Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzinə onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı. (Ənkəbut surəsi, 14)
Hz. Nuh, peyğəmbər olaraq göndərildiyi qövmünə, Allaha şərik qoşmadan iman etmələri və azğınlıqlarından imtina edərək Allahın dininə uymaları mövzusunda uzun illər öyüd vermişdir. Qövmünü Allahın əzabına qarşı dəfələrlə xəbərdar etdiyi halda, onlar hz. Nuhu yalanlamış və şərik qoşmağa davam etmişlər. Bunun üzərinə Allah hz. Nuha, inkar edib zülm edənlərin suda boğularaq əzablandırılacağını və iman edənlərin qurtarılacağını xəbər vermişdir. Quranda Nuh qövmünün həlakı və iman edənlərin qurtuluşu ayədə belə bildirilir:
Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər. (Əraf surəsi, 64)
Allahın vədi olan əzab vaxtı gəldiyində, reallaşan hadisələr Quranda belə təsvir edilir:
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Yuxarıdakı ayədə əzab vaxtının başlanğıcı “ təndir qaynayıb daşdığı zaman “ olaraq təsvir edilir. “Təndir”olaraq tərcümə edilən sözün ərəbcə qarşılığı “ettennuru”dur. Təndir bilindiyi kimi, “yerə çuxur qazılaraq düzəldilən bir növ soba”dır və bu istiqamətiylə dağın içindəki vulkanik atəşə işarə edir. (Doğrusunu Allah bilir.) Ayənin ərəbcəsində “fare” olaraq keçən “fışqırma” ifadəsinin mənaları isə “qüvvət və şiddətlə qaynadı, şiddətli yandı, qabarcıqlar çıxardı, qaynayıb daşdı, köpük çıxardı, fışqırdı” şəklindədir. Bu səbəbdən təndirin fışqırması ifadəsi, dağ içindəki qızğın lavaların püskürməsinə işarə edir.
Bir başqa ayədə isə hz. Nuhun gəmiyə minmə vaxtı, “təndir qaynayıb daşdığı zaman” ifadəsiylə bildirilir. Burada da vulkanik partlayışdan dərhal əvvəl, dağdan yüksələn isti tüstülərə işarə edilə bilər:
Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar. (Muminun surəsi, 27)
Vulkanik partlayışın ardından axan qızğın lavalar, dağdakı buzlaqların əriməsinə gətirib çıxarmış; dənizlərə axan lavaların nəticəsində yaranan soyuq və istinin birləşməsindən ortaya çıxan sıx su buxarı da şiddətli yağışlara səbəb olmuş ola bilər. Bu hadisələrin nəticəsində sellər olmuş və yerdəki su qaynaqları, şiddətli yağışlarla birləşərək nəhəng ölçülü daşqına səbəb olmuş ola bilər. (Doğrusunu Allah bilir.)
Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. (Qamər surəsi, 11-13)
Hz. Nuhun gəmisinə minənlər xaricində -hz. Nuhun, yaxınlıqdakı bir dağa sığınaraq xilas olacağını sanan “oğlu” da daxil olmaq üzrə- bütün qövm suda boğulmuşdur:
Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu. (Hud surəsi, 42-43)
Tufan nəticəsində sular çəkildiyində gəmi, Quranda bildirildiyinə görə, Cudiyə -yəni yüksək bir yerə- oturmuşdur:
Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”. (Hud surəsi, 44)
Dağların lava püskürtməsi bir müddət sonra dayandığında, hava yenidən soyuyaraq əvvəlki tarazlığına qayıtmış sular yeraltına çəkilmiş, bir qismi də göydə su buxarı olaraq qalmış ola bilər. Suların bu şəkildə tarazlanması nəticəsində, yenidən normal halına dönmüşdür. Ayədə bildirildiyi kimi, Allahın yerə suyunu “ud”, göyə də “saxla” əmri verməsi, bu vəziyyəti ən köklü şəkildə təsvir edir. Ərəbcə “belea” feli ayədə keçdiyi şəkli ilə “iblai” sözü, “udub yox et, çək” mənalarını verir. Yerin suları udması ifadəsiylə, yer üzündəki suların yeraltına çəkilərək bir istiqamətiylə, artezian kimi, yeraltındakı su qaynaqlarını meydana gətirməsinə diqqət çəkilir. Ərəbcə “aklaa” feli ayədə keçdiyi şəkli ilə “aklii” sözü isə “buludların açılması, dağılması, yağışın kəsilməsi, bir işdən imtina edilməsi ya da tərk edilməsi” mənalarını verir. Bu ifadəylə də bir istiqamətiylə, lavaların püskürməsi dayandıqdan sonra havanın yenidən soyuması, göydəki su buxarı miqdarının tarazlanaraq yağışın kəsilməsi və yağış buludlarındakı qalan su buxarının da səmaya dağılması təsvir edilir. (Doğrusunu Allah bilir.)
Elmi şərhlərlə tam olaraq üst-üstə düşən bu hadisələr zəncirinə, Quran ayələrində ən hikmətli ifadələrlə işarə edilir. Coğrafiya, geologiya, meteorologiya kimi bir çox elm sahəsini əhatə edən bu məlumatlar Quranın elmlə uyğunluq içində olduğunu göstərən dəlillərdən sadəcə biridir.