MÜNAFİQ NÜMAYİŞƏ VƏ ZƏNGİNLİYƏ ÇOX MARAQLIDIR. ÇOX YALANÇI OLDUĞU ÜÇÜN ZƏNGİN OLMADIĞI HALDA ÖZÜNÜ ÇOX ZƏNGİN GÖSTƏRMƏYƏ ÇALIŞAR
Münafiqlər mal, mülk və sərvətlə öyünmək istəyərlər. Təkasur surəsi, 1-də Allah, “(Mal, mülk və sərvətdə) Çoxluqla öyünmək, sizin başınızı o qədər qatdı ki, özünüzü unutdurdu” –deyir. Manyak kimi oldu. Baxın, “özünüzü unutdurdu” -deyir. “gömülməklə qəbirləri ziyarət etdiniz (ölümünüzə qədər davam etdi)”. (Təkasur surəsi, 2) Münafiqin ən üstündə dayandığı mövzu, malla öyünməkdir. Hətta peyğəmbərlərə belə “niyə malı yoxdur?” deyirlər, bilirsiniz.
Furqan surəsi, 8-ci ayə, şeytandan Allaha sığınıram “Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Onun üçün münafiqin malı olmasa da, yalandan “Gəmilərim var, evlərim var. Bura gəmi hədiyyə etdim. Buraya mənzil hədiyyə etdim. Dörd yüz min qoyun verdim, kəsdirdim. Halal olsun, yeyib içsinlər” -deyər. Münafiqin çox yalan uydurma gücü vardır. Çox gözəl yalan danışar. Bu, onun diqqətə çarpan bir xüsusiyyətidir. Tanınmasını təmin edən bir xüsusiyyətdir. Gecə-gündüz yalan, onsuz da, Quranda onun xüsusiyyəti olaraq ifadə edilir. Münafiq aldadacağı adama özünü zəngin göstərər. Kasıbla münafiq əlaqə qurmaz. Münafiq kasıbı əzməyə çalışar. Öz aləmində məlumatı ilə, mədəniyyəti ilə, zənginliyi ilə və s. əzməyə çalışar. Ondan heyvani, donuz kimi şeytani bir zövq alar. Amma zənginləri aldatmaq; onsuz da əvvəlcə müsəlmanları aldatmağa çalışar. Müsəlmanları aldada bilməyincə küfrü aldatmağa cəhd edər. Onlardan zənginlərin arasına sızar. Rəsulullah (s.ə.v)-in zamanında münafiqlər Rəsulullah (s.ə.v)-in yanında qalır. Sonra bədəvi ərəblərin arasına sızırlar. Onları aldatmağa çalışırlar. Sonra da birini döyə-döyə öldürürlər. Aldatmağa çalışan saxtakarı. Münafiqlərin aldadarkən ən məşhur taktikaları özlərini zəngin göstərməkdir. Əsli yox yaylasında yüz min qoyunum var. Everest dağı mənə aiddir. Manyakdırlar. Çox uydurarlar.
Tövbə surəsi, 75-də “Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!” – deyə Allaha əhd edənləri də vardır”. (Tövbə surəsi, 75) “Allah bol pul versin” -deyirlər sonra da qudururlar. Məsələn, Rəsulullah (s.ə.v)-in zamanında da elələri var idi. “Ya Rəsulullah” –deyir. “Mən həmişə sənin yanındayam. Həmişə sənə kömək edirəm. Amma on-on beş dənə qoyunum olması üçün dua et. Onlardan da pul qazanar İslama xidmət edərəm” -deyir. Rəsulullah (s.ə.v) dua edir, həqiqətən, Allah ona qoyunlar verir. On beş deyil, daha çox verir. Onlarla maraqlanmağa başlayır. Sonra həftədə bir gün gəlməməyə başlayır. Rəsulullah (s.ə.v)-in yanına. Qoyunların sayı artır. İki gün gəlmir, üç gün gəlmir. Sonra həftənin yeddi günü gəlməməyə başlayır. Rəsulullah (s.ə.v) o malın ona fitnə olacağını əvvəlcədən söyləyir. “Bax” deyir “bu halın yaxşıdır, bununla Allaha şükr et. Çox mal içərisinə girsən, çox mal ehtirasına girsən dünyanı da, axirətini də itirərsən” -deyir. Adam dinləmir. “Yox, heç bir şey olmaz” -deyir. “Sən mənə dua et, Rəsulullah, çox yaxşı olacaq” -deyir. Sonra Rəsulullah (s.ə.v)-in yanına heç gəlmir. Mal başını qatır. Münafiqin dəliliyinin bir istiqaməti də budur. Mal tapan kimi qudurar, axmaq. Yoxdursa da, münafiq xəyali mallara malikdir. Tırları, gəmiləri, mənzilləri. Önünə gələnə də xeyir etdiyini söyləyər. Bunlara bunu verdim. Onlara yüz min ağac lazım idi, meşəlik bölgəni olduğu kimi verdim və s. Çox güclü uydurma qabiliyyəti vardır. Mərmərə dənizini özbaşına hissələrə ayırıb satar. Münafiq çox dəlidir. Yalanları manyaklıqdan da böyük dərəcədədir.
Lakin münafiq üçün ən əhəmiyyətlisi müsəlmanları aldatmaqdır. Nə hikmətdir, Allahın hikməti. Məsələn, halbuki, küfr daha çoxdur, daha güclü, zənginliyi də daha çoxdur. O, heyvani bir instinktlə donuz kimi müsəlmanlara ilişər. Müsəlmanların malını, mülkünü əldə etməyə çalışar. Onları aldatmağa çalışar. Onların vaxtını almağa çalışar. Fəaliyyətlərini dayandırmağa çalışar. Münafiq heyrətlənəcək şəkildə şeytani bir gücə malikdir.