Header

İnsanın düşünmə qabiliyyətinin digər canlılarla eyni olduğu yalanı

Aa4a

Cəlal Şengör, insanın düşünmə gücünü açıqlaya bilmədiyindən, bu mövzuda verilən suala heyvanların da qabiliyyətləri olduğuna dair başdansovdu bir cavab vermişdir. Qarğanın dərin bir qab içindən yemini çıxara bilməsinin, bir meymunun düşmənlərindən qoruna bilmək üçün yanında daşlar yığmasının, insanın düşünmə qabiliyyətindən fərqsiz olduğunu iddia etmişdir. Bu əlbəttə, böyük bir yalandır.

– İnsan, öz varlığının fərqində olan, “mən varam” və “mən nəyəm?” deyə bilən, düşünə bilən bir varlıqdır. Çünki insan ruha malikdir. Və əslində, ağıl və şüur sahibi olan hər insan, üstün bir ruh daşıdığının fərqindədir. İnsan, əgər ağlada bilirsə, sevindiyi, düşündüyü, qərar verdiyi, mühakimə etdiyi, həyəcanlandığı, sevgi duyduğu, ağrıdığı, narahat olduğu, bir almanın dadından zövq aldığı, bir musiqini dinləməkdən xoşlandığı, təyyarələr hazırladığı, göydələnlər yüksəltdiyi, laboratoriyalar qurub özünü araşdırdığı müddətcə, bunların hamısını reallaşdıranın Allahın bəxş etdiyi öz ruhu olduğunu anlayar.

– Ruh sahibi insan, başıboş yaradılmamışdır. Bu dünyadakı varlığının bir məqsədi vardır. Allahın ruhunu daşımaqda və bu dünyada imtahan verməkdədir. Etdiyi və düşündüyü hər şeydən məsul tutulacaq. Həyatında, darvinistlərin iddia etdikləri şəkildə bir təsadüfilik, şüursuz təsadüfü hadisələr və məqsədsizlik yoxdur. Hər şey Allahın diləməsi ilə yaradılmışdır və bunların hamısı içində olduğu imtahanın bir parçasıdır. Ölüm ilə sonlanacaq bu həyatında, geridə buraxacağı yalnız bədəni olacaq. Ruhu isə, ruhun sığınacağı gerçək həyat olan axirətdə sonsuza qədər yaşayacaq.

– Heyvan isə varlığının şüurunda deyil. Şüuru bağlı olan, mövcudluq səbəbini bilməyən, düşünə bilməyən bir varlıqdır. Bir çox heyvan Allahın yaratdığı çox üstün qabiliyyətlərə sahib olar. Öz varlığının şüurunda olmayan bir heyvandakı bu qabiliyyət, Allahın bənzərsiz sənətini görə bilmək üçün xüsusi olaraq yaradılar. Bir qarğa şüşənin içindəki yemi çıxarmağa çalışarkən, bir meymun düşmənlərindən qorunmaq üçün yanında daş yığarkən özünü qoruya bilmək və həyatını davam etdirə bilmək üçün özünə ilham edilmiş olan bir davranış formasını icra edər. Lakin o canlı, nə qədər çalışsa da, nə qədər zaman keçsə də, heç bir zaman bir təyyarə hazırlaya bilməyəcək, kimya təcrübəsi edə bilməyəcək, kitab yaza bilməyəcək, kürsüyə çıxıb konfrans verə bilməyəcək, öz hüceyrələrini laboratoriyada mikroskop altında araşdıra bilməyəcək.

Ətraflı məlumat üçün baxın: Darvinin Dilemması: Ruh

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313