZƏRƏR VERMƏK İSTƏYƏR. MƏSƏLƏN, SAMİRİ MÖMİNLƏRİN QIZILLARINI QƏSB EDİB BUZOV HEYKƏLİ DÜZƏLTMİŞDİR
Münafiqin bir xüsusiyyəti də müsəlmanın malına zərər verməsidir, təxribat yönüdür. Müsəlmanın malına zərər vermək münafiq üçün ən həyati mövzudur. Məsələn, bax, Samiri, müsəlmanların mallarını satdırdı. Alçaq qızıla çevirtdirdi. Onlar da qızıldan bir şey edəcəklərini zənn etdilər, apardılar. Onlara ton hesabıyla, bir neçə ton ağırlığında heykəl düzəltdi, buzov heykəli. Böyürən buzov heykəli. O müsəlmanların nə işinə yarayar ki? Müsəlmanların bütün malını-mülkünü məhv etdi. Verdiyi zərərə görə də çox sevinirdi. Halbuki, müsəlmanlar sədəqə savabı qazanmış olar, müsəlmanlar ondan bir şey itirməz. Hz. Musa (ə.s) nə etdi? Onu xeyirə çevirdi. O qədər qızılı, tonlarla qızılı mannaya çevirdi. Hansı ki qızıldan hazırlanan manna ən yaxşı mannadır. Həm də müsəlmanlara içirdi. Hamısı uzun ömürlü, sağlam oldular. Guya zərər verəcəkdi.
Münafiqin acgözlüyü çox şiddətlidir. Quranda buna çox diqqət çəkilmişdir. Normalda bildirçin əti yeyir. Bildirçin ətinin xolesterolu çox aşağıdır, yeni bu bilinən bir şeydir. Və çox faydalı bir ətdir. Bildiyim qədəri ilə ən aşağı xolesterol bildirçindədir. Ən aşağı xolesterolu olan heyvanlar, məsələn, dəvəquşudur, bildirçindir, dəvədir. Bu, çox maraqlıdır. Qısaca, münafiq nə pislik etsə, Allah onu xeyirə çevirər. Nə etsə o pislikdə müvəffəqiyyətli ola bilməz.
Samiri o zaman münafiq idi, müsəlman deyil. Amma müsəlmanların içində idi. Özünü müsəlman olaraq tanıdır. Zəkası ilə iddialı idi. “Mən dərin dövləti tanıyıram, Misir dövlətini tanıyıram. Misir mədəniyyətini çox yaxşı bilirəm, Misir adətlərini çox yaxşı bilirəm. Misirlilər kimi yemək yeyirəm. Çəngəldən istifadə etməyi, bıçaqdan istifadə etməyi bilirəm” -deyir. Çünki Misirdə yalnız kraliyət ailəsi çəngəl, bıçaq, qaşıq və s. istifadə edirdi. Xalq istifadə etmirdi. “Soğan mədəniyyətini yaxşı bilirəm, sarımsaq mədəniyyətini yaxşı bilirəm”. Sanki yaxşı bir şeymiş kimi. Allah “bu dəyərsiz olanı qiymətli olandan üstün tutdular” -deyir. Amma sırf murdarlıq olsun, acgözlük olsun. Müsəlmanları çətin vəziyyətə salmaq üçün. Münafiqin xüsusiyyətidir. Məsələn, müsəlmanların normalda yediyi yeməyi yemək istəməz. Ancaq murdarlıq etsin, narahatçılıq versin, müsəlmanları çətin vəziyyətdə buraxsın. “Sarımsaq istəyirəm” -deyir. Dağ başında sarımsaq? Sən dəlisənmi? Sarımsağı neynəyirsən? “Sarımsaq istəyirəm” -deyir. Müsəlmanları çətin vəziyyətdə buraxır. Elə kilolarla yeyəcəyindən deyil. Acgözlük deyərkən çox yemək mənasında deyil. Yediyi ilə müsəlmanları narahat etmək. Əxlaqsızlıq olsun, özünü zərər çəkmiş kimi göstərsin. Yaxşı, bəs sonra? “Soğan da istəyirəm” -deyir bax, acgözlüyünə bax. Bəs, sonra? “Acur istəyirəm” -deyir. Sonra “paxla istəyirəm” -deyir. Alçaqlıq olsun deyə. Çox gözəl bildirçin var. Çox ləzzətlidir. Bədənin bütün ehtiyaclarını qarşılayır. Allah sizə ardıca göydən manna deyilən halva kimi şirin yemək göndərir. Nə qədər gözəldir. Səhər qalxdıqları vaxt bütün ərazidə keşniş toxumu kimi, kiçik ağ şirnilər görürlər. Hələ də açıqlana bilmir. Hər yerdə şirni var, çox dadlı şirnilər. Yığırlar, qabın içinə doldururlar. Davamlı şirni yeyirlər. Və çox gümrah olurlar. Yenə səhər qalxır, yenə hər yer doludur. Heyrət ediləcək bir şeydir, Allahın hikməti. Hər yer, amma qar yağmış kimi. Dolu parçası kimi. Yarpaqların üzərində, bitkilərin tərtəmiz. Hz. Musa (ə.s) “Bir az saxlayın, Axırzamanda Moşiyah zamanında Moşiyah da görsün” -deyir. “Bir qızıl qabın içinə qoyun, bağlayın” -deyir. O indi mühafizə edilir, o müqəddəs sandıq içərisindədir. Hz. Musa (ə.s) zamanındakı o manna, ağ mannadan. Bax, heyrəvericidir. O xarab olmadan qalacaq. Bu möcüzədir. Normalda hər şey xarab olar, nə olursa olsun xarab olar. Amma bu xarab olmadan qalır.
Samirinin yanındakıların hamsı, əlbəttə ki, müsəlman idilər. Amma əlbəttə bir qismi fikir olaraq bir qismi də xarab adam idi. Amma yenə də biz ön qəbul olaraq müsəlman olduqlarını qəbul edirik. “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik” -deyir. Tam münafiq üslubudur. Bu, münafiqi tanımaq üçün bir üsuldur, Quranın üsuludur. “Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et”. Orada mərciməklə necə məşğul olacaqsan? Mərcimək əkiləcək, toxumu gətiriləcək, yığılacaq. Köçəri həyat yaşayırlar necə olsun? Hz. Musa (ə.s) da “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” “ (Bəqərə surəsi, 61) –deyir. Bax, görürsənmi Peyğəmbəri nə hala gətirirlər, necə məcbur edirlər? Həqiqətən, adamlar qayıdırlar. Sarımsaq, soğan üçün özlərini alçaldırlar, qırmacladırlar. Eşşək kimi daş daşıyırlar, tonlarla daş. Sırf sarımsaq, soğan üçün. Münafiq acgözlüyü. Halbuki, müsəlmanlar nə yeyirsə sən də ondan ye. Bu alçaqlığa, acgözlüyə nə gərək var? Təkrar edirəm, acgöz deyərkən, bol yemək mənasında deyil. Sarımsaq, soğan onsuz da çox yeyiləcək bir şey deyil. Sırf söz olsun, pislik olsun, müsəlmanları narahat etmək olsun. Özünü zərər çəkmiş kimi göstərmək üçün edir, başqa bir məqsəd yoxdur.
Münafiqin şeytanla transı tamam ayrıdır. Şeytanla transa keçdikdə sanki belə bir -bu filmlərdə olur, transsendental meditasiya deyirlər. Əlini başının üstünə qoyur, boşluğa doğru baxır. Münafiq də elədir. Şeytanla əlaqəyə keçdikdə, trans halına keçər. Manyak kimidir, hətta bəzən valideynlər də çaşarlar. “Balam, nə edirsən?” və s. deyərlər, elə deyilmi? Boşluğa doğru saatlarla, dəqiqələrlə mənasız gözlərlə baxarlar. O şeytanla transa keçməsindən qaynaqlanır. Mənliyinin içinə şeytan girər, ona vəhy edər. Şeytan ona vahy edərkən o transda insani görünüşünü itirər. Quranda “Gözlərinin axdığını, ölüm huşsuzluğu kimi baxdıqlarını görərsən” -deyir. Allah “Gözlərin xain baxışlarını bilər” -deyir. Nəzərdə tutulan odur. Sanki özünü itirər. Gözündə heç bir məna olmaz, boşluğa doğru baxar. Şeytan ona vəhyini tamamlayana qədər o davam edər. Şeytan vəhyini tamamladıqdan sonra o yeni şeytani fəaliyyətlərə başlamaq üçün hərəkətə keçər.
Nisa surəsi, 142, “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar”. Axmaq olduqları üçün həmişə Allahı aldatdıqlarına inanırlar. “Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. Münafiq Allahı heç xatırlamaq istəməz, xatırlanırsa da, o mühitdən qaçar, diqqətli baxan bunu dərhal görər. Münafiq Allahın xatırlandığı mühitdən çox sıxılar. Amma Allah “boş danışıqları çox sevərlər” -deyir. Boş danışıq olanda müsəlmanları da boş danışmağa çəkmək istəyər, özü də boş danışar.
MÜNAFİQ ŞEYTANLA ƏLAQƏDƏ OLDUĞU ÜÇÜN RUHU HƏMİŞƏ GƏRGİN VƏ NARAHATDIR. HEÇ CÜR SAKİTLƏŞMƏZ, TEZ-TEZ YENİ QARIŞIQLIQLAR MEYDANA GƏTİRƏR
Münafiq şeytanla əlaqədə olduğuna görə çox narahat və gərgindir. Münafiqin çox əsəbidir, çox gərgin və narahatdır. Şeytan daim onu qıcıqlandırar. Yeni-yeni alçaqlıqlar, utanmazlıqlar etmək üçün həmişə şeytani zəkasını işlədər, görəsən nə alçaqlıq edə bilərəm, nə pislik edə bilərəm kimi Quranda nümunələr verilmişdir. Məsələn, bildirçin əti ilə normal yaşayırlar. Birdən-birə şeytan dümsükləyir, sarımsaq istəyirəm deyir. Baş bəlası, sarımsağı gətirirsən o zaman soğan istəyirəm deyir. Soğanı gətirir o zaman mərcimək istəyirəm deyir. Sırf qarışıqlıq olsun, əxlaqsızlıq olsun deyə, yoxsa çatlayana qədər yeyəcəyindən deyil. Müsəlmanların vaxtını almaq, narahatçılıq çıxartmaq və müsəlmanları çarəsiz vəziyyətə salmağa çalışmaq. Məqsəd budur.
Münafiq İslam üçün heç cəhd göstərmək istəməz, amma şeytani bir mövzuda ağlasığmaz qabiliyyət və ağlasığmaz çalışqanlığı vardır. Yəni səyinə, şövqünə, dözümlülüyünə heyrətlənərsən. Şeytanın verdiyi təlqinlə çox cəlddir. Səlis danışar, çox səlis hərəkətlər edər, yazı yazırsa, çox səlis yazar. Çox səlis danışar, şeytanidirsə, bir şeyi çox tez tamamlayar. Məsələn, oğurluq edəcəksə dərhal, sürətlə edər.
Rəsulullah (s.ə.v) münafiqlərin özlərini ələ verən əlamətləri vardır deyir, “salamları lənətdir” lənət olsun kimi salam verər deyir, yəni kinlə salam deyir, istəməyərək edər deyir. “Yeməkləri qəsb və yağmadır”. Çünki müsəlmanların malını yeyir, amma yediyi yeməyin verdiyi qüvvətlə müsəlmana hücum edir. Onun üçün Allah onu qəsb hökmündə görür, yağma hökmündə görür, yəni Allah onun günahını onlara bu şəkildə yükləyəcəyəm deyir. “Qənimətləri hiylə ilə qazancdır”. Hər şeyi hiylə ilə əldə edər. Məsələn, danışığındakı bir məlumatı, yazdığındakı bir yazını, yaxud əldə etdiyi bir malı həmişə hiylə ilə, oyunla əldə edər. Fırıldaqla əldə edər. “Məscidlərə gec-gec gedərlər. Məsciddə qılınan namazın ancaq sonuna çatarlar”. Namaz qılmaq istəməzlər “qürurludurlar” eqolu, yəni təkəbbür hissi vardır, “nə sevilərlər, nə də sevərlər”. Müsəlmanları sevməzlər, müsəlmanlar da onları sevməz. “Gecə odun kimi səssiz” gecə heyvani bir transa girirlər, o çox mənalıdır, münafiqə gecə şeytani bir ağırlıq gəlir. O trans üzündən aydın olar. “Gündüz səs-küylüdürlər”, çox qalmaqal salarlar. Qışqırar, bağırar, müsəlmanların Allahı xatırlamasına mane olar, Quranın oxunmasına mane olar, İslamın yayılmasına mane olar. Səs-küylüdür, durduq yerə məsələn “yemək bişdimi?” qışqırar, “aşağıya enimmi?” qışqırar, sırf qalmaqal olsun. Bu hədis, İmam Əhməd, Bezzar, Cem’ül Fevaiddədir. 8110.
Yenə Rəsulullah (s.ə.v) deyir ki, Tirmizidə, Müslim və Buxaridə bütün səhih hədis kitablarında var, “Münafiqin əlaməti üçdür; danışdığı zaman yalan danışar”. Münafiq qudurmuş kimi, dəli kimi yalan danışar. “Söz verdiyi zaman yerinə yetirməz”. Məsələn, dürüst olacağam, yaxşı olacağam, doğru olacağam deyər, İslam üçün, Quran üçün, Allah üçün çalışacağam deyər, yerinə yetirməz. “Ona güvənildiyi zaman xəyanət edər”. Məsələn, müsəlman ona güvənir evini verir, imkanlarını verir, amma mütləq xəyanət edər. Xainlik edər, alçaqlıq edər. Yəni verilən imkandan xainlik üçün istifadə edər. Bu səhih hədis olduğunu anlayırıq Buxari, Müslim, Tırmizi, Nesai, Camius-Sağir, İmam Suyutidə də var. Hədis nömrəsi 25. Bunun dəyişməmiş hədis olduğu bəllidir.
MÜNAFİQİN ÜZƏRİNƏ ŞEYTAN ÇÖKDÜYÜNDƏ BƏDƏNİ SANKİ HEYVANLAŞAR. BAXIŞLARINDAKI BOŞLUĞA QURANDA XÜSUSİ DİQQƏT ÇƏKİLMİŞDİR
Münafiqin üstünə şeytan çökdükdə birdən heyvana dönər, çox vəhşiləşər. Gözündəki o ifadəni Quranda Allah detalları ilə izah edir. Sanki ölüm huşsuzluğu keçirir. O vəhy anında, şeytandan vəhy alanda sanki ağlını itirər. Ümumiyyətlə, şeytandan münafiqə vəhy gecə gələr. Ağlı gedər, yəni ona uzun-uzun sabahısı gün edəcəyi bütün pisliyi vəhy edər. Üstünə çökər, ona da dəli enerjisi verər. Dəli enerjisi və dəli cəsarəti verər. Münafiq ondan sonra hücuma keçər, hər cür alçaqlığa başlayar. Müsəlmanları narahat edəcək heyrətlənəcək şəkildə münafiq bunu tapar. Məsələn, müsəlman onun dediklərini edər, həll edər bitdi zənn edərsən səhəri gün yeni bir rüsvayçılıq, səhəri gün yeni alçaqlıq. Səhəri gün yeni başqa bir rüsvayçılıq. Bitib tükənmək bilməyən dəli enerjisi ilə, şeytanın yönləndirməsi ilə münafiqin hücumları bitməz. Məsələn, hz. Musa (ə.s) onsuz da bəladan xilas olub, onlar da bəladan xilas olublar, Fironun şiddətindən xilas olublar, böyük nemətdir, bir yerdəsiniz, möminsiniz, namaz qılırsınız, rahat yaşayırsınız, Allahı xatırlayırsınız, Allah bildirçin endirir, nə gözəldir, birlikdə yaşayın. Azğın, rahat dayanmır. Məsələn, Allah bir inək kəsməyinizi əmr edir deyir, necə də gözəldir, bir inəyi kəsin, bişirin, yeyin. Elə deyilmi? Oradakılara da payla, bir çox insan məmnun olacaq. Bir gözəllikdir, ibadətdir, mütləq şeytanın təlqini ilə çaqqallıq edəcək, münafiqlərə vəhy gecə gəlir, “necə inək?” -deyir. Hər hansı bir inək, deyir. Olmaz deyir, bizə detallarını izah edəcəksən, izah edir yenə olmadı deyir. Yenə detal istəyirəm deyir. Bax, hz. Musa (ə.s)-a vəhy gəlir, açıqlayır, yenə detal istəyir. Detal, detal, detal, detal. Allah “az qala etməyəcəkdilər” -deyir. Münafiq müsəlmanı belə çətin vəziyyətə salmaq, onu fəaliyyətlərindən geri saxlamaq üçün həmişə detallı mövzular çıxardar. Şeytani bir qabiliyyətlə. Və bu qabiliyyətin heyrətlənəcək şəkildə ardı-arası kəsilməz. Bunu böyük bir şövqlə edər. Və şeytani bir ayıqlıqla edər, məsələn, bax, orada adam nə deyir? “İnəklər bir-birinə bənzəyir” -deyir. Baxan da çox anlaya bilmir, çox şeytani bir zəkadan istifadə edir. O biri daha da betərdir, “hz. Musa” “normalda bu dinə mənsubdur, buzova sitayiş edirdi” -deyir “unudub” -deyir, “bunun başqa bir izahı yoxdur” -deyir. “İndi onun ilahını mən yenidən düzəltdim” “o da iman gətirəcək, siz də iman gətirəcəksiniz” -deyir. Adamların cahilliyinə bax ki ona inanırlar. Nə qədər təhlükəli bir mühitdir.
Hz. Musa (ə.s)-ı, Peyğəmbəri həmişə əqli çatışmazlıq içində görmək istəyirlər. Hz. Musa (ə.s)-a həm dəli deyirlər, haşa, həm də unutqan olduğunu söyləyirlər. Unuda bilər, hər insan unuda bilər. Ümmətin hər cür, min cür mövzusu ağlındadır, kiçik şeyləri unutması beynini dincəldər. Sənin bomboş şeylərini dinləyəcək halı yoxdur. Heç bir məqsədi olmayan şeyləri niyə dinləsin? Və onları niyə yaddaşında tutsun? Niyə yaddaşında tutmağa məcbur olsun? Unutdu deyir. Unutdu dediyin nədir? Azğın şeylərdən bəhs edirsən. Fironun dininə mənsub idi, unutdu deyirsən, bu çox əxlaqsız bir böhtandır. Unudulacaq bir mövzu deyil, onsuz da elə bir imanı yoxdur ki onu unutsun. Hz. Musa (ə.s) kimi ağıllı, imanlı müttəqi bir möminin bütə inanacaq halı yoxdur. Peyğəmbərdir, elə deyilmi? Ulul-əzm peyğəmbərdir. Bax, unutmadığını bildiyi halda, hər şeyi bildiyi halda belə bir mövzuda unutdu deyir. Onun unutmaqla əlaqəsi yoxdur, onu onsuz da qəbul etmir. Əsla qəbul etməyəcəyi bir inancdır. Münafiqlər bomboş, gərəksiz şeylərlə müsəlmanları çətin vəziyyətə salmağa çalışarlar. Müxtəlif şeylərlə, qaşı belə, gözü belə. “Ayağını belə yana atdı. Ayağını belə kənara tutdu. Başı belə, gözü belə”. Münafiq həmişə müsəlmanlarla əlləşər. Özünü həmişə ucaldar. Özünün necə üstün olduğunu, necə yaxşı olduğunu, necə ağıllı olduğunu. Müsəlmanın da necə nöqsanlı və necə səhv olduğunu vurğulamaq istəyir. Halbuki, əslində münafiqlərin başı boş olur. Allah əslində onları ağılsız yaradır. Münafiqlər çox axmaqdırlar. Müsəlmanlar son dərəcə ağıllıdırlar.
Rəvayətdə “Münafiq iki birlik arasında gah birinə, gah o birisinə yaxınlıq edən heyvan kimidirlər” -deyilir. Bir oraya gedir, bir buraya gedir. Gah müsəlmanlardan yana davranır, gah da küfrdən yana davranır.