İslam aləmində, iqtisadi iş birlikləri yaradılması və ortaq sərmayələr qoyulması Türk-İslam Birliyinin əhəmiyyətli hədəflərindən biridir. İnkişafın sürətlənməsinə, iqtisadiyyatın güclənməsinə, kasıblığın və yoxsulluğun sürətlə azalmasına vəsilə olacaq bu cəhdlər Türk İslam dünyasının birliyinin möhkəmlənməsi baxımından da son dərəcə əhəmiyyətlidir. Hörmətli Adnan Oktar da açıqlamalarında, müsəlman ölkələri arasındakı iqtisadi həmrəylik mövzusu üzərində əhəmiyyətlə dayanmaqda, Türk-İslam Birliyinin digər bütün mövzularda olduğu kimi, iqtisadi problemlərin həll edilməsində də ən əhəmiyyətli və təsirli yol olacağını ifadə etməkdədir. Müsəlman ölkələri arasında ticarət əlaqələrinin çox rahat olmalı olduğuna, insanların rahat əlaqələr qura bilmələri, asan sərmayə qoya bilmələri lazım olduğuna diqqət çəkməkdədir.
Son vaxtlarda bu sahədə çox gözəl hadisələr baş verir. Müsəlman ölkələr ortaq cəhdlər edərək ticarət əlaqələrinin gücləndirməsi üçün çox əhəmiyyətli addımlar atılmaqdadır. Bunlardan biri İslam Ortaq Bazarının həyata keçirilməsinin sürətləndirilməsi olmuşdur:
“Tercüman”, 22 avqust 2008
Bir başqa əhəmiyyətli hadisə də iyul ayında yenidən gündəmə gələn, müsəlman ölkələri arasında seçimli ticarət sistemi yaradılması və vergi güzəştlərinin tətbiq olunması mövzusunun sürət qazanmasıdır. Seçimli ticarət sistemi uzun illərdir üzərində danışılan, ancaq bu ilə qədər həyata keçirilməyən bir sistem olaraq qalmışdır. Ancaq bir neçə aydır baş verən hadisələr, çox yaxında bu sistemin aktiv olaraq istifadə ediləcəyini göstərməkdədir. Hörmətli Adnan Oktar, açıqlamalarında Türk-İslam Birliyi mövzusunda daha çox zaman itirilməməsini və bu yoldakı cəhdlərin çox sürətlənməsi lazım olduğunu tez-tez dilə gətirməkdədir. Ötən ay yenidən gündəmə gətirilən seçimli ticarət sistemi və vergi güzəştlərinin, demək olar ki, həftələr içində tətbiq edilməyə çalışılması, Türk İslam aləminin birləşmə və ittifaq mövzusundakı şövqünün və coşğusunun bir təcəllisidir. Açıq-aydın görülməkdədir ki, Türk İslam aləmi birliyin, ortaq hərəkət etməyin əhəmiyyətini və vacibliyini görmüşdür və eşqlə, məhəbbətlə bu böyük ideala sahib çıxmaqdadır. Allahın icazəsi ilə bu səy və coşğu, Türk İslam Birliyinin yaxın gələcəkdə təsis edilməsinə vəsilə olacaq.
“Hürses”, 25 avqust 2008
“Yeni Asya”, 22 avqust 2008
HÖRMƏTLİ ADNAN OKTARIN TÜRK İSLAM DÜNYASINDA İQTİSADİ İŞ BİRLİKLƏRİNİ TƏŞVİQ EDƏN AÇIQLAMALARI
“Kuşadası” TV, 14 iyul 2008
“Eyni şəkildə bizim Türk dövlətlərindən də ayrı olmağımızın heç bir məntiqi yoxdur. Yəni eyni dindənik, eyni dili danışırıq, eyni irqdən gəlirik. Hər şeyimiz eynidir. Mədəniyyətimiz, ənənəmiz, adətimiz… Yəni ayrı olması üçün heç bir səbəb yoxdur. Onun üçün bu ölkələrin arasında, Türk dövlətlərinin və İslam ölkələrinin arasında əvvəla pasport qalxmalıdır, viza da qalxmalıdır. İnsanlar istədikləri kimi gedib gəlsinlər. TİCARƏT MÜMKÜN QƏDƏR RAHAT OLSUN, ƏLAQƏLƏR MÜMKÜN QƏDƏR RAHAT OLSUN. Bu, Avropa Birliyində olur, bu Türk İslam Birliyində niyə ola bilmir? Avropa Birliyində istəyən istədiyi ölkəyə gedir, istədiyi kimi yerləşir. Pasportdan istifadə etmir, vizadan da istifadə etmir. Yaxşı, biz qardaşlar olaraq nə üçün bunu edə bilmirik? Yəni heç bir səbəb yoxdur, əlbəttə ki olar. Türk İslam dövlətlərinin olduğu ölkələr ən gözəl mənzərələri olan, ən gözəl coğrafiyası olan ölkələrdir və dünyanın ən zəngin təbii ehtiyatları bu coğrafiyadadır. Ən zəngin neft yataqları bu coğrafiyadadır. Un var, yağ var, şəkər var, yalnız halva ediləcək. Bu, bütün Türk xalqının istəyidir. Biz azərilərlə danışırıq, məsələn, Azərbaycan Türkiyə ilə birləşmək üçün can atır. Bu gün Türkiyə qəbul etsin yəni haradasa iyirmi dörd saatda, qırx səkkiz saatda qəbul edərlər. Bu gün Türkiyə təklif etsin, Türkiyə ilə birləşin deyə, dərhal Suriya qəbul edər. Onun üçün Türk xalqının bunu çox istəyib xüsusilə vətəndaş cəmiyyəti quruluşlarının bunu gündəmə gətirməsi nəticəsində bu hökumətə təklif olaraq gətirilsə mövzu bitər”.
HÖRMƏTLİ ADNAN OKTARIN “TÜRK-İSLAM BİRLİYİNƏ ÇAĞIRIŞ” KİTABINDAN BİR HİSSƏ
Türk-İslam Birliyi ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcək
Türk-İslam Birliyinin prioritetli hədəfləri arasında, İslam dünyasının inkişaf etdirilməsi, həm də bütün kasıb ölkələrin dəstəklənilərək iqtisadi problemlərinin həll edilməsi gələcəkdir. Dünya səviyyəsində bütün ölkələrdə;
- Yoxsulluqla mübarizə ediləcək,
- Yeni sərmayələr təşviq edilərək iş imkanları yaradılacaq,
- İctimai nizam və sabitlik təmin ediləcək,
- İctimai ədalət zəmanət altına alınacaq, iqtisadi bərabərsizliklər ortadan qaldırılacaq,
- Beynəlxalq, regional əlaqələr və əməkdaşlıqlar gücləndiriləcək.
İslam dünyası içində maddi fərqliliklərdən qaynaqlanan çətinliklərin azaldılması lazımdır. İqtisadiyyatda, siyasi sahədə və hamısından əhəmiyyətlisi mədəni sahədə müsəlman ölkələri arasında reallaşdırılacaq bir bütövlük, geri qalmış olanların sürətlə irəliləməsinə, lazımi imkana və infrastruktura sahib olanların bunları ən məhsuldar şəkildə istifadə edə bilmələrinə imkan yaradacaq. Belə bir bütölüyün təmin edəcəyi faydalardan biri də iqtisadiyyatda böyümə ilə elm və texnologiya sahəsində yaşanacaq inkişaf olacaq.
İqtisadi böyümə elm və texnologiyaya ediləcək sərmayələri artıracaq, texnologiyanın irəliləməsi iqtisadiyyatın daha da sürətlə böyüməsini təmin edəcək. İqtisadiyyatın inkişafı ilə birlikdə təhsil səviyyəsində də təbii yüksəlmə olacaq, cəmiyyət çox istiqamətli inkişaf edəcək. Türk-İslam Birliyi damı altında fərdlərin viza və sərhəd maneəsi olmadan rahatlıqla hərəkət edə bildikləri, ticarət sərbəstliyinin olduğu, sərbəst təşəbbüskarlığın dəstəklənildiyi bir sistem, İslam dünyasının sürətlə inkişafına vasitəçi olacaq.
İqtisadiyyatı güclü Türk-İslam aləmi qərb dünyası və digər cəmiyyətlər üçün də əhəmiyyətli bir rifah qaynağı olacaq. Bu cəmiyyətlər qarşılarında güvən içində, narahatlıq duymadan əməkdaşlıq edə biləcəkləri, ticarət alaqələri yarada biləcəkləri bir güc tapacaqlar. Həm də qərbin təşkilat və quruluşları davamlı olaraq bu bölgələrin inkişafı üçün yaratdıqları fondlara da gərək qalmayacaq, bu fondlar dünya iqtisadiyyatının güclənməsi üçün istifadə ediləcək.