MÜNAFİQ HƏYATIN BİR PARÇASIDIR. MÜNAFİQLƏRLƏ ELMİ MÜBARİZƏ İSLAMIN VARLIĞI İÇİNDƏ BİR ŞƏRTDİR. MÜNAFİQLƏRİN VARLIĞINDA TƏƏCCÜBLƏNƏCƏK BİR ŞEY YOXDUR

Münafiq həyatın bir parçasıdır. İslam üçün də vacibdir, mübarizədə münafiq şərtdir. Allah tərəfindən mütləq yaradılar, kafir mütləq yaradılar, şeytan mütləq yaradılar, mütləq nəfs hərəkət halındadır. Bunda təəccübləniləcək, heyrətləniləcək bir şey yoxdur. Münafiq diaqnozu da əslində o qədər çətin deyil. Məsələn, əsrimizdə bunun imkanı yaxşı genişlənmişdir; Instagrama və yaxud Facebooka baxanda oradakı xarakterdən münafiqi kitab kimi oxuya bilərsən, yəni hər istiqaməti ilə aydın olar. Hədəfləri, üslubu, şəxsiyyəti, məsələn, İngilis dərin dövlətinə pərəstiş edirsə, aydın olar, bar-bar bağırar. Aydın olmaması mümkün deyil. Məsələn, Rumilik İngilis dərin dövlətinin dinidir, baxırsan Rumiliyə yaltaqlıq edir, onlar Rumi də deyil, söyləyim. Rumilikdən bir şüar olaraq istifadə edirlər. İngilis dərin dövlətinin işçilərinin Rumilikdən xoşları gəlməz, nifrət edərlər. Lakin öz aralarında ünsiyyət dili olaraq istifadə edirlər və oradakı o qəribə üslub “tək adam sən bir gün gələcəksən, amma qaranlıq bir tuneldən keçəcəksən” bilmirəm, mənasız, yəni belə bəzən şizofrenik ifadələr. Öz aralarındakı yazışmalarında, mövzunu o nöqtəyə gətirir, oradakı yazını şizofren bir məntiqlə şərh edir, şizofren bir düşüncə ilə şərh edir. Məsələn, Instagramında müsəlmanlara yer verməz, nifrətini orada göstərər, müsəlman varsa, çıxardar, danışmaq istəməz, görüşmək istəməz, amma küfrdən olan hər kəsi qucaqlayar. Gedir PKK-lı ilə söhbət edir, İngilis dərin dövlətinin işçiləri ilə söhbət edir, dinsizlərlə, İslam düşmənləri ilə söhbət edir, onlara yaltaqlanır, sevdiyindən də deyil, yalnız onlarda bir güc axtardığı üçün. Əlbəttə, bunlar dəqiq meyarlar deyil, dəqiq iti meyar deyil, lakin bütövlükdə meyarlara kömək edən işarələrdir. Məsələn, bu, xəstə birində də ola bilər, müvazinətsiz bir insanda, əsəbi birində də ola bilər, amma münafiqdə də ola bilər. Lakin digər münafiq əlamətlərini qətiləşdirən bir xüsusiyyət göstərər, bunlar dəqiq əlamətdir deyə bilmərik.

Məsələn, çox vacib bir mövzu vardır, müsəlman o mövzuda vicdan əzabı çəkər, adam baxırsan tam fərqli laqeyd bir mövzu ilə maraqlanır bunu sosial media hesabından görə bilərsən. Məsələn, həyati bir mövzu ilə maraqlanarkən o öz kefi ilə maraqlanar, tam fərqli bir şeylə maraqlanar. Əlbəttə, bunlar dəqiq meyarlar deyil, amma bu qiymətləndirmələr bir araya gəldikdə meyarı çıxardar. Məsələn, oradan bir bal, oradan bir bal çıxartdığında, pis balların cəmindən anlaya bilərik. Məsələn, müsəlman vacib bir mövzu ilə maraqlanır, adam oturub orada film izləyir, matç izləyir və yaxud öz kefindədir. Halbuki, orada vacib bir mövqe var. Münafiqin laqeydliyindən də anlaya bilərik. Münafiq son dərəcə laqeyiddir. Kobud və ədəbsizdir, mərifətsizdir, boş boğazdır. Sözünü əsirgəməz, boş boğaz, mərifətsizdir. Yəni yaranan vəziyyət ona təsir etməz. Bir beyin laqeydliyi vardır, ruh laqeydliyi vardır. Yəni kütdür.

“Münafiq” sözü ərəbcədə iki tərəfi açıq dəhliz tunel mənasını verən “en nefaku” və ya köstəbək dəliyi mənasındakı “en nafikatu” sözündən gəlir. Bu sözün nifaqla olan əlaqəsi tunelin bir tərəfindən girilib digər tərəfindən çıxılması və ya köstəbək yuvasına bir tərəfdən girib, digər tərəfdən çıxması kimi münafiq də müsəlmanlığa bir tərəfdən girib, digər tərəfdən çıxır, bu sözün mənşəyi oradan gəlir. Köstəbəyin yeraltında yuvasına enən iki yolu var, bilirsiniz. Bu yuvanın deşiklərindən biri tamamilə yer üzünə açıq olur, digəri isə gizli və bağlı olur. Buna da “nafıka” adı verilir. Köstəbək yuvasının bu bağlı olan dəliyini ehtiyac halında başıyla vurub çölə çıxacaq şəkildə hazır saxlayar. Yəni ora incə bir yerdir. Tam ehtiyac duyduqda, çətinə düşdükdə, çətinlik çəkdikdə burnu ilə vurub oradan çölə çıxır, artıq əlaqəsi qalmır. Münafiq də elədir, məsələn, müsəlmanların yanında dayanar, amma həmişə getmə əzmindədir. Münafiqin içində həmişə bir gün getmə arzusu olar. Amma o tunelin içində yaşayar. Onun bir sıxıldığı, yəni münafiqliyi ilə zidd düşən, öhdəsindən gələ bilmədiyi nöqtədə burnu ilə divarı yıxıb, oradan qaçar. Yoxsa normalda münafiq o tunelin içində gizli yaşayar. Bilirsiniz, köstəbəyin gözü də kordur. Münafiqin də gözü kordur, mənəvi gözü kordur. Məsələn, dəccalın da gözü kordur, bilirsiniz, yəni bu, həmişə bunlarla əlaqəli bir vəziyyətdir.

 

2017-ci ildə DAHA BÖYÜK HADİSƏLƏR YAŞANACAQ. HƏDİSLƏRƏ GÖRƏ 2017 VƏ 2018 ÇƏTİN KEÇƏCƏK, 2019-CU İLDƏN SONRA DÜZƏLMƏ BAŞLAYACAQ

Allah: “İnsan tələsik (tələskən) yaradıldı”. (Ənam aurəsi, 37) -deyir, şeytandan Allaha sığınıram. İnsan tələskən yaradıldı. Dərhal hər şey olub bitsin istəyirlər. Halbuki, bu il keçəcək, 2016. 2017-ci ildə böyük hadisələr olacaq. Allahın səbrinə bax. 2017-ci ildə yer yerindən oynayacaq. 2018-ci ildə daha da böyük hadisələr var. 2019-ci ildən sonra yağış yağmağa başlayır. 2020, 2021, 2023-cü illər zirvə nöqtəsidir.

2017-ci il 2016-cı ili şamla axtartdıracaq dərəcədədir. Yəni 2017-ci il çox çətindir. Yəni 2017-ci il çox hadisələrin, qarşıdurmaların çoxalacağı bir ildir. 2018-ci il də elədir. Hədislərə görə elə görünür. 2019-cu ildən sonra düzəlmə başlayır. 2021, 2023-cü illərə qədər davam edər, edəcək Allahu aləm.

Çoxlu sevgisiz insanın olması onsuz da bu dövrün tipik xüsusiyyətidir. Yəni Axırzamanın tipik xüsusiyyətidir. Bunda təəccüblənmə olsa, Axırzamanı anlamadınız deməkdir. İndi bu sevgisizlik çox yayılacaq. Yəni o, 2016, 2017, 2018, 2019-cu illərə qədər davam edər. Sonra birdən kəsiləcək. Tam tərsinə dönəcək. Sevginin, şəfqətin, mərhəmətin əhəmiyyətini anlayacaqlar. İndi dəccalın zəhəri insanların üzərindədir, dəccalın cadusu altındadırlar. Ona görə ağzı da xarab olar, başı da xarab olar, mədəsi də xarab olar, bədəni də xarab olar. Çünki indi sevgisizlik insanları məhv edir. Yəni indi dəccalın insanları zəhərləməsinin ən yüksək nöqtəsindəyik. O onsuz da İsa Məsihin çıxış vəsiləsidir. Hz. Mehdi (ə.s)-ın zahir olması və İsa Məsihin çıxış vəsiləsidir. Əgər bu olmazsa, yəni bu mənfi vəziyyət, bu sevgisizlik olmazsa hz. Mehdi (ə.s) onsuz da zahir olmaz. İsa Məsih də zahir olmaz. Yəni onsuz da bunun olması şərtdir. Yəni bu sevgisiz mühitin olması şərtdir. Ondan sonra çıxırlar. Ona görə də təəccübləniləcək bir şey yoxdur. Əgər sevgi dolu bir mühit olsaydı, onsuz da çıxmazdılar. Nə İsa Məsih çıxar, nə hz. Mehdi (ə.s) çıxar.

 

ALLAH DÜNYANI YALNIZ İMTAHAN YERİ OLARAQ YARATDI. ALLAHIN ƏHƏMİYYƏT VERDİYİ MÖVZU SEVGİ VƏ DOSTLUQDUR. ALLAH SEVGİNİN HAKİM OLMASINI İSTƏYİR

Allah dünyanı körpü düzəldilsin, yol düzəldilsin, Obama gəlsin danışsın, Putin gəlsin danışsın, insanlar sürünsün deyə yaratmadı. İmtahan yeri olaraq yaratdı. Nə Obama, nə Putin Allahı maraqlandırmaz. Yazıq, Allah qatında nöqtə olan insanlardır. Allahı heç bir hökumət də maraqlandırmaz. Allahı sevgi maraqlandırar, dostluq maraqlandırar, gözəllik maraqlandırar. Allah sevginin, gözəlliyin hakim olmasını istəyir. Bunun üçün güc tətbiq etmək lazım olsa, Allah güc də tətbiq edər. “Qullarım Məni sevsinlər” -deyir. “Mən də onları sevəcəyəm” -deyir. “Məni unutmasınlar. Məni unutsalar, Məni unuda bilməyəcəkləri bir şey edərəm” -deyir. Meydana gələn hadisələr Allahın unudulmaması üçün edilən hadisələrdir. Allah unudulduqda bu tip hadisələr olar və olacaq, onu söyləyim. Hz. Mehdi (ə.s) da Allahın olmazsa olmazıdır, yəni mütləq olacaq. İsa Məsih mütləq olacaq. Allah: “Allah, vədindən geri dönməz”. (Rum surəsi, 6) -deyir.

 

AYƏ AÇIQLAMALARI

Hz. Mehdi (ə.s)-ın sakitliyi daha da vahimə meydana gətirir. Normalda Mehdiyyətdən aqressiv bir quruluş gözləyirlər. Belə həyəcanlı, təlaşlı, “nə olar bizi qəbul edin” və s. kimi. Halbuki, Mehdiyyət “zəhmət olmasa, bizi qəbul etməyin” fikirinə əsaslanır. Yəni bax, “Mehdiyyət zəhmət olmasa, bizi Mehdi olaraq görməyin” fikirinə əsaslanır. Bunların gözlədiyi necədir? “Aman bizi Mehdi olaraq görün”. Ona görə aqressiv bir quruluş gözlədikləri üçün özləri də aqressiv bir müdafiə üsulu seçdilər. Mehdiyyət çox sakitdir. Mehdiyyətin elə əhatəli edəcəyi heç bir şey yoxdur. Məsələn, hz. Musa (ə.s) yolda gedirdi, durduq yerə ona yolda peyğəmbərlik gəldi. Yəni məktəblər açmadı. Hərbidə iş görmədi. Pul yığmadı, heç bir şey etmədi. Yalnız Allahı sevirdi və tək idi. Allahı çox sevirdi. Gecə əsası ilə yola gedirdi. “Bir işıq gördüm” -deyir. Bax, durduq yerə. “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım” (Taha surəsi, 10) -deyir. Allah: “…Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!” (Taha surəsi, 12) –deyir. Bütün hər yer İlahi elektriklə elektriklənib. Bütün ərazi elektriklənib. Allah onun təsiri altına girməsi üçün ayaqqabısını çıxartdırır. O elektrik onun da bədəninə keçir. Yəni hər yer elektriklənmişdir. Orada kol yanır. Kol yaşıldır, amma yanır. Belə şey olarmı? Məsələn, bu çox qəribə bir möcüzədir. Yamyaşıl kol yanır. Allah: “Həqiqətən, Mən sənin Rəbbinəm. Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə! Həqiqətən, Mən Allaham”. (Taha surəsi, 12-14) -deyir. “Sağ əlindəki nədir, ey Musa” (Taha surəsi, 17) -deyir. Allahu aləm, o hadisənin şiddətindən bir cür mənəvi şok var. Tək-tək izah edir. Allah ilə danışdığını bilir. Normalda çox qorxar, yəni danışacaq taqəti qalmamalıdır. Amma Allah cəsarət verir, tək-tək izah edir. “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. (Taha surəsi, 18) belə səmimi bir söhbət kimi danışır. Alah: “Sağ əlindəki nədir, ey Musa?” (Taha surəsi, 17) -deyir. Yəni bax, detal verərək söyləyir. “Sağ əlindəki nədir” “Əlindəki nədir?” desə, o biri əlində bir şey var, onu açıqlayacaq. Yəni o biri əlinin dolu olduğunu ayədən anlayırıq. Yəni sırf sağ əli deyil, o biri əli də doludur. Onun üçün “Sağ əlindəki nədir?” -deyir. “O, mənim əsamdır” -deyir. “Allah buyurdu: “At onu yerə, ey Musa!” (Taha surəsi, 18) Atanda bildiyin ətdən, sümükdən meydana gəlmiş, qanı olan, bədən mayeləri olan, hüceyrəsi olan, xromosomu, vakuolu, hər şeyi olan ilana çevrilir, bildiyin ilan. Onu görəndə də Allah onun şirinliyini izah etmək üçün “onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı” (Qəsəs surəsi, 31) -deyir. Buradan Allahın belə şirinlikdən xoşu gəldiyini anlayırıq. Məsələn, üslubundan Allahın onu simpatik gördüyünü də anlayırıq. Verdiyi detaldan Allahın xoşuna gəldiyi aydın olur. İnsan kimi deyil, amma Allah bəyənir. “… geriyə belə baxmadan dönüb qaçmağa başladı” -deyir. Əlbəttə, bir normal qaçış deyil, çox qorxur. Sonra Allah: “Ey Musa! Yaxın gəl, qorxma”. (Qəsəs surəsi, 31) -deyir. Məsələn, səs koldan gəlir, amma çox uzaqdan olmasına baxmayaraq, oradan səs eşidilir, yəni bu möhtəşəm bir imtahandır. Əslində orada böyük bir şok yaşayır. Yəni elə zənn edildiyi kimi asan məsələ deyil. Yəni hər insan bunun öhdəsindən gələ bilməz, güclü ürək döyüntüləri olan bir insan, ürəyi sıxılan bir insan. Onda belə bir hadisə olur, yəni belə bir insan nə hala gələr, bir düşünün. Allah geri çağırır.