“New Scientist” jurnalında yer alan və “Meymunlardan dərin uçurumla ayrılırıq” (Yawning Gap Divides Monkeys and Us) başlığını daşıyan bir xəbər on illərdir davam etdirilən təkamül əfsanəsinə bir daha əhəmiyyətli zərbə vurdu.

Bilindiyi kimi, təkamülçülər müxtəlif canlılardan aldıqları DNT nümunələri arasında bənzərlik əlaqələri quraraq bunları guya təkamülün bir dəlili kimi təqdim edirlər. Bu müqayisələr indiki vaxtda darvinizmin ən məşhur təbliğat üsullarından biridir və bunlar arasında ən “məşhur” olanı şübhəsiz, insanla şimpanze arasında qurulan uydurma genetik qohumluq əlaqəsidir. Təkamülçülər 1970-ci illərdə insan və şimpanze DNT-ləri üzərində reallaşdırdıqları bəzi çalışmalar nəticəsində insanla şimpanzenin 98.77% bənzər olduğu iddiasını ortaya atmış, sonrakı on il ərzində bu iddia darvinist mediada sərlövhələrdən enməmişdi.

Ancaq 2002-ci ilin sentyabr ayında “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan bir araşdırmada iki canlı arasındakı genetik fərqliliyin üç misli daha böyük olduğu ortaya qoyulur və bənzərlik “ən çox 95%”-ə çəkilirdi. Nükleotid düzülüşlərindəki kiçik fərqliliklərlə yanaşı uzun fərqliliklərin də (indels) nəzərə alındığı ifadə edilirdi. Beləliklə, 30 illik təbliğatın əsaslandığı köhnə üsulların, “fərqliliyi ola bildiyincə azaldacaq” üsullar olduğu ortaya çıxırdı.

“New Scientist” jurnalında xəbər verilən çalışmada isə, insanın 21-ci xromosomunun; oranqutan, makaka rezus, şimpanze və yunlu meymunun uyğun gələn genetik materialı ilə müqayisə edildiyi xəbər verilir. Yazıda araşdırmanı reallaşdıran Kelly Frazer apardığı detallı araşdırmaların nəticəsini bu ifadələrlə yekunlaşdırır: “Xromosom boyunca səpilmiş böyük əlavələr və azalmalar var”. Kaliforniyada qurulmuş Perlegen Sciences təşkilatında fəaliyyət göstərən Frazerin “Genoma Research” jurnalında nəşr olunan araşdırmasının, keçən il nəşr olunan genetik araşdırmanın nəticələrinin bir əks-sədası olduğu ifadə edilir.

Beləliklə, insanın şimpanzelərlə ortaq bir əcdaddan təkamülləşdiyi təbliğatına dayaq göstərilən araşdırma nəticələrinin “şişirdildiyi” bir daha göstərilir.

Əslində genetik bənzərlik nisbətləri yüksək də olsa, bu insanın şimpanze ilə ortaq bir əcdaddan təkamülləşdiyi iddiasını sübut edən bir meyar deyil. Çünki bənzərliklər “mənşəyi” açıqlaya bilməz. Məsələn, iki reaktiv təyyarə bir-birinə bənzər görünüşlərə və bənzər uçuş hissələrinə, elektronik təchizatlara sahib ola bilərlər. Kimsə çıxıb iki təyyarənin bir-birindən ayrı vaxtlarda təsadüfi təbiət hadisələri nəticəsində meydana gəldiyini iddia etsə və təyyarələr arasındakı bənzərlikləri iddiasına dayaq göstərsə, iddiasını isbat etmiş olmayacaq. Burada araşdırılmalı olan nöqtə, təyyarələrin necə ortaya çıxmasıdır: Görəsən yağış, külək və şimşək kimi təbiət hadisələri uzun illər içində bu təyyarələri meydana gətirmiş ola bilərlərmi? Yoxsa şüurlu bir dizayner tərəfindən dizayn edilib istehsal edilmişdir?

Bənzər şəkildə insan və şimpanze arasındakı DNT bənzərliklərinə işarə edilməsi yetərli deyil. Təkamülçülər təbiət hadisələri və təsadüfi mutasiyaların insan və şimpanzeni ortaya necə çıxarmış ola biləcəyini, elmi dəlillərlə dəstəklənilən möhkəm tezislərlə göstərməlidirlər. Yaxşı, təkamülçülər bunu göstərə bilirmi? Xeyr. Fosil qeydlərində canlıların birdən və mürəkkəb dizaynlarla ortaya çıxdığı, milyonlarla il heç bir dəyişikliyə məruz qalmadığı və növlərə aid fosil qeydlərində bir sabitlik olduğu görünür. Yüz əlli ildən çox müddətdir dünyanın dörd bir tərəfində davam etdirilən paleontoloji qazıntılarda, təkamül nəzəriyyəsinin “olmazsa olmaz” xüsusiyyətdəki aralıq formalarının birinə belə rast gəlinməmiş, “itkin halqa” fikirinin tamamilə, boş olduğu ortaya çıxmışdır.

Təkamül nəzəriyyəsi yalnız fosil qeydlərində deyil, nəzəriyyənin əsaslandığı mexanizmlərdə də çökmüşdür: Təsadüfi mutasiyaların orqanizmi daha dayanıqlı hala gətirməsinin mümkün olmadığı ortaya çıxmışdır. Təsirli olduqları zaman canlıların genlərində kodlaşdırılmış genetik şifrəni ziyana saldıqları və daim şikəst canlılar meydana gətirdikləri müşahidə edilmişdir. DNT-də gizli məlumatın ölçüləri (insan DNT-sində 1.000.000 ensiklopediya səhifəsini doldura biləcək miqdarda “məlumat” gizlidir) göz önünə alındıqda tamamilə, kor təsadüflərə bağlı və çox nadir olaraq reallaşan mutasiyaların bu məlumatı meydana gətirdiyi iddiası tamamilə, “gülünc” hala düşür.

Yaxşı, amma yuxarıda verilən və təkamülü təməldən çürüdən bu nöqtələr bu qədər aşkar olmalarına baxmayaraq, nə üçün hələ təkamülçülər tərəfindən qəbul edilmir? Nə üçün təkamül mediada davamlı gündəmdə tutulur? Çünki təkamül inancı elmi dəlillərlə deyil, ateist və materialist ön mühakimələrlə dəstəklənən bir inancdır.

Buna görə “New Scientist” kimi təkamülçü yayımların və ya tədqiqatçıların bu nəticələr qarşısında insanın təkamülü iddialarından imtina etmələri mümkün olmayacaq. Bu nisbət 80%-ə, hətta 70%-ə düşsə də, onlar insanla şimpanzenin qohum olduğu inanclarından imtina etməyəcəklər. Böyük ehtimalla məşhur media quruluşları 98% bənzərlik tezisinin artıq süquta uğradıldığını, bu şişirdilmiş nəticələrin altında təkamülə dayaq meydana gətirmə narahatlığının yatdığını xəbər verməyəcək.

Lakin təkamülçülərin həqiqəti örtbasdır etmə səyləri həqiqəti dəyişdirmir. Bu gerçək Allahın yer üzünü və içindəki bütün canlıları yaratdığı gerçəyidir. Təkamülçü elm adamları hər nə qədər əksini müdafiə etsələr də, bu gerçəyi dərk edirlər. Çünki Allah inkar edənlərin həqiqəti vicdanlarında qəbul etdiklərini, sonra isə bunu inkar etdiklərini bildirir:

 

“Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. (Nəml surəsi, 14)

 

Nəticə

Bütün məşhur yayım orqnlarına çağırış edir və əgər obyektiv yayım prinsipini darvinizmdən üstün tuturlarsa, “New Scientist”dən nümunə götürmələrini və bu araşdırmanın nəticələrini xalqa çatdırmalarını tələb edirik.