Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (25 yanvar 2017; 15:00)

Aa4a

DƏCCAL İLƏ ƏLAQƏDAR AÇIQLAMALAR

Bədiüzzaman 5-ci Şüa 17-ci məsələdə deyir: “Rəvayətdə var ki, dəccal çıxdığı gün bütün dünya eşidər və qırx gündə dünyanı gəzər və möhtəşəm bir uzunqulağı vardır”. Yəni bəzəkli, baxımlı, çox ehtişamlıdır. “Allahualəm bu rəvayət tamamilə səhih olmaq şərtiylə şərhləri budur: Bu rəvayətlər möcizəvi bir şəkildə xəbər verir ki, dəccal zamanında vasıta-i muhabere”, yəni xəbərləşmə vasitələri; telefon, radio, hər cür radiotelefon. “Və səyahət o dərəcədə tərəqqi edəcək ki”, yəni insanların bir yerdən başqa yerə sürətlə getməsi o qədər inkişaf edəcək ki, “bir hadisə bir gündə bütün dünyada eşidiləcək”. Bir hadisə baş verdikdə bütün dünyada hər kəs radiodan, televiziyadan, internetdən eşidəcək. “Radio ilə bağırar, şərq-qərb eşidər”. Şərq, qərb hər kəs eşidər. “Ümum cəridələrində oxunacaq”. Bütün qəzetlərdə oxunar. “Və bir adam qırx gündə dünyanı gəzəcək”. Təyyarə ilə bir oraya gedir, bir oraya gedir, bir oraya hər yerə gedir, qırx gündə dünyanı gəzə bilir, bu gün təyyarə ilə bu mümkün olur. “Və yeddi qitəsini və yetmiş hökumətini görəcək və gəzəcək deyə, zühurundan on əsr əvvəl teleqraf, telefon, radio, dəmiryolu təyyarədən”, yəni təyyarədən “möcüzəvi şəkildə xəbər verir. Həm dəccal, dəccallıq xislətiylə deyil, bəlkə çox despot bir kral sifəti ilə eşidilər” kral, kraliçalıq, krallıq. Krallıq, Birləşmiş Krallıq, İngiltərədə var başqa yerdə yoxdur. Kral sifəti ilə eşidilər ki, dəccal özünü onsuz da kral elan edir, həm lord, həm kral elan edir. Onlar bu kraliçanı əsas almır, amma dəccal orada krallıq, kraliçalıq sistemi olduğu üçün o sistemdə özünü gerçək kral olduğunu iddia edir. “Və gəzməyi də hər yeri zəbt etmək üçün deyil, bəlkə fitnə salmaq” fitnə, casusluq, qarışıqlıq, anarxiya, terror fitnəni oyandırmaq “və insanları azdırmaq üçündür. Məhz homoseksuallıq, əxlaqsızlıq, zülm, qəddarlıq, psixopatlıq. Və mindiyi uzunqulağı və himarı isə, ya dəmiryoludur ki, bir qulağı və bir başı cəhənnəm kimi atəş ocağıdır”, yəni qatara da işarə edir deyir. Çünki bir başı atəş ocağıdır deyir. “Bir qulağı və bir başı cəhənnəm kimi atəş ocağıdır, digər qulağı yalançı cənnət kimi gözəl bəzədilmişdir”. O cür qatarlar, kraliyyətə dair qatarlar çox bəzəkli olur, bəzənən qatarlardır. At arabası da olduğunda, fayton və s. onlar da çox bəzəkli olur. Bax “cənnət kimi gözəl bəzənmişdir” cənnət kimi. Hədisdə dəccalın cənnəti, cəhənnəmi vardır deyir. “Düşmənlərini atəşli başına” yəni onlara dəhşət və şiddət saçar deyir. Atəş, yəni havadan bombalama, pulemyotla tarama, sui-qəsdlər. “Dostlarını ziyafətə göndərər”. Dostlarına da böyük görkəmli ziyafətlər verir, o yığıncaqlarda görürsünüz. “Və yaxud onun uzunqulağı dəhşətli bir avtomobildir və ya təyyarədir və yaxud” –deyir. Bədiüzzaman nöqtə nöqtə “…sükut lazımdır” deyir. Heç bilmədiyiniz bir vasitə deyir. Vasitəyə belə uçan dairə kimi, qəribə bir şeydir deyir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313