“Tempo” jurnalının təkamül nəzəriyyəsinə ayırmış olduğu 2009-cu il aprel sayındakı xəbərlərdən biri, Nil Karaibrahimgil ilə edilən reportaj idi. Bu reportajda Məzhər Alansonun da fikirlərinə yer verilir və hörmətli Alanson Allahın Uca Varlığını olduqca gözəl cümlələrlə açıqlayaraq təkamül nəzəriyyəsinin etibarsızlığını açıqca dilə gətirirdi.

Lakin Nil Karaibrahimgilin sözlərindən, təkamül mövzusunda yanıldığı bəzi nöqtələr olduğu aydın olurdu. Bu nöqtələri belə xülasə etmək olar:  

 

Darvinizmin “elm” olduğu yanılması:

Darvinist diktatorluğun təsirində qalmış bir çox adamda olduğu kimi, Karaibrahimgil də, darvinistlərin uzun zamandır verdiyi yanlış təlqinə qapılmış görünür. Bu yanlış təlqin darvinizmin “elm” olduğu yalanıdır.

Darvinizm elm adına ortaya atılmış kütlə yalanı, bütpərəst dinidir və bu istiqaməti ilə, əlbəttə, darvinizm bir inancdır. Darvinizmin elm ola bilməsi üçün, iddiaları elmi olaraq sübut edilmiş olmalıdır. Halbuki, ELM QƏTİ DƏLİLLƏRLƏ DARVİNİZMİ ÇÜRÜTMÜŞDÜR. Darvinizmin XXI əsrdə gəlmiş olduğu vəziyyət budur:

* Darvinizmin doğru olması üçün trilyonlarca ara fosil olmalıdır, lakin tapılan 100 milyon fosilin içində HEÇ BİR ARA FOSİL YOXDUR.

* Darvinizmin iddiasına görə təsadüfən xəyali “ilk hüceyrə”nin meydana gəlmiş olması lazımdır. Amma hüceyrənin, bir ZÜLALIN BELƏ TƏSADÜFƏN YARANMASI QEYRİ-MÜMKÜNDÜR.

* Mutasiyalar canlıları təkamülləşdirməlidir, amma MUTASİYALARIN 99%-nin ZƏRƏRLİ, 1%-nin TƏSİRSİZ OLDUĞU SÜBUT EDİLMİŞDİR.

* Təbii seleksiya təkamülləşdirməlidir. Lakin TƏBİİ SELEKSİYA YOLU İLƏ BİR CANLININ YENİ XÜSUSİYYƏTLƏR QAZANA BİLMƏYƏCƏYİ bu gün mübahisəsiz elmi gerçəkdir.

* Əgər darvinizm elmidirsə, darvinist elm adamları saxtakarlıqlara müraciət etməməlidirlər. Lakin təkamül tarixi, olduqca təəccüblü saxtakarlıqlarla doludur.

* Əgər darvinizm elmi isə, darvinistlərin bütün fosilləri ortaya çıxarmaları və bunları açıqca ilə sərgiləməlidirlər. Lakin DARVİNİSTLƏR YERALTINDAN ÇIXAN 100 MİLYON FOSİLİ SAXLAMIŞLAR. Təkamül sərgilərində var olan tək şey isə saxtakarlıq məhsulu olan şəkillər və braşuralardır.

* Əgər darvinizm elmidirsə, darvinistlər 540 milyon illik Kembri dövrü fosillərini də insanlardan gizlətməməlidir. Lakin bu fosillər DÜZ 70 İL BOYUNCA GİZLƏDİLMİŞDİR.

* Əgər darvinizm elmidirsə, insanın xəyali təkamülünə dəlil göstərilən kəllələrin elmi olaraq saxta olduğunu, hamısının ya nəsli kəsilmiş meymunlara, ya da insanlara aid olduğunu etiraf edə bilməlidirlər. Ancaq bir neçə darvinist istisna olmaqla bunu açıqca söyləyə bilmirlər.

Bu səbəbdən Nil Karaibrahimgil yanılmaqdadır. Elmin bütün sahələri darvinizmi qəti olaraq rədd etmişdir. Darvinin dövrümüzdən 150 il əvvəl söylədiyi söz reallaşmış, HEÇ BİR ARA FOSİLİN OLMAMASI QARŞISINDA nəzəriyyəsi qəti olaraq süquta məruz qalmışdır.

 

Təkamül ilə Allah inancının ziddiyyət təşkil etmədiyi yanılması

Karaibrahimgil elm ilə Allah inancının ziddiyyət təşkil etmədiyini ifadə edərək doğru bir fikir söyləmişdir. Elmin hər tapıntısı Quranda xəbər verilən gerçəkləri göstərir. Lakin Karaibrahimgilin düşdüyü yanılma, elmin darvinizmə işarə etdiyi və bunun da Allah inancı ilə ziddiyyət təşkil etmədiyi istiqamətindəki düşüncəsidir. Darvinizm Allah inancını inkar edə bilmək üçün ortaya atılmış bir bütpərəst dindir. Darvinizmin çöküşünün sarsıntısı və təlaşı içində olan bəzi darvinistlər tərəfindən, tərəfdar yığmaq məqsədi ilə son vaxtlarda din ilə təkamülün ziddiyyət təşkil etmədiyi iddiası ortaya atılmışdır. Halbuki, bu, böyük bir yalandır. Təkamül inancı hər şeyin təsadüflərlə meydana gəldiyini iddia edən, cəmiyyətlərə inancsızlığı, qarşıdurmanı, məqsədsizliyi gətirməyə çalışan, insanları axirət inancından uzaqlaşdıran bütpərəst bir dindir. Belə bir dinin Allah inancı ilə uyğun gəlməsi qeyri-mümkündür. Karaibrahimgil istəsə mövzu ilə əlaqədar aşağıdakı linkdən geniş məlumat əldə edə bilər:

Quran ayələri ilə təkamülə dəlil gətirməyə çalışanların səhvi

 

Təbii seçmə ilə canlıların təkamülü hekayəsi böyük bir yalandır

Təbii seleksiyanın heç bir şəkildə təkamülləşdirici gücü olmadığı bu gün elm adamları tərəfindən qəti olaraq qəbul edilən bir gerçəkdir. Bu, hər şeydən əvvəl elmi bir gerçəkdir. Darvinin XIX əsrin cahil mühitində ortaya atdığı bu iddia genetika elminin kəşfi ilə canlıların genetik xüsusiyyətlərinin dəyişikliyə məruz qalmayacağının, sonradan qazanılmış xüsusiyyətlərlə canlılara genetik məlumat əlavə oluna bilməyəcəyinin başa düşülməsi ilə tam olaraq ortadan qalxmışdır. Mövzu ilə əlaqədar geniş məlumat üçün baxın:

“Təbii seçmə təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Nəticə:

Darvinist diktatorluq uzun illər yalanlarla insanları aldatmışdır. Ara fosil yoxkən var təlqini etmiş, insanlara saxtakarlıqları gerçəkmiş kimi göstərmişdir.

Elmi dəlillər və fosillər gizlədildiyi üçün, bir çox adam bu yalanın tələsinə düşmüşdür. Lakin artıq elmi gerçəklər və ən əhəmiyyətlisi təkamülü qəti olaraq inkar edən 100 milyon fosil ortaya çıxarılmış, insanların üzərindəki bu cadu təsiri bir anda dağılmışdır. İnsanların kütləvi şəkildə darvinizmi rədd etmələrinin, Allah inancına yönəlmələrinin səbəbi məhz budur.

Karaibrahimgilin də təkamül ilə əlaqədar düşüncələri çox güman keçmiş dövrdən qalma bir yanılmadır. Nil Karaibrahimgilə darvinizmi yıxan elmi gerçəkləri araşdırmasını və bu elmi gerçəklərə görə elmi dəyərləndirmə etməsini tövsiyə edirik.

Geniş məlumat üçün baxın: https://www.harun-yahya.org