Quranın gələcək haqqında verdiyi xəbərlərdən biri Rum surəsinin əvvəlindəki ayələrdə yer alır. Bu ayələrdə Bizans İmperatorluğunun məğlubiyyətə uğradığı, amma çox qısa zamandan sonra təkrar qalib gələcəyi belə bildirilmişdir:
Əlif. Ləm. Mim. Rumlular məğlub edildilər, ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar, bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; (Rum surəsi, 1-4)
Bizanslıların farslara məğlub olduğu döyüşün reallaşdığı Ölü dəniz hövzəsi. Yuxarıda bu bölgənin peykdən çəkilmiş fotoşəkili görülür. Dünyanın ən aşağı bölgəsi olan Ölü dəniz, dəniz səviyyəsindən 395 metr aşağıdadır.
Bu ayələr, xristian olan bizanslıların, 613-614-cü illərdə bütpərəst cəmiyyət olan farslar qarşısında çox ağır məğlubiyyətə uğramasından təxminən 7 il sonra, 620-ci il civarında endirilmişdi. Ayələrdə bizansın çox yaxında qalib gələcəyi xəbər verilirdi. Halbuki o sırada Bizans o qədər böyük itkilərə uğramışdı ki, nəinki, təkrar qalib gəlməsi, yaşaması belə qeyri-mümkün görülürdü. Farslar bizanslıları 613-cü ildə Antakyada məğlubiyyətə uğradaraq, qalibiyyətlərini Şam, Kilikiya, Tarsus, Ermənistan və Qüdsü ələ keçirmələriylə davam etdirmişdilər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin məhv edilməsi və xristianlığın simvolu “Həqiqi Xaç”ın farslar tərəfindən ələ keçirilməsi, bizanslılar üçün ağır zərbə olmuşdu. 182
O dövrdə təkcə farslar deyil, avarlar, slavyanlar və lanqobardlar da Bizans dövlətinə qarşı böyük təhdid meydana gətirirdi. Avarlar İstanbula qədər gəlmişdilər. Bizans kralı Herakl, ordunun xərclərini qarşılaya bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarının əridilib pula çevrilməsini əmr etmişdi. Hətta bunlar da çatmayınca bürüncdən heykəllər belə pul istehsalı üçün əridilməyə başlanmışdı. Bir çox qubernator, kral Herakla üsyan etmiş, imperatorluq parçalanma nöqtəsinə gəlmişdi. Əvvəldən Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistan, bütpərəst farsların işğalı altına girmişdi. 183
Yuxarıda Ölü dənizin peykdən çəkilmiş fotoşəkilləri var. Ölü dənizin dəniz səviyyəsindən hündürlüyü ancaq müasir dövrdəki ölçülərlə təsbit edilə bilmişdir. Bu təsbitlər istiqamətində də “yer üzünün ən alçaq yeri”nin bu bölgə olduğu ortaya çıxmışdır.
Qısacası, hər kəs Bizansın yox olmasını gözləyirdi. Amma tam bu dövrdə, Rum surəsinin ilk ayələri vəhy edildi və Bizansın doqquz il keçmədən yenidən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət elə qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri Quranda xəbər verilən bu zəfərin, əsla reallaşmayacağını düşünürdülər.
Lakin Quranın bütün xəbərləri kimi bu da şübhəsiz həqiqət idi. 622-ci ildə Herakl Ermənistanı işğal edib farsları məğlub edərək müxtəlif zəfərlər qazandı. 184 627-ci ilin dekabr ayında, Bizans və Fars imperatorluqları arasında, Bağdad yaxınlığında Dəclə çayının 50 km şərqində olan Nineviya xarabalıqları yaxınlığında yenə böyük müharibə oldu. Bizans ordusu, farsları burada da məğlubiyyətə uğratdı. Bir neçə ay sonra da farslar işğal etdikləri yerləri Bizansa geri verən sülh imzalamaq məcburiyyətində qaldılar.185
Rumların qalibiyyəti 630-cu ildə imperator Heraklın Fars hökmdarı II. Xosrovu məğlubiyyətə uğradaraq, Qüdsü geri alması və xristianlığın simvolu “Həqiqi Xaç”ı Müqəddəs Məzar Kilsəsinə qazandırmasıyla tamamlandı. 186
Beləcə Allahın Quranda bildirdiyi “Rumun zəfəri”, ayədəki “üç ilə doqquz il içində” ifadəsiylə diqqət çəkilən zaman aralığında, möcüzəvi şəkildə reallaşdı.
Bu ayələrdə yer alan bir başqa möcüzə də, o dövrdə kimsənin təsbit etməsinin mümkün olmadığı coğrafi bir həqiqətin xəbər verilməsidir. Rum surəsinin 3-cü ayəsində, rumların dünyanın “ən alçaq yerdə” məğlub olduqları ifadə edilər. Ərəbcəsi “edna el-ard” olan bu ifadə, bəzi tərcümələrdə “yaxın yer” olaraq da tərcümə edilir. Ancaq bu tərcümə, orijinal ifadənin tam qarşılığı deyil, məcazi şərhidir. “Edna” sözü ərəbcədə “alçaq” mənasını verən “deni” sözündən törəmişdir və “ən alçaq” mənasını verir. “Ard” isə yer üzü deməkdir. Bu səbəbdən “edna el-ard” ifadəsi də “yer üzünün ən alçaq yeri” mənasını verir.
Bəzi təfsirçilər bəhsi keçən bölgənin ərəblərə yaxınlığını göz qarşısında saxlayaraq sözün “ən yaxın” mənasını seçirlər. Ancaq sözün əsl mənası, Quranın endirildiyi dövrdə bilinməsi mümkün olmayan çox əhəmiyyətli geoloji həqiqətə işarə edir. Çünki Dünyanın ən alçaq yerini araşdırdığımızda, bu nöqtənin bizanslıların, 613-614-cü illərdə məğlubiyyətə uğradığı yerlərdən biri olan Ölü dəniz (Dead sea) hövzəsi olduğunu taparıq. 187
Bu məğlubiyyətin ən ağır zərbəsi, daha əvvəl də ifadə etdiyimiz kimi, Ölü dəniz yaxınlığındakı Qüdsdəki məğlubiyyət ilə birlikdə xristianlığın simvolu “Həqiqi Xaç”ın itirilməsidir.
Bizans imperatorluğu ilə farslar arasındakı döyüşün reallaşdığı yer, Suriya, Fələstin və indiki İordaniya torpaqlarının kəsişdiyi bölgədə yerləşən Ölü dəniz hövzəsidir. Ölü dəniz ətrafı isə dəniz səviyyəsindən 399 metr aşağıdakı, yer üzünün “ən alçaq” bölgəsidir. 188
Burada diqqət yetirilməli olan nöqtə, Ölü dənizin dəniz səviyyəsinin, yalnız müasir dövrdəki ölçülərlə təsbit edilməsidir. Daha əvvəl heç kimin Ölü dənizin Dünyanın ən aşağı bölgəsi olduğunu bilməsi mümkün deyildi. Amma bu bölgə Quranda “yer üzünün ən alçaq yeri” olaraq təyin olunmuşdur. Bu məlumat, Quranın Allahın sözü olduğunun bir başqa dəlilini meydana gətirir.
- http://en.wikipedia.org/wiki/Heraclius
- Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
- http://gtav.freeservers.com/emperors/heraclius.html
- Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
- http://web.genie.it/utenti/i/inanna/livello2-i/mediterraneo-1-i.htm;
http://impearls.blogspot.com/2003_12_07_impearls_archive.html; http://en.wikipedia.org/wiki/Heraclius