“Bilim ve Ütopya” jurnalının mart 2003-cü il tarixli sayında “İnsanlığın tarixi bir meymunun xayalarında başladı” başlıqlı bir yazı yayımlandı. Yazıda 21-33 milyon il əvvələ aid bir dövrdə, iki genin (USP32 və TBCID3) bir meymunun xayalarında sintez meydana gətirdiyi, ortaya çıxan gen mələzi ilə (Tre2) birlikdə, guya “insanabənzər meymunların” digər primatlardan ayrılmağa başladıqları irəli sürülürdü. Bu iddia, darvinist ön mühakimələrlə ortaya atılmış spekulyasiyadan başqa bir şey deyil. Tək dayağı insan ilə meymun arasında ortaq genlər olduğu faktıdır. Halbuki, insan və meymunun ortaq genlərə sahib olması, təkamülə əsaslanan qohumluq bağını isbat edən bir vəziyyət deyil.

 

Genetik qohumluq tezisi ön mühakimədən başqa bir məna ifadə etmir

Yazının girişində aparılan genetik müqayisələrdən danışılır və buna əsaslanaraq insanın; bonobo, şimpanze, qorilla və oranqutanla qohum olduğu irəli sürülür. Təkamül genetikləri bir-birlərinə qohum qəbul etdikləri canlıların DNT-lərini müqayisə edərək aradakı bənzər istiqamətləri araşdırırlar. Bu bənzərliklərin təkamüllə ortaya çıxdığını qəbul edir, ancaq bu təkamülün necə reallaşmış ola biləcəyinə dair heç bir elmi dəlil təqdim etmirlər. Öz ön mühakimələrini cəmiyyətə elmi bir gerçəkmiş kimi təlqin edərək təkamül təbliğatı edirlər. Halbuki, genetik bənzərliklərə əsaslanan təbliğatın etibarsızlığını göstərən əhəmiyyətli həqiqətlər vardır. Bunlar qısaca bu şəkildə yekunlaşdırıla bilər:

  1. İnsan və şimpanzenin genetik qohum olduğunu müdafiə etməyin əsas şərtlərindən biri insan və şimpanze DNT-sinin təkamüllə necə ortaya çıxmış ola biləcəyini göstərməkdir. Aralarında bənzərliklər də olsa, insan DNT-si insanı; meymun DNT-si meymunu meydana gətirər. Hər iki DNT, aid olduğu növə dair məlumatlar daşıyır. Bu məlumatların təsadüfi mutasiyalarla DNT-də necə yığılmış ola biləcəyi sualına təkamülçülərin verə biləcəyi bir cavab yoxdur. Genetika elmi, mutasiyaların DNT-dəki məlumata yeni məlumatlar əlavə etməsinin mümkün olmadığını ortaya qoymuşdur. Laboratoriyalarda mutasiyaya məruz buraxılan bir embriondan, daha mürəkkəb quruluşda bir canlının çıxması heç vaxt müşahidə edilməmişdir.
  2. İnsanla şimpanze arasındakı genetik bənzərlik xüsusilə şişirdilir. Aparılan son araşdırmada Kaliforniya Texnologiya institutundan bir tədqiqatçı şimpanze və insan DNT-lərindən götürdüyü nümunələri müqayisə etmiş, araşdırdığı 780.000 əsas cütünə görə iki növün 95% bənzər olduqları nəticəsinə gəlmişdir. Bu tədqiqatçı təkamülçü olmasına baxmayaraq, əvvəlki analiz üsullarında əhəmiyyətli bir faktorun gözardı edildiyini ifadə etməkdən çəkinməmişdir. Araşdırılan düzülüşlərdə, indel (Insertion-Deletion) olaraq bilinən bu fərqliliklər nəzərə alındıqda, iki canlı arasındakı fərqin 3 misli daha böyük olduğu ortaya qoyulmuşdur.
  3. İnsanla başqa canlılar arasında genetik bənzərliklər olması təbiidir. Çünki, insan da digər canlılarla eyni bioloji quruluşa sahibdir. Bunlarla ortaq toxumalar, ortaq orqanlar və ortaq sistemlərə malikdir. Bir çox canlıda bənzər məqsədlərə xidmət edən bənzər orqanlar, əlbəttə, özlərini kodlaşdıran DNT-də də bənzər nükleotid düzülüşlərinə sahib ola bilərlər. İnsan genetik olaraq donuz, qoyun, qılıncbalıq və balina ilə də bənzərdir. Bu nümunələrə ağcaqanad, toyuq və siçan da əlavə edilə bilər. Halbuki, bu canlılarla arasında genetik bənzərlik olması insanı, əlbəttə, bunlara qohum etməz.
  4. Genetik bənzərliklər əsas götürülərək hazırlanmış təkamül ağacları bir çox əsassız əlaqələndirmələrlə doludur. Məsələn, Afroterilər dəstəüstündə genetik qohum olaraq göstərilən canlıların anatomiyaları arasında uçurum deyilə biləcək fərqliliklər var. Fil və dəniz inəyi bu dəstəüstündə yer alır. Dəniz inəyi ilə filin həyatı bir-birindən fərqli olduğu halda belə, təkamül genetikləri bu iki canlını yalnız aralarında genetik bənzərlik olduğu üçün təkamül cəhətdən qohum olaraq qəbul edirlər. Eyni dəstəüstünə daxil edilən üçüncü bir canlı isə kiçik tarla siçanıdır. Təkamül genetikləri fil və dəniz inəyinə kiçik tarla siçanını da yaxın qohum göstərirlər. İnsanla şimpanzeni qohum göstərən məntiq; fil, siçan və dəniz inəyini də qohum qəbul edir.

Bütün bunlar insan-şimpanze genetik qohumluq iddiasının, yalnız ön mühakiməyə əsaslandığını göstərir. “Bilim ve Ütopya” jurnalında bu qohumluq nağılından sonra, genlərlə əlaqədar iddiaya keçilir. Bu hissədə Daniel Haber adlı tədqiqatçının ortaya atdığı genlərin təkamülü hekayəsinə bu cümlələrlə verilir:

“Primatların nəsil ağacı bundan 21-33 milyon il əvvəlki bir zaman aralığında budaqlanmağa başladı. Harvard Medical Schooldan genetik Daniel Haber və qrupunun ortaya çıxardığı bu yeni primat növünün meydana gəlməsi, primat genomunda yeni bir genin ortaya çıxması nəticəsində başlamışdır: İnsan ilə insanabənzər meymunların paylaşdığı, lakin başqalarının paylaşmadığı gen “Tre2”. Araşdırma qrupundan Charles A.Pauldingə görə, Tre2 geni, bizi insan olmaq yoluna daxil edən vasitə olmuşdur. Çünki Tre2, xüsusilə xayalardakı çoxalma hüceyrələrinin meydana gəlməsində əhəmiyyətli funksiyalara sahib olduğundan, bu yeni genin növ meydana gəlməsində təsirli olduğu fikri üstünlük təşkil edir. Bu Tre2 geni elə bir prosesə təkan vermiş ola bilər ki, meydana gələcək olan insanabənzər meymun qrupunun digər primatlarla cütləşərək çoxalmasının qarşısını almış ola bilər. Bu vəziyyətdə Tre2 geni insanabənzər meymunların və nəticədə insanın ortaya çıxmasını mümkün hala gətirən təkan olmuşdur”.

Diqqət yetirilsə bu iddia, hər hansısa bir dəlilə deyil, insanla meymunun ortaq bir əcdaddan gəldikləri istiqamətindəki ön qəbula əsaslanır. Təkamülçülər bu təkamül ssenarisini onsuz da əvvəldən sorğu-sualsız qəbul etdikdən sonra, bu ssenariyə uyğunlaşdıra biləcəkləri genlər axtarırlar və nazmizəd olaraq Tre2 geni qarşılarına çıxmışdır. Əslində isə, bu genin həqiqətən mutasiya keçirərək bir sıra meymunları “insanlaşdırmağa” başladığına dair heç bir dəlil yoxdur. Bu genin 21-23 milyon il əvvəl ortaya çıxdığı və “insanlaşma” mərhələsini başlatdığı iddiası, müşahidə edilməsi mümkün olmayan keçmiş haqqındakı dəlilsiz bir spekulyasiyadan başqa bir şey deyil.

“Bilim ve Ütopya” jurnalında Tre2 geni ilə əlaqədar təkamülçü fərziyyələr bu şəkildə davam etdirilir:

“Tre2, USP32 və TBC1D3 genlərinin sintezi nəticəsində meydana gəlmişdir. Birinci gen təkamül baxımdan qədimdir və bir çox məməlinin genomunda var. Bunun əksinə ikincisi yalnız primatlara xas və növ baxımdan meymunabənzərdir. İkisinin birləşməsindən doğan bu gen mələzi, yalnız insanabənzər meymunlarda var və beləcə hominidləri genetik baxımdan səciyyələndirən az miqdardakı xüsusiyyətdən biridir. Bütün bədəndəki hüceyrələrdə olan digər iki genin əksinə, Tre2 yalnız xayalarda var. Bu vəziyyət Tre2-nin çoxalmada rolunu açıq şəkildə ortaya qoyur”.

Bu da yenə, təkamül ön fikirinə əsaslanaraq hazırlanmış bir hekayədən başqa bir şey deyil. Burada izah edilən hekayə təkamüllə əlaqədar olduğu halda bu genlərin hansı mərhələlərlə təkamülləşmiş olduğuna dair heç bir məlumat qeyd edilmir. Tre2 geninin təkamüllə mərhələli şəkildə ortaya çıxmış ola biləcəyini önə sürə bilmək üçün, əvvəlcə genin əskik formalarının da funksional ola biləcəyi göstərilməlidir. Halbuki, bir genin vəzifəsini icra edə bilməsi, saxladığı nükleotid düzülüşünü hər cür zərərli təsirdən qoruması ilə mümkündür. Genlərdəki nükleotid düzülüşündə meydana gələcək ən kiçik bir azalma da genin funksiyasını itirməsinə, hətta orqanizm üçün ölümcül təhlükələrə gətirib çıxaracaq. Bu düzülüş, nükleotidlərin təsadüfi düzülüşü olaraq düşünülməməlidir. Buradakı düzülüş mənalı “məlumat” ehtiva edir. Məsələn, bir orqana nəzarət edən gen, bu orqanla əlaqədar bütün struktur detalların məlumatını ehtiva edir. Damar şəbəkəsi, toxumalar və s. hamısı bu gendəki xüsusi dizaynda mövcuddur. Mərhələli təkamül modelində bu məlumat qaçınılmaz olaraq əskik olacaq. Beləliklə, orqan əskik və yarı funksional bir quruluşda ortaya çıxacaq. Bu vəziyyət, Tre2 və ya hər hansı başqa bir genin mərhələlərlə meydana gəlməsini qeyri-mümkün edir.

Tre2-ni sintezlə meydana gətirdiyi irəli sürülən USP32 geninin təkamül cəhətdən qədim olduğu iddiası da elmi dəlillərə əsaslanmır. Təkamülçülər bir çox növdə olan genlərin ortaq əcdaddan qalma, bu səbəbdən təkamüldə qədim olduğu fikirini müdafiə edirlər. Məsələn, sitokrom zülalları təxminən yaşayan bütün canlılarda var. Təkamülçülərə görə bu zülalı sintez edən gen də “qədim” qəbul edilə bilər. Əslində bu zülalın geniş yayılmış olması tənəffüs prosesində əhəmiyyətli rola malik olmasından qaynaqlanır.

 

Hekayənin pərdə arxası

Bu paraqrafda keçən; “nəsil ağacı”, “insanabənzər meymun”, “insan olmaq yoluna daxil edən vasitə”, “insanı ortaya çıxaran təkan” kimi anlayışlar “Bilim ve Ütopya”nın xəyallarından başqa bir şeyi əks etdirmir. Çünki bunların heç biri elmi dəlillərlə təsdiqlənməmişdir. Konkret dəlilləri olmayan, xəyali anlayışları bir hekayə çərçivəsində ələ alaraq onlara rol biçmək və bu hekayəni həqiqətmiş kimi izah etmək elmlə uyğun gəlmir.

Təkamülçülərin xəyali nəsil ağacı orqanizmlərin kompleksliklərinə görə düzülüşündən başqa bir şey deyil. Burada bir ağac düzəldərək bunun yarpaqlarına canlı növlərini yerləşdirmək təkamülü təsdiqləməyə kifayət etmir. Burada vacib və əhəmiyyətli olan şərt, növlər arasında qurulan xəyali təkamül əlaqələrinin necə reallaşmış ola biləcəyini ortaya qoymaqdır. Genetika sahəsindəki bütün təcrübə və müşahidələr təkamül nəzəriyyəsinin əsaslandığı təsadüfi mutasiyalarla sadə orqanizmlərin DNT-lərinə “məlumat” əlavə olunaraq onları daha kompleks quruluşdakı orqanizmlərin DNT-sinə çevirməsinin mümkün olmadığını göstərir.

“İnsanabənzər meymun” anlayışı nəsli kəsilmiş insan irqləri və meymun növlərinə aid fosil qalıqları üzərindən gəlinmiş xəyali nəticələrə əsaslanır. Təkamülçülərin ara növ olaraq göstərdikləri Avstralopitekus cinsinə aid növlərin, insanlara bənzər şəkildə iki ayaq üzərində yerimədiyini göstərən elmi dəlillər, insanabənzər meymun anlayışının bir xəyaldan ibarət olduğunu ortaya qoymuşdur. İnsan cinsinə daxil edilən və təkamüldə ibtidai canlılar olaraq göstərilən növlərin də müasir insanın fərqli variasiyalarından başqa bir şey olmadığı istiqamətində fikirlər geniş elmi dəstək alır. (Baxın. “Həyatın gerçək mənşəyi” Harun Yəhya, İstanbul 2000)

“İnsan olmaq yoluna daxil edən vasitə” və “insanı ortaya çıxaran təkan” kimi anlayışlar da bir şey ifadə etmir. Çünki bunlar insan DNT-si ilə bəzi primat növlərinin DNT-lərinin genetik analizlərlə müqayisə edilməsi və keçmişə istiqamətli xəyali təxminlərə əsaslanır. “Bili ve Ütopya” jurnalında 21-33 milyon il əvvəl reallaşdığı irəli sürülən ayrılma da belə xəyali bir təxmindir. Həm də bu təxminlərin əsaslandığı genetik analiz üsulları etibarsızdır. Molekulyar saat fərziyyəsinə görə hərəkət edən təkamülçülər metoxondrial DNT analizlərindən yola çıxırlar. Halbuki, təkamül bioloqlarının mitoxondri ilə əlaqədar fikirlərinin səhv olduğunu göstərən elmi dəlillər mövcuddur.

Metoxondrilərin atadan da köçürüldüyünü göstərən tapıntılar qarşısında “Nature” və “New Scientist” kimi təkamülçü jurnallarda, bu analizlərin təkamül bioloqlarının fikirlərini etibarsız etdiyi etiraf edilir. (Metoxondrial DNT analizləri ilə əlaqədar əsassızlıqları buradan oxuya bilərsiniz.)

 

Nəticə:

“Bilim ve Ütopya” jurnalında yer alan bu hekayə tamamilə, darvinist ön mühakimələrlə yaradılmışdır. Bir elm jurnalında xəbərlər ön mühakiməyə deyil, elmi dəlillərə əsaslanmalıdır. “Bilim ve Ütopya” obyektiv bir jurnal olmaq istəyirsə, bu təməl qaydanı tapdalayan yoldan imtina etməlidir.