DƏCCALİYYƏT HAŞA, İLAHLIQ İDDİASIYLA ORTAYA ÇIXDIĞI ÜÇÜN QORXMAZ, CAN ALMAQDAN, TERRORDAN, ANARXİYADAN VAZ KEÇMƏZ
Dəccal, dəccallıq iddiasıyla ortaya çıxdığı üçün qorxmaz. Çünki Allah olduğunu iddia edir. Yəni Allahdan daha üstün bir şey yoxdur deyir. Mən də Allaham deyir, haşa. Onda mən can alaram deyir. İnsanların canını alan mənəm, deyir. Canlarını da bağışlayan mənəm, deyir. Can aldığımı insanlara göstərəcəyəm, deyir. İndi can alır. Öz tərəfdarlarına sizin canınızı bağışlayıram, deyir. Mənim cənnətim, İngilis dərin dövləti olduğu kimi əmrinizdədir deyir. Hara getsəniz sizə iş də var, aş da var, imkan da var. Hər şeylə təmin edərəm, deyir. Şöhrət, güc, böyüklük, hər şey olar deyir. O, onsuz da dəccala xidmət edənlərə bir müddət sonra, haşa Allahlıq xüsusiyyəti verir. Siz də lordsunuz deyir. Səni də lord elan etdim deyir. Sən də Allahsan deyir. Bir-birlərinə lordum deyə xitab edirlər. Yəni Allahım deyə xitab edirlər, haşa. Onun üçün dəccal qorxmaz, onu söyləyim. Yəni deyirlər terrorun belini qıracağıq və s. İslam aləmi birləşmədən, İslam Birliyi olmadan, Mehdi (ə. s) zühur etmədən, İsa Məsihlə birlikdə hərəkət etmədən dəccalın ölümü deyə bir şey yoxdur. Dəccalın məğlub olması deyə bir şey yoxdur. Baxın, görün terror bütün şiddətiylə artır. Yəni dəccaldır çünki xüsusiyyəti odur, Allahsız, Kitabsız sistemi müdafiə edir. Allah əleyhdarı olduğu üçün Allahsızlığı müdafiə etməyə davam edəcək. Allah olduğunu iddia etdiyi üçün də can almağa davam edəcək. Dəhşət və şiddəti yayacaq. Öz tərəfdarlarını da özünə görə yaşatdığını, cənnətinə qoyduğunu iddia edir. İndi bunları da insanlar görür və görməyə davam edəcəklər. İslam aləmi birləşmədən, İslam Birliyi olmadan dəccalın məğlub olması deyə bir mövzu yoxdur. Heç bir ölkə tək başına dəccalın öhdəsindən gələ bilməz. Yəni dünyadakı heç bir ölkə dəccalla tək başına mübarizə apara bilməz. Mütləq İslam birliyi olmalıdır. İlk çıxdığında dəccal bilici mürşid kimi davranır. İlk, əvvəldə. Sonrakı işlərində özünün peyğəmbər olduğunu, vəhy aldığını iddia edir. Ətrafında dərin dövlət təşkilatları meydana gəlməyə başlayır. Ən son iddiası da mən Allaham deyir, haşa. Üluhiyyət iddia edir. O zaman əlbəttə ki, dəlicə ruh meydana gəlir, dəlicə eqoistlik və qürur meydana gəlir.
Rəsulullah deyir ki: “Dəccal çıxdığı zaman hər kəs onu həqiqi mürşid sanıb arxasınca gedəcək, sonra işlərini davam etdirəcək, beləliklə peyğəmbərlik iddia edəcək. Bunu görən ağıl sahibi şəxslər ondan ayrılacaqlar.” Peyğəmbərlik iddia etdiyini anlayınca. “Daha sonra Üluhiyyət, ilahlıq iddiası edəcək, -haşa- mən Allaham deyəcək.” Taberani bunu səhabə olan Bin Mutemerdən belə rəvayət edir: (Medineli allame Muhammed bin Resul el Hüseyni el Berzenci, Kıyamet Alametleri, səhifə 212) Burada da ərəbcəsi var.
“Şeytanlar ona nə istəsən söylə edək, deyəcəklər” deyir, cin şeytanlar. “O da: “Gedin insanlara mənim onların Rəbbi olduğumu söyləyin”“ Allah olduğumu söyləyin “deyib hər birini bir tərəfə salacaq” deyir. Bu an dünyanın hər tərəfində casusları, işçiləri, tərəfdarları İngilis dərin dövlətinə dəlilər kimi yaltaqlıq edirlər. Məsələn, Çörçili özlərinə mürşid olaraq göstərir. Çörçil də lorddu, lordluk iddia edirdi. Yəni özünün Allah olduğunu iddia edirdi. Bu qrupun xüsusiyyətidir.
“Bir qisim insanlar dəccalla söhbət edəcəklər və deyəcəklər ki: “Biz onun kafir olduğunu bilirik. Yeməyindən yemək, ağacından faydalanmaq üçün onunla yoldaşlıq edirik” deyəcəklər” deyir.
Peyğəmbərimiz (s.ə.v) “Dəccala tabe olanlar, ona uyanlar çoxdur” deyir. “Özünə bir çox şəxs ilhaq edib qatılacaq” deyir. (Et Tebrizi Veliyüddin Muhammed).
“Şübhəsiz ki, dəccal Haremdən (Məkkə, Mədinə və Beyt-i Müqəddəs) başqa yer üzünün hamsına qalib gələcək.” Hər yerdə dəccaliyyət hakim olacaq, deyir.
Peyğəmbərimiz (s.ə.v) “Dəccalın saysız planları vardır” deyir.”Ordusu istəksiz kölələrdən ibarətdir. Dəccalın fil orduları vardır” deyir.
Dəccal insanları öldürərkən iddiası budur: Mən Allaham deyir, lakin can alaram da, can verərəm də deyir. Əvvəl də eyni, Çingizxan, Hülakü zamanında, xüsusilə Hülakü fitnəsində. O da eyni iddiada idi. Bax, Firon da eyni iddiada idi, Nəmrud da eyni iddiada idi. Nəmrud mən də insan öldürərəm deyir. Mən də dirildərəm deyir, Quranda ayədə keçir. Bütün dəccallar bu ifadədən istifadə edirlər, Allahın hikmətidir. Amma darvinist fəlsəfə baxımından belə vicdansız insanları təşviq etmək üçün də əhalinin çoxluğunu söyləyirlər. Yəni nə qədər çox insan öldürsən, o qədər insanlıq rahatlayar deyirlər. Və kütlə qırğınlarını təşviq edirlər. İslam aləminin də çox olduğunu söyləyirlər. Nə qədər çox ölsələr, o qədər qarışıqlıq olmaz, o qədər hüzur olar deyirlər. Yəni şeytani məntiqdir. Halbuki, imanla, sevgiylə nəticə alacaqkən öldürərək nəticə alaq deyirlər. Çox şeytani, manyakca, psixopat fikirdir.
İmam Sadiq deyir ki: “Dəccal əvvəlcə Türklə savaşır.” Bax, türklərə hücum etməyə başladı, görürsünüz. “Sonra dəccalın kökünün kəsilməsi Mehdinin əliylə olar. Mehdi ilk sancağını açıb Türklərə yönələr.” Yəni ilk sancağını açıbTürkləri qurtarmaq dalınca düşür. (Yevmul Halas, səhifə 329). İmam Sadiqdən hədisdir, 1300 illik hədisdir.
HƏDİS ŞƏRHLƏRİ
Rəsulullah (s.ə.v) “Türklərdə qarışıqlıq çıxanda” “artıq Mehdinin çıxışını gözləyin deyir. O çıxıb ədalət gətirəcək” deyir. “Bihar’ul Envar” min illik kitabda. “Türklərdə qarışıqlıq çıxanda artıq Mehdinin çıxışını gözləyin. O çıxıb ədalət gətirəcək.” Bunu Rəsulullah (s.ə.v) söyləyir. (Bihar’ul Envar 1-ci cild 160-cı səhifədə.)
“Qaiminiz Mehdi çıxdıqda həvəslər xəsisliyə dönmüşkən onları doğru yola çəkər. İnsanlar Quranı öz düşüncələrinə uyğun təhrif edərkən fikirləri Qurana döndürülər”, yəni pis niyyətlə Quranı dəyişdirməyə cəhd edəkən Mehdi (ə.s) vəsiləsiylə insanlar gerçək mənada Qurana döndürülər deyir. “Kitabın tərk edilmiş hökmlərini Mehdi həyata keçirər” deyir. (Bihar’ul Envarda 1-ci cild 159-cu səhifə)
Əbu Səid əl-Hudri nəql etdi “Rəsulullah bizə dəccal ilə əlaqədar məlumat verdi” deyir. Peyğəmbərimiz (s.ə.v) dayanmadan məlumat verir. Bax, indi qadağandır, alimlər heç dəccal haqqında məlumat vermirlər. Bu dəccalın çıxdığını göstərir. Bunu Cübbəli də deyir “Dəccalın zamanında dəccaldan bəhs edilmədikcə, Mehdidən bəhs edilmədikcə bilin ki, dəccal zühur etmişdir” deyir. Mehdidən və dəccaldan alimlərin bəhs etməməsi Mehdinin də, dəccalın da zühur etdiyinin ən böyük əlamətidir, bunu biləcəksən.
“Dəccal Mədinənin içinə girməsi qadağankən çıxacaq”, yəni İstanbul Mədinə. “Bihar’ul Envar”ın 1-ci cildinin 139-cu səhifəsindədir. Min illik əsərdir. Bax, “Dəccal Mədinə içinə girməsi qadağankən çıxacaq. Bu səbəblə Mədinə yaxınlarında bir yerə gələcək” İstanbula girə bilmir. Amma İstanbulun yaxınına bir yerə gələcək deyir. “O dövrdə dünyadakı insanların ən yaxşısı “and olsun bu dəccaldır” deyəcək” deyir. Dəccala diaqnoz qoyacaq, ilk diaqnozu qoyur. “İstanbulun yaxınında bir yerə gələcək” deyir. Əlbəttə, gələndə çox böyük hadisə olacaq.
Hz. Sab İbn-i Cesame (r.ə)-dən rəvayət edildi, səhabə. “Dəccal insanların özündən bəhs edilməkdən tərk edilmədikcə” unudulmadıqca və imtina edilmədikcə “və imamlar da məscid minbərlərində ondan bəhs etməyi tərk etmədikcə çıxmaz.” Bu an nə olur? Tərk.
“Mehdi (ə.s)-ın hökmü Xızırın hökmü kimi olacaq” deyir. “Musa bin İmrana Xızırın etdikləri necə də ağır gəlmişdi” deyir. Yəni Xızır (ə.s) təbiətlidir Mehdi (ə.s), ona işarədir.
“Axırzaman dəccalı dinin zəiflədiyi dövrdə çıxar. Dünyanı ağ eşşəklə gəzər ki, eşşəyin qulaqlarının arası 20 metrdir.” Yəni bəzəkli qatarla gəzəcəyi aydın olur.
Dəccal insanların xoşbəxtliyini istəməz, sevincini istəməz. Hər kəsin ona dönməsini, onun boyunduruğunda olmasını istəyər. Dəccalın bir çox şərti vardır. Oradakı insanlar ondan xəbərsiz insanlardır. İnsanları -haşa – ona qul olmağa məcbur edir. Dəccalın bir xüsusiyyəti də insanlara bədbəxtlik gətirməsidir. Ümidsizlik, qorxu, çaxnaşma və matəm. Dəccalın hədəfi budur. İnsanları öldürmək və yaxud mənəvi cəhətdən öldürmək. Onların həyat sevincini yox etmək, həyəcanını yox etmək, xoşbəxtliklərini yox etməkdir. Onun üçün Dəccalın ən qəzəblənəcəyi şeylərdən biri də sevincdir. Dəccal sevincə hücum edər, xoşbəxtliyə hücum edər, gözəlliyə hücum edər, birliyə hücum edər və ən çox imana hücum edər.