səh. 105 Endosimbiyoz fərziyyəsinin etibarsızlığı:
∙ Darvinistlər, fotosintez edən canlı hüceyrələrini və çox hüceyrəli canlıların inkişafını açıqlaya bilmədiklərindən təsadüfən meydana gəldiyini iddia etdikləri tək hüceyrəlilərin digər bir hüceyrə içinə girərək yerləşdiyini və beləliklə xloroplast və mitoxondri kimi kompleks strukturları meydana gətirdiyini iddia edərlər. Lakin bu böyük bir yalandır.
∙ Əvvəla təsadüfən tək hüceyrəlilərin yarandığı iddiası böyük bir yalandır. Təsadüfən hüceyrənin bir zülalının belə yarana bilməyəcəyi bu gün qəti elmi dəlillərlə isbat edilmişdir.
∙ Əgər xloroplastlar iddia edildiyi kimi keçmişdə müstəqil hüceyrələr ikən böyük bir hüceyrə tərəfindən udulmuş olsaydılar, bunun yeganə nəticəsi olardı; o da, bunların ana hüceyrə tərəfindən həzm edilməsi və qida olaraq istifadə edilməsidir.
∙ Bütün qeyri-mümkünlüyünə baxmayaraq, xloroplastın əcdadı olduğu iddia edilən hüceyrələrin ana hüceyrə tərəfindən udulduğunu fərz etdiyimizdə bu problem ortaya çıxar: Əgər ana hüceyrə udduğu digər hüceyrələri orqanoid olaraq istifadə edəcəksə, onlara aid məlumata da DNT-sində şifrə olaraq əvvəlcədən sahib olmalı idi. Hətta udulan hüceyrələrin DNT-ləri də ana hüceyrəyə aid məlumatlara sahib olmalı idi. Belə bir şey isə əlbəttə qeyri-mümkündür; heç bir canlı özündə olmayan bir orqanın genetik məlumatını daşımaz. Ana hüceyrənin DNT-si ilə, udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan “uyğunlaşmaları” da mümkün deyil. Bu, quş növündən canlılardan qida olaraq istifadə edən insanlarda da bir müddət sonra qanad inkişaf edəcəyini iddia etməkdən fərqsizdir.
∙ Hüceyrə içində çox böyük bir uyğunlaşma vardır. Xloroplastlar aid olduqları hüceyrədən müstəqil hərəkət etməz. Xloroplastlar zülal sintezində ana DNT-dən asılı olduqları kimi çoxalma qərarını da özləri ala bilməz. Bir hüceyrədə xloroplast və mitoxondrilərin sayı birdən çoxdur. Eynilə digər orqanoidlərdə olduğu kimi bunların sayları da hüceyrənin fəaliyyətinə görə artar, ya da azalar. Bu orqanoidlərin öz quruluşunun ayrıca bir DNT-sinin olmasının xüsusilə çoxalmalarında çox böyük faydası vardır. Hüceyrə bölünərkən çox saydakı xloroplast da ayrıca ikiyə bölünərək saylarını 2-yə artırdıqlarından, hüceyrə bölünməsi daha qısa müddətdə və ardıcıl olaraq reallaşar. Belə bir uyğunlaşmanın kənardan gələn bir hüceyrə yolu ilə reallaşdırılması qeyri-mümkündür.
∙ Xloroplastlar bitki hüceyrəsi üçün son dərəcə həyati əhəmiyyəti olan enerji generatorlarıdır. Əgər bu orqanoidlər enerji istehsal edə bilməzlərsə, hüceyrə yaşaya bilməz. Xloroplastların funksiyalarını yerinə yetirmək üçün istifadə etdikləri zülalları sintez etmək üçün öz DNT-ləri yetərli deyil. Ana DNT-dən istifadə edilərək bu zülallar sintez edilər. Bu səbəbdən xloroplastın hüceyrənin ana DNT-sindən müstəqil bir quruluş olması mümkün deyil.
Amerikalı bioloq L. R. Croft bu mövzunu belə şərh edir: “Bir bakteriyanın başqa bir bakteriyanı udması heç bir şəkildə müşahidə edilməmişkən, belə bir iddia etmək heç bir şəkildə elmi deyil. Üstəlik xloroplast, ribosom, mitoxondri, lizosom kimi orqanoidlər hüceyrə xaricinə çıxarılaraq bir-birlərindən ayrıldıqlarında yaşaya bilməməkdədir.” (L. R. Croft, How Life Began, Evangelical Press, 1988 səh. 93-94)
səh. 106-107 “Tək hüceyrəlilərdən çox hüceyrəlilərə keçid” yalanı
∙ Darvinistlər koloniya halında yaşayan tək hüceyrəlilərin zamanla çox hüceyrəli canlılara çevrildiyi iddiasını ortaya atarlar. Ancaq bu böyük bir yalandır.
∙ Daha əvvəl də ifadə edildiyi kimi, bir hüceyrənin bir zülalının belə təsadüfən meydana gələ bilməsi mümkün deyil. Dolayısilə darvinistlərin həyatın başlanğıcını açıqlaya bilmək üçün ortaya atdıqları “ilk hüceyrə” tezisi, tamamilə yalan söykənir.
∙ Tək hüceyrəlilər (prokariotlar) və çox hüceyrəlilər (eukariotlar) bir-birlərindən tamamilə fərqli canlılardır. Hər biri komplekslik ehtiva edir, lakin çox hüceyrəli canlılar bəzi xüsusiləşmiş strukturlara, daha kompleks bir DNT və orqanoid sisteminə sahibdir. Tək hüceyrəli bir canlının çox hüceyrəliyə çevrilməsi elmi olaraq qeyri-mümkündür, heç bir şəkildə təcrübə və müşahidələrlə sübut edilə bilməz və daha da əhəmiyyətlisi bu iddianı təsdiqləyəcək heç bir fosil qeydi yoxdur.
∙ Sözü gedən iddia, darvinistlərin tək hüceyrəlidən çox hüceyrəliyə keçid ssenarisi üçün hazırlanmış məntiqə və elmə son dərəcə zidd bir ssenaridir. Volvoks və ya pandorina adlı tək hüceyrəli canlıların bir araya gələrək bir koloniya halında yaşadıqları doğrudur. Lakin bu, heç bir zaman sözü gedən tək hüceyrəliləri birləşdirərək çox hüceyrəli bir canlı halına gətirməyəcək.
∙ Necə ki, gətirməmişdir. Bu canlılar milyonlarla ildir eyni koloniyalaşma sistemi ilə yaşamaqdadırlar. Və hələ eyni tək hüceyrəli canlılardır. Strukturlarında HEÇ BİR DƏYİŞİKLİK OLMAMIŞDIR. Milyon illər ərzində çox hüceyrəliyə çevrilən bir ədəd belə volvoks hüceyrəsi fosili tapılmamışdır.
∙ Ən əsası tək hüceyrəli bir canlının elmi mənada çox hüceyrəli kompleks bir canlıya çevrilməsi, daha əvvəl sahib olmadığı orqanoidlərə sahib olması, DNT-sinə yeni məlumatlar əlavə olunması, enerji-zülal istehsalı, DNT köçürülməsi kimi sistemlərinin tamamilə dəyişikliyə məruz qalaraq tamamilə fərqli bir quruluşa çevrilməsi qeyri-mümkündür.
səh. 123 “Həyatın dənizlərdə başlayıb quruya keçdiyi” yalanı
∙ “Təkamül” sözünü istifadə etmədən, təkamülün iddia etdiyi ssenarini dilə gətirmək və bunu bir gerçəkmiş kimi təqdim etmək darvinistlərin bilinən bir taktikasıdır. Həyatın 500 milyon il əvvəl dənizlərdə ortaya çıxdığı və daha sonra quruya keçdiyi iddiası ilə əslində sözü gedən dərsliklər təkamül iddialarının təbliğatını edir.
∙ Həyatın başlanğıcı ilə əlaqədar fosillərin verdiyi tarix, 3.5 milyard il əvvəli göstərir. Bu dövrə aid bakteriya qalıqları indiki bakteriyalar ilə tam mənası ilə EYNİDİR.
∙ Dövrümüzdən təxminən 540 milyon il əvvəl isə, darvinizmi tamamilə çürüdən, Darvinin ən böyük kabusunu meydana gətirən hadisələrdən biri reallaşmışdır: Kembri partlayışı
∙ Kembri partlayışı yalnız tək hüceyrəli və bir neçə çox hüceyrəlinin yaşadığı dövrdə mükəmməl kompleks canlıların bir anda möhtəşəm bir müxtəlifliklə ortaya çıxdıqları dövrdür. Bu fövqəladə müxtəlifliyi darvinistlər açıqlaya bilmir.
∙ Dolayısilə darvinistlərin “tək hüceyrəli canlıdan törəyərək yavaş-yavaş suda həyat inkişaf etdi” iddiaları tamamilə yalandır. Canlılar mükəmməl kompleks strukturları ilə dövrümüzdən 540 milyon il əvvəl BİRDƏN ortaya çıxmışlar.
∙ Sudan quruya keçid iddiası isə yenə darvinist məntiqə söykənən digər bir böyük yalandır. Sudan quruya keçidin elmi və metabolik qeyri-mümkünlüyü, belə qeyri-mümkün çevrilmənin heç bir üstünlük xüsusiyyəti daşımaması və ən əhəmiyyətlisi, bu iddianı sübut edəcək TƏK BİR ƏDƏD BELƏ ARA FOSİL OLMAYIŞI bu iddianı təməlindən ortadan qaldırmaqdadır.
∙ Dəniz canlıları da, quru canlıları da, quşlar və sürünənlər də milyonlarla ildir indi olduqları görünüşdədirlər. Olduqları şəkildə yaradılmış və milyonlarla il boyunca dəyişməmişlər. Bunu sübut edən 100 milyon fosil var.
∙ Darvinistlərin xəyali “keçid” iddialarını sübut edən isə BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.
səh. 125 Homoloji orqanların “qohumluq dərəcəsini təyin etməyə yaradığı” yalanı
∙ Homoloji orqan, heç bir dəlilə söykənməyən, yalnız xarici görünüşlərdən yola çıxılaraq ortaya atılmış səthi bir fərziyyədir. Bu fərziyyə Darvindən indiyə qədər heç bir konkret tapıntı ilə təsdiq edilməmişdir.
∙ Əvvəla homoloji strukturlara sahib canlıların təkamülçülər tərəfindən qarşıya qoyulan xəyali ortaq əcdadlarının fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bu iddianı təsdiqləyəcək bir ədəd belə ARA FOSİL YOXDUR.
∙ Darvinistlərin heç bir təkamül əlaqəsi qura bilmədikləri, tamamilə fərqli siniflərə aid canlılarda belə ortaq homoloji orqanlar var. Məsələn, quşlarda olduğu kimi bir məməli olan yarasada da qanad vardır, həmçinin ağcaqanadlarda və digər müxtəlif böcək növlərində də qanad vardır. Təkamülçülər bir-birindən fərqli bu siniflər arasında heç bir təkamül bağı və qohumluq əlaqəsi qura bilmirlər. Bu vəziyyət darvinistlərin ortaq mənşə iddiasını tamamilə ortadan qaldırır.
∙ Homoloji orqanlara sahib canlılarda bu orqanların genetik şifrələri bir-birlərindən tamamilə fərqlidir. Bu səbəbdən bu strukturlar, yalnız görünüşdə oxşardır. Bu vəziyyət, darvinist iddiaları tamamilə ortadan qaldırır.
∙ Bu orqanların embrioloji inkişaf mərhələləri də bir-birindən çox fərqlidir. Bu səbəbdən “homoloji orqanlar” fikri təkamülə heç bir dayaq meydana gətirmir.
səh. 125 Analoji orqanların “fərqli hüceyrə qruplarından fərqliləşərək yaranan orqanlar olduğu” yalanı
∙ Analoji orqanlar səthi bənzərlikləri olan və demək olar ki, eyni vəzifəni yerinə yetirən orqanlardır. Lakin fərqli canlılardakı analoji orqanların genetik strukturları araşdırıldıqda bir-birlərindən tamamilə fərqli olduqları müşahidə edilir. Çünki bu cür bənzərliklər səthidir.
∙ Bu iddianı dəstəkləyə bilmək üçün darvinistlər ağlasığmaz ssenarilər inkişaf etdirirlər. Məsələn, təkamül nəzəriyyəsinə görə qanadlar bir-birindən müstəqil olaraq dörd dəfə “təsadüfən” ortaya çıxmışdır: Böcəklərdə, uçan sürünənlərdə, quşlarda və uçan məməlilərdə (yarasada). Təbii seleksiya, mutasiya mexanizmləri ilə əsla açıqlana bilməyən, qəti olaraq təsadüfən meydana gəlməsi qeyri-mümkün olan qanadların dörd dəfə ayrı-ayrı meydana gəlmələri, həm də yaranan bu qanadların bir-birinə bənzər strukturlar nümayiş etdirmələri əlbəttə ki, mümkün deyil və təkamülçü bioloqlar üçün ciddi bir çıxılmaz vəziyyət meydana gətirir.
∙ Bu mövzuda təkamülçü tezisi çıxılmaz vəziyyətə salan ən konkret nümunələrdən biri də, məməli canlılarda ortaya çıxır. Müasir biologiyanın qəbul etdiyi ortaq fikrə görə, bütün məməlilər iki əsas kateqoriyaya ayrılır; plasentalılar və kisəlilər. Təkamülçülər bu bölgünün məməlilərin hələ ilk başlanğıcında meydana gəldiyini və hər iki kateqoriyanın bir-birlərindən tamamilə müstəqil olaraq ayrı bir təkamül tarixi yaşadığını fərz edərlər. Ancaq maraqlıdır ki, bu iki kateqoriyanın xüsusiyyətlərini də göstərən canlılar var. Dolayısilə təkamül nəzəriyyəsinə görə bu canlıların şüursuz təsadüflər tərəfindən, üstəlik iki dəfə hazırlanmalıdır. Əlbəttə, belə bir şeyin reallaşması mümkün deyil.
∙ Dolayısilə analoji orqan fikri, darvinistlərin fərqli canlılardakı bənzər strukturları açıqlaya bilmədikləri üçün, məcburiyyətdən inkişaf etdirdikləri bir yalandır. Darvinistlər bu iddianı ortaya atarkən, sözü gedən bənzər strukturların necə ortaya çıxdıqlarını, niyə bu iddiaları sübut edən fosil qeydlərinin olmadığını açıqlaya bilməməkdədirlər. Əlbəttə, belə bir inkişaf ssenarisi doğru olmadığından bu açıqlamanı edə bilmələri də qeyri-mümkündür.
səh. 152 “Bitkilərin təkamül keçirdiyi” yalanı
∙ Sözü gedən dərslikdə keçən, bitkilərlə əlaqədar izahların hamısı uydurma təkamül fikrinə bağlanmış və bitkilərin bütün möcüzəvi xüsusiyyətlərinin təsadüfən meydana gəldiyi iddia edilmişdir.
∙ Bütün təkamül iddiaları kimi bitkilərin təkamülü iddiası da böyük bir aldatmadır. Darvinistlər heç bir elmi dəlil göstərmədikləri uzun ssenarilər danışarkən bitkiyə aid ilk hüceyrənin necə meydana gəldiyini qətiyyən açıqlaya bilmirlər. Nəinki hüceyrəni, heç hüceyrənin bir orqanoidinin meydana gəlməsini belə açıqlaya bilmirlər.
∙ Darvinistlər bir bakteriya hüceyrəsinin bir zülalını belə açıqlaya bilməzkən bütün canlı müxtəlifliyinin bu xəyali ilk bakteriyadan törədiyini iddia edəcək qədər irəli gedərlər. Lakin qeyri-mümkün olmasına baxmayaraq, təsadüfən bir bakteriya hüceyrəsinin meydana gəldiyini fərz etsək belə, bitki hüceyrəsi ilə bakteriya hüceyrəsi arasındakı dərin struktur fərqləri bu iddianı tamamilə ortadan qaldırır.
∙ Darvinistlər bu qeyri-mümkünlük üzərinə, yosunların təsadüfən meydana gəldiyini iddia edir və bitki hüceyrələrinin mənşəyinin yosunlar olduğunu söyləyirlər. Əvvəla yosun kimi kompleks hüceyrə strukturlarının təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Ancaq bütün qeyri-mümkünlüyünə baxmayaraq yosunların təsadüfən meydana gəldiyini fərz etsək belə, kompleks bitki hüceyrəsinin belə bir quruluşdan inkişafı qeyri-mümkündür.
∙ Yosunlar hər mühitdə yaşaya bilən və fotosintez edərək atmosferdəki oksigenin böyük bir hissəsini təmin edən orqanizmlərdir. Bununla yanaşı hüceyrə divarlarını meydana gətirmək üçün kompleks quruluşlu kimyəvi maddələrdən istifadə edən və balıqlardakı D vitaminin də qaynağı olan yosunlar təsadüfən meydana gələ bilməyəcək xüsusi sistemlərə sahibdirlər.
∙ Milyardlarla il əvvələ aid fosilləşmiş rif qalıqlarında tapılan yosun fosilləri bugünkü kompleks yosun strukturlarına malikdir. Yəni yosunlar milyonlarla ildir yosun olaraq həyatlarını davam etdirmişlər.
∙ Fotosintez təkamülün təsadüf məntiqini etibarsız edən fövqəladə komplekslikdə bir əməliyyatdır. Bugünkü elm və texnologiya səviyyəsi bu son dərəcə kompleks və əsrarəngiz sistemin işləyişini ana xəttləri xaricində izah etməyə kifayət etmir.
∙ Üstəlik bir gün bu sirr açılsa da, bir karandaş ucuna 500 min ədəd sığdırılmış xlorofil molekulunun bir bənzərini hazırlamaq da bugünkü insan ağlı və qabiliyyətlərindən çox uzaqdır. Dolayısilə insan ağlı və imkanlarının reallaşdıra bilmədiyini, bitkilərin içindəki şüursuz atomların və kor təsadüflərin reallaşdırdığını iddia etmək son dərəcə ağıldan kənardır.
∙ Bütün bunlardan başqa darvinistlərin bu qeyri-mümkün iddialarını qəti olaraq çürüdən ən böyük gerçək, milyonlarla illik bitki fosillərinin bugünkü bitkilərlə TAM OLARAQ EYNİ OLMASIDIR. Bitkilər, bütün digər canlılar kimi, bugünkü görünüşlərində yaradılmışlar və milyon illər ərzində heç bir dəyişikliyə uğramadan qalmışlar.
∙ Bununla yanaşı, BİR ƏDƏD BELƏ BİTKİLƏRƏ AİD ARA FOSİL YOXDUR. Əldə edilən bütün fosillər tam, mükəmməl bugünkü bitkilərə aid fosillərdir. Dolayısilə bitkilərin təkamülü iddiası da, bütün digər təkamül iddiaları kimi böyük bir yalandır.