And olsun yollar və orbitlərlə təchiz edilmiş səmaya! (Zəriyət surəsi, 7)
Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə edilən “elhubuk” sözü “habeke” felindən törəmişdir. Bu fel isə “bir şeyi yaxşı və möhkəm toxumaq, hörmək, möhkəm bağlamaq, yaxşıca düyünləmək, tərtib etmək” mənalarını verir. Zəriyət surəsinin 7-ci ayəsində istifadə edilən “elhubuk” sözünün bu mənaları düşünüldüyündə, səmanın toxunmuş ya da hörülmüş bir parça kimi olduğu aydın olur. Ayədə bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir və dövrümüzün elmi izahlarını iki istiqamətdən təsdiq edir.
Birinci istiqaməti belədir: Kainatdakı orbit və yollar, elə sıx və bir-birinin içinə keçmişdir ki, sanki parça hörgüsündəki kimi bir-birləri ilə kəsişən xətlər meydana gətirir. İçində yaşadığımız günəş sistemi, günəş, planetlər, onların peykləri, meteoridlər və quyruqlu ulduz kimi davamlı hərəkət halındakı göy cisimlərindən meydana gələr. Günəş sistemi də 400 milyard ulduz ehtiva edən Samanyolu Qalaktikası içində bir yol izləyər. 1 Kosmosda isə milyardlarla qalaktika olduğu təxmin edilir. Minlərlə kilometrlik sürətlə fırlanan göy cisimləri, sistemlər, bir-biriylə vuruşmadan, kosmosda bir-birini kəsən yollar izləyərlər.
Ulduzların mövqelərini və planetlərin hərəkətlərini tam olaraq xəritə şəklinə salma məqsədiylə ortaya çıxan astronomiya elmi, yenə göy cisimlərinin hərəkətlərini araşdıran göy mexanikası bu kompleks orbit üzrə hərəkətləri təsbit etmək üçün ortaya çıxmışdır. Keçmiş zamanlarda astronomlar, orbitlərin yalnız dairəvi olaraq hərəkət etdiklərini fərz etmişlər. Halbuki indiki vaxtda göy cisimlərinin dairəvi, ellips, parabola və hiperbola kimi müxtəlif riyazi nizamlarda orbitləri olduğu bilinir. Pittsburgh Universitetindən Dr. Carlo Rovelli, “İçində yaşadığımız kosmosun inanılmaz dərəcədə kompleks toxunmuş şəbəkə” olduğunu ifadə edir. 2
Şəkil 1: Yuxarda sol tərəfdə, Günəş sistemindəki cisimlərdən bir qisminin orbitləri görülür. Bu şəkildən başlayaraq saat istiqamətində araşdırıldığında, Günəş sisteminin də daha böyük orbit üzrə hərəkətlərin bir parçası olduğu aydın olur. 3
Şəkil 2: Ulduzların kompleks hərəkətlərinin kiçik bir hissəsi görülür. 4
Şəkil 3: Şəkildə Samanyolu Qalaktikasındakı yalnız yeddi ulduzun təxminən illik hərəkətləri görülür. 5
İkinci istiqamət olaraq, Quranda səmanın “toxunmuş, hörülmüş” mənasını verən bir sözlə təsvir edilməsi, fizika elmindəki “Sim nəzəriyyəsi”nə (String Theory) işarə edə bilər. (Doğrusunu Allah bilir.) Bu nəzəriyyəyə görə kainatı meydana gətirən ən fundamental komponentlər, nöqtə kimi parçacıqlar deyil, titrəyən miniatür skripka tellərinə bənzəyən iplərdir. Tək ölçülü, çox kiçik, bir-birinin eynisi, halqalar şəklində dalğalanan bu ipliklərin, kəndir görünüşündə olduqları qəbul edilir. Skripkanın tellərinin fərqli titrəşmələrindən fərqli səslər çıxması kimi, kainatdakı bütün müxtəlifliyin qaynağında, bu simlərin fərqli nizamlardakı titrəşmələri olduğu hesab edilir. 6
Eynşteynin ümumi nisbilik nəzəriyyəsi, kvant mexanikası kimi nəzəriyyələri uyğun halda birləşdirən tək nəzəriyyə olaraq, “Sim nəzəriyyəsi”ndə simlərin böyüklüyünü görmək mümkün olmasa da, riyazi olaraq hesablana bilir. Elm adamlarının, kosmos-zamanın toxunduğu vəsait olaraq qəbul etdikləri bu simlər, 1.6×10-35 m (0.000000000000000000000000000000000016 metrə)dir. 7 Plank uzunluğu deyilən bu ölçü, bilinən ən qısa uzunluqdur və atomun nüvəsini meydana gətirən protonların 10-20 qatı qədərdir. 8 Əgər bir atom, Günəş sisteminin ölçüsü qədər böyüdülsəydi, bu simlərdən hər biri ağac böyüklüyündə olardı. 9 Atomun, gözlə görülən ən kiçik şeydən 100.000 qat daha kiçik olduğu düşünülsə, bəhsi keçən uzunluğun kiçikliyi daha yaxşı aydın ola bilər.
Pensilvaniya Universitetindən fizika professoru Abhay Ashtekar və Varşava Universitetindən fizika professoru Jerzy Lewandowski “Space and Time Beyond Einstein” (Eynşteyndən əlavə kosmos və zaman) başlıqlı məqalələrində, kosmosun toxunmuş görünüşünü bu ifadələrlə şərh edirlər:
Bu nəzəriyyəsində Eynşteyn cazibə qüvvəsini, kosmos və zaman parçasının içinə toxudu… Hamımızın alışdığı davamlılıq sadəcə bir təxmindir. Əlverişli olması üçün 2-ölçülü davamlılığı təmsil edir, lakin əslində 1-ölçülü ipliklərlə hörülür. Eynisi kosmos-zaman parçası üçün də keçərlidir. Bunun tək səbəbi bu parçanı toxuyan “kvant ipliklərinin” kainatın bizim yaşadığımız bölgəsində son dərəcə möhkəm toxunmuş olması və bizim bunu davamlılıq olaraq qəbul etməyimizdir. İpliklərdən hər birinin ya da polimer hərəkətliliyinin, səthlə kəsişməsi vəziyyətində, təxminən 10-66 sm2 ölçülərində “Plank kvant” sahəsi meydana gəlir. Bu da 100 sm2-lik sahədə buna bənzər təxminən 1068 kəsişmənin reallaşdığını göstərir. Ədəd bu qədər yüksək olduğu üçün bu kəsişmələr bir-birlərinə çox yaxındırlar və biz də bunları davamlılıq olaraq görüb yanılırıq. 11
“New York Times” qəzetində “Kainat necə inşa edildi?” sualına cavab axtaran bir məqalədə də bu sətirlər yer alır:
Protonları, neytronları və digər parçacıqları meydana gətirən kiçik kvarklar belə, Plank ölçüsündə var ola biləcək nahamarlıqları hiss edə bilməyəcək qədər böyükdür. Lakin yenə də qısa müddət əvvəl fiziklər, kvarklarla birlikdə var olan hər şeyin daha kiçik obyektlərdən meydana gəldiklərini qarşıya qoymuşdular. Bunlar 10 fərqli ölçüdə titrəşən super simlərdir. Plank ölçüsündə kosmos-zamanın toxuması, Misirin ən nadir pambıq parçasının lupa altında hörgülərinin sərgilənməsi kimi aşkar olacaq. 12
Nəzəriyyəçi fizik Lee Smolin, “Three Roads to Quantum Gravity” (Kvant cazibə qüvvəsinə üç yol) adlı kitabında “How to Weave A String” (İplik necə toxunar) adlı hissəyə yer verir və mövzu ilə əlaqədar bunları ifadə edir:
… kosmos ilmələr şəbəkəsi şəklində “toxunmuş” ola bilər… eynilə parçanın iplər şəbəkəsi halında “toxunmuş” olması kimi. 13
Kosmoloq və astrofizik prof. Martin Reesin “Our Cosmic Habitat” (Kosmik yurdumuz) adlı kitabında isə belə ifadə edir:
Dövrümüzdəki anlayışlarla kosmos boşluğu çox sadədir… lakin daha kiçik miqyasda araşdırıldığında bir-birinə dolaşmış simlər halında ola bilər .14
Allahın, Zəriyət surəsinin 7-ci ayəsində kainatın parça kimi toxunmuş, orbitlər-yollarlarla hörülmüş olduğunu bildirməsi, Quranın elmlə fövqəladə uyğunluğunu göstərir. Hələ bir çox nümunədə gördüyümüz kimi, 14 əsr əvvəl Quranda bildirilən bütün məlumatların, bu gün elmi məlumatlarla təsdiq edilməsi son dərəcə düşündürücüdür. Quranın elmi inkişaflarla olan bu mükəmməl uyğunluğu, hər şeyi yaradan və hər şeyi ən yaxşı bilən Rəbbimizin sözü olduğunu açıqca ortaya qoyur. Bir ayədə Allah belə buyurur:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Pittsburgh Universitetindən fizik Carlo Rovelli, kainatın mikroskopik memarlıq quruluşunu canlandırmaq üçün, tor kimi hörülmüş model təqdim edir. 15
1 http://casswww.ucsd.edu/public/tutorial/MW.html
2 George Johnson, “How Is the Universe Built? Grain by Grain”, The New York Times,
7 Aralık 1999; http://www.nytimes.com/library/national/science/120799sci-planck-length.html
3 http://upload.wikimedia.org/wikipedia/commons/1/12/Oort_cloud_Sedna_orbit.jpg
4 http://qbx6.ltu.edu/s_schneider/courses/intro_astro/images/14-02.jpg
5 http://images.google.com.tr/imgres?imgurl=http://www.physorg.com/newman/
gfx/news/04orbit_pr.jpg&imgrefurl=http://www.physorg.com/news9759.html&h=358&w=
360&sz=23&hl=tr&start=4&tbnid=2_QRlvVbtbuJgM:&tbnh=120&tbnw=121&prev=/images%3Fq
%3Dgalaxy%2Borbits%26svnum%3D10%26hl%3Dtr
6 http://theory.uwinnipeg.ca/users/gabor/symmetry/slide22.html
7 http://www.phys.unsw.edu.au/einsteinlight/jw/module6_Planck.htm
8 http://www.physlink.com/Education/AskExperts/ae281.cfm
9 http://www.pbs.org/wgbh/nova/elegant/everything.html
10 http://www.phys.unsw.edu.au/einsteinlight/jw/module6_Planck.htm
11 Abhay Ashtekar, Jerzy Lewandowski, “ Space and Time Beyond Einstein”,
Rzeczpospolita, Aprel 2002; http://gravity.psu.edu/people/Ashtekar/articles/Rzeczpospolita_SaTBE.html
12 George Johnson, “How Is the Universe Built? Grain by Grain”, The New York Times, 7 Dekabr 1999;
http://www.nytimes.com/library/national/science/120799sci-planck-length.html
13 Lee Smolin, Three Roads to Quantum Gravity, Basic Books, New York, 2001, səh. 186.
14 Martin Rees, Our Cosmic Habitat, Princeton University Press, 2001, səh. 107.
15 http://www.nytimes.com/library/national/science/120799sci-planck-length.html