“National Geographic” TV kanalında 19 mart 2003-cü il tarixində “Meymunlar planeti: Qaranlığın ortasındakı qorillalar” adlı sənədli film yayımlandı. Sənədli filmdə 1960-cı illərdə Ruandada diplomat olaraq fəaliyyət göstərmiş bir Belçikalının təbiətdə etdiyi çəkilişlərdən bəhs edilirdi. Diplomatın vəzifəsindən sonra ölkədən ayrılmaq yerinə dağlarda yaşayan və gümüş kürəkli qorilla olaraq bilinən qorilla növü aid çəkdiyi şəkillər göstərilirdi.
Heç bir təcrübəsi olmayan macərapərəst diplomat iri qorillaların mühitinə cəsurca girmiş və illər boyunca onlardan biri kimi davranaraq qorillaların davranışlarını araşdırmışdı. Erkək qorillaların hegemonluq mübarizəsi və qruplar halında yaşayan qorillaların ailə həyatlarına dair detalların verildiyi sənədli film bu göstərişli canlılar haqqında ortaya maraqlı bir proqram çıxarırdı. Ancaq “National Geographic” TV, mövzu haqqında etdiyi doqmadiq darvinist şərhlərlə sənədli filmin elmi səviyyəsini salır və diplomatın araşdırmaları təkamülə heç bir dəlil olmadığı halda, tamamilə darvinist bir dildən istifadə edərək qorillalardan “insanabənzər meymunlar” olaraq danışırdı.
Əvvəlcə təkamülçülərin “insanabəzər meymun” olaraq danışdıqları qorilla, oranqutan, bonobo və şimpanzelərin insanlarla heç bir təkamül xarakterli qohumluqları yoxdur. Təkamülçülər genetik və anatomik baxımdan bəzi bənzərliklərə əsaslanaraq bu canlıların ortaq bir əcdaddan təkamülləşdiklərini iddia edirlər. Halbuki, təbiətdə yalnız bu canlılar arasında deyil, başqa bir çox canlı arasında da bənzərliklər var, amma bu bənzərliklərin heç biri təkamülü sübut etməz. Təkamülçülər yalnız bənzərliklərə işarə etməkdə və bunları xəyali təkamül prosesi ilə uyğunlaşdırmaqla ancaq bənzər olduğu deyilən orqanların və strukturların necə təkamülləşmiş ola biləcəyi haqqında əsaslı heç bir tezis ortaya qoya bilməməkdə, yalnız hər şeyin təsadüfi mutasiyaların, yəni kor təsadüflərin bir əsəri olduğunu söyləməklə kifayətlənməkdədirlər. Halbuki, mutasiyaların təkamülləşdirici bir rolu yoxdur. Canlılardakı son dərəcə kompleks strukturların təsadüfi mutasiyalarla meydana gəlməsinin qeyri-mümkün olması bu strukturların təsadüflərin deyil, ortaq dizaynın məhsulu olduqlarını göstərir. Meymun növlərini və insanı Allah ayrı-ayrı yaratmışdır. (İnsanın təkamülü ssenarilərinin çöküşü haqqında elmi tapıntılar üçün baxın: Həyatın gerçək mənşəyi, Harun Yəhya, Qlobal Nəşriyyat, İstanbul 2000)
Bu həqiqəti qəbul etməyən “National Geographic” TV isə tez-tez quyruqsuz meymunlar haqqında sənədli filmlər yayımlayır və görüntülərlə təlqin edilən təkamül mesajları ilə darvinizm təbliğatı edir. Kanalın tamamilə, öz ön mühakimələrinin nəticəsi olan “insanabənzər meymun” anlayışı da yalnız bu təbliğatın bir parçasıdır. Son sənədli filmdə qorillaların zəkası da bu cür təbliğat vasitəsi kimi istifadə edilir. Bu mövzuda bunlar deyilir:
“Bir qorillanın nə düşündüyü ilə maraqlanmağımız, öz zəkamızın bir göstəricisidir. Ancaq qorillaların beyni onlara, bizim dünyamızda deyil, öz dünyalarında xidmət edəcək şəkildə təkamül keçirmişdir. Yemək tapmaq gündəlik bir problemdir. Qorillalar təbiətə hörmət edən bir zəka inkişaf etdirmişlər. Meyvələrin nə vaxt yetişəcəyini bildiklərinə şübhə yoxdur”.
“National Geographic” TV heç bir elmi dəlil göstərməməkdə və qorilla davranışlarını “təkamülləşmiş” və qorilla zəkasını “inkişaf etdirilmiş” ifadələri ilə xarakterizə edir. Bir qorillanın yetişməmiş bir meyvəni yeməməsi onun zəkasının təkamüllə ortaya çıxdığını göstərmir. Hər canlı yoxlama-yanılma yoluyla hansı yeməklərin mədəsinə zərərli olduğunu öyrənə bilər və daha sonra bunları yeməkdən imtina edə bilər. Bu davranışın kor təsadüflərə bağlı təkamüllə ortaya çıxmış bir zəkanın əsəri saymaq tutarlı bir yanaşma deyil.
Qorillanın zəkasının özünə xidmət edəcək şəkildə təkamülləşdiyini söyləmək də eyni baxımdan əsassızdır. Zəka sahibi olmayan bir canlı, əlbəttə, özünə xidmət edəcək bir zəka hazırlayıb onu özündə inkişaf etdirə bilməz. Kompleks bir sinir sistemi və kompleks bir beyin quruluşunu özündə yarada bilməz. Bir reaktiv təyyarəni gördüyümüzdə “dəmir, şüşə, plastik kimi parçalar bir araya gəldilər və ortaya bu təyyarəni çıxardılar” demək nə qədər məntiqsiz bir yanaşmadırsa, qorillaların zəkası haqqındakı bu yanaşma da o qədər məntiqsizdir.
“National Geographic” TV artıq darvinizm xurafatına inanmaqdan imtina etməli və nağıllara əsaslanan təkamül təbliğatına son verməlidir.