Header

Doğumu asanlaşdıran dartma hərəkəti

Aa4a

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrayıl) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. (Məryəm Surəsi, 23-25)

Günümüzün tibb məlumatları göstərir ki, doğum əsnasında bir cismin dartılması, körpənin doğum kanalından aşağıya doğru hərəkət etməsini asanlaşdırır. Cismi dartma əsnasında istifadə edilən əzələlər, körpənin rəhm xaricinə itələnilməsini təmin edən əzələlər ilə eynidir. Bunu təmin etmək üçün tavana asılmış ip və ya dəstək qola asılma, doğum yatağının iki kənarına yerləşdirilmiş qolları dartma və ya bir başqa adamın əlindən tutub dartma kimi üsullar istifadə edilir. 1

Bunun üçün “squat bar” deyilən, doğum əsnasında yataqlara bağlanan tərs U şəkilli bar istifadə edilir. Bu barın dartılması körpənin rəhm xaricinə itələnməsi mərhələsini asanlaşdırar, doğum kanalının dərinliyini qısaldar, rəhm ağzını genişlədər və doğum əsnasında istifadə edilən bir çox alət və texnikaya olan ehtiyacı azaldar. 2

Bu dəstək barı, ananın özünü yuxarı doğru çəkərək çömbəlmə hərəkəti etməsinə köməkçi olur.3 Körpənin itələnməsi əsnasında da ananın sabit qalmasını təmin edər. Bu mövqedə körpəni doğum kanalından hərəkət etdirmək üçün lazım olan əzələ qüvvəsi üçün minimum güc sərf olunar. Beləcə, ləyən sümüklərinə maksimum təzyiq, minimum əzələ qüvvəsi ilə təmin edilmiş olar. Bundan əlavə ləyən sümükləri açılaraq, körpənin keçişi üçün 30% nisbətində daha çox yer təmin edər. Uzanaraq dartma hərəkəti ilə, bədənin itələmə gücü ən yüksək səviyyəyə çıxar və körpənin doğum əsnasında düzgün dönüşünü təmin edər. 4

Hz. Məryəmə də Allahın mələyi vasitəçiliyi ilə xurma budaqlarını özünə doğru yelləməsini bildirməsi son dərəcə hikmətlidir. Ayədə keçən “huzziy” sözü “sürətli yelləmək, silkələmək, hərəkət etdirmək” mənalarını verir. Xurmanın doğumu asanlaşdırıcı və bəsləyici əhəmiyyətiylə yanaşı, budaqları silkələmək üzrə dartılması, budaqlara qolların uzadılması da doğumu asanlaşdırıcı hərəkətlərdir. Hal-hazırda tətbiq olunan bu texnika, Allahın hz. Məryəmi rəhmətiylə dəstəklədiyinin, Quranın hər şeyin məlumatına sahib Qüdrətli Rəbbimizin vəhyi olduğunun dəlillərindən biridir.

1 http://www.mother-care.ca/rebozo.htm

2 http://pregnancy.about.com/cs/laborbasics/a/squatting.htm

3 http://parenting.ivillage.com/pregnancy/plabor/0,,midwife_8swr,00.html?iv_arrivalSA=1&iv_cobrandRef=0&iv_arrival_freq=1&pba=adid=16657989

4 http://www.unhinderedliving.com/squatting.html?cfA3F3B2C5=bmVuNjE4Mzpnb29keWVhcl9lbWVhX2ludGVybmV0Ogcdo6IntkWnwjS4RfAX00c=

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313