Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (5 dekabr 2016; 10:00)

Aa4a

MÜNAFİQİN ÇİRKİN CƏHƏTLƏRİNDƏN BİRİ DƏ QURAN İLƏ MÜSƏLMANLIĞA HÜCUM ETMƏSİDİR

Münafiqin çox murdar bir cəhəti də Quranla müsəlmanlara hücum edər. Münafiq ərköyünlüyü ilə hər yaxşı şeyin özündən olduğunu söyləyər, hər pis şeyin də müsəlmanlardan qaynaqlandığını söyləyər.

Əraf surəsi 131-də, şeytandan Allaha sığınıram: Allah “Onlara bir yaxşılıq üz verəndə “Bu bizə məxsusdur!” deyərdilər” yəni bizə görə, bizim yaxşı imkanlarımıza görə “onlara bir pislik üz verdikdə isə Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar”. Yəni, Allah “müsəlmanların yaratdığı bir uğursuzluq” kimi şərh edərlər deyir. “Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir” –deyir. Çünki ölüdür. Münafiqlərin əksəriyyəti ölüdür. Bir qisiminin də ürəyində xəstəlik vardır, münafiqə çox bənzəyər. Ona görə ayırd edilə bilmir. Gerçək münafiq düzəlməz. Allah deyir “ürəkləri parçalanmadıqca onlar imtina etməzlər”. Yəni ölmədikdən sonra imtina etməz. Ölüncə imtina edir, amma axirətdə yenə əxlaqsızlığına davam edir. Axirətdə də münafiq yenə davam edir. Münafiq sonsuza qədər münafiqdir. Amma ürəyində xəstəlik olan düzəlir. Ürəyində xəstəlik olan çox bənzərdir. Münafiqlə təxminən eynidir, amma onlar imtina edir düzəlirlər.

Ali-İmran surəsi 78-də: Münafiqlərdən “Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər”, yəni Quranın hökmlərini dəyişdirərlər, anlamırmış kimi edib başqa cür şərh etməyə çalışarlar. Yəni danışıqları Qurana uyğunmuş kimi davranarlar. “… oxuduqlarını Kitabdan” Allahın hökmüdür deyə “hesab edəsiniz deyə”. “Halbuki, o, kitabdan” deyil. Lakin onlar “Bu Allah Qatındandır” deyərlər” deyir. Allah belə dedi deyərlər deyir. “Halbuki o, Allah Qatından deyil. Özləri də bildikləri halda Allaha qarşı yalan danışarlar”. Bax, özləri də bunu bilirlər deyir.

Allah Ali-İmran surəsi 7-də: “Ürəklərində əyrilik olanlar”, yəni xəstə, münafiqlik xəstəliyinə tutulmuş münafiq kimi “fitnə-fəsad törətmək və” Quranı “istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər”. Yəni heç əlaqəsiz hökmlərə uyarlar.

Bəqərə surəsi 204-də Allah münafiq üçün, “qəlbində olana” çirkin fikirinə “baxmayaraq, Allahı şahid gətirər.” Qəlbindəkinə baxmayaraq, bax Allahı şahid gətirər. “Əslində o, ən qatı mübahisəçidir”. Bax, “İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər”. Münafiqlər həmişə belə inandırarlar, əyləncə, kef, yemək-içmək, moda, o-bu və s. bununla zəif insanlara təsir edərlər. “Dünya həyatına bağlı sözləri sənin xoşuna gələr”. Ağlı zəifdirsə, o xoşuna gəlir. “O, qəlbində olana baxmayaraq Allahı şahid göstərər”. Yəni doğrusunu bilməsinə baxmayaraq. Yəni ürəyində doğrunu bilir, amma saxtakarlıq edir, doğrunu bilməsinə baxmayaraq, Allahı şahid gətirər. “Əslində o,” münafiq “ən qatı mübahisəçidir”. Allah deyir.

Məsələn, münafiqlər “Əgər Allah istəsə, biz düz yolda olarıq” –deyirlər. Allah Bəqərə surəsi 70-də “İnək kəsin” deyir. Sanki dinlə, imanla əlaqələri varmış kimi həmişə incəlikləri soruşurlar. Halbuki, normalda kəsmək istəmir. Bir daha soruşur, bir daha soruşur, bir daha soruşur.

MÜNAFİQLƏR ÖZLƏRİNİ ÇOX OXUYAN, ÇOX ARAŞDIRAN, XALQIN BİLMƏDİKLƏRİNİ BİLƏN ÜSTÜN İNSAN OLARAQ GÖRÜRLƏR. ƏSTƏĞFİRULLAH, ALLAHDAN ÜSTÜN GÖRÜRLƏR

Münafiqlər özlərini çox oxuyan, çox araşdıran, xalqdan daha üstün, daha dərin düşünən insanlar kimi görürlər. Həqiqətən də, internetə hakimdirlər. Məsələn, kompüteri çox yaxşı bilirlər. Xalqın heç bilmədiyi məlumatları da həqiqətən bilirlər. Fəlsəfə istiqamətində də xalqın bilmədiyi məlumatlara sahibdirlər, ona görə özlərini insanlardan çox üstün görürlər. Lakin işin fəlakət tərəfi, özlərini Allahdan da üstün görürlər. Onsuz da Allaha inanmır, lakin Allahdan daha üstün görürlər. Ona görə insanlardan çox nifrət edirlər. Özünü Allah kimi gördüyü üçün böyük bir nifrət ruhu olur. Müsəlmanları da ağılsız gördükləri üçün hər yerdə onları əzdirmək, onları aldatmaq, onların imkanlarından istifadə etmək, onların başına bəla olmaq, pislik etmək, müsəlmanları təhdid etmək, alçaqlıq etmək, xəbərçilik etmək, kütləvi şəkildə onları şəhid etmək bu alçaqların hədəfi olur.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313