Header

Atomun möhkəmliyi və elektron orbitləri

Aa4a

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi möhkəm və kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitlərinə hansısa cəhətiylə işarə edə bilər. Atomlar tərəfindən baxıldığında, ayədəki Allahın “hər şeyi möhkəm (sapsağlam)” etdiyi ifadəsi, atomların çəkiclə vurulsa da, dağılmayan möhkəm strukturları olaraq şərh oluna bilər. (Doğrusunu Allah bilir.) Çünki əşyalar möhkəm olmaz, ancaq atom möhkəmdir. Məsələn, bir vaza qırılsa, parçalansa da, onu meydana gətirən atomlar yenə möhkəm qalar. Şiddətli bir toqquşmada avtomobil dəmir-dümür yığını ola bilər, bir partlayışla göydələn dağıla bilər, amma istər narın çiçək, istəsə güclü metal olsun vəziyyət eynidir: Maddənin atomları məhv olmaz, orbitləri dağılmaz. Bu səbəbdən ən zəif quruluşlu görünən maddə də, əslində yaradılışında çox möhkəmdir. Ayədə “hər şey” deyilməsinin hikməti də, bütün maddələrin əsasının atom olması ola bilər.

Atomdakı bağları parçalayaraq yaradılan nüvə bombalarda da, ortaya yenə möhkəm başqa strukturlar çıxar. Nüvə parçalanma üsulunda, atomun nüvəsi parçalanar və daha kiçik iki atoma ayrılar. Nüvə parçalanmada isə iki kiçik atom bir yerə gələrək daha böyük atom yaradılar. Məsələn, Günəş enerjisi bu üsulla -hidrogenin heliuma çevrilməsiylə- çıxarılır. Nəticə olaraq kainatda maddədən enerjiyə, enerjidən maddəyə davamlı çevrilmə və atom səviyyəsində kainatın daxilində keçərli möhkəmlik mövcuddur.

Digər istiqamətdən ayədə, dağların, buludların hərəkət edilməsinə bənzədilən hərəkətiylə, atomların nüvələri ətrafındakı elektron buludlarına işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Dağları meydana gətirən atomların orbitlərindəki elektronlar, nüvə ətrafında davamlı və sürətli hərəkətlərinə görə bulud görünüşü alarlar. Necə ki, atomun orbitlərindəki elektronlar, elmi ədəbiyyatda da “elektron buludu” olaraq təyin olunur. Elektron buludu anlayışı, molekulyar fizika, kimya ya da kvant kimyasında, elektronların atom nüvəsi ətrafında, buluda bənzər şəkildə hərəkət etmələrini təsvir etmək üçün istifadə edilər.

Elektron mikroskopu kimi üstün texnologiya məhsulu alətlər ilə müşahidə etmədən atomun quruluşunu anlamaq, elektronların bu görünüşlərini təsbit etmək mümkün deyil. 14 əsr əvvəl üstün texnologiya tələb edən elmlər haqqında, Quranda verilən məlumatların hər dəfə tam doğru olması, Quranın möcüzələrindən biridir. Bundan əlavə, Rəbbimizin Alim (Hər şeyi çox yaxşı bilən), Fatir (Yaradan, İcad edən) və Xaliq (Hər şeyin varlığı və varlığı boyunca keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən) sifətlərinin təcəllisidir.

Şəkildə sanki yapışdırıcı kimi atomları bir-birinə əlavə edərək maddələr meydana gətirən, bulud görünüşündəki elektronların hərəkəti canlandırılır.

Elektronların atomun nüvəsi ətrafındakı sürətli hərəkəti, bulud kimi görünmələrinə səbəb olur.

1 Henrik Stapelfeldt, “Electrons Frozen en Motion”, Nature, 16 dekabr 2004, cild 432, səh. 809-810; Adrian Cho, “Whispering Atoms”, New Scientist, 16 Sentyabr 2000, cild 2256, səh. 15; Albert Stolow, David M. Jonas, “Multidimensional Snapshots of Chemical Dynamics”, Science, 10 sentyabr 2004, cild 305, nömrə. 5690, səh. 1575-1577.

2 http://en.wikipedia.org/wiki/Electron_cloud

3 http://www.abc.net.au/quantum/stories/s116324.htm#transcript

4 http://www.ehs.utoronto.ca/services/radiation/radtraining/module1.htm

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313