QURANDA TƏKAMÜL YOXDUR. ALLAH ZƏR ALƏMİNDƏ BÜTÜN İNSANLARI YARATMIŞ, HAMISINDAN VƏD ALMIŞDIR. TƏKAMÜLLƏ MƏRHƏLƏ- MƏRHƏLƏ MEYDANA GƏLMƏ YOXDUR
Biz zər aləmində yaradılırıq. Əvvəlcə biz bir yaradıldıq, yəni bütün kainat yaradıldı. Şüurlu varlıqlar olaraq yaradıldıq, yəni normal insan olaraq yaradıldıq. Və Allah bizə bütün insanlığı yığdıqdan sonra bir araya gətirib “Mən sizin Rəbbiniz deyiləmmi?” dedi. Biz də şüurlu olaraq “bəli, Rəbbimizsən” dedik, bunu şüurlu olaraq, nəfs sahibi olaraq söylədik. Allah “nəfs sahibi idilər” deyir. Nəfs sahibi nə deməkdir? Bədənlidir, yəni ağılı var, fikri var, şüuru var. Bədənli varlıqlar olaraq biz Allahın varlığını qəbul etdik. Sonra Allah bizi ananı-atanı vəsilə edərək, səbəb edərək dünyaya göndərir. Yəni təkamüllə yaradılma deyə bir mövzu yoxdur. Allah hz. Adəm (ə.s)-ı da əvvəl cənnətdə yaradır. Nədən yaradır? Farfordan, bildiyiniz farfor. Cənnətdə yaradır, yaradılış onsuz da cənnətdədir. Orada şeytanı da yaradır, mələkləri də yaradır, Adəm (ə.s)-ı da yaradır və Həvva (ə.s)-ı da yaradır, yəni hamısı birlikdə yaradılır. Bax, mələklər, cinlər, Adəm (ə.s) və Həvva (ə.s). Nə mələklər təkamül keçirirlər, nə digərləri, hamısı yaradılmış olur. Bax, cinlərin təkamül keçirdiyini söyləmirlər, mələklərin də təkamül keçirdiyini söyləmirlər. Qardaşım, hamısı birlikdə yaradılmadımı? Niyə insanı bundan ayırırsan? Onsuz da daha əvvəl Adəm (ə.s) ilə Həvva (ə.s) zər aləmində yaradılır, insan olaraq yaradılırlar. İnsan olaraq yaradıldıqdan sonra bu dünyaya göndərilirlər. Əvvəl cənnətə gedirlər, cənnət aləminə gəlirlər. Cənnət aləmində imtahan vermək üçün yenidən dünyaya göndərilirlər.
Hicr surəsi 26-da “And olsun, insanı quru palçıqdan, şəkillənmiş palçıqdan yaratdıq.” Allah quru palçıq deyir, yəni farfor, şəkillənmiş palçıq “iki əlimlə yaratdım” deyir. “O, insanı saxsı kimi quru gildən yaratdı, (Rəhman surəsi, 14)”, yəni atəşdə bişən nədir? Saxsı gildir. “Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29) Bunda təkamül yoxdur, səmimiyyətsiz hərəkət edirlər. Əraf surəsi 172-də “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu.(Əraf surəsi, 172)” Bax, nəfs sahibi, ilk planda nəfs sahibi olaraq yaradılmışdır, əvvəlcə insan elə yaradılır, Adəmoğulları deyə bütün insanlıq, hz. Adəm (ə.s)-ın oğulları. Harada? Daha zər aləmində var, yəni ataları hz. Adəm (ə.s), bütün insanlıq dünyaya gəlməmişdir. Nəsilləri, yəni onların övladları bütün övladlarını deyir gəlmiş keçmiş bütün övladlarını. Öz nəfslərinə qarşı şahidlər edib, yəni şüurlu nəfsi olan varlıqlar, insan olaraq. Allah “Mən sizin Rəbbiniz deyiləmmi?” (demişdi) onlar: “Bəli (Rəbbimizsən), biz şahid olduq” demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. (Əraf surəsi, 172)” Bu səbəbdən bu adamların heç bir yöndən xilaskarı yoxdur, yəni heç bir yerdən oyun oynayacaq kimi deyildirlər.
ALLAHIN HZ. İBRAHİMƏ, HZ. MƏHƏMMƏDƏ, HZ. MUSAYA, HZ. İSAYA VƏD ETDİYİ İSLAMIN DÜNYAYA HAKİMİYYƏTİNİ İNŞAALLAH GÖRƏCƏYİK
Allahın hz. İbrahim (ə.s)-a vəd etdiyi hadisə reallaşacaq. Siyon dağından Allahın hakimiyyəti açıqlanacaq, yəni mehdiyyət. Bütün dünyaya İslamın hakimiyyəti açıqlanacaq. Məhz sionizm deyilən hadisə budur. Siyon dağından İslamın dünyaya hakimiyyətinin açıqlanmasıdır. Vəd edilən ellər də hz. Mehdi (ə.s)-a vəd edilən yerlərdir. Kənan vilayəti, o ucsuz-bucaqsız torpaqlar Hz. Musa (ə.)-a göstərildi. Amma Allah “bu sənə nəsib olmayacaq” dedi, Moşiyaha nəsib olacaq” dedi. Hz. Musa (ə.s) Mehdi olmağı çox istəmişdi. Üç dəfə Allahdan istədi, üçündə də Allah qəbul etmədi. Mehdi olmamasının səbəbi əlindəki lövhəni atması şəklində musəvilər öz müqəddəs kitablarında açıqlayırlar. Yəni “o mövqeyini itirdi” deyirlər “o lövhəni, Tövrat lövhəsini əlindən atdığı üçün” deyirlər. İndi bizim də önümüzdə lövhələr var, biz də lövhələrə baxıb oxuyuruq. Amma o zamankı lövhələr daşdan idi, indiki lövhələr metaldandır. Biz də Allahın hökmlərini lövhəyəə baxıb oxuyuruq. Hz. Musa (ə.s) da lövhəyə baxıb oxuyurdu.
Birləşmiş Millətlərin divarında bu yazı var, “Xalq xalqa qılınc qaldırmayacaq, artıq döyüş təhsili verməyəcəklər.” (Yeşaya 2/4, Mika 4/3)
AXIRZAMANDA MÜSƏLMANLAR, DİNDAR XRİSTİANLAR VƏ DİNDAR MUSƏVİLƏR İTTİFAQ EDƏCƏKLƏR. İSLAM ƏXLAQI BÜTÜN DÜNYAYA HAKİM OLACAQ
Tramp danışığında Tövratdan masonların da hər gün oxuduğu hissəni oxudu. Masonlar dualarında Tövratın o hissəsini oxuyurlar. Eyni şəkildə musəvilər də oxuyurlar. Çox əhəmiyyət verdikləri duadır. Bircə Tramp duanın davamını oxumadı. Yalnız birinci sətirini oxudu, ikinci sətirini oxumadı. “Harunun başından saqqalına, saqqalından paltarına axan Məsih yağı kimi” deyir. Moşiyahın başına zühur edəndə, yəni Mehdi (ə.s) zühur edəndə, buynuz şəklində bir kapitan, heyvan buynuzundan düzəldilmiş bir kapitan müqəddəs zeytun yağı töküləcək, saçına, əlləriylə başına sürtəcəklər. O yağı başına sürtdükdən sonra, başından saqqalına doğru axıdacaqlar, saqqalından da paltarına doğru axacaq. Yağ paltarının üstünə də axacaq. Musəvilər onu 3500 ildən bəri gözləyir. Gündə üç dəfə dua edərək gözləyirlər. Bu, Zəburda keçir, Məzmurlar 133/1 və 3. Buradan 333 rəqəmi də çıxır. 33 rəqəmi var. 133/1 və 3. Zəburda deyir ki; “Nə yaxşı, nə gözəldir birlik içində qardaşca yaşamaq.” Bu qismi oxudu. Amma baxa. bu qismi oxumadı “Başa sürtülən qiymətli yağ kimi. Harunun saqqalından xalatın yaxasına qədər enən yağ kimi. Hermon dağına yağan şeh sanki Siyon dağlarına yağır.” Siyon müsəlmanlığın dünya hakimiyyəti deməkdir “Çünki Rəbb orada bərəkətli sonsuz həyat buyurdu.” Yəni müsəlmanların sonsuz yaşayacağına işarə edən Tövrat hökmüdür. Axırzamanda müsəlmanlarla musəvilər birləşəcəklər. Xristianlar da birləşəcəklər. Mehdiyyət elə təsir edəcək. Bədiüzzaman Mehdi (ə.s) vəsiləsiylə “Xristianlarla müsəlman aləmi tam birləşmək iqtidarındaykən” deyir. İslamın dünya hakimiyyətində Birləşmiş Millətlər də dövrəyə girəcək. Yəni Birləşmiş Millətlər hz. Mehdi (ə.s)-ın əmrində olacaq. Bax, gördünüz, haham onsuz da onun üçün quruldu deyir, özü də söyləyir. Quruluş məqsədi odur, divarında da quruluş məqsədi yazır. Mehdiyyət olduğu açıqca görülür. Amma əlbəttə, bəzi insanlar bunları bilmədiyi üçün, yəni bunları sirr olaraq qavraya bilmədikləri üçün dünyanı dümdüz görürlər.
MÜNAFİQ ƏVVƏLCƏ ALLAHLA ƏDAVƏT APARIR, SONRA PEYĞƏMBƏRLƏ, SONRA MÜSƏLMANLARLA ƏDAVƏT APARIR
Əlbəttə, münafiqi anlamaq çox çətindir, çünki münafiqin həyatı çox iztirablı həyatdır, çox gərgin, qorxunc, dəhşətverici, əzab-əziyyət içində yaşayır. Hər an tutulma qorxusu içərisində, hər an alçaldılma içərisində, hər an özünü alçaq hiss edir. Hər an xaraktersizliyindən əmindir, hər an xain olduğundan əmindir. Qardaşım, dürüst ol, səmimi, normal müsəlman ol, hüzur içində yaşa, Allaha təslim ol, burax özünü. Münafiq əvvəlcə Allahla ədavət aparır, sonra peyğəmbərlə, sonra müsəlmanlarla ədavət aparır. Münafiqin əsl kini Allahadır. Allaha kinli olduğu üçün müsəlmana hücum edir. Quran ayəsində də buna diqqət çəkilir, əsl kinləri, qəzəbi Allahadır. Halbuki, Allahdan qorxub, səmimi, müsəlman olaraq mömin, itaətli, hörmətli olaraq hüzur içində çox gözəl yaşaya bilər. Allah həm bərəkət verir, bax, məsələn zənginlik verir, hüzur verir, o birisində alçaq oyunlarla, xaraktersizcə oyunlarla bir şeylər qazanır. Bir qab yemək üçün alçaq hərəkət edər, kiçik bir mənfəəti üçün min cür plan qurar,halbuki, müsəlman dürüstdür.