Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)
Dünyadakı cazibə qüvvəsi səbəbiylə, bütün cisimlər havaya buraxıldığında sürətli ya da yavaş yerə düşər. Canlı və ya cansız, yer üzündəki hər şey bu cazibə qüvvəsinin təsirindədir. Ancaq quşlar Allahın möcüzəsi olaraq bu gücə qarşı gələ bilir və havada alçalıb yüksələrək uçar, manevr edər yaxud bəzən qanad çırpmadan süzülərlər. Quşların skeletindən ağciyərinə, tüklərinin düzülməsindən qanad şəkillərinə bütün təfərrüatları, uçmalarını təmin edəcək xüsusi quruluş və nizamla yaradılmışdır. Uçma hərəkətindən və aerodinamika qanunlarından xəbəri olmayan bala quş da, doğulan kimi uça bilmə qabiliyyətinə malikdir. Bala quş sanki uçuşa uyğun bədəni olduğunu bilirmişcəsinə, özünü yüksəkdən aşağı buraxar və uçmağa başlayar. Bu, quşa sonradan öyrədilən ya da quşun sınaq-yanılma üsulu ilə öyrəndiyi məlumat deyil. Quşun uça biləcək bədən quruluşunda olduğunu bilməsi, özünü boşluğa buraxacaq cəsarəti göstərməsi və sonra da düşmədən havada uçması Allahın ilhamıyla reallaşır.
Nəhl surəsinin 79-cu ayəsində quşların havada necə dayandıqları bildirilərkən keçən ərəbcə “yumsikuhunne” ifadəsi, “onları salmır, onları alır, onları tutur, onları yaxalayır, onları çəkir” mənalarını verir. Bu söz “əliylə tutmaq, yaxalamaq və geri çəkmək” mənalarını verən “emseke” felinin indiki zaman halıdır. Bu sözlə Uca Rəbbimiz quşu havada tutduğunu, Öz əmriylə uçurduğunu bildirir. Quşların uçuşu bu gün hələ də elm adamları üçün əhatəli araşdırma sahəsidir. Quşlardakı uçuşun mükəmməlliyini fərq edən elm adamları, təyyarə, reaktiv raket kimi hava nəqliyyat vasitələrinin istehsallarında birbaşa olaraq quşların strukturlarını və uçuş şəkillərini model olaraq götürürlər.
Nəhl surəsinin 79-cu ayəsində bir istiqamətdən quşların uçarkən, Allahın yaratdığı aerodinamika qanunlarına uymalarına işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Aeorodinamika elmi, bərk cisimlərin hava kimi maye qarşısındakı davranışlarını araşdırır. Məsələn, bir təyyarə havada hərəkət edərkən, hərəkətinə təsir edən fərqli qüvvələr ortaya çıxar. Təyyarənin planlandığı şəkildə hərəkət etməsi və gözlənilməz qüvvə ilə ya da müqavimətlə qarşılaşmaması üçün, havanın göstərdiyi müqavimət qanunlarına qarşı təyyarə əvvəldən test edilər. Uzun sürən hesablamalar, ölçülər, təcrübələr nəticəsində cismin havadakı hərəkəti planlanlaşdırılar.
Quşlar isə aerodinamika elminin prinsiplərinə olan uyumlarıyla elm adamlarını heyranlıq içində buraxmağa davam edirlər. Bu canlılar heç bir sınaq-yanılma etmədən, havadakı aerodinamik qüvvələrin ən mükəmməl şəkildə öhdəsindən gələrək uçarlar. Ayədə quşların uçuşu üçün “musahharatin” sözünün istifadə edilməsi son dərəcə hikmətlidir. Çünki bu söz “tabe olunmuşlar, müəyyən bir hədəfə zorla sövq edilmişlər, bir şeyi etmək məcburiyyətində buraxılmışlar, əmr altına alınmışlar, boyun əydirilmişlər, xidmətinə verilmişlər, (Allahın) özünə bağlanmışlar, (Allahın) qanunlarına boyun əydirilmişlər” mənalarını verir. Bu baxımdan ayədə aerodinamik qüvvələrin quşların uçuşu üzərindəki təyinedici təsirinə işarə edə bilər. (Doğrusunu Allah bilir.)
Görünüşdə quşların uçuşunu məcbur edən heç bir səbəb yox kimi görünür, halbuki aerodinamika elminə görə, havada uçan hər hansı bir cisim bir çox fərqli güc tərəfindən təzyiq altında saxlanılır. Bunlardan ən çox bilinən güclər, cazibə qüvvəsi, itələmə qüvvəsi, sürtünmə (geri itələmə) qüvvəsi, qaldırma qüvvəsidir. Nəticə olaraq müəyyən səviyyədə uçuşun meydana gələ bilməsi üçün, bu qüvvələrin tarazlıqda olması lazımdır. Məsələn, cazibə qüvvəsi digər qüvvələrə üstün gəlirsə, quş yerə düşər. Bu baxımdan ayədə keçən söz, quşların uçuş əsnasında təzyiq altındakı vəziyyətlərini ən gözəl şəkildə ifadə edir. Aerodinamika, uçuş mexanikası kimi elmlərin var olmadığı bir dövrdə, Quranda bu cür təfərrüatlı məlumatları əhatə edən ifadələrin yer alması, bir daha Quranın İlahi kitab olduğunu ortaya qoyur.
Şəkildə quşun uçuşu əsnasında təsir edən aerodinamik qüvvələr görülür.
Qaldırma-lift
Sürtünmə-drag
Cazibə (ağırlıq)-weight
İtələyici qüvvə-propulsiıon 1
Quş qanadlarının üst qismi qabarıq, alt qisimləri düzdür. Bu şəkil, qanadın üst tərəfində, altına görə daha az təzyiq meydana gətirər. Hava təzyiqindəki bu fərq, qanadları yuxarı itələyərək quşun yüksəlməsini təmin edən qaldırma qüvvəsini meydana gətirər.
(1) Quşun qanadları ətrafından sürətlə keçən hava, qaldırma qüvvəsi meydana gətirər. (2) Daha çox qaldırma qüvvəsi əldə etmək üçün quş qanadlarını bükər. Beləcə qanadların üzərindən axan hava sürətlənər. (3) Əgər qanad çox yuxarı doğru bükülmüşsə, hava qanadın üst qisimlərinə doğru asanlıqla axa bilməz və quş sürətini itirər. Quşlar uçarkən Allahın ilhamıyla aerodinamik qüvvələrin prinsiplərindən istifadə edərlər.
Quşların uçuşundakı aerodinamika mükəmməlliydən başqa köç etmək üçün etdikləri minlərlə kilometrlik səyahətləri də elm adamlarının tədqiqat mövzusudur. Bu gün ornitoloqlar quşların hərəkətlərinin sanki proqramlaşdırılmış olduğu nəticəsinə varmışlar. Bala quşların əvvəldən heç bir təcrübəsi və ya rəhbəri olmadan, uzun və çətin səfərlər edə bilmələri bunun ən açıq nümunəsidir. Ayədə keçən “musahharatin” sözünün “müəyyən bir hədəfə zorla sövq edilmişlər, əmrə tabe olmuşlar, əmr altına alınmışlar, ələ keçərilmişlər, boyun əydirilmişlər” kimi mənaları, quşların özlərinə verilən əmrə tabe olaraq, özləri üçün təyin olunan istiqaməti izlədiklərini açıqca ortaya qoyur.
Quşların uçuşlarında, ağıl və şüurdan məhrum bu canlıların öz-özlərinə bacara bilməyəcəkləri hesablar vardır. Bu gün elm adamları arasında quşlardakı bu fövqəladə qabiliyyətlərin əvvəldən “proqramlaşdırılmış” olduğu fikrini qəbul edirlər. Bu vəziyyət “Science” jurnalında nəşr olunan məqalədə belə bildirilir:
Gənc quşların, özlərinə neçə gün və ya gecə və hansı istiqamətdə uçmaları lazım olduğunu söyləyən daxili köç proqramlarıyla proqramlaşdırılmış olduğuna dair dəlillər var.
Rene Descartes Universitetindən prof. Pierre Jean Hamburger, “La Puissance et la Fragilite” (Güclü və kövrək) adlı kitabında Sakit okeanda yaşayan fırtına quşunun qət etdiyi 24.000 kilometrlik fövqəladə səfərini bu ifadələrlə izah edir:
Yola çıxdığı nöqtə Avstraliya sahilidir. Oradan cənuba Sakit okeana doğru uçar, sonra şimala dönər və bir müddət istirahət edə biləcəyi Berinq Dənizinə çatana qədər Yaponiya sahilləri boyunca uçar. Bu fasilədən sonra yenidən yola çıxar və bu səfər cənuba yönələr. Amerikanın qərb sahilini keçərək Kaliforniyaya çatar. Oradan da başladığı nöqtəyə geri dönmək üçün Sakit okeanı təkrar keçər. Hər il, “8” şəkli çəkərək qət etdiyi bu 15.000 millik (24.000 km) səfərin marşrutu da, tarixi də əsla dəyişməz. Bəhsi keçən səfər, tam altı ay davam edər və hər zaman sentyabr ayının 3-cü həftəsində, tam altı ay əvvəl tərk etdiyi adada, altı ay əvvəl tərk etdiyi yuvada sona çatar. Bundan sonrası isə daha da heyrətləndiricidir: Döndükdən sonra quşlar yuvalarını təmizləyərlər, cütləşərlər və oktyabrın son on günü boyunca tək yumurtalarını buraxarlar. İki ay sonra kiçik balalar yumurtadan çıxar, sürətlə böyüyər və valideynləri o böyük səfərlərinə çıxana qədər üç ay baxılarlar. İki həftə sonra isə, yəni aprel ayının ortalarında, gənc quşların öz dövrlərinə başlamaq üzrə qanadlanma sıraları gəlmişdir. Heç bir bələdçiləri olmadan, yuxarıda izah edilən marşrutun eynisini izləyərlər. Bunun şərhi çox dəqiqdir: Bu quşlar yumurtanın içindəki irsi xüsusiyyətləri bildirən təchizat içində, belə bir səfər üçün lazım olan bütün təlimatlara sahib olmalıdırlar. Bəzi insanlar, bu quşların gediş-dönüş səfərləri boyunca günəş və ulduzlar tərəfindən və ya yolları üzərində hakim olan küləklərlə istiqamətləndirildiklərini iddia edə bilərlər. Ancaq bu faktorların, səfərin coğrafi və xronoloji dəqiqliyinə təsir etmədiyi aydındır. 4
Prof. Peter Berthold, quş köçünü 20 il araşdırmış məşhur tədqiqatçı və eyni zamanda Almaniyadakı Max Planck İnstitutunun Voqelvarte Radolfzell Ornitoloji (Quş elmi) araşdırma Mərkəzinin başçısıdır. Quşların köçləri ilə əlaqədar bunları ifadə edir:
Hər il təxminən 50 milyard quş bütün dünyanı əhatə edən yol şəbəkəsi içərisində köç səfərini reallaşdırır. Bəzən on minlərlə kilometr qət edərək qitələrdən və okeanlardan keçən köçəri quşlar bu işi elə yaxşı edirlər ki, ən geniş səhralardan və dənizlərdən, ən yüksək dağlar və buz sahələrindən çarpazlama keçərlər… Köçəri quşların müvəffəqiyyətli köç üçün əhatəli, təfərrüatlı və doğuşdan gələn “kosmos-müvəqqəti” proqramları vardır. Bu tərz proqramlar çox açıq şəkildə gənc və təcrübəsiz quşların belə, yetkinlərin bələdçiliyi olmadan köç etmələrini mümkün edər… Quşlar bunu “vektor naviqasiya” sayəsində edərlər: Genetik olaraq əvvəldən qərarlaşdırılmış köç istiqaməti və yenə əvvəldən qərarlaşdırılmış zaman planından ibarət olan vektora baxaraq bunu edərlər… Bunu qalxış zamanlarının genetik faktorlarla proqramlaşdırılması təqib edər. Yaxşı, quşlar özlərinə xas qış qərargahlarına çata bilmələri üçün köç etməli olduğu istiqaməti necə “bilirlər?… Köçəri quşlar təcrübə qəfəsləri ilə başlama nöqtələrindən başqa bir yerə aparılsalar və daha əvvəl heç köç etməmiş olsalar da, olduqca maraqlı şəkildə normal köçəri quşlarkına praktik mənada bənzər şəkildə istiqamət seçdiklərini sərgiləmişlər. İndi bir sıra təcrübə, köç istiqamətinin genetik olaraq qərarlaşdırılmış olduğunun dəlilini təqdim edir… Aydın olan bu yönlü dəyişikliklər belə böyük ölçüdə proqramlaşdırılmışlar… Doğuşdan sahib olduqları köç fəaliyyəti modeli ilə quşlar, genetik olaraq qərarlaşdırılmış köç proqramına sahib olarlar. Bu proqram, genetik olaraq qərarlaşdırılmış köç istiqamətləri ilə birləşdiyində, yuxarıda bəhs edildiyi kimi ən təcrübəsiz quşlar belə, əvvəldən bilməyəcəkləri qış qərargahlarına hələ ilk dəfə köç edərkən belə, onları “avtomatik olaraq” istiqamətləndirir.5
Nəticə olaraq, elm adamları tam olaraq şərh edə bilməməklə yanaşı, köçlərin əvvəldən proqramlaşdırılmış, doğuşdan etibarən var olan davranışlar olduqlarını qəbul edirlər. Minlərlə kilometr olan uçuşlar, bu uçuşlar üçün əvvəldən edilən hazırlıqlar, uçuş sırasındakı istiqamət tapma və naviqasiya qabiliyyətləri, bütün bunlar ayədə də diqqət çəkildiyi kimi Uca Rəbbimizin diləməsiylə, Onun vəhyiylə reallaşır. Quranda verilən bütün məlumatların elmi doğruluğu, bu elmləri yaradan Allahın vəhyi olduğunu göstərən əhəmiyyətli dəlillərdən biridir.
- http://www.drbonesshow.com/page6.html
- Kuşların ve Uçuşun Kökeni kitabından.
- Rudiger Wehner, “Bird Navigation—Computing Orthodromes”, Science, 12 Yanvar 2001, cild 291, nomre 5502, səh. 264–265.
- Pierre Jean Hamburger, La Puissance et la Fragilité, Flammarion Pub., Paris, 1972.
- Peter Berthold, “Bird Migration: Introductory Remarks and Overall Perspective”, Torgos, 1998, cild 28, səh. 25-30; http://www.birds.org.il/show_item.asp?itemId=1211&levelId=811&template=209