Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi məlum bir vaxta kimi? (Mürsəlat surəsi, 22)

 

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12- 14)

 

İnsanın yaradılışı ilə əlaqədar yuxarıdakı ayələr, embriologiya sahəsinə aid təməl məlumatları ehtiva edir. Ayələrdəki rəhm bölgəsini təsvir edən “müdafiəsi möhkəm yer” ifadəsi isə, müasir tibb elmi ilə daha yaxşı aydın olan, əhəmiyyətli xüsusiyyətə işarə edir. (Doğrusunu Allah bilir.) Sperma və yumurta hüceyrələrinin birləşməsi ilə yaranan ziqotdan, trilyonlarca hüceyrənin uyğunlaşaraq çalışdığı, bir insan olana qədərki müddət ana rəhmində keçir. Embrionun 9 aylıq bir müddətdə inkişafını tamamladığı bu yer -rəhm- ayədə də bildirildiyi kimi “möhkəm qorunan” məkandır.

Ayələrdəki “möhkəm qorunan” olaraq çevrilən “mekiynin” ifadəsi, “sarsılmaz, sağlam, möhkəm, güclü, yerindən ayrılmayan, möhkəm şəkildə yerinə yerləşmiş” kimi mənalar verir. “Qərar” sözü isə “yerləşmə məkanı, qalma, sabitlik, möhkəmlik, dayanma yeri” kimi mənalara gəlir. Bu sözlər rəhmin möhkəm, qorunan bir məkan olduğunu çox hikmətli şəkildə təsvir edir.

Xarici faktorlardan, işıqdan, səsdən qoruyan ana rəhmi, əvvəlcə körpəni hər cür zərbədən və təzyiqdən qoruyar. Çanaq boşluğunda yerləşən rəhm, bu bölgənin qalın və güclü sümüklərlə əhatələnməsinə görə olduqca etibarlıdır. Rəhm bölgəsi, hamiləliyin sonuna qədər körpənin ağırlığını daşımasını təmin edən, xaricdə güclü əzələ divarları, daxildə də “endometrium” ilə əhatə olunmuşdur. Bu güclü əzələlərdən ibarət olan quruluş, körpənin böyüməsi və inkişafı üçün son dərəcə əlverişli quruluşa malikdir. Hamiləlik dövründə bölgədəki sümükləri bir-birinə bağlayan bağlar da qalınlaşar və uzanar. Möhkəm çanaq sümükləri ilə rəhmin üst qisminə yapışıq halda olan bağlar, rəhmə möhkəm və sabit quruluş qazandırar.

savunmasi saglam_anne_rahmi

Şəkildə çanaq bölgəsindəki sümükləri bir-birinə möhkəmcə yapışdıran bağlar görünür.

 

Embrion inkişafı əsnasında ehtiyacı olan istilik, su, oksigen və bəslənmə qaynağına da malikdir. Ana rəhmi, hamiləlik dövründə, möhkəmliyini artıracaq çox sayda dəyişikliyə uğrayar. Əhatə olunan əzələ, bağ və elastik toxumalarla birlikdə, qan damarları və sinirlər də miqdar olaraq artar. Beləcə rəhmin zərər görmədən ağırlığının 20 qatına çıxması, tutumunun 1000 qat artması mümkün olur. 1 Rəhmə dəstək verən fallop boruları, yumurtalıqlar və digər bağ toxumaları da tamamilə genişlənərək, elastiklik qazanır. 2 Rəhmin dəyişmə müddəti, embrion böyüyüb sağlam bir körpə olduqdan sonra da davam edər. Bu səfər körpənin rəhmdən sağlam formada çıxmasına imkan təmin edəcək şəkildə quruluşunu dəyişər.

Hamiləlik dövründə, körpənin qorunmasıyla əlaqədar olaraq son dərəcə möcüzəvi bir vəziyyət daha reallaşar və körpə daxili hücumlardan qorunar. Orqan, hətta ilik nəqli kimi vəziyyətlərdə, xarici bir maddənin bədənə girməsiylə, insanın müdafiə sistemi reaksiya verməyə başlayar və bəzən bu reaksiyalar ölümcül nəticələr doğura bilir. 3 Lakin döl üçün bu keçərli deyil və ananın müdafiə etmə sistemi, onu xarici hesab etməz. Ananın immunitet sisteminin, atadan gələn xarici genlərə qarşı dözümlülük göstərməsi, fövqəladə bir vəziyyətdir; çünki körpə 50% yad bir insanın quruluşunu daşıyır. Bu vəziyyəti “heyrətamiz” olaraq qiymətləndirən Guelph Universitetindən elm adamı Marianne van den Heuvel, “Bu immunitet baxımından həmişə bir bilməcə olaraq qalmışdır; çünki döl əslində anaya yaddır. Ananın parçası olduğu qədər, atanın da parçasıdır. Bədənin bunu rədd etməsi lazımdır.” 4 deyir

 

Virus, şiş kimi xarici hüceyrələri tanıyıb, öldürən immunitet sistemindən gözlənilən, döl hüceyrələrinə də savaş açmasıdır. Ancaq Allahın diləməsiylə belə bir vəziyyət reallaşmaz və rəhm son dərəcə etibarlı, möhkəm bir yer olma xüsusiyyətini qoruyar.

Quranda embriologiya sahəsi ilə əlaqədar verilən məlumatların hamısı, müasir tibb elmi ilə tam uyğunluq təşkil edir. Hər biri üstün texnologiya səviyyəsi nəticəsində ortaya çıxan bu məlumatlar, Quranın bütün elmlərin sahibi, hər şeyin Yaradıcısı Uca Rəbbimizin vəhyi olduğunun açıq dəlillərindəndir. Əsrlər əvvəl elm dünyasına işıq salacaq məlumatlarla dolu Qurani-Kərimdə, insana belə bildirilir:

 

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

 

1 http://health.howstuffworks.com/understanding-pregnancy-symptoms1.htm

2 http://health.howstuffworks.com/understanding-pregnancy-symptoms1.htm

3 http://www.wch.sa.gov.au/research/releases/documents/lachlanyia06.pdf

4 http://www.uoguelph.ca/mediarel/archives/002054.html; Marianne van de Heuvel, “Biomedical Scientist Explores Role of Immune System in Pregnancy”, Communicationsand Public Affairs, 20 noyabr 2002.