MÜNAFİQ AZĞINLIĞINI ORTAYA QOYMAQ ÜÇÜN UYĞUN ZƏMİN MEYDANA GƏLMƏSİNİ GÖZLƏYƏR
Münafiq qaya porsuğu kimidir, belə hiyləgərcə gözləyər. Münafiq dumanlı havada gizlənər. Amma bir az ortalıq işıqlanan kimi dərhal onun gözlərini qan bürüyər, dişləri yenə sivrilməyə başlayar. Pislik və əxlaqsızlıq etmək üçün axtarmağa başlayar. Ona görə də münafiqin üstündən diqqəti yayındırmamaq lazımdır. Münafiqlərin üstündən diqqət yayıldığında tarix boyu həmişə azğınlıqlarını göstərmişlər. Münafiqin xüsusiyyəti fürsətcil olmasıdır, yəni ortalığın sakitləşməsini və fürsəti gözləyər. Yəni zəminin, zamanın, mühitin uyğun olmasını gözləyər. O zaman namərdliyini edər. Yəni münafiq qaranlıqda uçan yarasa kimidir. Bir küncdə gözləyər. Baxar, mühit uyğun, zəmin uyğun, dərhal bütün azğınlığıyla ortaya çıxar. Onun üçün “münafiq islah oldu, düzəldi, tamam işimizə baxaq, rahatlayaq artıq” elə bir şey olmaz. Münafiq tam onu düşündüyün anda gəlib vurar, yəni tarixdə həmişə tarixdə belə olmuşdur. Məsələn, hz. Əli (r.ə) çox rahatlamışdı, “İslam onsuz da hakim oldu” və s. Evindən məscidə gəlir, çox sakitdir, rahatdır. Gedib dəstəmazını alır, səcdəyə qapananda adam zəhərli qılıncla vurur. Niyə? Çünki münafiqlərə qarşı artıq içi rahatlamışdı, “nəzarət altındadır” deyir. Qardaşım -ümumi mənada deyirəm- su yatar, münafiq yatmaz. Münafiq daim zaman, zəmin və mühit gözləyər. Bir anda azğınlaşar, heyvanlaşar, vəhşiləşər. Yəni vəhşi, quduz it kimidir. Sakitcə bir küncdə dayanar, heç ümid etmədiyin anda azğınlıqla hücuma keçər. Ona görə müsəlmanın münafiqə qarşı diqqətsiz olduğu heç bir dövr, heç bir zaman ola bilməz. Daim ayıq və diqqətli olacaq.
MÜNAFİQ HƏR YERDƏ ARSIZDIR, HƏYASIZDIR
Məsələn, “cəhənnəmə getdi artıq orada düzələr” deyirsən. Münafiq cəhənnəmdə də arsız, həyasızdır. Hələ orada müsəlanlardan bir şeylər qoparmaq istəyir. “Rəbbinizə söyləyin mənə yemək versin.” Bax, hələ azğınlığa bax. “Sizin yediyiniz yeməklərdən mənə bir az gətir, içdiyiniz sudan bir az gətir.” “Atəşin xalqı cənnət xalqına səslənər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün.” (Əraf surəsi, 50) Orada da o acgözlüyü və manyaklığı davam edər. Yəni o tamahkarlığı və azğınlığı sonsuza qədər davam edər. Hələ orada da plan qurur. Orada da əxlaqsızlığı keçmir. Orada da casusluq, itlik və əxlaqsızlığına davam edir. Orada da layihələr qurur, qaçma layihələri düzüb-qoşur. Orada o biri münafiqləri təşkil etməyə çalışır. Tam qaçacağı anda tutulub rəzil-rüsvay olurlar, müsəlmanlar da onların halına gülür. Ayədə var “Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar.” (Mutəffifin surəsi, 34-35) Yenə Allaha qarşı oyun oynaya biləcəyini zənn edir, cəhənnəmdən bir şəkildə qaça biləcəyini düşünür. Yenə orada təşkilatlar qurur, oyunlar hazırlayır, yenə tutulur. Yəni münafiq sonsuza qədər alçaq məxluqdur.
MÜNAFİQ HEÇ BİR ŞEYDƏN İBRƏT GÖTÜRMƏZ. XƏSTƏLİKLƏR, FƏLAKƏTLƏR, DƏRDLƏR MÜNAFİQƏ HEÇ TƏSİR ETMƏZ
Münafiqə bəla gələndə daha da azğınlaşar, ondan ibrət götürməz. Ümumən münafiqlər müsəlmanlara gələn fəlakətlərə çox sevinərlər. Birdən-birə heyvani sevincin içinə girər. Amma müsəlmanların lehinə bir şey olduğunda içinə qapanar, çox iztirab çəkər, yəni manyaklaşar. Yəni müsəlmanların lehinə bir şey olduqda iztirabını, ağrısını hiss etdirər. Məsələn, Allah Tövbə surəsi 126-da deyir ki “Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)” Münafiq heç təsirlənməz. Deyirsən məsələn, “ bu, çox böyük dərddir. Bundan həqiqətən təsirlənmişdir” deyirsən. Çox həyasızdır. Münafiq hətta heç təsirlənmədiyini xüsusilə vurğulamağa çalışar. Allahı xatırlamaz, yəni onun Allahdan qaynaqlandığını, ibrət vəsiləsi olduğuna inanmaz.
MÜNAFİQİN BİR XÜSUSİYYƏTİ DƏ MÜSƏLMANLARA QARŞI QURANLA ÖZÜNÜ QORUMAĞA ÇALIŞMASIDIR
Məsələn, münafiq əlamətləri oxunduqda o da sənə böhtan ayələrini oxuyar. Yəni münafiqin xüsusiyyətidir. Və yaxud məsələn, tamahkarlığıyla əlaqədar ayə söylədikdə Allahın verdiyi nemətlərlə əlaqədar Quran ayəsi oxuyur. Yəni xasiyyətidir. Quran buna diqqət çəkir. Yəni “…tovlayan şeytan da sizi yoldan çıxartmasın. (Fatir surəsi, 5)” deyir. Münafiqin müdafiə metodu odur. Və hər şeyin öz haqqı olduğuna inanır. Məsələn, deyir ki Qarun, Qəsas surəsi 78-də “Dedi ki: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir.” Bu zənginlik və güc. Münafiq öz zəkasıyla, ağlıyla bir şeylər əldə etdiyini düşünər, yəni Allahın lütfü olduğunu düşünməz.
ƏBDÜLQADİR GİLANİ HƏZRƏTLƏRİNİN MÜNAFİQLƏRLƏ ƏLAQƏDAR BİR SÖZÜ
Əbdülqadir Gilani deyir ki; “İçi xarab münafiq hər işi çətinliklə edər. İbadətə gəlincə ondan daha tənbəli tapılmaz. Əgər bir ibadət etsə, xaricdən məcburən edər. İçi isə tam bir fəsad halındadır, heç cür imanlı zümrəyə qatılmaq istəməz.” Yəni münafiqdə həmişə qaçdı-tutdu vardır. Həmişə heyvan kimi tək olmaq istəyər. Müsəlmanlara qarşı içində həmişə qəzəb vardır. Müsəlmanlarda mütləq qüsur tapmağa çalışar. Münafiqin müsəlmanlara sataşmadığı gün olmaz. Hər gün bir mövzu tapar, hər gün. Onun üçün bax, Əbdülqadir Gilani deyir ki; “İçi xarab münafiq hər işi çətinliklə edər.” Yəni birini deyil, hər şeyi də. “Yemək yeyəcəyik” deyərsən, ora da bəla gətirər. “Buranı süpürək” desən, “mən soyuqlamışam, mənə soyuq olar”, “buranı silək” deyərsən, “yox, qolum ağrıyır” deyər. Yaxud “oranın rütubəti mənə zərər verir” deyər, yəni mütləq pislik edər. “İbadətə gəlincə ondan daha tənbəli tapılmaz.” Namaza tənbəlliklə qalxar, heç xoşu gəlməz. “Əgər ibadət etsə, məcburən edər” Belə çəkərək, “gəl namazını qıl. Zorla dəstəmaz alır”. Namaza qaldırdığında da hirslənər, o, münafiqin xüsusiyyətidir. Azan oxunanda məsələn, çox kin duyar. “Gəlin, namaza qalxaq” deyəndə adamın səsini eşidəndə dəlilik keçirər, onu çox hirsləndirər. “İçi isə tam fəsad halındadır.” Münafiqin içi onsuz da aşıb-daşıb kanalizasiya kimi qaynayır. “Heç cür imanlı zümrəyə qatılmaq istəməz” hamısını düşmən bilər, müsəlmanların heç birini sevməz. Münafiq zombi kimidir, yəni heç cür o içindəki fəsad və pislik ölməz. “Əxlaqsızlığı tam öldü bitdi” deyərkən bir də baxarsan ki, yenə xortlayıb. Yəni alçaqlığı bitdi deyərkən yenidən. Filmlərdə vardır. Alət darmadağın olur, alət sonra yenidən birləşir, polad alət yenidən hərəkətə keçir, filmlərdə görürsünüz.
MÜNAFİQ ÇOX NANKOR OLAR, NEMƏTİN QƏDRİNİ BİLMƏZ. ONA EDİLƏN YAXŞILIQLARI BİLMƏZ. YALNIZ ƏLEYHİNƏ OLAN MÖVZULARI TAPMAĞA ÇALIŞAR
Məsələn “yeməyin duzu niyə qoyulmadı, yemək niyə istidir?”, yəni yeməyə şükür etməz. Qüsur axtarır. Tövbə surəsi 80-də Allah deyir ki; “Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır.” Çünkü əxlaqsız, manyak qətiyyət içində olurlar. “Bu, həqiqətən, onların Allaha və elçisinə (qarşı) nankorluq etmələrinə görədir.” Münafiq Allaha da, Allahın elçisinə də, müsəlmanlara qarşı da nankordur, yəni nemətin qədrini bilməz. “Allaha and içirlər ki (o inkar sözünü) söyləmədilər.” Tövbə surəsi, 74. Münafiqlərin ağzından həmişə küfr axar, amma soruşanda “yox, mən elə bir şey demədim. Sənə elə gəlib” deyər, inkar edər. Bax, Allah onu deyir. “Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Halbuki and olsun, onlar küfr sözünü demişlər” əksər münafiq inkar sözündən istifadə edər “və İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar.” Yəni ən böyük olma, Allah kimi olma istəkləri var. “Halbuki, münafiqlər intiqama cəhd etmələrinin” həmişə müsəlmanlardan intiqamını alma ehtirası içindədirlər “özlərini Allahın və elçisinin bol lütfkarlığından zəngin etməsindən başqa (bir səbəbi) yox idi.” Məsələn, Peyğəmbər (s.ə.v) onları kasıb ikən, normal adi insan ikən çox zəngin edir. Zəngin olunca daha da azıb, daha da qudurub, daha çox istəyən, daha təcavüzkar hala gəlir. Kasıb ikən bunu etmir, yəni mal və zənginlik verilincə qudurub azır. Möminlər də deyirlər ki, şeytandan Allaha sığınıram. “Sən Sən pak və müqəddəssən, Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur.” (Bəqərə surəsi, 32) deyirlər. “Sən bizə nə öyrətsən odur.” Amma münafiq elə deyil. O özü oxuyub araşdırıb bir şeylər əldə etdiyinə inanar. Zəkasıyla, öz qabiliyyətiylə əldə etdiyini düşünər. Amma mömin elə deyil. Mömin hər an “Sən bizə nə öyrədirsənsə onu bilirik, Ya Rəbbi” deyirlər. “Başqa bir şey bilmirik” deyirlər.
MÜNAFİQLƏR QURANI MÜSƏLMANLARLA MÜNAQİŞƏ ETMƏK ÜÇÜN ÖYRƏNƏRLƏR
Ramuz El-Ehadisdə deyir ki; “Münafiq isə Quranı öyrənər, lakin Quranla elm əhlinə qarşı mübarizə aparmaq üçün öyrənər.” Yəni müsəlmanlarla mübarizə aparmaq üçün. Yəni “Quranda müsəlmanın əleyhinə bir şey varmı, onun əleyhinə istifadə edə biləcəyi bir hökm varmı? Onu axtarar” deyir. Yəni “İslamı, cihadı, İslamın faydasını axtarmaz” deyir. “Müsəlmanların əleyhində bir hökm varmı, ona baxar” deyir.
Peyğəmbərimiz (s.ə.v) “Ahmed Bin Hanbel Müsned”də münafiqlərin möminlərlə münaqişə etmək üçün Quranı öyrənmələrindən belə narahatlıq duyduğunu söyləyir. Möminlərlə münaqişə üçün Quran öyrənmələri, yəni mübahisə etmək üçün öyrənirlər. Həqiqətən də, qabiliyyətlidir. Amma sırf müsəlmanın guya öz ağlına görə qüsurunu tapıb oradan onu vurmaq üçün edir.
Münafiqlər Maidə surəsi 41-də “Haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirirlər”. Yəni hər an bəladır.