MÜNAFİQDƏ DƏLİ CƏSARƏTİ VARDIR. MÜNAFİQ CƏSARƏTİ TARİXİN ƏN MURDAR, ƏN ÇİRKLİ, ƏN AXMAQ CƏSARƏTİDİR
Münafiq mövzusu çox həyatidir. Münafiq öz aləmindədir, müsəlmanların etdiyi fəaliyyətlər, çalışmalar münafiqi heç maraqlandırmaz. O, yeməsi, içməsi, yatması, əylənməsi, söhbətləri, öz dünyası ilə maraqlanar. Yəni ortada yeyib kənarda gəzər, kənardan izləyər. Müsəlmanların çəkdiyi əziyyətlər onu heç maraqlandırmaz. Məsələn, Samiri müsəlmanlar oradan çıxıb, Misirdən Kənan elinə doğru gəlirlər. Çox çətin bir səfərdir. Adamın vecinə belə deyil. O rüsvayçılığın, düzəldəcəyi heykəlin dərdindədir. Müsəlmanları necə azdıracaq? Adamın mövzusuna bax. Tövrat oxuyub məlumatını artırıb alçaqlıqdan imtina etmək yerinə, orada oturub buzov heykəli düzəltmək dərdindədir. Müsəlmanların pulunu da ona xərclədir, imkanını da ona xərclədir. Boş danışıqlarla, boş izahlarla müsəlmanları haqq yoldan azdırmağa çalışır. Müsəlmanlar nə edir? Misirdə çox çətin vəziyyətdədirlər. Döyülürlər, söyülürlər, alçaldılırlar, ibadət edə bilmirlər, Allahı zikr edə bilmirlər. Hz.Musa (ə.s) Allahı zikr edəcəkləri şəkildə, ibadət edəcəkləri şəkildə, rahat yaşayacaqları şəkildə onları səhraya, Kənan elinə doğru aparır. Getdin Allaha şükr et, çadırları qur, ibadət et. Allah yemək də göndərir, imkanın da var, hüzur içində yaşa. Yox, mütləq əxlaqsızlıq edəcək. Buzovla, qızıl buzovla sənin nə işin var? Müsəlmanlara dünya qədər qızıl gətirtdirir. Halbuki, müsəlmanlar onunla yemək, paltar və s. də ala bilərdilər, yanlarında bir çox vəsait də gətirə bilərdilər. Pullarını qızıla yatırtdırdı, dünya qədər qızıl, ton hesabı ilə qızıldan buzov düzəltdi. Müsəlmanların çox vaxtını aldı. Baş bəlası, hər Allahın günü iş çıxardır. Məsələn, “dostlar, bu gün gipsdən qəlib hazırlayacağıq” -deyir. Bütün müsəlmanlar aylarla buzov şəklində gips qəliblə məşğul olur. Adamdakı bəla olmağa bax. İndi deyir: “böyük bir od qalayacağıq”. Bu dəfə müsəlmanlar gedib oradan-buradan odun, kömür, bilmirəm nə yığırlar, qızılı əritmək üçün gildən ocaq hazırlanır. Bu dəfə körük düzəldilir. Körük vasitəsilə çox yüksək istilik əldə edilir. Hər kəs əlindəki qızılı atır, onu əridirlər. Sonra düzəltdikləri o gildən qəlibin üstünə qızıl tökülür, bax, adamın müsəlmanlara çəkdirdiyi əziyyətə. Bəlaya bax. Qabdan tökülür, böyük qazan düzəltdirir. Ayları alan şeylərdir, böyük xərc və vaxt israfıdır. Bomboş məqsəd uğruna, sırf əxlaqsızlıq olsun. Sonra buzovu qızıldan tökdükdən sonra bu dəfə onu rəndəylə işlədir. Aylarla müsəlmanları məşğul edir. Tam əxlaqsız bəladır. Sonra da onu yerləşdirir, hz. Musa (ə.s)-ın getdiyi anı gözləyir, yerləşdirir. Bir də utanmadan: “Hz. Musanın ilahı o idi, unutdu” -deyir. Cüt təhqir var. Həm “unutdu” -deyir. Niyə unutsun? Bir də onun necə ilahı olur? Allaha inanan dindar bir insandır, mübarək bir Peyğəmbərdir. Sonra hz. Musa (ə.s) qayıdır. Hz. Musa (ə.s)-dan, təbii ki, it kimi qorxur. Ondan sonra “mən etdim sən etmə” havasında olur. “Bunu niyə etdin?” -deyir. “Sənin yolundan bir parça götürdüm”, yəni “Tövratın hökmlərini çıxartdım. Özümə görə bir din meydana gətirdim” -deyir, münafiqlik dini, münafiqanə bir sistem. Adamın əxlaqsızlığı onunla da dayanmır, “siz sarımsaq yeyirdiniz, soğan yeyirdiniz burada yediyiniz bəsləyici olmayan bir şeydir” -deyir. “Bildirçin əti yeyirsiniz, xəstələnəcəksiniz. Sarımsaq, soğan adama güc verər” -deyir. “Acur yeməlisən, paxla yeməlisən ki qüvvətli olasan” -deyir. Halbuki, bildirçin əti hamısından müqayisə edilməyəcək şəkildə üstündür. Bəslənmə və bədən qüvvəti baxımından müqayisə edilməz. Müsəlmanları onlarla məşğul edir. “Gedin sarımsaq gətirin”. Misirə qədər gizli enirlər. Atlarla, eşşəklərlə sarımsaq gətirir. Bu dəfə “gedin soğan gətirin” bax pis boğazlığa bax, baş bəlasıdır. İşin yoxdursa, bununla məşğul ol. Sonra “gəlin, acur gətirək” -deyir. Zəqqum ye, murdar adam. Ondan sonra “paxla gətirin” -deyir. Sırf acgözlükdən milləti də təhlükəyə salır. Ən sonunda da hz. Musa (ə.s) artıq nə edəcəyini düşünür. “O zaman gedin heç olmasa oradan yeyin. Artıq sizinlə məşğul olacaq halım yoxdur” -deyir. Acgöz, qarınqulu adamlar baş bəlası tiplər olur. Münafiq onun üçün öz aləmindədir, manyak kimidir. Müsəlmanlardan yapışır, “bizə niyə sarımsaq yedirmədin?” Həzrəti Musa (ə.s) izah edir, yox “niyə soğan yedirmədin” bu dəfə onu izah edir, “niyə bizə buzovu icazə vermirsən?” Aydındır ki, manyaklıqdır, yəni onun nəyini soruşursan, dəlisənmi? Yəni baş bəlasıdır “buzovun qarşısında Allaha ibadət etsək nə olacaq ki” -deyir. “Buzovu vəsilə etsək” -deyir, “buzovun vasitəsilə Allaha çatsaq nə olar?” -deyir. Bax əxlaqsızlığa, birbaşa Allaha dua etmək varkən buzov nə əlaqə? Yersizliyə bax, mütləq şirk və əxlaqsızlıq edəcək. Həzrəti Musa (ə.s)-ı bezdirmək istəyirdi, həzrəti Musa (ə.s) çox hirsləndi, artıq etdiyi əxlaqsızlıqdan bu Samiriyə çox şiddətli hirsləndi. Qardaşının saçından-saqqalından tutduğu kimi ayağını yerdən kəsdi, əlindəki lövhəni atır, çox hirslənir. Allah o detalı da verir, yəni çox hirslənir. Əlbəttə o bir peyğəmbərdir, normalda əlindən lövhəni atmamalı idi və qardaşının saçından-saqqalından tutmamalı idi, amma Allah o detallara qədər verir, yəni o münafiq çox əsəbiləşdirdiyi üçün. Amma, əlbəttə, bu hamiyeti İslamiyədir, yəni o hirs ona şəfadır.
Məsələn deyir: “Peyğəmbərin izindən bir ovuc götürdüm atdım” sən onu haradan çıxartdın? Vəhy almırsan, bu nə cürətdir? Münafiq cürətini görürsənmi? Münafiqdə bir dəli cəsarəti vardır, dəli cürəti, yəni münafiq cürəti heç bir cürətə bənzəməz, münafiqdə çox çirkin, ən çirkin cəsarət vardır. Münafiqin psixopatlığı, əxlaqsızlığı və dəliliyi insanı heyrətlər içində buraxacaq dərəcədədir və sonra da çox günahsızca “mən nə etdim ki?”, “elçinin izindən bir ovuc götürdüm atdım”, “bir də heykəl düzəltdim”, “mən nə etdim ki?” -deyir, münafiqin belə axmaqca açıqlaması olur. Münafiqin dəlicə hərəkətləri, münafiqanə çirkli cəsarəti heç bir əxlaqsızda görülməmişdir, insanın nitqi quruyur. Məsələn, kimin ağlına səhrada qızıldan buzov heykəli düzəltmək üçün aylar əvvəldən hazırlıq etmək gələr, axmaq, hazırlıq görür. Bu dəliliyə bax, bu plana bax, oyuna bax. Və bütün müsəlmanları məşğul edir, günah deyilmi? Orada qocalar var, yaşlılar var, uşaqlar var, hər kəsin başını bəlaya salır, axırda da tək qalır.
Münafiq ona görə hər yerdə, hər dövrdə lağım yaratma maşını kimidir, ağızından lağım axar -dini mövzuları tənzih edirəm- gözündən lağım axar, hərəkətlərindən lağım axar, sanki zehinindən lağım axar, həmişə problem yaradır. Məsələn, bu bitər onu başladar, o bitər bu başlayar, şeytanın təsirində olduğu üçün kəsilməz. Məsələn, Rəsulullah (s.ə.v)-in zamanında da o alçaqlar həzrəti Ömər (r.ə)-i şəhid etdilər, sonra da həzrəti Osman (r.ə)-i, çox alçaqdırlar. Bax, dəli cəsarətinin üstündə bir cəsarətdir, münafiq cəsarəti çirkli, alçaq bir cəsarətdir. Məsələn, həzrəti Osman (r.ə)-i şəhid etməyə kafir belə cəsarət edə bilməz, o dövrün kafirləri cəsarət edə bilməzdi, amma münafiqlər cəsarət edər. Həzrəti Ömər (r.ə)-ə heç bir kafir cəsarət edə bilmədi, münafiq cəsarəti ən çirkin cəsarətdir, yəni cürəti vardır, şeytani cürəti vardır. Məsələn, 12 imamı şəhid etmələri inanılmazdır, çox şeytani bir cəsarətdir. Məsələn, həzrəti Musa (ə.s) Samiriyə çox yaxşı davranırdı, heç bir şey demədi, ta ki İslama hücuma keçincə ona müdaxilə etdi, o dövrə qədər heç bir şey demədi. Münafiq çox nankor və alçaqdır, sistemi həmişə müsəlmanlarda qüsur tapmaq, səhv tapmaq üzərində qurulmuşdur.
DÜNYADAKI KƏŞFİYYAT ORQANLARININ BÖYÜK HİSSƏSİ İNGİLİS DƏRİN DÖVLƏTİNİN NƏZARƏTİNDƏDİR
CİA, 2-ci Dünya müharibəsindən sonra ABŞ prezidenti Ruzveltin əmri ilə, baxın, İngilis kəşfiyyat xidməti MI6 və xüsusi əməliyyatlar bürosu nümunə götürülərək İngilislər tərəfindən quruldu. Açıq məlumat verirəm. Amerikan kəşfiyyatının və CİA-in atası qəbul edilən general William Donovan, İngiltərəyə gedib lazımi dəstəyi almaq üçün İngiltərə baş naziri Çörçil və İngilis kəşfiyyatının səlahiyyətli şəxsləri ilə görüşdü. Bunun sənədləri hamısı ortadadır, bilinir və onların dəstəyi ilə yanına göndərdiyi işçilərlə məlumatla və pulla İngilis dərin dövlətinin dərin təcrübəsi ilə özlərinə görə CİA-i qurdular. CİA-yə rəhbərlik indiyə qədər olduğu kimi bundan sonra da daim İngilis dərin dövlətinin nəzarətində olacaq. Bunu anlamalıdırlar. CİA-in qurucusu bu General Donovan casusluq sənətini İngilis kəşfiyyat orqanı MI6-in başçısı Stewart Menziesdən öyrəndiyini dəfələrlə açıqlayır. Bu, rəsmi sənəd olaraq var. Etdirən İngilis dərin dövlətidir. CİA da edir, MOSSAD-dan da istifadə edir, Əl Muhaberatdan da istifadə edər. Alman gizli xidmətindən də istifadə edir, İsveç gizli xidmətindən də istifadə edir, təxminən bütün gizli xidmətləri. Onsuz da 80%-i, 90%-i onların əmrindədir. MOSSAD da onların əmrindədir. MOSSAD-ın aldığı bütün məlumat MI6-in məlumatıdır. MOSSAD-ın öz işçisi yoxdur, müəssisəsi də yox, gücü də yoxdur.
Bax, həmişə üst ağıl, üst ağıl anladılır, lakin heç cür İngilis dərin dövləti deyə bilmirlər. Əgər CİA olsa, CİA deyər. CİA olmadığına əmindir ki üst ağıl deyir. Deyilmi? CİA-in adı var, adam söyləyərdi. Niyə CİA-yə üst ağıl desin? CİA olmadığını bilir. Madam İngilis dərin dövlətidir açıqca deyilsin. MI6 bir bölməsidir, buna da ilişib qalmamaq lazımdır, MI6. İngilis dərin dövləti Pakistan kəşfiyyatından istifadə edir, Hind kəşfiyyatından istifadə edir, Alman kəşfiyyatından, Niderland kəşfiyyatından istifadə edir. MI6 bunların içində bir hissədir. İngilis dərin dövləti bunların hamsından istifadə edir.
MÜSƏLMAN PEYĞƏMBƏR VƏFAT ETDİKDƏN SONRA DA MÜBARİZƏYƏ DAVAM ETMƏKLƏ MƏSULDUR. MEHDİYYƏT ZƏFƏRƏ QƏDƏR BU ELMİ MÜBARİZƏNİ APARANLARDIR
“İslam Peyğəmbərimiz (s.ə.v)-in dövründə olsa dünyaya hakim olardı. Peyğəmbərin zamanında olmadısa niyə indi olsun ki?” -deyirlər. “Müsəlmanlar artıq geri dönsünlər, müvəffəq olmaları mümkün deyil. Artıq geri dönün” -deyirlər. Hansı ki, bu ifadənin hökmü də çox ağırdır. “Geri dönün çünki peyğəmbər öldü” -deyir. “Artıq geri dönün”. Ali imran surəsi, 144-də, Allah: “Məhəmməd yalnız bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişdir. Məgər o (Məhəmməd) ölərsə və ya öldürülərsə” yəni şəhid olarsa, “siz gerimi dönəcəksiniz?” -deyir. Adam nə deyir? Döndüm deyir. Allah dönməyin deyir. Ölə bilər, öldürə də bilərlər, bax. Rəsulullah (s.ə.v) öldü, niyə geri dönürsən? Döyüş, mübarizə davam edir. Deyirsən mən dönürəm, çünki Peyğəmbər öldü. Amma Allah qadağan edir, peyğəmbər ölsə belə geri dönməyin, mübarizəyə davam edin, deyir. “Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar”. Burada Allah geri dönəni lənətləmiş olur. Yəni Quranda bunun çirkin, haram bir hərəkət olduğunu izah edir. Bax, peyğəmbər ölə bilər, amma siz geri dönməyəcəksiniz deyir. Mübarizəyə davam edəcəksiniz. Mehdiyyət nədir? Mehdiyyət geri dönməyənlərin adıdır. Rəsulullah (s.ə.v) öldü, amma onların övladları, Rəsulullah (s.ə.v)-in övladları geri dönməyib mübarizəyə davam edirlər. Ta ki zəfərə qədər, ta ki din Allahın olana qədər, fitnə yer üzündən qalxana qədər davam edəcək, Mehdiyyət məhz budur.
BÜTÜN MÜNAFİQLƏR HİYLƏGƏR, LOVĞA VƏ ÜSYANKARDIRLAR
Əvvəldən bəri Allahın hikmətidir. Münafiq hz. Adəm (ə.s)-ın dövründə də var idi. Habil-Qabil hekayəsində lovğa üslubu görürük. Lovğa, üsyankar, idarəsiz və çox hiyləgərdirlər. Yəni heyrət ediləcək şeydir. Allahdan qorxanın edəcəyi bir şey deyil, amma edirlər.