“Milliyet” qəzetinin 14 avqust 2000-ci il tarixli nüsxəsinin 9-cu səhifəsində yer alan “HƏYATIN MƏNŞƏYİ YAĞDIR!” başlıqlı yazıda insanın mənşəyini təkamülçü dünyagörüşü ilə açıqlama cəhdlərinin daha yeni və gülünc bir nümunəsi nümayiş olunmuşdur. Bu yazıda, bu günə qədər canlıların mənşəyini təbiət şərtləri və təsadüflərlə açıqlama cəhdləri hər dəfə nəticəsiz qalan və elmi məlumatlarla tərs düşən təkamülçülərin çıxardıqları yeni bir xəyal məhsulu ssenari izah edilir.

 

İddiaya görə, suya tökülən zeytunyağının bir müddət sonra kiçik kürəciklər halında ayrılması kimi ibtidai dünyadakı okeanlarda -hər necəsə- olan yağ molekulları da ətraflarındakı molekulları əhatə edərək ilk canlı hüceyrələrini meydana gətirmişlər… Yeni bir elmi düşüncə olaraq önə sürülən bu nəzəriyyənin təqdim etdiyi başqa heç bir elmi şərh yoxdur. Biologiya haqqında heç bir məlumatı olmayanların ağlında bəlkə sual yaradacaq bu vizual ssenarinin mövzu ilə bir az maraqlananları güldürməkdən o yana gedə bilməyəcəyi açıqdır.

Ən sadə bir canlı hüceyrəsinin belə nə dərəcə xüsusiləşmiş fermentlər, kompleks orqanoidlər, ünsiyyət, istehsal və yığma sistemləri, məlumat bankı, həssas tarazlıqlar, çoxalma mexanizmləri ehtiva etdiyi bilinir. Ətrafındakı bir neçə molekulu öz içinə yığan bir yağ kürəciyinin bu cür kompleks bir quruluş meydana gətirməsinin nə qədər gerçəklərdən uzaq olduğu da buradan aydın olur. Bu dünyagörüşünün, bir zəlzələ bölgəsində yerə yayılmış daş, torpaq, çınqıl və beton qırıqlarının qreyderlərlə kiçik-kiçik ərazilərdə yığılaraq binalar, göydələnlər meydana gələcəyini sanmaqdan heç bir fərqi yoxdur.

Amma “biz nə qədər ağıldan kənar olursa olsun, nə qədər mənasız və mümkünsüz görünürsə görünsün canlıların ortaya çıxışını bir şəkildə təsadüflərlə əlaqələndirəcəyik” kimi bir ön mühakimə ilə bu cür axmaq nəzəriyyələr çıxarınca gülünc vəziyyətə düşmək də qaçılmaz olur…

İtalyan “Panorama” jurnalına əsaslanıldığı ifadə edilən yazıda, vizual ssenarilərdən başqa hər hansı elmi bir iddia olmamaqla birlikdə, bu gün elm dünyasının ortaq fikiri olan bir çox gerçəklə tamamilə zidd iddialar və fikirlər yer alır.

Məsələn, yazıda, dünyanın ilk zamanlarında “atmosferin azot, metan, amonyak və karbondan meydana gəldiyi” şəklində bir ifadə keçir. 20 ildən çox bir müddətdir hakim təkamülçü dairələr tərəfindən də tərk edilmiş bu tezis sanki hələ də qəbul edilirmiş kimi söz arasında təlqin edilir. Halbuki, 1950-ci illərdəki Miller təcrübəsinin təməli olan bu fərziyyə çoxdan çökmüş vəziyyətdədir. Son elmi tapıntılar, dünyanın ilk zamanlarındakı atmosferin metan və ammonyakdan təşkil olunmadığını, əksinə, başlıca olaraq azot və karbon dioksiddən təşkil olunduğunu sübut etmişdir. Məsələn, 1998-ci ilin fevral ayında nəşr olunan məşhur elm jurnalı “Earth” jurnalındakı “Həyatın qazanı” başlıqlı məqalədə bu ifadələr yer alır:

“Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bir səbəbi, geoloqların ilkin atmosferin başlıca olaraq karbon dioksid və azotdan meydana gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsində) istifadə ediləndən çox daha az aktivdirlər”.

Bir başqa məşhur elm jurnalı “National Geographic”in mart 1998-ci il sayındakı, “Yer üzündəki həyatın mənşəyi” başlıqlı məqalədə isə, mövzu ilə əlaqədar bu sətirlərə yer verilir:

“Bir çox elm adamı bu gün, ilkin atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İlkin atmosferin, hidrogen, metan və amonyakdan çox, karbon dioksid və azotdan meydana gəldiyini düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbon dioksid və azotu reaksiyaya daxil etdikdə əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadırlar”.

Nümunələri çoxaltmaq mümkündür. Nəticədə, göründüyü kimi ən məşhur təkamül tərəfdarı olan yayım orqanları da ilkin atmosferin metan və amonyakdan meydana gəlmədiyi haqqında fikir birliyi halındaykən, bu yazını nəşr edənlərin bu gerçəyin əksini müdafiə etmələri ağla iki ehtimalı gətirir: Birincisi, “yağ kürəciklərindən canlı hüceyrə oldu” kimi gülünc nəzəriyyələr uyduran “elm adamları” öz ədəbiyyatlarından xəbərsizdirlər. Bu vəziyyətdə öz nəzəriyyələrinin nə dərəcə elmi dəyərə sahib və mötəbər olduğu sualı ağla gəlir. İkincisi, eyni “elm adamları” həqiqətləri bildikləri halda qəsdən təhrif edir və söz aralarında kiçik yalanlara müraciət etmə ehtiyacı duyur. Bu vəziyyətdə də bu nəzəriyyələri uyduran “elm adamları”nın etibarlılıq, səmimiyyət və dürüstlükləri sorğulama mövzusu halına gəlir.

Yazıda keçən digər bəzi yanıldıcı ifadələr isə belədir:

– “Genetik informasiyaya şəkil verən nukleik turşular qarışıq şəkildə təşkilatlanırlar”

Halbuki, nəinki, DNT, RNT kimi son dərəcə kompleks quruluşa sahib və böyük miqdarda informasiya kodlanmış olan molekulların, hətta bunların bir nükleotidinin belə özbaşına meydana gələ bilməyəcəyi bilinir. Təşkilatlanma deyilən anlayış şüur, ağıl və yoxlama tələb edən bir prosesdir. Buna baxmayaraq, yazıda tək bir cümlə ilə, sanki, bu molekullar onsuz da özbaşına meydana çıxmış, bununla yanaşı da kompleks bir şəkildə təşkilatlanmışlar kimi bir ifadəyə yer verilmişdir. Elmi olaraq özbaşına reallaşması qeyri-mümkün olan belə bir proses guya reallaşmış və bunun da hər kəs tərəfindən bilindiyi kimi, bir üslubla mövzu haqqında yetərli məlumatı olmayanları yanıldan bir üsuldan istifadə edilmişdir.

 

– “Fermentlər səhnəyə çıxır, fərqli zamanlarda fermentlər və RNT parçaları yağ kapsulalarını işğal edir”.

Heç bir elmi dəyəri və dayağı olmayan bir başqa cümlə… Fermentlər canlılarda kompleks reaksiyaları idarə edən son dərəcə kompleks strukturlara sahib xüsusiləşmiş zülallardır. Yüzlərlə, hətta minlərlə amin turşunun hüceyrə içində xüsusi bir düzülüşdə düzülmələri ilə istehsal olunan fermentlərin üç ölçülü amin turşusu düzülüşünü təyin edən məlumat canlı hüceyrəsinin nüvəsi olan DNT-də kodlanmışdır. Yəni fermentin meydana gəlməsi üçün lazım olan məlumat DNT-dədir. DNT molekulu olmadan fermentin meydana gəlməsi mümkün deyil. Həm də bir fermentin istehsal edilməsi üçün DNT-dəki məlumatla yanaşı, hüceyrə içindəki bir çox istehsal mexanizminin də (ribozom, mitoxondri kimi oranoidlər, daşıyıcı-RNT, xəbərçi-RNT kimi nükleik turşular) dövrəyə girməlidir. Yəni hüceyrə kimi bu çalışma üçün xüsusiləşmiş son dərəcə kompleks bir laboratoriya olmadan təbiətdə özbaşına bir fermentin meydana gəlməsi mümkün deyil. Gerçəklər belə olduğu halda “fermentlər səhnəyə çıxır” kimi ifadələrin elmi bir izahatdan çox, xəyal məhsulu hekayələr olduğu açıqdır. Bu vaxt eyni cümlədə yer alan, RNT parçalarının necə özbaşlarına ortaya çıxdıqları da, təbii ki, təkamülçülər üçün ayrı bir tapmacadır… Hansı ki, yazılarında bu dilemmaları dilə gətirməkdənsə, sanki hər mərhələ asanlıqla özbaşına olub bitmiş, ortada heç bir problem yoxmuş kimi bir üslubdan istifadə etməyi seçirlər.

– “Genetik informasiyanı əhatə edən ön hüceyrələr ortaya çıxır”.

Yuxarıda da bəhs etdiyimiz kimi, genetik informasiya hüceyrə nüvəsindəki DNT molekulunda kodlanmışdır. DNT molekulunun və daşıdığı böyük məlumatın təsadüflər nəticəsində meydana gəlmə ehtimalı isə sıfırdır. Həm də bir hüceyrənin çoxalması və yeni nəsillər meydana gətirməsi üçün az əvvəl bəhs etdiyimiz kimi yalnız DNT yetərli deyil. Digər bir çox xüsusiləşmiş kompleks orqanoid, ferment və molekulların da eyni hüceyrə içində mövcud olmalı və qüsursuz işləyən bir nizam və əməkdaşlıq içində fəaliyyət göstərməlidirlər. Bütün bu strukturların və şərtlərin bir yerdə meydana gəlib işləmələri isə son dərəcə kompleks bir dizayn tələb edir. Belə kompleks bir quruluş və dizayn ehtiva edən sistemin isə özbaşına təsadüflərlə meydana gəlməsi riyazi olaraq ehtimaldan kənardır. Belə bir sistemin mövcudluğunu “… ortaya çıxır” kimi bir ifadə ilə yola verməyin isə heç bir elmi açıqlama dəyəri olmadığı ortadadır. Daha doğrusu, təkamülçü yanaşmanın elmi bir açıqlaması olmadığı üçün canlıların mövcudluğundakı ən əsas və kritik nöqtələr bu cür roman kimi bir üslubla örtbas edilməyə çalışılır. “Oldu, bitdi, ortaya çıxdı, səhnəyə çıxdı, meydana gəldi” kimi qəliblərlə təkamülün açıqlaya bilmədiyi mərhələlər yola verilərək oxucu səhv istiqamətləndirilir. Diqqət yetirildikdə, dərhal bütün təkamülçü yayımlarda eyni klassik yanıltma və göz boyama üsulundan istifadə edildiyi anlaşılır.

– “Yağ damlacıqları ətrafındakı molekulları əhatə edərək yığınlar meydana gətirir. Zaman içində bəzilərinin nüsxələri meydana gəlir”.

Göründüyü kimi, bu da bəhs etdiyimiz yanıldıcı üslubun istifadə edildiyi bir başqa ifadə… Yağ yığınlarının zaman içində nüsxələrinin meydana gəlməsi… Az əvvəl kopiyalanaraq çoxalma prosesinin nə dərəcə kompleks sistemlər tələb edən bir proses olduğundan və bu kompleks sistemlərin bu cür təsadüfən özbaşına ortaya çıxmasından heç bir şəkildə söhbət gedə bilməyəcəyindən qısaca bəhs etmişdik. Lakin bilindiyi kimi,təkamülçü düşüncə elmiliyi yalnız bir şüar və təbliğat vasitəsi olaraq istifadə edir. İzlədiyi üsul, istifadə etdiyi üslub, qarşıya qoyduğu açıqlamaların isə heç bir elmi metodla və yanaşma ilə əlaqəsi yoxdur.

Təkamülçü ifadələrin demək olar ki, hamısında, təxəyyülə əsaslanan ssenarilərin, hekayələrin baş rolda olduğu, həqiqətlərin ötbasdır edildiyi, kritik nöqtələrin, ziddiyyət, dilemma və əsassızlıqların söz oyunları ilə yola verildiyi yanıldıcı və təhrif edici bir üslub hakimdir.

Bu yazı da sözü gedən klassik təkamülçü üsluba çox açıq bir nümunə təşkil edir.