İçeriğe geç

Nur surəsi, 55-ci ayənin təfsiri

Nur surəsi, 55-ci ayənin təfsiri

ADNAN OKTAR: Nur surəsinin 55-ci ayədə də Allah;, “İslamı dünyaya hakim edəcəyini” açıqca söyləyir. Bayaqkı ayədə onsuz da gördük. Oxu, Nur surəsinin 55- ci ayəsini.

 

Altuğ Berker: Şeytandan Allaha sığınıram. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”

 

ADNAN OKTAR: Buradakı ayədə, bütünündə çox dəqiqliklə Mehdiyyət izah edilir. Çox dəqiq. Qorxuların arxasından təhlükəsizlik olacaq. Qorxular, qorxunu kim meydana gətirir? Dəccaliyyət meydana gətirəcək. Təhlükəsizliyi kim meydana gətirəcək? Mehdi (ə.s) meydana gətirəcək. Dini sabit qılmağı kim edəcək? Mehdi (ə.s) edəcək və bütün dünyaya hakimiyyəti kim edəcək? Mehdi (ə.s) edəcək. Quran nəyi izah edir? Bütün dünyaya İslamın hakimiyyətini izah edir. Bölüm bölüm ayəni de mən izah edim.

 

Altuğ Berker: ” Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə”

 

ADNAN OKTAR: Allah vədinə xilaf dönmür, Allahın vədi var. Bəli.

 

Altuğ Berker: “vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi “

 

ADNAN OKTAR:  Biz onlardan əvvəlkiləri öyrənmək üçün nə edərik? Qurana baxarıq. Qurana baxdığımızda iki dənə hakimiyyət var. Bir hz. Zülqərneyn (ə.s), bir də hz. Süleyman (ə.s). Quran Quranla təfsir olar onsuz da. Quran ayələri, Quranla təfsir olduğuna görə. İki dənə hakimiyyəti Quranda görürük. Hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s). Onun kimi bir hakimiyyətdən bəhs edir amma Allah, “kimləri hakim edəcəyəm?” deyir. Səmimi olanları. Səmimi olan nə edər? Quranı bağrına basar. Qurana tam əməl edər və son dərəcə səmimi olur. Xurafata getməz. Mənə vəhy gəldi deyə əlavələr etməz Allahın kitabını kafi görər, kitaba əlavə etməz. Bəli.

 

Altuğ Berker: ” onları da yer üzünün varisləri edəcək,”

 

ADNAN OKTAR: Bax yer üzü demək nədir? Dünya. Bax, “güc və iqtidar sahibi,” indi güc sahibi olmaq ayrıdır, iqtidar sahibi olmaq ayrıdır. İqtidar sahibi dediyində; siyasi, hərbi, sosial, iqtisadi, hamısına hakim olacaqsınız deyir, hamısına. Hamısına Müsəlmanlar hakim olacaq deyir. Bəli.

 

Altuğ Berker: ” möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək “

 

ADNAN OKTAR: İndi hərəkətlidir din. Adam oradan oraya hicrət edər, oradan oraya çətinliklər içindədir, yaşamır. Bax, “məskun edib möhkəmləndirəcəyini.” Sağlamlaşana qədər nə olar? Sökə bilməzsən. Qaçaq gedib namaz qılmaz. Çəkinə- çəkinə küçələrdə gəzməz. Qorxuların arxasından təhlükəsizliyə qovuşarsan. Bəli.

 

Altuğ Berker: ” və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir.”

 

ADNAN OKTAR: Bu bax Mehdiyyətdir. Qorxunu dəccaliyyət təmsil edir. Təhlükəsizliyi də Mehdiyyət təmsil edir. Bu olacaq deyir.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz