Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti vardır. Qurandakı elmi məlumatlarda, keçmişlə əlaqədar verilən xəbərlərdə, riyazi şifrələmələrdə o dövrdə heç bir insan tərəfindən bilinməyəcək həqiqətlər ayələrdə xəbər verilmişdir. Bundan əlavə, o dövrün məlumat səviyyəsiylə və texnologiyasıyla əldə edilməsi mümkün olmayan inkişaflar, Quranda bir qisim ayələrdə əvvəlcədən işarə edilmişdir. Ancaq 20 və 21-ci əsr texnologiyasıyla əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsi, Quranın insan sözü olmadığının açıq-aşkar isbatıdır.

Quranda gələcəyə istiqamətli işarə ola biləcək ayələrdən biri Bəqərə surəsinin 73-cü ayəsidir:

 

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız. (Bəqərə surəsi, 72-73)

Image result for kalp masajı

Yuxarıdakı ayədə “bir parçasıyla” olaraq tərcümə edilən ərəbcə “biba diha” ifadəsinin mənaları arasında “biri, bəziləri” sözləri də var. Bu mənalar göz önünə alındığında, sinəyə üstdən vurulduğunda, ürəyin yenidən işləməsi mümkün ola biləcəyindən, ayədə ürək masajı edilməsinə işarə edilə bilər. (Doğrusunu Allah bilir.)

Bilindiyi kimi, ürək masajı edilən adam ölü bədən əlamətlərinə sahibdir. Şüuru itmiş, tənəffüs və ürək döyüntüsü dayanmışdır. Dövrümüzün məlumatlarıyla, ürəyi dayanan adama ürək masajı tətbiq olunaraq, adamın ürəyinin döyünməsi və həyati funksiyalarının davamı təmin edilir. Ürək masajında sinə qəfəsinə müəyyən aralıqlarla təzyiq tətbiq olunur və ürəyin qanı nasosla vurması üçün ritmik sıxılması yenidən başladılır.

Bu baxımdan ayədə ölü bədənə vurularaq, yenidən canlanmasının təmin edilməsi, ayənin ürək masajı üsuluna işarə ola biləcəyini düşündürür. Quran, hər şeyi yoxdan var edən, elmiylə bütün varlıqları əhatə edən və zamandan münəzzəh olan Uca Allahın sözüdür. Bu səbəblə Quranın içində yer alan hər ayə, Uca Rəbbimizin hikmətlə vəhy etdiyi məlumatları ehtiva edir. Allah bir ayəsində, Quranla əlaqədar olaraq, “… Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Nisa surəsi, 82) buyurur.