Header

Rəngləri meymunlar sayəsində gördüyünü zənn edən “Hürriyet” qəzetinin yazıçısı səhv edir

Aa4a

15 mart 2001-ci il tarixli “Hürriyet” qəzetində, “Rəngləri meymunlar sayəsində görürük” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə qısaca, meymunların özlərinə faydalı qidaları tapa bilmələri üçün yaşıl, qırmızı və sarı rəngləri ayırd edə bilməli olduqları və bu səbəblə rəngləri bir-birindən ayırd etmə qabiliyyətini inkişaf etdirdikləri iddia edilirdi. Xəbərin iddiasına görə, insanın rəngləri görə bilməsinin səbəbi də bu idi!

Bu iddianın nə qədər ağıldan kənar olduğunu görmək üçün az olsa belə düşünmək kifayətdir.

Əvvəla ifadə etmək lazımdır ki, “Hürriyet” qəzetində ifadə edilən bu təkamülçü iddia, elmi yöndən ciddiyə alınıb üzərində şərh etməyi tələb edəcək bir iddia deyil, elmi baxımdan heç bir mənası olmayan bir “axmaqlıq”dır. Əvvəla təbiətdə bir çox canlının rəngli görmə qabiliyyəti varkən, insanla meymun arasında rəngli görmə qabiliyyətinə əsaslanan bir əlaqə yaratmağa çalışmaq, cəhalətdən başqa bir şey deyil. Digər yandan xəbərdə, meymunların meyvələri ayırd etmək istədikləri üçün rəngli görmə qabiliyyətlərinin ortaya çıxdığı qarşıya qoyulur. Yəni xəbər canlıların yalnız “istək” yolu ilə öz bədən strukturlarını dəyişdirə biləcəkləri kimi təəccüblü dərəcədə axmaq bir məntiqə əsaslanır. Elmə az da olsa marağı olan heç bir şəxs tərəfindən müdafiə oluna bilməyəcək bu iddia, Orta əsrlər xurafatlarını xatırladan bir axmaqlıqdır.

Biz yenə də “Hürriyet”in xəbərini bir az gözdən keçirək və bu elm və ağıl xarici iddianı ağıl və elm işığında araşdıraq.

Haqqında danışılan ssenarini nəzərdə canlandırmaq üçün, rəngləri hələ ayırd ede bilməyən və rəngsiz bir dünya görən bir meymunu düşünün. Təkamülçülərə görə bu meymun əvvəl son dərəcə şüurlu və ağıllı bir şəkildə “özümə ən faydalı yeməkləri tapmalıyam. Bunlar (yazıda ifadə edildiyinə görə) bəsləyici qızılı yarpaqları olan meyvələrdir. Amma bunun üçün əvvəl rəngləri görə bilməliyəm” deyə düşünür. (Bu zaman o günə qədər rəngləri görməmiş bir meymunun rəng anlayışından xəbərdar olduğunu da qəbul edərək belə bir fərziyyə etmək lazımdır.)

Və yenə “Hürriyet”in ssenarisinə görə, bu “təzyiq” altında yaşayan meymunun göz hüceyrələri bir anda rəngləri bir-birindən ayırd edəcək xüsusiyyətlər qazanmağa başlayar. Hüceyrələr bir çox dəyişiklik keçirər və rəngləri ayırd edəcək hala gələrlər. Yaxşı, şüursuz, ağıl və məlumatdan məhrum hüceyrələr, meymunun rəngləri ayırd etmə ehtiyacı içində olduğunu haradan anlayıblar? (Meymunun rəngləri ayırd etmə ehtiyacını şüurlu olaraq hiss edə bildiyi fərziyyəsini qəbul edərək bu sualın soruşula biləcəyini xatırlayaq)

Bunu da bir an üçün qəbul edək və şüursuz hüceyrələrin meymunun bu ehtiyacını anladıqlarını və rəng anlayışından da xəbərdar olduqlarını fərz edək. Yaxşı, bu vəziyyətdə, hüceyrələr rəngləri görə bilmək üçün lazımlı dəyişikliyi necə təmin edəcəklər? Özlərinə bu xüsusiyyətləri necə qazandıracaqlar? Hansı təsadüfi inkişaf edən təbiət hadisəsi, rəngləri görə bilməyən hüceyrələri rəngləri görə bilən hala gətirəcək? Bunlar, “Hürriyet”in xəbərindəki axmaqlığı ortaya qoyan cavabsız sualdan yalnız bir neçəsidir.

Bu xəbərdəki məntiq, təkamülçülərin klassik içi boş, heç bir elmi və məntiqi təməli olmayan, xəyali ssenarilərinə bir nümunədir. Əslində bütün təkamülçü ədəbiyyatlar bu kimi ssenarilərlə doludur. Hamısında bir gün meşədə gəzən bir meymunun, suda üzən bir balığın və ya səhradakı bir sürünənin, birdən-birə bir şeyi görmə və ya hiss etmə ehtiyacı hiss etdiyi və bunun nəticəsində mükəmməl gözlərə, ağciyərlərə, qanadlara sahib olduğunu izah edən hekayələr vardır. Ancaq bu hadisələrin necə inkişaf etdiyini, bir qolu qanada, bir qəlsəməni ağciyərə və ya rəngləri görməyən bir gözü rəngarəng bir dünya görən bir gözə çevirən hadisələrin və mexanizmlərin nələr olduğunu və bu çevrilişin kimin qərar və iradəsi ilə meydana gəldiyini heç bir zaman açıqlamazlar.

Əslində bu vəziyyət, təkamül nəzəriyyəsinin elmi bir qayda deyil, batil bir inanc olduğunun da göstəricisidir. “Hürriyet”dəki xəbəri və buna bənzər təkamülçü cəfəngiyyatları araşdırsanız, maraqlı bir həqiqətlə qarşılaşarsınız: Təkamülçülər, təbiətdə hansı canlı nəyə ehtiyac duyursa, bu ehtiyaca dərhal cavab verən ona görə bir təkamül başladıb canlıya yeni xüsusiyyətlər qatan “sehrli” bir mexanizm olduğunu düşünürlər. Bəzən “Təbiət ana” adını taxdıqları bu xəyali iradə, əslində təkamülçülərin anlamadan tapındıqları təsadüf bütüdür. Halbuki, əslində bütlərin heç bir şeyə gücü çatmaz. “Təbiətin” və “təsadüfün” də canlıları yaratmaq və inkişaf etdirmək kimi bir gücü yoxdur.

Canlıları və bütün təbiəti yaradan tək bir ilah vardır. O, bütün aləmlərin Rəbbi olan Uca Allahdır.

“Hürriyet” qəzeti bu kimi axmaqlıqları böyük şriftli xəbərlə, “təkamül” şəkilləri ilə birlikdə yayımlayaraq, üzərinə düşən darvinist vəzifəni icra etdiyinə və elmi gerçəklərə baxmayaraq, təkamül təbliğatını davam etdirdiyinə inanır. Ancaq “Hürriyet” qəzetinin gözardı etdiyi bir gerçək vardır: Artıq insanlar təkamül nəzəriyyəsi haqqındakı elmi gerçəklərdən xəbərdardır. Və “rəngləri meymunlar sayəsində görürük” kimi cəfəngiyyatlara aldanmır.

Darvinizmin axmaqlığı artıq ölkəmizdə bilinir və artıq insanlarımız rəngləri Allahın neməti və rəhməti sayəsində gördüyümüzü bilirlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313