“Tempo” jurnalı 2009-cu il aprel sayını Darvinin təkamül nəzəriyyəsinə ayırmışdı. Jurnalın bu sayı, redaktor Çinar Oksayın yazısı ilə başlayırdı. Oksay bu gün darvinizmə inanmayan heç bir elm adamının olmadığını iddia edərkən, bir tərəfdən də darvinizmin yalnız Allah inancını rədd etdiyi üçün, etik səbəblərlə qəbul edilmədiyini ifadə edirdi. Mövzu ilə əlaqədar iddialara cavablar aşağıdakı kimidir:
Bütün elm adamlarının darvinist olduğu iddiası sayıqlamadır:
Əvvəlcə Oksayın ilk iddiası olan darvinizmə inanmayan elm adamının olmadığı düşüncəsi, olduqca yanıldıcı bir düşüncədir. Darvinizm tərəfdarları ümumiyyətlə, bu düşüncəni doğru qəbul edər və insanlara da təlqin etmək istəyərlər. Amma əslində yanılmaqdadırlar. Bu gün dünyada darvinizmə qarşı geniş miqyaslı etirazların olmasının, əyalət və ölkələrdəki məktəb tədris planlarından təkamülün çıxarılması cəhdlərinin, əldə edilən anket nəticələrinin və insanların kütlələr halında təkamülü sorğulamağa başlamasının ən böyük səbəbi təkamülün yalandan ibarət olduğunun başa düşülməsidir. Darvinistlərin uzun illərdir gizlətdikləri 100 milyon fosilin ortaya çıxarılması, bütün təkamül müdafiəçilərini şoka uğratmışdır. Bu 100 milyon fosil ilə insanlar qəti və elmi olaraq, HEÇ BİR ARA FOSİL OLMADIĞINI gözləri İlə görmüşlər. Yenə bu 100 milyon fosil ilə insanlar CANLILARIN MİLYONLARLA İL BOYUNCA DƏYİŞMƏDİKLƏRİNİ görmüşlər. Məhz bu dəlil, təkamülü yox etməyə yetmişdir. İnsanlar illərdir darvinistlərin elmi dəlil gətirə bilməmələrinin, saxtakarlıq etmələrinin, fosilləri on illərlə gizlətdiklərinin səbəbinin nə olduğunu dərhal anlamışlar. TƏKAMÜL GERÇƏK DEYİL, BİR YALAN, BİR SAXTAKARLIQDIR.
Məhz bu gerçəklərin ortaya çıxmasının ardından reallaşan oyanış, elm adamlarına da cəsarət vermiş və bir çox darvinist elm adamı bu saxtakarlığı artıq müdafiə edə bilməyəcəklərini etiraf etmişlər. İllərcə ateizmin təbliğatını etmiş olan Antoni Flev (Anthony Flew), insan genom layihəsinin direktoru keçmiş ateist Frensis Kollins (Francis Collins) bu kəslərdən ən bilinənləridir. Həmçinin, Yaradılış institutlarında elmi işləri ilə Allahın varlığının dəlillərini göstərən dünyaca tanınmış saysız professor və elm adamı vəzifə alır. Hörmətli Oksayın bütün bu elm adamlarını görməzlikdən gəldiyi görünür.
Bu nəticələr darvinist diktatorluğun təzyiqinə baxmayaraq reallaşan irəliləyişlərdir. Normal şərtlərdə bütün dünyada, xüsusilə elm adamları darvinist diktatorluğun təzyiqi altındadır. Darvinist diktatorluq, qurmuş olduğu təzyiq sistemi ilə elm adamlarının təkamülü rədd etmələrinə icazə verməz. Təkamülü rədd edən hər elm adamı, elmi dairələrdən uzaqlaşdırılaraq, universitetlərdən atılaraq, işlərinə son verilib cəmiyyətdən təcrid edilərək susdurular və əzilər. Bunun nümunələri minlərlədir və sırf buna görə universitet və məktəblərdə təkamülü müdafiə edirmiş kimi görünən, sırf işini itirməmək üçün gerçək düşüncəsini açıqlaya bilməyən, özünü gizləmək məcburiyyətində qalan elm adamlarının sayı milyonlarladır. Mövzu ilə əlaqədar detallı məlumatları http://www.darwinistdiktatorluk.com ünvanından əldə edə bilərsiniz.
Darvinizm elmi dəlillərlə çürüdülmüş, saxtakarlıq olduğu aydın olmuş bir nəzəriyyədir:
Oksay, eyni yazıda darvinizmə qarşı edilən etirazların səbəbini bu nəzəriyyənin Allahın varlığını rədd etməsi olduğunu iddia etməkdədir. Darvinizmin Allahın varlığını inkar etmək üçün ortaya atıldığı və heç bir elmi dəlil olmamasına baxmayaraq sırf bu ideoloji məqsədə xidmət etmək üçün qanunlarla qorunan saxta bir nəzəriyyə halına gətirildiyi doğrudur. Lakin bununla yanaşı dravinizmə etiraz edilməsinin birbaşa səbəbi bu ideologiyanın saxtakarlıq olmasıdır. Darvinizm bütün elm sahələri tərəfindən YALANLANMIŞ, elm adına edilmiş TARİXİN ƏN BÖYÜK SAXTAKARLIĞIDIR.
Darvinizmi, hüceyrənin sahib olduğu qüsursuz və kompleks mexanizmləri ortaya qoyan molekulyar biologiya rədd etmişdir. Genetika elmi, canlıların genetik məlumatlarının kompleksliyini və bu genetik məlumata heç bir şəkildə kənardan faydalı bir məlumat əlavə oluna bilməyəcəyini göstərərək Darvinizmi rədd etmişdir. Və hamısından da əhəmiyyətlisi, PALEONTOLOGİYA ELMİ BİR ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI GÖSTƏRƏRƏK darvinizmi qəti olaraq rədd etmişdir. Paleontologiya elmi, çıxarılmış 100 milyondan çox FOSİLİN HAMISININ DƏYİŞMƏMİŞ MÜKƏMMƏL CANLILAR OLDUĞUNU GÖSTƏRƏRƏK darvinizmi RƏDD ETMİŞDİR.
Darvinizm, yalnız demaqoqluqla, yalnız saxta fosillər təqdim edərək, saxta kəllə sümüklərini sərgiləyərək, yaşayan fosilləri açıqlaya bilməyərək, ara fosil olmadığı halda ara fosil var təlqini verərək, təkamülü rədd edənləri təzyiqlə susduraraq dəstəklənilməyə çalışılan saxta bir nəzəriyyədir. Böyük bir saxtakarlıq olmasına baxmayaraq illərcə insanları aldatmasının, məktəb tədris planılarına daxil edilməsinin, universitetlərdə zorla qəbul etdirilməyə çalışılmasının və qanunlarla qorunmasının tək səbəbi də Allahı inkar edən materialist təməllərə əsaslanan bir bütpərəst dini olmasıdır.
Dolayısilə darvinizm, elm adına ortaya çıxan, lakin elm tərəfindən qəti olaraq yalanlanmış olan bir kütlə yalanı, Allahı inkar edən böyük bir saxtakarlıq olduğu üçün illərcə insanları aldatdığı, insanlara sanki, məqsədsiz bir heyvan olduqları təlqinini verdiyi və kütlələri müharibələrə, qırğınlara, degenerasiyaya sürüklədiyi üçün inkar edilən, nifrət edilən və dünyada artıq geniş miqyasda rədd edilən bir nəzəriyyədir.
Ancaq Allah sevgisinə sahib bir insan yaxşı, doğru, dürüst və gözəl əxlaqlı ola bilər
Oksay sözü gedən yazıda, ateist Riçard Doukinzin ifadələrinə istinad edərək insanın Allah qorxusu olmadan da yaxşı ola biləcəyini müdafiə etməkdədir. Halbuki, bu qeyri-mümkün bir iddiadır. Bir insan özünün də, qarşısındakıların da yalnız bir heyvan olduğuna, etdiyi heç bir şeydən məsul olmadığına və ölümdən sonrakı həyatda hesab verməyəcəyinə inanaraq sevgi, hörmət, mərhəmət dolu ola bilməz. Bu insanın qarşısındakı insanlara yaxşı davranmaq, daim dürüst olmaq, fədakarlıq etmək, özündən əvvəl ehtiyac içində olanları düşünmək, gerçək mənada sevmək və hörmət etmək üçün heç bir səbəbi yoxdur. Belə bir insanın yaxşını və doğrunu müdafiə etmək üçün də heç bir səbəbi yoxdur. İnsan, ancaq Allaha səmimi bir sevgi duysa, qarşısındakı varlıqları sevə bilər, Onun yaratdıqlarını təqdir edə bilər və Onun ucalığına heyran ola bilər. Əgər bu inanc olmazsa, ölüm ilə sona çatacaq bomboş, məqsədsiz bir dünya içində heç bir şey insan üçün nemət deyil. İnsan axirəti düşünmür, sonsuza qədər yaşayacağına inanmırsa; cənnət və cəhənnəmin onun üçün heç bir mənası yoxdursa, bir şeylərə dəyər vermək, gözəl əxlaqlı olmaq, əxlaqın sərhədlərini qorumaq üçün də heç bir səbəbi yoxdur.
Onsuz da bu yanlış darvinist məntiq nəticəsində tarixdə yevgenika azğınlığı ilə xəstə və şikəstlər öldürülmüş, zəif cəmiyyətlərin xəstəliklər və müharibələrlə yox edilməli olduğunu müdafiə edən Maltusun fikirləri faşist ölkələr tərəfindən mənimsənmiş və darvinist-materialist məntiqin səbəb olduğu dünya müharibələri milyonlarla insanın həyatına son qoymuşdur. Dünyadakı ən böyük fitnələrin, kütlə qırğınlarının, ən vəhşi müharibələrin, ən faşist və ən qanlı kommunist idarəçiliyin tək səbəbi darvinizmdir.
Dolayısilə Oksayın, Doukinzin yanlış məntiqini müdafiə edərək ortaya atdığı bu iddia, tarixdəki və günümüzdəki nümunələrlə çürüdülmüş vəziyyətdədir. “Mən darvinistəm, təbii seleksiya ilə bütün zəiflər ələnməlidir” deyərək məktəbində qırğınlar törədən gənc beyinlər də bunun ən diqqətə çarpan nümunələrindən biridir.
Mövzu ilə əlaqədar olaraq baxın:
http://www.harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/9547
http://harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/10192
Nəticə:
Çinar Oksay bir mövzuda haqlıdır. İki fərqli fikirdən biri həqiqətən də çox daha güclüdür. Və digərini çoxdan sıradan çıxartmışdır. Bu fikir YARADILIŞDIR. Yaradılış gerçəyi elə güclü, elə gerçək dəlillərlə insanlara göstərilmişdir ki, artıq insanlar “təkamülçüyəm” deməkdən utanc duyacaq hala gəlmişlər. Hörmətli Oksay da bu gerçəklərdən xəbərdar olmalı, dünyadakı bu fövqəladə dəyişikliyi görməlidir (Dünyada dinə qayıdış). Artıq bütün dünya darvinizmin bir saxtakarlıq olduğuna şahid olmuşdur. Çünki qəti elmi dəlilləri görmüşlər. Məhz bu səbəblə insanları bunun tərsinə inandırmaq artıq mümkün deyil. Çinar Oksaya dünyadakı dəyişikliyi yaxından izləməsini və təkamülün bir saxtakarlıq olduğunun ortaya çıxarıldığını görməsini diləyirik.