CƏHƏNNƏM ƏHLİ ÖLÜ VARLIQLARDIR
Cəhənnəm əhli, onun sirrini üstü örtülü söylədim. Allah deyir: “Onlar ölüdür”, əslində çox açıq söyləyir, insanlar anlamır. Cəhənnəmdə yananlar ölüdürlər. Daşın yanması kimi. Allah ayədə “yanacağı insanlar ilə daşlar olan oddan çəkinin” şəklində buyurur. Oraya gedən insanlar da elədirlər. Oranın yanacağı insanlardır, yenə ölüdürlər. Bu səbəbdən şüur sahibi, ağlı açıq bir insanın, səmimi bir insanın cəhənnəmə getməsini Allah qeyri-mümkün hala gətirmişdir. Şüuru açıq, səmimi bir insana cəhənnəm haramdır. Amma, əlbəttə ki, mömin görər. Yananları, qışqıranları hamısını görər. O cənnətin qiymətini artırır. Cənnətdə yaralanma yoxdur, xəstəlik yoxdur, qaçdı-tutdu yoxdur, həbs yoxdur, polis yoxdur, çevriliş yoxdur, heç bir şey yoxdur. Allah bunu xüsusi edir, xüsusi edir ki, dünyanı narahat etsin ki, insanlar axirəti istəsinlər.
BU İMTAHANDA İNSANIN EDƏCƏYİ ƏN BÖYÜK XƏTA ALLAHIN SƏNƏTİNİ BİLMƏMƏK OLAR. BUNA ÇOX DİQQƏT YETİRMƏK LAZIMDIR
İnsan Allahın sənətini unutmağa meyillidir. İnsanın unutqanlıq qüsuru var. “Hafıza-i beşer nisyan ilə maluldür” (insan yaddaşının qüsuru unutqanlıqdır) -deyərlər, unutma meyli çox yüksəkdir. Məsələn, bir yarpaqdakı ağıl, bir otdakı ağıl insan ağlının milyardlarla mislidir. Yarpaqdakı hüceyrənin ağlı insan ağlı ilə müqayisə ediləcək kimi deyil. Nəfəs kəsəcək bir ağıl vardır. Məsələn, küçədə gəzirik əlimizi yerin tozuna sürtsək, bir az toz götürüb mikroskopda araşdırsaq, aman Allahım milyardlarla bakteriya. Virus, göbələk cürbəcürdür. Böyüdürük böyük bir hüceyrə quruluşu, böyük bir ağıl və böyük bir çoxalma qabiliyyəti.
Əlbəttə, Allahın sənəti çox heybətldir. İnsanlar bir az düşünən kimi də qorxurlar. Çox da düşünə bilmir, bax o da çox qəribədir. Bəziləri: “Çox düşünmək lazım deyil” -deyir. Halbuki, heç bir şey olmaz. Allah bizi düşünəcəyimiz şəkildə yaratmışdır. İmtahan davam edəcək. Hadisələr yenə davam edəcək, böyük hadisələr.
CƏNNƏTİN BƏZƏYİ EŞQDİR. ZƏİF EŞQ ZƏİF BƏZƏKDİR. YÜKSƏK EŞQ ÜÇÜN YÜKSƏK ACI, YÜKSƏK ƏZİYYƏT LAZIMDIR
Şirin imtahanın sonu acı olar. Acı imtahanın sonu da şirin olar. Yüngül imtahan gözləməsinlər, Axırzamandayıq. Yüngül imtahan demək yüngül cənnət deməkdir. Yüngül eşq deməkdir. Allah yüksək eşqi istəyir. İmtahan nə qədər şiddətlidirsə, eşq də o qədər yüksəkdir. Çünki Allah sonsuza qədər o eşqi görmək istəyir, yaşanmasını istəyir. Qulun yaşadığı eşqi Allah da yaşayar. Eynisi ilə bilər. Yoxsa maddə geriyə qalar. Cənnətin köşkləri, dərələri olar axar. Köşklər də dayanar. Oralar eşq ilə bəzənir. Cənnətin bəzəyi eşqdir. Zəif eşq zəif bəzəkdir. Yüksək eşq üçün yüksək acı, yüksək əziyyət lazımdır. Yüksək risk və yüksək təhlükə lazımdır. Bundan başqa mümkün deyil. Əziyyətin yüksəkliyi ilə düz mütənasibdir. Sonsuza qədər o insan o eşq ilə yaşayar. Sonsuza qədər yaşanacağı üçün, onsuz da imtahan müddəti də qısadır, Allah əziyyəti güclü edər. Əziyyətə etiraz olmaz. Eşq əhlisənsə, çox yüksək bir eşqə sahibsənsə, şiddətli imtahan səndən ayrılmaz. Onu istəməməyin deyə bir şey olmaz. Yüksək eşq, yüksək əziyyətlə birlikdə hərəkət edər, amma bəsirətin, fərasətin bağlıdırsa, ağlın bağlıdırsa, eşqin cılızdırsa, onsuz da imtahanın da cılız olar. Gücsüz bir imtahan olar.
Allahın sənətini yaxşı izləmək lazımdır. İzahatını ağıllı etmək lazımdır. Müəllim ədası ilə izah etmək deyil, heyranlıqla izah etmək lazımdır. Təəccübdən təəccübə, heyranlıqdan heyranlığa düşərək.
MƏRDLİK ALLAHIN SEVDİYİ BİR GÖZƏLLİKDİR. BİZ PEYĞƏMBƏRLƏRİ VƏ SALEH MÖMİNLƏRİ HƏMİŞƏ ƏZİYYƏT ÇƏKDİKLƏRİ ÜÇÜN SEVİRİK
İnsanın fitrətində var, məsələn, nağıl qəhrəmanları həmişə şanlı keçmişi ilə sevinc ilə xatırlanır. Yusif (ə.s) deyən kimi həmişə ağlımıza həbs gəlir. Halbuki, həyatında müəyyən bir dövr, yeddi illik bir dövr yaşamışdır. O dövrlər ağla gəlmir. Yalnız həbs dövrü ilə sevilir. Məsələn, həzrəti Əli (r.ə) deyəndə həmişə mərdliyi əsas götürülür. Həmişə mərdliyi ağla gəlir. Xeybərin qapısını sökməsi, on yeddi yerindən yaralanması, o ağla gəlir. Məsələn, on yeddi yerindən, bir yerindən yaralanmanın verdiyi sevinc ayrı, on yeddi yerindən yaralanmanın verdiyi sevinc ayrıdır. On yeddi yerindən yaralandığı üçün böyük bir coşğu ilə sevirik. Bir yerindən yaralandı desələr ona uyğun bir sevinc olardı. Amma on yeddi yer demək tam mərdlik deməkdir. Xeybər qalasının qapısını sökməsi, onda meydana gələn adrenalin, sevgi böyükdür. Məsələn, həzrəti Əbubəkr (r.ə) o dövrün trilyoneridir. Yəni minlərlə dəvəsi və s. var. On minlərlə qoyun, elə çox zəngindir. Bütün mallarını Rəsulullah (s.ə.v)-ə verir. Beş qəpiyi yoxdur. Hamısını verir. Zərrə qədər narahat olmur ki, mənim malım-mülküm qalmaz, nə olar heç demir. Zənginlikdəki etibarım qalmaz da demir. Kasıb bir insan olur. Bütün malını-mülkünü verir. Həzrəti Əbubəkr (r.ə) də məsələn, yaşlı halına baxmayaraq, mərddir. O qədər bilinməz.
Məsələn, Allah həmişə Quranda hz. Musa (ə.s)-ı əziyyəti ilə izah edir, rahatlığını heç izah etmir, diqqət yetirirsinizmi? Həmişə əziyyəti izah edilər. Təkcə hz. Süleyman (ə.s)-ın rahatlığı izah edilir. Həmişə əziyyət, həmişə əziyyəti, çünki biz onları əziyyəti ilə sevirik. Hz. Süleyman (ə.s)-ı də ağıllı və zarafatcıl olması ilə çox sevirik. Zarafatcıl və ağıllıdır. Məsələn, həzrəti Həmzə (r.ə) də mərdliyi ilə məşhurdur. Mərdlik həmişə Allahın sevdiyi bir gözəllikdir. Məsələn, Əyyub (ə.s); yəni bir insanın ona dözməsi mümkün deyil. Böyük əziyyət çəkir. Fəlakət fəlakət üstünə, bəla bəla üstünə, heç səsini də çıxartmır. Yalnız Allahı zikr edə bilməyəcək hala gəlir, “Ya Rəbb, səni zikr edə bilməyəcək hala gəldim, mənə yardım et” -deyir. Zikr edə bilmək üçün. Bax, Allah hz. Əyyub (ə.s)-ı necə sevir? Çünki eşqin sanki kitabını yazıb. Aşiq elə olar. Nə oldu, bax, ondan sonra neçə nəsil keçdi, elə deyilmi? Səbrinə qarşılıq. Həsən (r.ə), Hüseyn (r.ə) məsələn, onlar Kərbəlada göstərdikləri igidlik mərdlik. O əziyyət, Allah onları ac və susuz sınadı. Şəhidlik ilə imtahan oldular.
HƏR GÖRDÜYÜMÜZ GÖRÜNTÜ GERÇƏK DEYİL. BU, ALLAHIN BİR SİRRİDİR
Sənin beynində hər gördüyün görüntü gerçək olmaz. Sənin üstündəki pərdə qalxsa, var olanlarla olmayanları bir görsən, “Aa nə qədər azmış” deyərsən. Bir çox varlıq sənə varmış kimi göstərilər. Bu, bir sirdir, yəni ledün elminin sirridir, hətta ayədə ona diqqət çəkilir, “Sizə çox göstərildi” -deyir. Çox olmadıqları halda çox göstərildi deyir. Bu, Allahın bir tətbiqidir, bu səbəbdən sən körpənin imtahan olunduğunu düşünürsən, körpə onsuz da imtahan olunmaz. Körpə axirətdə vildan olar və o hadisəni də heç kim xatırlamaz, amma əlbəttə vildan olunca da müəyyən bir şüur ölçüsündə olmuş olur. Məsələn, cəhənnəmdə fəryad edənlər var, qışqırırlar, amma sonsuza qədər ölüdürlər. Lakin sən heç bir zaman onu bilməyəcəksən. Quran yalnız ona işarə etmişdir.
- ƏLİYƏ MEHDİ ONUN SOYUNDAN ÇIXACAĞI ÜÇÜN ASLAN LƏQƏBİ VERİLİR
Aslan, məsələn, aslan simvolu Mehdi (ə.s)-ı təmsil edir. Rəsulullah (s.ə.v) hz. Əli (r.ə)-ə “Allahın aslanı” -deyir, çünki Mehdi (ə.s) onun soyundan çıxacaq, Mehdi (ə.s)-ın ləqəbi də aslan olduğu üçün hz. Əli (r.ə)-ə Allahın aslanı deyir.
MÜNAFİQLƏR HƏMİŞƏ MƏNFƏƏT HESABI EDƏRƏK YAŞAYARLAR
Münafiq həqiqətən, mühasib kimidir. Düşünər, düşünər. Müsəlmanların yanından gedir, yenə mühasiblik edir; “Görəsən geri dönsə, yoxsa küfrdən yana olsa?” Bir də onların, münafiqlərin düşünmə dövrü vardır. Nə küfrə gedər, nə də müsəlmanların yanına gedər. Tək qalar, belə bir manyaklıq dövrü vardır. Sonra havalanar, yenə küfrə gedər. Sonra müsəlmanlara hücum etməyi düşünər. Yəni münafiq elə bir cinnət halındadır.