İSTƏR XRİSTİAN, İSTƏRSƏ DƏ YƏHUDİ OLSUN HƏR KƏS BÜTÜN PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏLİDİR
Allahın Rəsulu (s.ə.v) haqq Peyğəmbərdir. Bir xristian hz. İsa Məsih (ə.s)-a inanacaq. Allahın birliyinə inanmaq şərti ilə İncilə uya bilər. Lakin Rəsulullah (s.ə.v)-ə yalançı desə, küfrə girər. Bir yəhudi Tövrata uya bilər, Tövrata görə yaşaya bilər, amma Allahın Rəsulu (s.ə.v)-ə yalançı desə, küfrə girər, küfr içində olar. Yalançı deyə bilməz. Nə deyəcək? “Bu insan yalançı deyil” deyəcək. Yəni ən az belə deyə bilər. “Bu insanın yalançı olduğunu iddia edənləri qəbul etmirik” deyəcək.
Nisa surəsi 150: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib:” məsələn, onu qəbul edirəm, bunu qəbul etmirəm deyən, ““Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!” – deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər” (Nisa surəsi, 150)-də. Şeytandan Allaha sığınaram, Allah: “məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa surəsi, 151) -deyir. Onun üçün Peyğəmbərimiz (s.ə.v)-i da qəbul edəcək. Məsələn, hz. İsa Məsih (ə.s)-ı qəbul etmir və yaxud “mən musəviyəm” deyir. Hz. İsa Məsih (ə.s) peyğəmbərdir, qəbul etməlisən. Qəbul etməsən, musəvi ola bilməzsən. Hz. Məhəmməd (s.ə.v)-i də qəbul etməlisən. Amma üçləmə inancını qəbul etmə. Amma bax, müsəlman hz. İsa Məsih (ə.s)-ın Qüdsi Peyğəmbər olduğunu qəbul edirsə, sən də bir müsəlmana yalançı deyə bilmədiyinə görə ona inanmalısan. Çünki musəvilər müsəlmanın şahidliyini qəbul edirlər. Yalan danışır deyə bilmir, şahidliyini qəbul edir. O zaman? Müsəlman şahiddir, “Hz. İsa Məsih (ə.s) peyğəmbərdir” -deyir, qəbul etməlidir. “Hz. Məhəmməd (s.ə.v) peyğəmbərdir” -deyir, qəbul edəcək. Müsəlman onsuzda şirki qəbul etmir, yəni üçləmə inancını qəbul etmir.
YƏHUDİLƏR HZ. MEHDİNİN ZÜHURU ÜÇÜN HAZIR VƏZİYYƏTDƏ GÖZLƏYİRLƏR
İsrail Moşiyahı qarşılamaq üçün Məsih yağını Zeytun dağının bitişiyindəki sinagogda hazır saxlayırlar, Məsih yağını Moşiyahın başına yağ sürtmək üçün hazır vəziyyətdə gözləyirlər. Və Məsih çıxdıqda şofarı üfləmək üçün, böyük boru var, o borunu da indi orada hazır saxlayırlar. Çox güclü səs çıxaran bir borudur. Baxın, işin maraqlı tərəfinə baxın, Məsihin oradan keçəcəyini bildiyi üçün Osmanlı sultanları o qapının bağlı qalması mövzusunda çox ciddi davranmışlar. Hördürmüşlər, sırf dəmir qapı ilə bağlamaqla kifayətlənməmişlər, həm də hördürmüşlər. Yəni o dövrə qədər keçən olmasın deyə. İndi hörülmüş vəziyyətdədir, yəni qapıdan keçmək mümkün deyil. Yalnız Moşiyahın keçməsi üçün bağlı saxlanılır. Bax, bu çox açıq bir dəlil deyilmi? Bütün Osmanlı sultanları o qapının bağlı olmasına çox ciddi yanaşıblar. Bütün İsrail də çox diqqət yetirir. Və şofar da həmişə hazır saxlanılır. Əlbəttə, təkcə o deyil, yəni minlərlə şofar çalınacaq. Eyni anda bütün məscidlərdə azan oxunacaq, eyni anda bütün kilsələrdə zənglər çalınacaq. Hədisdə elə keçir. Çox müdhiş bir qarşılama olacaq.
Şofarın məqsədi Moşiyahın gəlişini hərəkətə keçirmək, məbədin yenidən tikilməsini sürətləndirməkdir, yəni bu mənanı verir. Şofarın səsini eşitmək, o səsin mənası Məsihin gəlişini gözləmək, onun sevincini yaşamaq və məbədin yenidən düzəldiləcəyini, yəni hz. Süleyman (ə.s)-ın məscidinin yenidən düzəldiləcəyinin sevincini yaşamaqdır. Məqsəd budur. Axırzamanı ifadə edən bir səsdir. Onun üçün hər gün şofar çalınır. Onu eşidən yəhudilər Məsihin gəlişini xatırlayırlar və hz. Süleyman (ə.s)-ın məscidinin yenidən düzəldiləcəyini xatırlayırlar. Yəni onu izah edən qısa bir danışıq kimi, yəni uzun danışığı yekunlaşdıran danışıq kimi. O boru səsi İsraildə hər yerdə eşidilir.
Tövrat Sina dağına endiriləndə də şofar çalındı. Məbəd dövründə Baş Kohen hz. Süleyman (ə.s)-a yağ ilə sığal çəkir və şofarı çalır. Hz. Mehdi (ə.s)-da da İsraildə başına elə yağ sürtüləcək. Bu, başına yağ sürtülməsi Kohenler tərəfindən edilir. Sonra şofar çalınacaq, minlərlə şofar çalınacaq. Çox gözəl, möhtəşəm günlər olacaq.
Həzrəti Süleyman (ə.s)-ın məscidinin düzəldilməsi çox həyati bir mövzudur, inşaAllah onu edəcəyik. 24 karat tonlarla qızıl istifadə ediləcək, eynisini düzəldəcəyik. Daha geniş və daha gözəl, daha əhatəli olaraq edəcəyik. Həzrəti Süleyman (ə.s)-ın sarayını da düzəldəcəyik. Əcdadın bütün o gözəlliyini yenidən ehtişamla quracağıq, amma sonra Yəcüc və Məcücün talanına məruz qalacaq, amma buna baxmayaraq düzəldəcəyik. Yəcüc və Məcüc Mehdi (ə.s)-dan sonra çıxacaq, ondan sonra da kommunist hərəkat gəlir.
Həzrəti Süleyman (ə.s)-ın məscidini düzəldəndə bu boru səhərə qədər çalacaq. Orada, məscidin qarşısında qurban kəsəcəyik, inşaAllah, qurbanı bir ədəd, iki ədəd, on ədəd kəsməyəcəyik, yüzlərlə, minlərlə qurban kəsəcəyik. Geniş ocaqlarda bişəcək, “Qoxusu Jerikoya qədər yayılacaq” -deyir. Bütün Qüdsdən xoş ətirli kabab iyi gələcək, inşaAllah. Onun Tövratdakı mənası “Allahın dini hər yerə yayılacaq” mənasını verir. “Jerikoya qədər qoxusu yayılacaq” mənası çünki Jeriko Qüdsdən çox uzaqdır, oraya qoxunun getməyəcəyi aydındır, oraya imanın həyəcanı yayılacaq, hər yerə imanın həyəcanı yayılacaq, o mənanı verir, yəni şifahi Tövrata görə elədir, amma yazılı Tövrata görə qoxusu gedəcək şəklində yazır. Daha əvvəl də söyləmişdim, şifahi Tövratı bilməyimə heyrətlənmişdilər, Ravvinlər onu qəzetdə də yazmışdılar.