MÜSƏLMAN AÇARI VƏ BÜTÜN İMKANLARINI XEYİR VƏ İSLAMA XİDMƏT ÜÇÜN İSTİFADƏ EDƏR, MÜNAFİQ İSƏ MÜTLƏQ ŞƏR, FİTNƏ VƏ PİSLİK ÜÇÜN İSTİFADƏ EDƏR
Münafiqlər oğru olarlar. Onu detalları ilə planlayarlar. Hətta Quranda Qarunun açarlarından bəhs edilər. Həmısı oğurluqla əldə etdiyi açarlardır. Münafiqin açara maraqlı olduğunu görürük. Ya meymuncuq olacaq, ya açar olacaq, bir şey olacaq. Bir yerləri açacaq, bir yeri bağlayacaq, bir şey oğurlayacaq. Quran mühüm olmayan bir şeydən bəhs etməz. Məsələn, bax, “açarları” -deyir. Daşımaq bir cəmiyyətə çətin gəlir. Münafiqin açarları hədəflədiyini göstərir. “Bir yeri necə aça bilərəm? Bir yerdən necə bir şey oğurlaya bilərəm? Necə oyun oynaya bilərəm?” Məsələn, “müsəlmanların gizli məlumatlarını necə əldə edə bilərəm? İnternetinə necə girə bilərəm?” Məsələn, “şifrəsini necə qıra bilərəm? Xaricə necə casusluq edə bilərəm?” Açardakı məna gizliliyi qıran hər şeydir. Orada müsəlmanları izləmək üçün əldə ediləcək hər cür vasitədən bəhs edilmiş olur. Qarunun da açarlarının məqsədi odur, yəni müsəlmanlardan bir şeyləri gizləmək üçün etdiyi sistemdir. Çünki nemətin, imkanların müsəlmanlara keçməsini istəmir. O açar nəyi təmsil edir? Müsəlmanlara keçəcək nemətin qapısını tamamilə bağlamağa işarə edir. Məsələn, malı varsa, malını kilidləyir. O mal müsəlmanlardan soruşulduqda nə deyəcək? “Mənim malım yoxdur” -deyəcək. Pulunu gizlədir. Soruşulduqda: “mənim pulum yoxdur” -deyəcək. Halbuki, malı da var, pulu da var, yığır. O pul yığmaq zehniyyətə də Quran diqqət çəkmiş olur. Əlbəttə, kilidli olduğu üçün bilinmir. Malı, mülkü bilinmir. Ona görə də iqtisadiyyat çökür. Malı yığdığı üçün, pulu yığdığı üçün. O açarlar onsuz da yığdığı qızılların, pulların, malların bir ifadəsi olmuş olur. Bazarda qızıl qalmır, pul qalmamış, yemək qalmamış. Hamısını yığıb. Açarlarını da yükləyib aparır. Ortalıq, həyat nə olur? İflic olmuş olur. Çünki hər yerdən hər şeyi çəkib, blok edib kilidləyib. Kilidlədiyi üçün də həyatı da dayandırmış olur. Özü zəngin yaşayır, amma xalq o zaman kasıb yaşayır. Quran o kapitalist ağlın tipik tətbiqini göstərir. Çox açardan bəhs etmək üçün də “bir cəmiyyətə çətin gəlirdi” -deyir. Yəni böyük bir mülk yığıldığı aydın olur. Və bütün bu mülkü də kilidləyib hərəkətsiz, ölü hala gətirdiyi də aydın olur. Müsəlmanlara nemətin keçməməsi üçün, “malım yoxdur” deyərək kilidləmiş olur. Və yaxud “var, amma kilidləyirəm hərəkətləndirməyəcəyəm, gözlədəcəyəm” -deyir.
Məsələn, Samiri özünü müsəlmanlardan çox üstün görür. Çox ağıllı olduğunu düşünür. Deyir: “Mən onların görmədiklərini gördüm”. Yəni “bütün qövmdən daha ağıllıyam” -deyir. “Onlar görə bilmir, mən görürəm”. Bax, münafiqin xarakterini görürsənmi? Münafiq xarakterini. Quran bax, Allah necə gözəl izah edir. “Mən bütün qövmün görə bilmədiyini gördüm” -deyir. “Bu qədər ağıllıyam” -deyir. “Beləliklə, elçinin izindən bir ovuc aldım atdım” -deyir. Yəni “İmamın, Peyğəmbərin meydana gətirdiyi yolu pozdum” -deyir. Özümə görə şəkilləndirdim, deyir. “Beləliklə, nəfsim bunu mənə xoş göstərdi” -deyir. Yəni bu fitnədən məmnun oldum, deyir. Ancaq fitnədən məmnun olacağını, pislikdən məmnun olacağını söyləmiş olur. Məsələn, ona desən ki, Quranı, Tövratı oxu, İslamdan bəhs et, xeyirdən bəhs et, gözəllikdən bəhs et. Bunu etməz, çox sıxılar. “Bilmirəm” -deyər. Onsuz da Quran münafiqlərin üsulunu ifadə edir. “Biz bilsək, İslama xidmət edərik. Amma bizə yol göstərin, yəni necə edəcəyimizi bilmirik” -deyir. “Boş-boş otururuq” -deyir. “Amma bizə yol göstərsən, edərik”. Yaxşı, bəs münafiqliyə necə başın çalışır? Saxtakarlığa necə başın çalışır? Buzov heykəli düzəldirsən, oğurluq edərkən çox planlı işlər görürsən, planlar qurursan, oyunlar oynayırsan. Hər cür əxlaqsızlığı gizlicə edirsən. Küfrlə əlaqə qurursan, onlara gəvəzəlik edirsən, saatlarla danışırsan. Orada bir qabiliyyətin olur, İslama xidmətdə necə qabiliyyətin olmur? Necə bilmirsən? Küfrə, münafiqliyə böyük qabiliyyətin var, amma “İslama qabiliyyətim yoxdur” -deyirsən. Bu, sənin əxlaqsızlığını göstərir. Bilmədiyindən deyil, əxlaqsızlığından, vicdansızlığından, iman zəifliyindən olur.
Məsələn, münafiq internetdə çox şeytani üsullar tətbiq edir. Bunu kim öyrədir? Üst ağıl dediyimiz İngilis dərin dövlətinin agentləri. Məsələn, münafiq tutulma qorxusundan yazdığı yazını dərhal silər. Bir şəkildə kompüterində qalar, kimsə oxuyar. Münafiqlərə heç ağlına gəlməyən, təxmin etmədiyin sistemlər öyrədirlər. İngilis dərin dövləti öz işçilərinə. Bylock da heç ehtimal edilməyən bir sistem idi, gördünüz. Yenə belə qarmaqarışıq, heyrətləniləcək şeylər öyrədirlər. Münafiqlər də bunları özləri üçün bir xeyir kimi görür, lakin çox şər olur, görürsünüz. Başları bəlaya girir.
Ali-İmran surəsi 167-də ““Əgər vuruşmağı bilsəydik, sizin ardınızca gələrdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxındılar. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər”. Yəni münafiqlər həmişə “mən nə edəcəyimi bilmirəm. İslama necə xidmət edəcəyimi bilmirəm, mənə yol göstər”. Yaxşı, münafiqlikdə soruşursanmı? Küfrlə əlaqədə soruşursanmı? Əxlaqsızlıq, alçaqlıq edərkən soruşursanmı? Detallı oyunlar, planlar hazırlayarkən soruşursanmı? Soruşmursan. Halbuki, İslama xidmət daha asandır. Sənin etdiyin xəyanət əxlaqsızlıqlarla müqayisə edildikdə İslama xidmət daha asandır. Bir Quran ayəsini birinə öyrətsən, bir nemətdir. Bir iman həqiqəti öyrətsən, nemətdir. Məsələn, bir quşun gözəlliyini belə izah etsən, bir nemətdir. Atomun quruluşunu izah etsən, bir nemətdir. Onu araşdırsan, bir nemətdir. Onsuz da elm əvvəldən axıra kimi İslamı izah edir. Allahın gözəlliyini izah edir. Elm indi tamamilə İslamın xidmətində bir sistemə çevrildi. Əvvəllər elm küfr üçün istifadə edilirdi. Allah indi yalnız İslama xidmət edən bir sistemə çevirdi. Allah elmin istiqamətini dəyişdi. İndi elm deyiləndə, ağla İslama xidmət edən sistem gəlir. Çünki elm nə tapsa möcüzələr çıxır. Nə araşdırsa, ortaya Allahın möcüzələri çıxır. Münafiqlər də “biz bilsəydik, sizə kömək edərdik, İslama xidmət edərdik” məntiqində olurlar. Yəni münafiqi buradan anlaya bilərsiniz. Münafiqin ən şikayətləndiyi nöqtələrdən biri də budur. Quran buna xüsusi işarə edib.
Əlbəttə, kiməsə mütləq yüz faiz münafiq diaqnozu qoymaqla mükəlləf deyilik. Biz münafiq əlamətini görürük. Heç bir zaman bir adama qəti münafiqdir deyə bilmirik. Amma tez-tez münafiq əlamətlərini görərik. Yəni əlaməti vardır. Onun üçün insanlara münafiqdir deyə diaqnoz qoymaq deyil, münafiq əlaməti var deyə bilərik.
MÜNAFİQ XAİNLİK VƏ ƏXLAQSIZLIQ EDƏ BİLMƏYƏNDƏ SANKİ DEPRESSİYAYA DÜŞƏR. NAMƏRDLİK VƏ MURDARLIQ EDƏ BİLMƏYƏNDƏ İÇİ YANAR, ÇOX SIXILAR
Münafiq xainlik edə bilməyəndə depressiyaya düşər, əxlaqsızlıq edə bilməyəndə çox sıxılar. Samirinin bu qədər depressiyaya düşməsinin səbəbi də odur. Tək yaşama qərarı alır, “mənə toxunmayın” -deyir, artıq manyaklaşıb. Münafiqdə əxlaqsızlıq edə bilməmək dəlilik dərəcəsinə çatdırır. Çünki hz. Musa (ə.s) onu kilidləyib, nə irəli gedə bilir, nə geri gedə bilir, nə sağa, nə sola əxlaqsızlıq edə bilməyincə iflic olmuş olur. Münafiq də iflic olanda, əxlaqsızlıq edə bilməyəndə sanki havalanar. Çünki satqınlıq edə bilmir, casusluq edə bilmir, namərdlik edə bilmir, pislik edə bilmir, çox sıxılır. İslama xidmət etmək onsuz da nifrət etdiyi bir şeydir, haşa. Heç bir şəkildə etmək istəməz. Nə deyir? Ayə “Biz əgər İslama xidmət etməyi bilsəydik, sizin yanınızda olardıq” -deyir. “Amma bilmirik” -deyir, yaxşı, münafiqliyi necə bilirsən? Əxlaqsızlığı, namərdliyi necə bilirsən? Şərəfsizliyi necə bilirsən? Gizli danışıqları, gizli planları necə bilirsən? Elə deyilmi? Sən özün kimi münafiq olanlara məlumat ötürmədəki şeytani bacarığın haradandır? O bacarığı İslam üçün istifadə et, Quran üçün istifadə et. İman həqiqətləri izah et, Quran möcüzələri izah et. Quran möcüzələrinin ucu-bucağı yoxdur. İman həqiqətlərinin ucu-bucağı yoxdur. Milyonlarla iman həqiqəti var. Allah: “qruplaşdıraraq belə saysanız, Allahın nemətlərini izah etməyi bitirə bilməzsiniz” -deyir. “Meşələr qələm olsa”, “dənizlər də yeddi dəniz və bir o qədər daha mürəkkəb olsa yenə saymaqla bitirə bilməzsiniz” deyir. Allahın nemətlərini; marağına uyğun gəlmir, Allahdan nifrət edirsən, haşa. Onda nə deyir? “Bilsəydik, İslama xidmətə sizinlə çıxardıq. Bilmirik” -deyir. Əxlaqsızca yalan danışır.