Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı bir gül olacaqdır. (Rəhman surəsi, 37)
Yuxarıdakı ayədəki “qıpqırmızı bir gül” olduğu zaman ifadəsinin ərəbcəsi “verdeten ke eddihani”dir. Bu ifadə ilə səmada yaranan görünüş, qırmızı rəngdə gülə bənzədilir. Bu tərif, səmada qırmızı rəngdə, böyük görünüş alan göy cisimlərindən xüsusilə “Rosette Nebula” ilə çox böyük bənzərlik daşıyır.
Nebula kosmosda olan buludvari qaz kütlələrinə verilən addır. Nebula meydana gəlmədən əvvəl ulduzdur və bu ulduzlar çox böyük olduqları üçün, daxildən gələn təzyiq və yüksək istiliyin təsiriylə kosmos boşluğuna qaz çıxararlar. Bu qaz püskürmələri olduqca böyük miqdarda və sürətlidir. Daha sonra bu qazlar yaxınlaşaraq qaz buludu meydana gətirərlər və bu qaz buludunun istiliyi 15.000 0C-dən çoxdur. 1
Nebulaların bir növü, gülə olan bənzərliyindən ötrü elm adamları tərəfindən də “Rosette Nebula” olaraq adlandırılır. Rosette Nebula da geniş toz və qaz kütləsidir və bütöv ayın 5 misli qədər səth olaraq görünür. 2 Bizdən təxminən 5.000 işıq ili uzaqlıqdadır 3 və gerçək diametrinin 130 işıq ili genişliyində olduğu təxmin edilir. 4
Penn Əyalət Universitetindən astronomiya və astrofizika sahəsindəki qocaman tədqiqatçılar Leisa Tovnsleyin liderliyində qrup, Chandra X-ray teleskopunu istifadə edərək, Rosette Nebulanı araşdırdılar. Nebula içərisindəki ulduzların bir-birləriylə toqquşaraq 6 milyon dərəcəlik qaz meydana gətirdiklərini təsbit edərək; Rosette Nebulasındakı yüzlərlə ulduzu göstərdilər. Leisa Tovnsley gördüklərini belə şərh edir:
Rosette Nebulası ətrafında, X-şüası yayılmasından meydana gələn möhtəşəm qırmızı parlaqlıq var, bəlkə də qalaktika içərisində ulduzların meydana gəldiyi bölgələrdə bənzərləri də olur. 5
Şəkillərdə görülən bu göy cisminin varlığı ancaq texnoloji müşahidə vasitələri ilə mümkün olur. Quran ayəsində səma ilə əlaqədar diqqət çəkilən bu vəziyyət, dövrümüzün astronomiya tapıntıları ilə böyük uyğunluq içərisindədir. Quranın bir ayəsində belə buyurulur:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
- http://tr.wikipedia.org/wiki/Nebula_%28astronomi%29
- http://www.seds.org/messier/xtra/ngc/n2244.html
- http://antwrp.gsfc.nasa.gov/apod/ap010214.html
- http://en.wikipedia.org/wiki/Rosette_Nebula
5. http://chandra.harvard.edu/press/01_releases/press_090601wind.html; Chandra x-Rels Observatory, Penn State University Press, 6 Sentyabr 2001.