O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Bəqərə surəsi, 173)
Allahın qanı insanlara haram etməsinin hikmətləri 20-ci əsrin məlumatları ilə ortaya çıxmışdır. Qanın həzm olunması əsnasında əmilən zülal, şəkər, yağ kimi maddələrlə, vitamin, hormon və oksigeni hüceyrələrə daşıyaraq canlıların davamını mümkünləşdirər. Digər tərəfdən bədəndən atılmalı olan müxtəlif zəhərli maddələr, zərərli tullantılar da qan yoluyla daşınar. Bu baxımdan qanın ən əhəmiyyətli vəzifələrindən biri də karbamid, urik turşusu, keratin və karbon dioksid kimi hüceyrələrdən gələn tullantıları daşımaqdır.
Bu səbəbdən müəyyən miqdarda qan içilməsi vəziyyətində, qan yoluyla daşınan bu zərərli maddələrin bədəndəki səviyyələri çox yüksələr. Bu da qan vasitəsiylə böyrəklərə daşınan və sidiklə xaric olan zərərli maddələrin -”karbamid”- miqdarını artırar. Bu vəziyyət komaya düşə biləcək beyin funksiyası pozğunluqlarıyla nəticələnə bilər. Bu səbəblə sağlam heyvandan alınsa belə, qanda zərərli komponentlər -qanın vəzifəsinə görə- daim olar. Xəstə bir heyvandan alındığı təqdirdə isə, müxtəlif parazitlər və mikroblar da qan yoluyla daşınmış olar. Bu vəziyyətdə, mikroblar insanın qanında çoxalaraq, bütün bədənə yayıla bilər. Necə ki, əsl təhlükə ünsürü olan da bu istiqamətidir. İnsanın qan içməsi vəziyyətində, bütün mikroblar və tullantı maddələr adamın bədəninə yayılaraq, böyrək çatışmazlığı, qaraciyər koması kimi xəstəliklərə gətirib çıxaracaq. Bunlarla yanaşı, qanla daşınan mikrobların çoxu mədə va bağırsaq divarlarına zərər verərək daha bir çox xəstəliyə səbəb olacaq.
Digər tərəfdən qan steril ortam deyil, başqa sözlə mikrobların inkişafı üçün uyğun mühitdir. Mikroblar qanda çox yaxşı bəslənmə imkanı tapdıqları üçün çoxalmaları baxımından uyğun şərtlərə sahibdir. Qan, bədəndəki digər mayelərin funksiyaları və immunitet sistemi ilə tam olaraq tarazlandığında, bədən mikroorqanizmlərin həyatına –bu səbəbdən xəstəliklərə- dəstək verməz. Sağlam insanda, bu mikroorqanizmlər bədən içərisində qarşılıqlı olaraq bir-birlərindən faydalanaraq ortaq həyat sürərlər. Ancaq bu mühitdə ciddi dəyişiklik olduğunda, digər ifadəylə bədənin daxili tarazlığı pozulduğunda, uyğun mühit tapdıqlarında xəstəliklərə səbəb ola biləcək mikroorqanizmlərə çevrilə bilərlər.
Məsələn, qanın pH (turşu və əsas tarazlığı) dəyəri zəif bəslənmə və ya zərərli kimyəvi maddələrin təsiriylə, çox turş və ya çox qələvi olsa, zərərsiz mikroblar xəstəliklərə səbəb olacaq şəkildə forma dəyişdirə bilərlər. Qaldı ki, bədənin sağlam olması üçün, qanın pH dəyərinin də 7.3 civarında olması lazımdır. Bu dəyərdəki kiçik fərqliliklər belə, bu tarazlığın pozulmasına, mikroorqanizmlərin mühitə uyğunlaşmaq üçün daha zərərli hala gəlməsinə səbəb ola bilər. Qanın steril olması, çöldə qoyulan südün xarab olmasına bənzədilə bilər. Onsuz da qanın tərkibində olan mikroblar, özlərini bu yeni mühitə görə dəyişdirərək, zərərli təsirlər göstərə bilərlər.
Bütün bunlarla yanaşı, qan qida maddəsi olaraq da uyğun qida deyil. Qanda həzmi mümkün albumin, qlobulin və fibrinoqen kimi zülalların miqdarı azdır; 100 ml. qanda bu zülalların miqdarı 8 qrama qədərdir. Eyni vəziyyət yağlar üçün də etibarlıdır. Bundan əlavə, qanda həzmi çox çətin olan və mədənin qəbul etmədiyi qədər kompleks zülal olan hemoqlobin yüksək miqdarda olar. Qanın laxtalanması vəziyyətində, fibrinoqen zülalı, fibrinə çevrilərək qırmızı qan hüceyrələrini ehtiva edən şəbəkə meydana gətirər. Fibrin isə həzmi ən çətin zülallardan biri olaraq, qanın həzmini daha da çətinləşdirər. Nəticə olaraq sağlamlıq mütəxəssisləri, qanın heç bir şəkildə insan istehlakına uyğun olmamasında həmfikirdirlər.
Bir başqa ayədə Rəbbimiz belə bildirir:
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 3)
Allahın bu əmrinə uyaraq, insan o dövrdə hikmətini qavramadığı zərərdən qorunur. Allaha inanıb güvənərək, Onun əmr və qadağalarını tətbiq edənlər həm axirətləri baxımından xeyirli həyat sürərlər, həm də Allahın qoruması və sonsuz rəhməti altında yaşayarlar.