Yeri yayıb uzadan, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 3)
Yuxarıdakı ayədə “yayıb uzadan” olaraq tərcümə edilən ərəbcə “medde elarda” ifadəsi, “örtdü, yaydı, uzatdı, yayıb uzatdı, genişlətdi, açdı, döşədi” kimi mənalara gəlir. Ayədə dağların və çayların meydana gəlməsindən bəhs edilərkən, yer üzü ilə əlaqədar bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir. Çünki yer üzünün meydana gəlməsi ilə əlaqədar elmi şərhlərə baxdığımızda, dağların və çayların, yer üzünün yayılaraq genişlədildiyi əsnada şəkilləndiyi məlumatı qarşımıza çıxar.
Dövrümüzdəki elm, Yer səthinin qədim dövrlərdə zəmanəmizdən fərqli görünüşə sahib olduğunu qəbul edir. Məşhur alman elm adamı Alfred Lothar Wegener, 1915-ci ildə “Die Entstehung der Kontinente und Ozeane” (Qitələrin və okeanların mənşəyi) adlı kitabında, başlanğıcda bütün qitələrin nəhəng quru parçası halında birləşmiş olduğunu qarşıya qoymuşdur. Sonrakı illərdə bu böyük quru parçasını, “bütün qitələr” mənasını verən latınca Pangeya olaraq adlandırmışdır. 1 Alfred Wegenerin 1912-ci ildə ortaya qoyduğu “Qitələrin hərəkət etməsi” nəzəriyyəsinə görə isə, Atlantik Okeanının iki yanındakı qitələr bir-birindən ayrılmağa davam edir. Bu nəzəriyyə lövhə tektonikası (təbəqə tektonikası) olaraq bilinən elm sahəsinin inkişafıyla, bu gün bu şəkildə son halını almışdır: Qitələr okean səthində hərəkət edərək bir-birlərindən ayrılmırlar. Ancaq qitələrlə birlikdə okean döşəməsi də “astenosfer” ya da “üst mantiya” deyilən yüksək istilik və təzyiq altındakı maye maqma layın üzərində üzərlər. Bu səbəbdən Dünyanın xaricdə görünən quru qitələri ilə yanaşı dənizin altındakı yer qabığı da hərəkət halındadır. 2
Qitələri daşıyan lövhələrin, gərilərək genişləmə, yayılma, uzanma, dartılma olaraq təsvir edilən hərəkəti səbəbiylə, bu gün qitələr ildə təxminən 3 sm qədər bir-birlərindən uzaqlaşır. 3 Dəniz döşəməsində meydana gələn ən diqqətə çarpan genişləmə isə, Ərəbistan və Afrika arasındakı okean ərazisində reallaşar və iki qitə digər qitələrin lövhələrindən üç ya da dörd qat daha sürətli olaraq bir-birindən uzaqlaşır. Genişləmənin dəniz döşəməsində deyil, quru yerlərdə reallaşması halında isə, Şərqi Afrika-Ərəbistan bölgələrindəki Böyük Dərin Vadi (The Great Rift Valley) kimi gedərək genişlənən vadilər meydana gələr.
Böyük Dərin Vadi, şimalda Suriyadan Şərqi Afrikadakı Mozambikin ortalarına qədər uzanan təxminən 6.000 km-lik geniş coğrafi və geoloji formalaşmadır. Vadinin genişliyi 30-100 km arasında dəyişər və dərinliyi isə bir neçə min metrdir. 4 Bu dərin vadi, milyonlarla illik müddətdən sonra Afrika və Ərəbistan yarımadası torpaqlarının bir-birindən ayrılmasıyla, Kilimancaro və Keniya Dağı kimi böyük formalaşmaları meydana gətirmişdir. Vadinin şərqdəki qismi isə İordaniya çayı, Ölü dəniz və Aqaba körfəzindən meydana gələr. Qırmızı Dəniz və Keniyadakı bəzi göllər boyunca cənuba doğru uzanar. Bu göllərin çoxu dəniz səviyyəsindən aşağı dərin göllərdir. 5
Yer üzünün “yayılması” səbəbiylə yalnız dağların yüksəlmədiyi, eyni zamanda müəyyən çay yataqlarının da meydana gəldiyi “The Expanded Earth” (Yayılan Dünya) adlı kitabda belə bildirilir:
Ən şiddətli təzyiq yer üzünün başlıca çayları bölgəsində reallaşar. Bu inkişaf nəticəsində başlıca çay yataqlarının təsadüfi erroziyalarla deyil, bu genişləmənin nəticəsi olduğu görülür. Qitələr genişləyən səthə sabitləndikləri üçün, bu genişləmənin quru parçalarını yaydığı və ən çox gərginliyin meydana gəldiyi nöqtələrdə qırılaraq, çayları meydana gətirdiyi nəticəsinə gəlinə bilər.
Utah Geoloji Araşdırma mərkəzinin şərhlərində isə Amerika qitəsi ilə əlaqədar bu məlumatlar yer alır:
Düzənlik və çöküntü bölgələri, yer üzü qabığının şərq-qərb istiqamətində genişləməsi səbəbiylə son 10 ilə 20 milyon ildir meydana gəlir. Bu yayılma hərəkəti səbəbiylə gərginlik meydana gəlir, yavaş və davamlı hərəkət ya da qırıq xətti boyunca yaranan ani hərəkətlər (yer qabığında çatlama) nəticəsində bu gərginlik kəsilər və zəlzələlər meydana gələr. Zəlzələ əsnasında dağlar yüksələrkən, vadilər isə fay xətləri boyunca dərinləşərlər. Bu yayılma-dartılma hərəkəti bu gün də davam edir. 6
Yer üzünün genişlənməsi, yayılması kimi təsbitlər ancaq dövrümüzün elm sahələrinin əhatəli araşdırmaları və ortaq məlumatları nəticəsində şəkillənir. Məsələn, 20-ci əsr texnologiyası olan peyklərdən çəkilən fotoşəkillər, qitələrin keçmişdə bir-birlərini tamamlayan parçalar olduğu fikrini təsdiq etmişdir. Edilən həssas ölçmələr isə yer qabığındakı genişləmənin yavaş, amma müəyyən bir nisbətdə davam etdiyini ortaya qoyur. Kimsənin qitələr səviyyəsində təsbit edə bilməyəcəyi bir dövrdə, üstəlik milyonlarla illik müddət ərzində meydana gələn formalaşmalarla əlaqədar əsas məlumatların varlığı, Quranın İlahi kitab olduğunu bir daha ortaya qoyur. 14-cü əsrdən əvvəl yer üzünün meydana gəlməsi ilə əlaqədar bu cür dərin elmi məlumatın keçməsi, Quranın elmi möcüzələrindən biridir.
Kosmosdan çəkilmiş bu fotoşəkildə Sina yarımadasının şərqindəki Aqaba körfəzi və qərbindəki Süveyş kanalı görülür. Sina yarımadası, Ölü dəniz və İordan çayı, Böyük Dərin Vadinin şimal hissəsini meydana gətirir. 7
Yuxarıda təxminən 300 milyon il əvvəl qitələrin tək bir parça -Pangeya- olduğu dövrə aid canlandırılmış şəkil görülür. 8
- http://en.wikipedia.org/wiki/Alfred_Lothar_Wegener
- http://www.ucmp.berkeley.edu/history/wegener.html
- http://www.gsfc.nasa.gov/gsfc/service/gallery/fact_sheets/spacesci/lageos.htm
- http://en.wikipedia.org/wiki/Great_Rift_Valley
- http://www.answers.com/topic/great-rift-valley; http://www.britannica.com/eb/article-9031748/Great-Rift-Valley
- The Expanded Earth, Benchmark Publishing & Design, Canada, 1996; http://www.wincom.net/earthexp/n/rivers.htm
- Utah Geological Survey, Geologic Streching; http://geology.utah.gov/teacher/tc/tc12-96.htm
- http://en.wikipedia.org/wiki/Image:Southeastern_Mediterranean_panorama_STS040-152-180.jpg