Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)

kuazar

Kvazar, kosmosda radio dalğası yayan, ulduz kimi görünən, sıx və son dərəcə parlaq cisimlərə verilən addır. Kvazarlar kainatdakı bilinən ən parlaq cisimlərdir. Hal-hazırda kainatdakı ən parlaq kvazarın parlaqlığı, Günəşin parlaqlığından 2 trilyon qat çoxdur  (2×1012); Samanyolu kimi nəhəng qalaktikanın cəmi işığından isə təxminən 100 qat çoxdur. 1

Yuxarıdakı ayədə keçən “nur” sözü “işıq, parlaqlıq, aydınlıq, şüa, parıltı, işıqlandırma” mənalarını verir. Ayədə təsvir edilən işıq, parlaqlıq cəhətiylə, kvazar olaraq bilinən bu göy cisimlərinə işarə edə bilər. Çünki ayədəki digər ifadələr də, kvazarların işığının görünmə şəklini, işığının qaynağını, son dərəcə hikmətli şəkildə təsvir edir. (Doğrusunu Allah bilir.)

Ayədə “sanki inci kimi bir ulduzdur” mənasını verən “keenneha kevkebun durriyyun” ifadəsindəki “duriyyun” sözü “parlaq” mənasıyla kvazarın elmi təsvirlərindəki “inci kimi bir ulduzdur” ifadəsi ilə son dərəcə uyğundur. 2 Bundan əlavə, ayədə bu işığın yandırılmasından bəhs edilərkən “Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. “ şəklində bildirilir. Bu ifadəylə də kvazarlardakı odsuz yanma şəklinə -nüvə reaksiyası- işarə edilmiş ola bilər. Kosmosda oksigen sərbəst halda olmadığı üçün, kvazarların parlaması üçün oda bağlı yanmadan söhbət gedə bilməz. Buradakı yanma hidrogen atomlarının sıxışaraq heliumu ortaya çıxarmaları şəklində reallaşar. Bu əsnada ortaya çıxan enerji kosmosu işıqlandırar.

Digər tərəfdən ayədəki “(Bu,) Nur üstünə nurdur” ifadəsiylə isə, astronomiyada keçən “qravitasiya linza təsiri”nə işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Göylərdəki işıq qaynaqlarını araşdıran astronomlar, bu ayədəki bənzətmə və tərifləri çox açıq və asanlıqla anlayacaqlar. Bəhsi keçən təsir qara dəlik kimi sıx kütləsi olan cismin arxasındakı işıq qaynağından çıxan şüaların, sıx kütləli cismin təsiriylə ayrılaraq fərqli qollardan bizə çatmasıdır. Bu səbəbdən bizim görüntümüzdə işıq qaynağı birdən çox kimi anlaşılar. “Qravitasiya linza təsiri” olaraq bilinən bu təsir səbəbiylə, cisim lazım olduğu yerdə deyil, fərqli mövqelərdə və birdən çox sayda görünər.

Ayədəki “o çıraq şüşənin içindədir” ifadəsindəki şüşənin içində, qara dəliyin qravitasiya linza təsir sahəsi olaraq şərh oluna bilər. (Doğrusunu Allah bilər.) NASA elm adamlarının yaranan təsiri təsvir edərkən, şüşə stəkanın işıq üzərindəki təsirinə bənzətmələri mənalıdır:

Qalaktikanın uzaqdakı kvazar üzərindəki qravitasiya təsiri, su stəkanının uzaqdakı küçə lampası üzərindəki linza təsirinə bənzəyər, birdən çox görünüş yaradar. 3

“The New York Times”in 20-ci əsrin ən məşhur kitabları arasında saydığı “The Whole Shebang” (Bütün məsələ) adlı kitabında, elm yazarı Timothy Ferris mövzunu belə açıqlayır:

Kvazardan gələn işıq bizə doğru səyahət edərkən… qalaktika çoxluqlarının hər iki tərəfindən də keçə bilər. Qalaktika qrupunun ətrafındakı kosmos əyrilər və linza kimi hərəkət edər, bunun nəticəsində tək kvazara aid iki görünüş görərik. 4

Ayədəki “nur üstünə nurdur” ifadəsiylə buradakı yansımalı, birdən çox görünüşə sahib işığa işarə edilə bilər. Bundan əlavə, ayədə işığın tərifindəki “O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən” ifadəsinin, həqiqi işıq qaynağının istiqamətinin qeyri-müəyyənliyinə də işarə edə bilər. (Doğrusunu Allah bilir.)

kuazar(3)

NASA-ın Hubble Kosmos Teleskopu, ilk dəfə uzaqdakı tək kvazarın, beş ayrı ulduz kimi verdiyi görünüşləri tutmuşdur. Sıx kütləyə sahib cisimlər -burada bir qrup qalaktika- qravitasiya linza təsiri meydana gətirərək, arxalarındakı cismin -burada kvazarın- işığını bükərək, birdən çox görünüş yaradırlar. 5

kuazar2(1)

Şəkildə qravitasiya linza təsiri ilə dörd ayrı yerdə görünüş verən kvazar görülür. Hubble Kosmos Teleskopu (Chandra) tərəfindən əldə edilən görünüşlər, 11 milyard işıq ili uzaqlığına aiddir.

 

Kvazarlar kainatdakı ən parlaq cisimlərdir və mərkəzdəki quru dəlik ilə güclənən qalaktikaların parlaq nüvələridir. Qalaktikaya aid ulduzların və qazların büzüşməsi nəticəsində yaranan qara dəliklər, kvazarın enerji qaynağıdır. Kvazarların parlaqlığı, qalaktikaların nüvələrindəki qara dəliyə doğru düşən ulduzlardan yayılır. 7 Ayədə keçən “çıraq” kvazar olaraq düşünülsə, “çıraq” kvazarı bəsləyən “qara dəlik” ola bilər. (Doğrusunu Allah bilir.)

Eynşteyn “qravitasiya linza” deyə təyin etdiyi təsir səbəbiylə, kosmosdakı cisimlərin işığı bükə biləcəklərini və müşahidəçinin tək bir qaynağa aid çoxlu sayda görünüş müşahidə etməsinin mümkün olduğunu qarşıya qoymuşdu. 8 Ancaq bu təsir ilk dəfə 1979-cu ildə “Əkiz kvazar” olaraq bilinən kvazarda müşahidə edilə bildi. Kvazarlar isə ilk dəfə 1963-cü ildə, Quranın endirilməsindən 14 əsr sonra kəşf edilmişdir. Quranda Nur surəsinin 35-ci ayəsində təsvir edilən göy cisimlərinin mövqeləri, xüsusiyyətləri təəccüblü şəkildə dövrümüzün elmi təsbitləri ilə uyğundur. Bu və digər çoxlu saydakı elmi möcüzələr, Quranın hər şeyin məlumatına sahib, sonsuz elm sahibi və hər şeyin Yaradıcısı olan Rəbbimizin vəhyi olduğunun açıq dəlilidir. Kvazarlar kainatdakı ən parlaq cisimlərdir və mərkəzdəki qara dəlik ilə güclənən qalaktikaların parlaq nüvələridir. Qalaktikaya aid ulduzların və qazların büzüşməsi nəticəsində yaranan qara dəliklər, kvazarın enerji qaynağıdır. Kvazarların parlaqlığı, qalaktikaların nüvələrindəki qara dəliyə doğru düşən ulduzlardan yayılır. 7 Ayədə keçən “çıraq” kvazar olaraq düşünülsə, “çıraq” kvazarı bəsləyən “qara dəlik” ola bilər. (Doğrusunu Allah bilir.)

kuazar3(1)

Ulduz şəkildəki kimi qara dəliyin tam arxasında isə, ulduzun görünüşü eyni anda qara dəliyin həm sağında, həm də solunda görünə bilər. 9

kuazar4(1)

 

Qravitasiya linza təsiri

 

  1. http://en.wikipedia.org/wiki/Quasar
  2. http://www.thefreedictionary.com/quasar; http://antwrp.gsfc.nasa.gov/apod/ap951022.html
  3. http://antwrp.gsfc.nasa.gov/apod/ap950711.html
  4. Timothy Ferris, The Whole Shebang, 1997, s. 61.
  5. Keyfiyyətli halı üçün: http://www.nasa.gov/images/content/148929main_image_feature_575_ys_full.jpg
  6. Yüksək keyfiyyətli halı üçün: http://xrtpub.harvard.edu/photo/2004/h1413/h1413_ill_inset.tif

7.http://www.tiscali.co.uk/reference/encyclopaedia/hutchinson/m0028790.html; http://antwrp.gsfc.nasa.gov/apod/quasars.html

  1. http://en.wikipedia.org/wiki/Gravitational_lensing
  2. http://zebu.uoregon.edu/~imamura/122/images/bh_lens.jpg