Header

Qoxu nəqli

Aa4a

Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 92-94)

Bu gün elm adamları, fotonlar kimi, atomların və qoxu molekullarının da yaxın gələcəkdə nəqlinin reallaşdırıla biləcəyini ifadə edirlər. Yusif surəsinin 94-cü ayəsində, hz. Yusifin atası oğlunun qoxusunu hiss etdiyini dilə gətirir. Elm adamları yaxın gələcəkdə üçölçülü görünüş və ya şəklin göndərilməsi kimi, qoxu nəqlinin də texnoloji olaraq mümkün olduğunu ifadə edirlər. Bu səbəbdən bu ayənin, günümüzdə üzərində çalışılan qoxu nəqlinə aid yüksək texnologiyaya işarə etməsi mümkündür.

Çünki qoxu hissi -eynilə digər hisslərimiz kimi- beynimizdə meydana gəlir. Limon qabığından çıxan kimyəvi molekullar burundakı qoxu qəbuledicilərini xəbərdar edir. Buradan elektrik siqnalı olaraq şərh olunmaq üzrə beyinə çatdırılırlar. Bu səbəbdən bu qoxuya aid siqnal süni olaraq başqa şəkildə yaradıldığında da, qoxunun eyni şəkildə hiss edilməsi mümkündür. Necə ki, “elektrik burun” olaraq bilinən texnologiya da bunun mümkün ola biləcəyini göstərən işlərdən biridir.

İnsandakı iybilmə sistemi, on mindən çox qoxunu rahatlıqla ayırd edə bilməyi mümkün edir. Müəyyən kimya təhsili almış mütəxəssislər ətirdəki yüzə yaxın qoxunun qaynağını diaqnoz edə bilirlər. 195 Məhz insan burnundakı bu üstün yaradılış, bir çox elm adamını bənzər cihazlar hazırlamağa təşviq edir. Dünyanın müxtəlif tədqiqat genişləndirmə mərkəzlərində, insandakı bu iybilmə sisteminin nüsxələri çıxarılmağa çalışılır. Burun nümunə götürülərək inkişaf etdirilən bu modellərə “elektronik burun” adı verilir.

İnsan burnundakı zülallardan ibarət olan qəbuledicilərin yerinə, elektronik bənzərlərində, bir sıra kimyəvi alıcı istifadə edilir. Bu alıcıların hər biri müxtəlif qoxuları qəbul edəcək şəkildə dizayn edilər, seçicilik tutumları artdıqca istehsalları çətinləşər və qiymətləri yüksələr. Sensorların ətrafdan topladıqları siqnallar, elektron sistemlər yoluyla ikili kodlara çevrilər və kompyuterə göndərilər. Elektron sistemlər iybilmə duyğusunda vəzifəli sinir hüceyrələrinin, kompyuter də insan beyninin təqlidi olaraq düşünülə bilər. Kompyuter, özünə gələn məlumatları qiymətləndirmək üçün proqramlaşdırar və bunun sayəsində aldığı ikili kodlaşdırmadan yaranan siqnalları şərh edər.

Bu üsulla inkişaf etdirilən elektron burunlar, başda qida, ətir, tibb və kimya sənayesi olmaq üzrə müxtəlif sektorlarda istifadə edilir. Universitetlər və beynəlxalq quruluşlar bəhsi keçən layihələrə böyük dəstək verir. Buna baxmayaraq, Varvick Universitetindən Julian Qardnerin ifadə etdiyi kimi, elektron burun texnologiyası hələ başlanğıc mərhələsindədir. 196

NASA-da vəzifəli elm adamları da kosmos tədqiqatları üçün, yüksək həssaslıqda süni burun inkişaf etdirirlər. Bu cihaz demək olar ki, hər cür kimyəvi birləşməni ayırd edə biləcək, insan burnundan daha həssas ölçülər edə biləcək. Bu üsulla kosmos stansiyasında zərərli maddələrin təsbiti mümkün olacaq, ağıllı təhlükəsizlik sisteminin parçası olaraq çalışacaq. (Əlavə haşiyə: http://science.nasa.gov/headlines/y2004/06oct_enose.htm?list1037616; “Electronic Nose”, 6 Oktyabr 2004.)

Məhz bu texnologiya, səs, görünüş kimi qoxu nəqlinin də yaxın gələcəkdə mümkün ola biləcəyini göstərir.

  1. Elise Hancock, “A Primer on Smell”, Johns Hopkins Maqazine, sentyabr 1996.

196. Mia Schmiedeskamp, “Plenty to Sniff At”, Scientific American, mart 2001; http://www.sciam.com/2001/0301issue/0301techbus1.html.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313