Header

Fosilləşmə və dəmirin tərkibi

Aa4a

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!”… (İsra surəsi, 49-51)

Yuxarıdakı ayələrdə, insanların ölü bədənlərinin daşlaşmasına və dəmirə çevrilməsinə işarə edilir. Canlı toxuması milyonlarla il boyunca qoruna bilməz. Bu səbəblə insanların keçmişdə yaşamış canlıları görmələri, ancaq bunların fosilləşməsi ilə mümkün olar. Canlılar öldükdən sonra, bədənləri torpağın altında daşlaşaraq, fosillər halında illərlə qoruna bilər. Lüğətlərdə “fosil” sözünün mənası açıqlanarkən, “daşlaşmış canlı qalıntısı, qalıq” kimi ifadələrlə, xüsusilə daşlaşmağa diqqət çəkilir.

Fosilləşən bədəndə, eyni zamanda dəmir elementi də xarab olmadan qalar. İnsanın sağlam yaşaması üçün gündə təxminən 10-15 milliqram dəmir istehlak etməsi lazımdır. Gündəlik bəslənmə yoluyla alınan dəmirin çoxu qaraciyərdə yığılar. Bundan əlavə, qan plazmasında transferrin zülalı müəyyən miqdarda dəmir daşıyar.1 Ayədə insan bədəni qalıqlarında dəmir olduğuna diqqət çəkilməsi də, bu baxımdan son dərəcə hikmətlidir.

Ayələrin davamında da Allah əhəmiyyətli bir həqiqəti xatırladır: Xəyalınızda düşündüyünüz, böyüdüyünü, inkişaf etdiyini, təkamülləşdiyini zənn etdiyiniz qəribə məxluq olsanız da, meymunabənzər varlıq olsanız da fərqli bir şey olmayacaq. Allah, insanların meymundan inkişaf edərək təkamülləşdiyini iddia edən kəslərə, hər nə şəkildə yaradıldıqlarını düşünürlərsə düşünsünlər bu səhv, azğın inanclarının bir şey dəyişdirməyəcəyini xəbər verir. Allahın yaratmasını inkar edən bütün insanların axirətdə cəhənnəm üçün hazır ediləcək şəkildə, yenə tam təşəkküllü insan görünüşündə yaradılacaqlarını bildirir.

Quran ayələriylə insanların daşlaşaraq fosillərə və dəmirə çevriləcəyinin bildirilməsi, bu gün elmi olaraq təsdiq edilmiş həqiqətdir. Ayələrin endirildiyi dövrdə arxeoloji, paleontoloji, geoloji ya da astronomik tədqiqatlar edilmədiyi kimi, elektron mikroskopuyla elementlərin təsbiti də mümkün deyildi. Bu baxımdan yuxarıdakı ayələrdə bildirilən həqiqətlər, Quranın İlahi bir kitab olduğunu bir daha təsdiqləyir.

1 http://www.healthatoz.com/healthatoz/Atoz/ency/iron_tests.jsp

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313