mekkenin fethi_mekke

Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)

 

Peyğəmbərimiz, Mədinədə ikən gördüyü yuxusunda, möminlərin güvən içində Məscidul-Hərama girdiklərini və Kəbəni təvaf etdiklərini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki, Məkkədən Mədinəyə hicrət edən möminlər, o zamandan bəri Məkkəyə gedə bilmirdilər.

Allah, Peyğəmbərimiz (s.ə.v)-ə qatından kömək və dəstək olaraq Fəth surəsinin 27-ci ayəsini vəhy etmiş və yuxusunun doğru olduğunu əgər Allah diləsə möminlərin Məkkəyə girə biləcəklərini bildirmişdir. Həqiqətən də, bir müddət sonra, əvvəl Hudeybiyə sülhü və ardından gələn Məkkənin fəthi ilə, müsəlmanlar eyni ayədə bildirildiyi kimi əmin-amanlıqla Məscidul Hərama girmişlər. Beləcə Allah, Peyğəmbərimizin əvvəldən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.

Ancaq burada diqqət yetirilməli olan əhəmiyyətli nöqtə vardır. Fəth surəsinin 27-ci ayəsinə diqqət edilsə, Məkkənin fəthindən əvvəl reallaşacaq bir başqa fəthdən də danışıldığı görüləcək. Necə ki, ayədə xəbər verildiyi kimi müsəlmanlar, əvvəl yəhudilərin əlində olan Xeybər qalasını fəth etmişlər, daha sonra da Məkkəyə girmişlər. 190

Məkkənin fəthinin müjdələnildiyi digər ayələrdən bəziləri isə belədir:

 

Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir. (Fəth surəsi, 24)

 

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi, 1-3)

 

İsra surəsinin 76-cı ayəsində isə, inkarçıların da Məkkədə qala bilməyəcəkləri belə bildirilmişdir:

 

Müşriklər az qala səni bu torpaqdan sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də orada ancaq az bir müddət qala bilərdilər. (İsra surəsi, 76)

 

Peyğəmbərimiz (s.ə.v) hicrətin 8-ci ilində Məkkəyə girərək bu şəhəri fəth etmişdir. İki il sonra da, Allahın Quranda bildirdiyi kimi inkarçılar Məkkədən çıxmışlar. Burada əhəmiyyətli olan başqa nöqtə isə budur: Peyğəmbərimiz möminlərə bu müjdələri verdiyində, mövcud vəziyyət heç də bu istiqamətdə deyil. Hətta, şərtlər tam əksini göstərir, müşriklər möminləri qəti olaraq Məkkəyə salmamaqda qərarlı görünürlər. Bu isə, ürəyində xəstəlik olanların, Peyğəmbərimizin söylədiklərinə şübhə ilə baxmalarına səbəb olmuşdur. Ancaq Peyğəmbərimiz (s.ə.v) Allaha güvənərək, insanların nə deyəcəklərinə heç əhəmiyyət vermədən, Allahın özünə bildirdiyinə iman etmiş və bunu insanlara açıqlamışdır. Söylədiklərinin yaxın gələcəkdə reallaşması da Quranın əhəmiyyətli möcüzəsidir.

 

190. İmam Taberi, Taberi Tefsiri, cild 5, Ümit Nəşriyyat, :İstanbul, səh. 2276.