Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. (Mutaffifin surəsi, 14)
Mutaffifin surəsinin 14-cü ayəsində ürəklər üçün istifadə edilən “paslanma” ifadəsi, ürəkdə baş verən biokimyəvi reaksiyaya işarə edə bilər. (Doğrusunu Allah bilir.) Pas bilindiyi kimi, dəmirin oksigenlə reaksiyaya girməsi –oksidləşməsi- nəticəsində meydana gəlir. Havadan aldığmız oksigen də, qandakı hemoqlobində olan dəmir sayəsində bədəndə hərəkət edir. Bu əsnada oksigen, qandakı dəmir ilə reaksiyaya girir. Beləcə, insan bədənindəki qanda –bu səbəbdən, dövran sisteminin mərkəzi olan ürəkdə- davamlı olaraq paslanmağa bənzər reaksiya meydana gəlir.
Hətta bədəndəki dəmir çoxluğu, eynilə paslanmaya bənzər oksidləşmə edərək, bütün bədən hüceyrələrinin erkən yaşlanmasına səbəb olur. 1 Bədəndə həddindən artıq dəmir yığılması nəticəsində yaranan “hemoxromatoz” xəstəliyində də, dəmir zəhərli bir təsir meydana gətirərək, ürək, qaraciyər kimi orqanların iflasına səbəb olar. Bu hadisə, dəmirin oksidləşməsi nəticəsində meydana gəldiyi üçün, orqanlarda “pas yığılması” ya da orqanların “paslanması” olaraq tərif edilir. 2 “Science News” jurnalında Dr. Sharon McDonnell, dəmirin orqanları meydana gətirən hüceyrələri oksidləşdirməsini “Bu paslanmadır” ifadəsiylə bildirmişdir. 3
Bir başqa mənbədə isə, bu xəstəliklə əlaqədar belə qeyd edilir:
…Hemoxromatozu olanlar dəmirin yayılmasını orqanlarında yığaraq reallaşdırarlar. Zaman ərzində bu, toksik miqdarlarda yığılaraq, orqanların iflasına səbəb olar; çünki sözün əsl mənasında paslanırlar. 4
Bədəndəki dəmirin oksigenlə reaksiyasını -qandakı oksidləşməni- müəyyən edə bilmək, ancaq yüksək səviyyədə texnoloji təchizata sahib laboratoriyalarda mümkün olur. Quranda, elmi məlumatlara uyğun belə bənzətmənin yer alması, Quranın endirildiyi dövr düşünüldüyündə möcüzədir. Həmçinin Quranda bunun kimi, müasir elmlə uyğunlaşan saysız məlumatın yer alması, Quranın hər şeyin məlumatına sahib, hər şeyi yaradan Rəbbimizin vəhyi olduğunun göstəricilərindən biridir.
1 E. Griffiths, Iron and Infection, John Wiley & Sons, New York,1987, səh. 1-25; http://www.lewrockwell.com/orig/sardi10.html
2 Jane E. Brody, The New York Times, “Personal Health”, 5 mart 1997.
3 Kathleen Fackelmann, Science News, “Rusty origins: researchers identify the gene for iron-overload disease – hereditary hemochromatosis”, 18 yanvar 1997.
4 Deborah Weisberg, Post Gazette, “New center treats victims of chronic iron poisoning”, 10 noyabr 1998; http://www.post-gazette.com/healthscience/19981110hemo1.asp