Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.. (Səba surəsi, 10)

 

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. (Ənbiya surəsi, 79)

 

Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik. (Sad surəsi, 36)

 

Yuxarıdakı ayələrdə hz. Davud və hz. Süleymana təqdim edilən üstünlüklərdən bəhs edilir və hər birinə Allah qatından elm verildiyi bildirilir. Bu peyğəmbərlərə verilən elmlə əlaqədar ayələrdə keçən ifadələr, elektromaqnit dalğalarını əks etdirmə üsuluyla işləyən, dövrümüz radar texnologiyasına işarə edə bilər. (Doğrusunu Allah bilir.) Səba surəsinin 10-cu ayəsindəki “əks-səda ilə səs verin!” olaraq tərcümə edilən və “səsin geri dönməsi, təkrarlanması” mənalarını verən “evvibi” sözü, əks-səda üzərinə qurulan radar texnologiyasını xatırladır.

Radar, sabit ya da hərəkətli cisimlərin yerlərini, sürətlərini və istiqamətlərini təsbit etmək üçün istifadə edilən, mikrodalğanı əks etdirmə metodu ilə işləyən təsbit cihazıdır. 1 Radarın iş prinsipi səs dalğasının əks olunmasına çox bənzəyir. Məsələn, dağlıq vadidə və ya mağarada qışqıran bir adam, səsinin əks-sədasını geri eşidər. Əgər səsin havada yayılma sürəti bilinirsə, səsin dəydiyi cismin uzaqlığı və ümumi istiqaməti də hesablana bilər.

Radar sistemində də, elektromaqnit enerji siqnalları bənzər tərzdə istifadə edilər. Mikrodalğa tezliyindəki siqnallar bir cismə göndərilər və bu cisimdən əks olunaraq təkrar geri dönər. Radara geri dönən bu qisimə, “əks-səda” adı verilər. Radar cihazı da, bu əks-sədanı əks etdirən cismin istiqamət və məsafəsini təsbit etmək üçün istifadə edilir. 2 Əslində radio, televizor və insan gözü də elektromaqnit enerjini istifadə etdikləri üçün radar sistemlərinə bənzərlik göstərər, lakin tezlikləri fərqlidir. Bundan əlavə, radarlar, bu nümunələrdəki kimi birbaşa göndərilən enerjini istifadə etmək yerinə, “əks-səda” deyilən əks etdirilən enerjini istifadə edirlər.3  Əks etdirilən siqnallar radar qəbuledicisi tərəfindən ədədi dəyərlərə çevrilərək, “əks-səda anbarlarında” məlumat olaraq qeyd edilir. Ən sonunda bu məlumatlar əməliyyatdan keçirilərək görünüşə çevrilir. 4

Digər tərəfdən Səba surəsinin 10-cu ayəsində dəmir üçün “yumşaltdıq” mənasını verən “elenna” hərəkətinin istifadə edilməsi də son dərəcə hikmətlidir. Çünki bu gün, yer üzündəki ən güclü, sərt vəsaitlərdən biri olmasına baxmayaraq, dəmir üçün “yumşaq” sifəti də istifadə edilir. Fiziki olaraq sərt olmasına baxmayaraq, maqnit xüsusiyyətləri səbəbiylə “yumşaq dəmir” deyə təyin olunan bu dəmir növü, xüsusilə radar və peyk texnologiyalarında istifadə edilir. 5 Yumşaq dəmir, maqnit sahəsini daha güclü hala gətirməsi və istənildiyi şəkildə açılıb bağlana bilməsi baxımından seçilir.

Yumşaq dəmirin istifadə edilməsiylə, elektromaqnit siqnalların havada istənildiyi şəkildə istiqamətləndirilməsi baxımından, Sad surəsinin 36-cı ayəsində bildirilən, küləyin hz. Süleymanın “onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik” işarə edə bilər. (Doğrusunu Allah bilir.)

 

Dövrümüzdə istifadə edilən görüntülü radarlarla yer üzü hər an skaner edilir və dünyada meydana gələn dəyişikliklər izlənilir. Bundan başqa, dağlar, buzlaqlar və dənizlər kimi yer üzü şəkilləriylə, insan istehsalı ev, körpü və avtomobil kimi cisimlər haqqında da məlumat toplanır. Bu yüksək texnologiyanın çalışma şəklinə və istehsal vəsaitinə, bundan 1400 il əvvəl Quranda diqqət çəkilməsi, Quranın keçmiş-gələcəyi tək bir an olaraq yaratmış və zamandan münəzzəh olan Rəbbimizin vəhyi olduğunu göstərir.

radar1

Peykdən alınmış radar görünüşü. Mikrodalğadan istifadə edilərək yaradılan bu görünüş, Tam Lake City, Utahdakı dağlıq bölgəni göstərir.

radar

Polşa, Varşavanın radar sistemi ilə əldə edilən görünüşü.

radar2

Yeni Zelandiyadakı hava yolları nəqliyyatı idarəsində istifadə edilən radar.

radar5

Şiddətli fırtınaların təsbit edilməsi və hərəkətlərinin izlənilməsi üçün istifadə edilən hava radarı.

radar3

Nəhəng ağcaqanadın gözlərini xatırladan 27 metr yüksəklikdəki bu radar, Alyaska bölgəsində şimal səma sahəsini skaner edər və ballistik raketlər üçün erkən xəbərdarlıq sistemi olaraq istifadə edilir.

radar4

1960-cı illərdə ABŞ-Floridada tikilən bu radar, dəniz altından atılan ballistik raketlərin təsbiti üçün istifadə edilmişdir.

 

  1. http://rst.gsfc.nasa.gov/Sect8/Sect8_1.html
  2. http://tr.wikipedia.org/wiki/Radar
  3. http://tpub.com/neets/book11/46.htm
  4. http://southport.jpl.nasa.gov/cdrom/sirced03/cdrom/DOCUMENT/HTML/TEACHERS/MODULE02/MOD2SECB.HTM
  1. http://physics.bu.edu/~duffy/PY106/MagMaterials.html