Səba xalqı, Cənubi Ərəbistanda yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba qövmünü izah edən tarixi qaynaqlar, bu qövmün finikyalılar kimi sıx ticari fəaliyyətlər edən dövlət olduğunu söyləyirlər. Səba xalqı, tarixdə mədəni qövm olaraq tanınmışlar. Səba hökmdarlarının kitabələrində “təmir etmə”, “tikmə” kimi sözlər yazılıdır. Bu qövmün ən əhəmiyyətli əsərlərindən olan “Marib Anbarı” da, əldə etdikləri texnoloji səviyyənin əhəmiyyətli göstəricilərindəndir.

Səba dövləti, bölgənin ən güclü ordularından birinə sahib idi. Ordusu sayəsində işğalçılıq siyasəti həyata keçirə bilirdi. İnkişaf etmiş mədəniyyəti və ordusuyla Səba dövləti, tam mənasıyla zamanında o bölgənin “super gücü” idi. Səba dövlətinin bu güclü ordusundan Quranda da bəhs edilir. Səba ordusunun komandirlərinin Quranda bildirilən ifadəsi, bu ordunun özünə nə qədər güvəndiyini göstərir. Komandirlər, Səbanın qadın idarəçisinə (Məlikəsinə) belə deyirlər:

marib

… “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!” (Nəml surəsi, 33)

 

Səba ölkəsinin paytaxtı, olduğu coğrafiyanın üstün mövqeyi səbəbiylə olduqca zənginləşmiş Marib idi. Paytaxt, bölgədə olan Adhana çayının çox yaxınında idi. Bu çayın Cebel Balaka girdiyi nöqtə, anbar quruluşuna çox uyğun idi; bundan faydalanan Səba xalqı da hələ sivilizasiyalarını qurma mərhələsində ikən bura bir anbar tikmişlər və suvarma işləri etməyə başlamışdılar. Bu anbar sayəsində də çox yüksək rifah səviyyəsinə qovuşmuşdular. Paytaxt Marib, o dövrün ən inkişaf etmiş şəhərlərindən biri idi. Bölgəni gəzən və bu diyarı olduqca tərifləyən yunanlı yazar Plini, buranın nə qədər yaşıl bölgə olduğundan bəhs edirdi.

Maribdəki bu anbarın yüksəkliyi 16 metr, genişliyi 60 metr və uzunluğu da 620 metr idi. Hesablara görə anbar vasitəsilə suvarılan sahənin cəmi 9.600 hektardır ki, bunun 5.300 hektarı cənub, geri qalanı isə şimal düzənliyinə aid idi. Bu iki düzənlik, Səba kitabələrində bəzən “Marib və iki düzənlik” deyə xatırlanardı. Məhz Qurandakı “sağdan və soldan iki bağça” ifadəsi, ehtimalla bu iki vadidəki dəbdəbəli bağ və bağçalara işarə edir. Bu anbar və suvarma qurğuları sayəsində bölgə, Yəmənin ən yaxşı suvarılan və ən məhsuldar hissəsi olaraq məşhurlaşmışdı. Fransız J. Holevy və avstriyalı Glaser, Marib səddinin çox qədim dövrlərdən bəri var olduğunu yazılı sənədlərlə isbat etdilər. Himer ləhcəsiylə yazılan sənədlərdə bu anbarın ölkə torpaqlarını məhsuldar etdiyi yazılı idi.

542-ci ildə dağılan anbar, Quranda bəhs edilən “Arim seli” nə gətirib çıxarmış və böyük təxribata səbəb olmuşdu. Səba xalqının yüzlərlə ildən bəri işlətdikləri bağları, bağçaları və əkinçilik sahələri tamamilə yox olmuşdu. Anbarın dağılmasından sonra Səba qövmünün də sürətli zəiflədiyi görülür, anbarın dağıdılmasıyla başlayan bu prosesin sonunda Səba dövlətinin də sonu gəlmişdir.

Yuxarıda ifadə etdiyimiz tarixi həqiqətlər işığında Quran ayələrini araşdırdığımız zaman, ortada konkret uyğunlaşma olduğunu görərik. Arxeoloji tapıntılar və tarixi həqiqətlər, Quranda yazanlara işarə edir. Ayədə ifadə edildiyi kimi, özlərinə göndərilən peyğəmbərin xəbərdarlıqlarını dinləməyən və Rəbbimizin nemətinə nankorluq edən xalq, sonunda qorxunc sel fəlakətiylə cəzalandırılmışdır. Quranda Səba dövlətinə göndərilən sel fəlakəti belə təsvir edilir:

 

Səba qəbiləsinin yaşadığı yerdə nişanə – biri sağda, digəri də solda olan iki bağça var idi. Onlara: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!” – deyilmişdi. Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik. Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 15-17)

maribbmaribbaraji

Yuxarıda və yan tərəfdə dağıntılarına aid şəkilləri görülən Marib anbarı, Səba xalqının ən əhəmiyyətli əsərlərindən biri idi. Quranda bəhs edilən Arim seli ilə birgə bu anbar dağıldı və Səba dövləti iqtisadi cəhətdən zəifləyərək bir müddət sonra çökdü.

 

Quranda Səba qövmünə göndərilən əzabdan “Seyl-ül Arim”, yəni “Arim seli” olaraq bəhs edilir. Quranda keçən bu ifadə, eyni zamanda bu selin meydana gəlmə şəklini göstərir. Çünki “Arim” sözünün mənası, anbar ya da səddir. “Seyl-ül Arim” sözü də, səddin dağıdılması nəticəsində meydana gələn seli izah edir. Bu mövzuyla əlaqədar İslam şərhçiləri də Quranda Arim seli ilə əlaqədar olaraq istifadə edilən terminlərdən yola çıxaraq, mövzuyla əlaqədar yer və zaman təsbitləri etmişlər. Mevdudi, təfsirində belə yazır:

Mətndəki (Seyl-ül Arim) ifadəsində istifadə edildiyi kimi “arim” sözü “anbar, sədd” mənasını verən və cənub ərəbcəsində istifadə edilən “arimen” sözündən törəmişdir. Yəməndə aparılan qazıntı işlərində ortaya çıxarılan xarabalarda bu söz tez-tez bu mənada istifadə edilmişdir. Məsələn, Yəmənin Həbəşli hökmdarı Əbrəhənin böyük Marib səddinin təmirindən sonra yazdırdığı 542 və 543-cü il tarixli kitabədə, bu söz təkrar anbar (sədd) mənasında istifadə edilmişdir. O halda Seyl-ül Arim, “bir sədd yıxıldığında meydana gələn sel fəlakəti” mənasını verir. “…Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik. (Səba surəsi, 16). Yəni səddin (anbarın) dağılmasından sonra meydana gələn sel nəticəsində bütün ölkə məhv oldu. Səbalıların dağların arasına sədlər tikərək qazdıqları kanallar dağıldı və bütün suvarma sistemi pozuldu. Bunun nəticəsində hələ əvvəldən bir bağça kimi olan ölkə yabanı otların yetişdiyi cəngəllik hala gəldi və kiçik bəstəboy ağacların albalıya bənzər yemişdən başqa yeyilə biləcək heç bir meyvə qalmadı. 236

Sütunların səthində Səba dilində yazılmış kitabələr var. Müqəddəs kitab doğrunu söylədi (“Und Die Bibel Hat Doch Recht”) kitabının yazarı xristian arxeoloq Werner Keller də, Arim selinin Qurana uyğun olaraq reallaşdığını qəbul edərək belə yazır:

“Belə bir anbarın olması və dağılaraq şəhəri tamamilə məhv etməsi, Qurandakı bağça sahibləriylə əlaqədar verilən məsəlin həqiqətən də meydana gəldiyini sübut edir.” 237

Arim seliylə birlikdə gələn fəlakətdən sonra bölgədə səhraşma başlamış və əkinçilik sahələrinin yox olmasıyla Səba qövmünün ən əhəmiyyətli gəlir qaynağı da əllərindən çıxmışdı. Allahın onları iman etməyə və şükür etməyə çağırmasını gözardı edən xalq, sonunda belə fəlakətlə cəzalandırıldı.

(Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Qövmlərin Həlakı, Araşdırma Nəşriyyat)

 

  1. Mevdudi, Tefhimül Kuran, cild 4, İnsan nəşriyyatı, İstanbul, səh. 517.

237. Werner Keller, Und die Bibel hat doch recht, (The Bible as History; a Conformation of the Book of Books), William Morrow, New York, 1956, səh. 230.