SƏBƏBLƏR ALLAHIN MÖHTƏŞƏM BİR SƏNƏTİDİR. ALLAH MUSİQİNİ BEYNİN İÇİNDƏ BİRBAŞA YARADIR, AMMA ARADA MİNLƏRLƏ SƏBƏB VAR KİMİ GÖRÜNÜR
Əyləncəni də yaradan Allahdır, musiqini də yaradan Allahdır. Məsələn, bax, burada bir cihaz var, açırıq düyməsini basırıq, musiqi çalınır. Yox səs dalğası olurmuş, yox ilbizə gəlirmiş ilbiz elektrikə çevirirmiş, elektrik beynin içinə gedirmiş, beynin içində mərcimək qədər bir yerə gəlirmiş orada da biri qulaqsız olaraq o musiqini dinləyirmiş. Allahın birbaşa yaratması var, belə hadisələr yoxdur. Səbəb bir sənətdir, Allahın möhtəşəm bir sənətidir. Səbəb maddədən daha da mürəkkəb, daha incə ağıl tələb edən bir şeydir. Səbəbləri hazırlamaq o qədər çətindir ki…
Əslində kainat o qədər mürəkkəb deyil, amma sənət mürəkkəbdir, çox incədir. Əvvəla atom, proton, neytron və s. insanlar dəhşətli bir şeylə qarşılaşdılar. Xromosomlar, vakuollar və s. nə aləm imiş, maşaAllah. Elm çox mübarək bir sistemdir, Allahı anlamaq üçün, Allahın incə sənətini görmək üçün elm son dərəcə vacibdir. İnsan öz gözü ilə, qulağı ilə bir parça öyrənə bilir. Elmlə daha çoxunu öyrənə bilir. Elmin sahibi müsəlmanlar olmalıdır.
İNSANLARIN ƏKSƏRİYYƏTİNDƏ GƏLƏCƏK QORXUSU İLƏ MAL YIĞMA EHTİRASI OLUR. BU, TƏVƏKKÜLƏ UYĞUN OLMAYAN, ALLAHIN BƏYƏNMƏDİYİ BİR RƏFTARDIR
Əbu Hureyrə radıyallahu ənhin rəvayətinə görə “Bir gün Rəsululah (s.ə.v) Bilal radıyallahu ənhin yanına gəldi və onun yanında yığılmış bir miqdar xurma gördü. Rəsulullah (s.ə.v) “bunlar nədir, ey Bilal?” -dedi. Bilal radıyallahu ənh “Qış üçün yığıram, ey Rəsulullah” deyə cavab verincə, Allahın Elçisi “Yığmağa görə Allahdan qorxmursanmı?” -deyir. “Payla bunları, ey Bilal, Ərşin Sahibinin malını azaldacağından qorxma” –buyurdu”. İnsanlarda da belə bir problem olur. Məsələn, bir şey olan kimi onu yığmaq, yeməyi yığmaq, içkini yığmaq, pulu yığmaq, qızılı yığmaq, gümüşü yığmaq, Allahın bəyənmədiyi sevmədiyi bir hərəkətdir, yəni təvəkkülə uyğun olmayan bir rəftardır. Çünki o orada ya xarab olacaq, ya bədənə zərərli hala gələcək. Sən ye, bitir, payla sonra yenə Allah sənə verər. Bir şey olmaz. Daha yaxşısı daha gözəli ilə qarşılaşarsan.Yığaraq hara çatacaqsan ki?
Tövbə surəsi, 34 “Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ”. Bax, bu çox qəribə bir şeydir. Haramdır, görürsənmi? Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməmək haramdır, yəni şərab içmək kimi, qumar kimi haramdır. “O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” – deyiləcəkdir.(Tövbə surəsi, 35) Saxlayıb yığmaq Allahın heç istəmədiyi şeydir. Allah həmişə axmasını istəyir. O zaman iqtisadiyyat çox parlayır, çox canlanır. Əks halda iqtisadiyyat ölür, durğunluq olur, yəni qan axını kimi, qan axınını birdən dayandıranda qanqren yaranır. Qan axını nə qədər sürətli hərəkət etsə, bədən o qədər dinc olur. Qan dayananda insan ölür, ona görə mal dayananda da, mal yığılanda da, pul yığılanda da cəmiyyət çökür. İqtisadi böhranların səbəbi odur, məsələn, xalq banklara qaçır pullarını çəkib yığır yastıq altına qoyur, özünü də batırır, sistemi də batırır. Halbuki, götürməsə pul hərəkətlənsə, istifadə edilsə, bazar çox hərəkətlənər, özü də zəngin olar.
Münafiqlər yığmağa çox meyillidir, həmişə yığmaq istəyərlər. Onlarda, münafiqlərdə gələcək qorxusu olduğu üçün Allaha güvənməzlər, yəni gördüyünə inanar, əlinin altındakına inanar, onun üçün heyvani bir yığmağa meylilik vardır, yığma xüsusiyyəti vardır və ümumiyyətlə, həmişə onlar da zay olar. Ya talana gedər, ya ziyana gedər, ya pozular, ya çürüyər, ya bir şey olar.
MÜNAFİQLİK ASAN TƏYİN EDİLƏN BİR ŞEY OLMADIĞI ÜÇÜN İSLAM ALƏMİNİN BAŞINDAKI ƏN BÖYÜK BƏLADIR. BUNA GÖRƏ DAVAMLI İZAH EDİRİK
Münafiqlik İslam aləminin ən böyük bəlasıdır. Münafiqlik də elə asan isbat edilən bir şey olmadığı üçün bu alçaqlar İslam aləmini məhv edirlər. Bütün İslam aləmi İngilis dərin dövlətinin bu münafiq ordusundan istifadə etməsi ilə hərcmərclik içindədir. İngilis dərin dövləti bir ovucdur, amma bu münafiq itlər milyonlarladır, bunlardan rahatlıqla istifadə edə bildikləri üçün İslam aləmini bunlarla əsir etmiş vəziyyətdədirlər. İslam aləmini məhv edirlər.
Münafiq Allahın kəlamını dinləməyə dözə bilməz. Ən xoşlanmadığı şey Allahın kəlamını dinləməkdir, çox sıxılar, darıxar, yəni o, Qurandan başqa özünü əyləndirəcək bir şeylər axtarar. Boş işlər dalınca qaçır, yəni ayədə əyləncə deyir, “əyləncə görsələr ona tərəf qaçarlar” -deyir. Onları ən çox narahat edən Allah kəlamı və Allahın xatırlanması olduğu üçün münafiqləri də ən çox narahat edən İslamın yayılması olduğu üçün həm İslamı yaymaq, həm də hər yerdə Allahı xatırlamaq bərəkət və gözəllikdir. Allahın xatırlanması münafiqin ürəyinə iztirab verir, möminin ürəyinə fərahlıq verir. Məsələn, burada boş bir qalmaqal olsa, bu, münafiq üçün böyük bir əyləncədir, amma Allah xatırlananda münafiq çox darıxar, Quranda da: “Səndən qaça bildiklərincə qaçdıqlarını görərsən” (Nisa surəsi 61) -deyir. Allah: “Əlləriylə qulaqlarını tıxayarlar” -deyir, “Qışqırıq qopararlar” -deyir. Axırzamanda nə edər? Məsələn, Allahın adını xatırlamamaq üçün, eşitməmək üçün musiqini açır, səs-küy salır, qalmaqal edir.
Kəhf surəsi, 101, şeytandan Allaha sığınıram. “O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər”. Yəni əcaib iztirab çəkirlər. Münafiqin yanına gəlsən, mən Allahdan, dindən çox şadam, Quranı oxumaqdan zövq alıram, dinləməkdən zövq alıram deyir, halbuki, münafiq Quranı dinləməyi əsla istəməz, yəni ona verdiyi əziyyət təsvir edilməz bir əzabdır. Bu qəribə təəccüblüdür, yəni heç olmasa istəsə dinləyirmiş kimi görünə bilər, amma münafiq Allahın kəlamını dinləmək istəməz. Həmişə boş işlər dalınca qaçır, qumar oynasın, oyun oynasın, tələ qursun, casusluq etsin, əxlaqsızlıq, mundarlıq etsin, fitnə çıxartsın, fitnəçilərlə əlaqə qursun, Allah düşmənləri ilə əlaqə qursun, homoseksuallarla əlaqə qursun, onları təşviq etsin, darvinistləri dəstəkləsin, Rumilərə kömək etsin, müsəlmanların ayağına badalaq taxmağa çalışsın, fitnə çıxarmağa çalışsın, münafiqin rəftarı budur. Amma münafiq də olmasa müsəlmanlarda yorğunluq olar, heç bir şey anlaya bilməyəcək hala gələrlər. Münafiq möminin hərəkət qabiliyyətini artıran, onu şövqləndirən, onun cihad əzmini artıran ən əhəmiyyətli səbəbdir. Münafiq olmayanda müsəlmanlarda böyük bir ətalət və durğunluq yaranar. Münafiq müsəlmanın cihad şövqünü, yəni cəhd şövqünü mümkün qədər artırar.
“Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!” –deyildikdə”, yəni Allahın hökmlərinə əməl edək, imama, Allahın, peyğəmbərin hökmlərinə əməl edək deyildikdə “münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən” (Nisa surəsi, 61) Daha da kinlənib, bax, tamamilə, bir az yaxınkən daha da uzaq olur, münafiq daha da azır. Şeytandan Allaha sığınıram. “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac”. (İsra surəsi, 46) Bax, bu, çox mənalı bir şeydir. “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər,” normalda anlamalıdır, çox asan bir şeydir, amma heyrətləniləcək şəkildə möcüzəvi şəkildə anlamır. “Qulaqlarına tıxac çəkdik. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər”. (İsra surəsi, 46) Bu, açıq-aydın görünər, yəni münafiq qaçar, Allah xatırlanarkən qaçar, yəni sıxılar. Bu belə təşbehli bir ayə deyil, möhkəm ayədir. Adam qaçar, yəni hər kəs görər. Şeytandan Allaha sığınıram. “Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”- deyildikdə, münafiqlərin səndən tamamilə uzaqlaşdığını görərsən”. (Nisa surəsi, 61) Münafiqlərin müsəlmanlardan qaçma səbəbi budur, Allahın xatırlanması çox narahat edər, yoxsa Allahın xatırlanmayacağına dair bir zəmanət alsalar, bir yerdən dərhal qaçaraq oraya gəlirlər. Amma küfrə aid məsələn, anormal bir şey olanda, İslama zidd, Qurana zidd bir şey olanda çox şövqlü olarlar. Münafiqlər Qurana zidd olduğuna inandıqlarında böyük bir qabiliyyət, şövq və həyəcan içində olarlar. Şeytandan Allaha sığınıram. “Onların çoxunu günaha, düşmənçiliyə” bax günah, müsəlmanlara “düşmənçiliyə və haram yeməyə” yəni hər cür haram, yəni qeyri-qanuni şeylər, “tələsən görərsən”. Əxlaqsızlığını daha da sürətləndirir. Allah Maidə surəsi, 62-də “Onların tutduqları əməllər necə də pisdir!” -deyir.
Şeytandan Allaha sığınıram, Fussilət surəsi 26-da, “Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər. Bəlkə üstün gələrsiniz”. Bax, münafiqdə bir üstün gəlmə meyli olur, amma Quranı dinlətməzsə, dinləməzsə üstün gələcəyinə inanır və azğın və dəlicə bir inancı olur.