səh. 46 “Adaptasiyaların təkamülə təsir etdikləri” yalanı:
– Adaptasiya “uyğunlaşma” deməkdir. Bir canlının olduğu yerdə daha yaxşı yaşamasını və törəməsini təmin edən xüsusiyyətidir.
– Təkamül nəzəriyyəsi adaptasiya anlayışına iddialarını sübut edə bilmək məqsədi ilə digər bir məna əlavə edər və yaşadığı mühitə adaptasiya olan canlıların vaxt keçdikcə növünün dəyişdiyini iddia edər. Ancaq bu bir yalandır.
– Bir canlı növü, “genetik potensialı” imkan verdiyi ölçüdə yaşadığı mühitdəki dəyişikliklərə adaptasiya olar. Əgər “genetik potensialı” bu dəyişikliklərə adaptasiya olmasına imkan vermirsə, o zaman bu cür dəyişən şərtlərə adaptasiya ola bilməz və müəyyən zamandan sonra yox olar.
– Bir canlı, yaşadığı mühitə uyğunlaşmadığı təqdirdə heç bir zaman yeni xüsusiyyətlər əldə edib başqa bir növə çevrilə bilməz. Həyatını asanlaşdıracaq yeni bir orqana və ya bədən üzvünə sahib olmaz. Öz genetik məlumatı daxilində kiçik dəyişmələr göstərsə də həmişə eyni növün fərdi olaraq qalar.
– Dolayısilə adaptasiyaları təkamülə dəlil olaraq göstərmək, eynən təbii seleksiya mexanizmini təkamülə dəlil olaraq göstərmək kimi bir yalandır.
səh. 47 “Təbii seçmənin yeni növləri ortaya çıxarması” iddiasının etibarsızlığı:
– Bu dərslikdə Lamarkın təkamül fikirinin etibarsızlığının ifadə edilməsindən dərhal sonra, Darvinin təkamül iddiası tanıdılmışdır. Darvinin təbii seleksiya ilə növlərin meydana gəldiyinə dair iddiasına isə məşhur sənaye inqilabı kəpənəkləri ssenarisi nümunə olaraq verilmişdir.
– Sənaye inqilabı kəpənəkləri ssenarisi təbii seçmə nümunəsidir. Lakin bu nümunədə heç bir zaman yeni bir növ meydana gəlməmiş, növlərə yeni bir məlumat əlavə olunmamışdır. Dolayısilə bu, bir təkamülləşmə nümunəsi deyil.
– İngiltərədə sənaye inqilabının başladığı sıralarda, Mançestr bölgəsindəki ağacların qabıqları açıq rənglidir. Bu səbəblə bu ağacların üzərlərinə qonan tünd rəngli güvə kəpənəkləri, bunlarla bəslənən quşlar tərəfindən asanlıqla fərq edilər və ovlanarlar. Lakin əlli il sonra sənaye çirkliliyinin nəticəsində ağacların qabıqları tündləşər və buna bağlı olaraq bu dəfə də açıq rəngli güvələr quşlar tərəfindən daha çox ovlanarlar. Nəticədə açıq rəngli kəpənəklər sayca azalarkən, tünd rənglilər ağacın rəngindən seçilmədikləri üçün çoxalar.
– Ancaq bunun təkamül iddiası ilə heç bir əlaqəsi yoxdur. Çünki yaşanan təbii seleksiya, daha əvvəl təbiətdə mövcud olmayan bir növü ortaya çıxarmamışdır. Onsuz da sənaye inqilabından öncə də kəpənək populyasiyası içində qara rəngli fərdlər vardır. Yalnız mövcud olan kəpənək növlərinin sayları dəyişmişdir. Kəpənəklər “növ dəyişməsi”nə gətirib çıxaracaq şəkildə yeni bir orqan, ya da xüsusiyyət əldə etməmişlər.
– Darvinistlər sözü gedən iddianı, saxta təkamülə dəlil olaraq göstərə bilmək üçün saxtakarlığa müraciət etməkdən də geri qalmamışlar. Həvəskar bir bioloq olan H. B. D. Kettlewell, sözü gedən iddianın təkamülləşmə olduğunu isbat edə bilmək üçün ölü kəpənəkləri ağac qabıqlarına YAPIŞQANLA YAPIŞDIRIB şəkillərini çəkmiş və yayımlamışdır. Bunun saxtakarlıq olduğu isə bir müddət sonra Amerikalı biologiya müəllimi tərəfindən ortaya çıxarılmış və bir çox darvinist bu saxtakarlığın utanc verici olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.
– Nəticə olaraq sənaye kəpənəkləri hekayəsi darvinist saxtakarlıqlardan biridir və heç bir şəkildə təkamül iddiasına dəlil təşkil etməməkdədir. Darvinistlər bir dəlil gətirmək istəyirlərsə, növlərdə yeni xüsusiyyətlərin inkişaf etdiyini və növlərin bir-birinə çevrilməsini göstərən ara fosilləri göstərə bilməlidirlər. Ancaq əllərində heç bir dəlil yoxdur. Dolayısilə iddiaları, demaqoqluqdan o yana keçə bilməməkdə, elmi tapıntılara qəti olaraq qarşı çıxmaqdadır.