Isaac-Newton

Məgər Biz yeri məskən etmədikmi? (Mürsəlat surəsi, 25)

 

Yuxarıdakı ayədə “toplanma yeri” olaraq tərcümə edilən “kifaten” sözü, “canlıların, məskənlərində toplanıb himayə edilmələri, sığınmaları, canlı və cansızların toplandıqları yerlər, üzərində şeylər yığılan, toplanan yer” mənalarını daşıyır. Yer üzünün “toplanma yeri” olduğunu bildirmək üçün istifadə edilən bu söz -kifaten- ərəbcədə “kefete” kökündən törədilmişdir və “toplamaq, özünə çəkmək, qucaqlamaq” mənalarını verir.

Bilindiyi kimi yer üzü, cazibə qüvvəsinin təsiriylə insanları və üzərində saxladığı bütün canlı və cansız varlıqları mərkəzinə doğru çəkir. Ayədə keçən “özünə çəkmək” feli ilə yer üzünün bu cazibə qüvvəsinə hansısa istiqamətiylə işarə etməsi ehtimal olunur. (Doğrusunu Allah bilir.)

Dünya üzərində heyvanları, bitkiləri, insanları və digər bütün varlıqları özünə doğru çəkən cazibə qüvvəsi sayəsində, insanların yerə ayaq basmaları, cisimlərin uçmadan qoyulduqları yerdə dayanmaları, atmosferin dağılmadan Dünyanı əhatə etməsi, yağışın yer üzünə düşməsi mümkün olar.

Tarixdəki ən böyük elm adamlarından sayılan İsaak Nyuton yerin bu xüsusiyyətini araşdırmış və 1687-ci ildə ilk dəfə “Philosophiae Naturalis Principia Mathematica” (Təbiət fəlsəfəsinin riyazi qanunları) adlı əsərində cazibə qüvvəsindən danışaraq, bütün zamanların ən böyük elmi kəşflərindən birini etmişdir. Hətta, Nyutonun cazibə qüvvəsindən bəhs edərkən istifadə etdiyi latınca “attraere” sözü də, “çəkmə, bir yerə gətirmə” mənasını daşıyır.

Ancaq 17-ci əsrdə təyin olunan dünyanın dörd böyük qüvvəsindən birinə, Quranda diqqət çəkilməsi, Quranın Allahın qatından endirildiyinin dəlillərindən sadəcə biridir.