İçeriğe geç

Quranda əbcəd hesabı

Ərəb əlifbasındakı hər hərfin ədədi dəyəri vardır. Yəni ərəbcədə hər hərf bir rəqəmə uyğun gəlir. Bundan istifadə edilərək müxtəlif hesablamalar edilir. Məhz edilən bu hesaba “əbcəd hesabı” ya da “hisabı cümel” deyilir. 239

Əbcəd əlifba nizamının hər bir hərfinin bir rəqəmə uyğun gəlməsi xüsusiyyətindən faydalanan müsəlmanlar, bunu müxtəlif sahələrdə istifadə etmişlər. Cifr elmi də bu üsullardan biridir.

arapatablocopy

Cifr; gələcəkdə olacaq işlərdən xəbər verən elmin adıdır. Buna görə simvolik şəkillər və hərflərin əbcəd ədəd qarşılıqları üzərində edilən şərhlər, bu sahəylə məşğul olan kəslərin üz tutduqları yollardan biridir. Əbcəd ilə cifr üsulları arasındakı ən əhəmiyyətli fərq, əbcəd reallaşmış olanın, cifr isə reallaşması ehtimal olanın elmidir. 240

Bu hesab üsulu, çox keçmiş tarixlərə qədər uzanan və hələ Quran endirilməzdən əvvəl istifadəsi çox geniş yayılan orfoqrafik şəklidir. Ərəb tarixində keçən bütün hadisələr, hərflərə rəqəm dəyəri verilərək yazılar və beləcə hər hadisənin tarixi də qeydə keçmiş olardı. Bu tarixlər, hər istifadə edilən hərfin xüsusi rəqəm dəyərlərinin toplanmasıyla əldə edilirdi.

Məhz, bəhs olunan bu əbcəd üsuluyla, Quranda keçən bəzi ayələr araşdırıldığında, bu ayələrin mənalarına uyğun olaraq bəzi tarixlərə bərabər gəldiyini görərik. Və bu ayələrdə bəhs edilən hadisələrin, əbcəd hesablarıyla əldə edilən tarixlərdə reallaşdığını gördüyümüzdə isə, bəhs olunan ayələrdə hadisəyə bağlı gizli işarə olduğunu anlayarıq. (Doğrusunu Allah bilir.)

1969-cu ildə Aya gedilməsinə Quranda işarə edilir.

ab1

O Saat yaxınlaşdı və ay bölündü. (Qamər surəsi, 1)

 

Yuxarıdakı ayədə “bölündü” mənasını verən “inşakka” sözü istifadə edilmişdir. Bu söz “torpağın yarılması, qazılması, qabartma, torpağı sürmə…” mənalarında da istifadə edilən “şakka” hərəkətindən törənmişdir.

222ayda

Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb, orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitiririk. (Əbəsə surəsi, 25-31)

 

Görüldüyü kimi bu ayədə “şakka” sözü “ikiyə yarılma, ayrılma” mənasında deyil, “torpağın yarılıb, müxtəlif əkinlərin bitməsi” mənasında istifadə edilmişdir. “Şakka” sözü bu şəkildə qiymətləndirildiyində (Qamər surəsi, 1-ci ayəsində keçən) “Ayın bölünməsi” mənasıyla yanaşı, eyni zamanda 1969-cu ildə Aya getmə hadisəsində Ay torpağı üzərində edilən fəaliyyətlər də aydın olar. (Doğrusunu Allah bilir.) Necə ki, bu mövzuda çox əhəmiyyətli bir işarə də vardır. Qamər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcədi bizlərə 1969 rəqəmini verir. Bu hesablama üsulunda vurğulanmalı olan əhəmiyyətli nöqtə də, edilən hesablamalarda çox böyük ya da çox maraqsız ədədlərin çıxma ehtimalıdır. Əlaqədar ədədin əldə edilmə ehtimalı son dərəcə zəif olmasına baxmayaraq, bu cür dəqiq rəqəmin hesablanması olduqca diqqət çəkicidir.

AYET541C1

O Saat yaxınlaşdı və ay bölündü. (Qamər surəsi, 1)

 

Hicri: 1390, miladi: 1969

 

  • Yaxınlaşdı sözü ərəbcədə başda olduğu üçün hesaba daxil edilmir.

1969-cu ildə Amerikalı astronavtlar Ay üzərində tədqiqatlar aparmış, Ayın torpağı müxtəlif alətlərlə qazılmış, yarılmış və nümunə götürülərək dünyaya gətirilmişdir.

Ancaq bunu da ifadə etməliyik: Əlbəttə Ayın bölünməsi hadisəsi, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə verdiyi möcüzələrdən biridir. Hədisdə bu möcüzə belə bildirilmişdir:

 

… Səid ibn Əbi Arubə, Katadedən; o da Enes ibn Malik (r.ə)-dən təhdis etdi: Məkkə əhalisi Rəsulullahdan onlara bir ayə (möcüzə) göstərməsini istədilər. O da onlara Ayı iki yerə bölük göstərdi, hətta məkkəlilər Hıra dağını o iki bölük arasında gördülər. 241

 

Yuxarıda izah edilən möcüzə, ayədə xəbər verilən Ayın bölünməsi hadisəsidir. Ancaq Quran hər dövrü əhatə edən kitab olduğu üçün, bu ayə ilə indiki vaxtda Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi düşünülə bilər. (Doğrusunu Allah bilir)

ebcdtablo1

239) İsmail Yakıt, Türk-İslam Kültüründe Ebced Hesabı ve Tarih Düşürme, səh. 36.

240) İsmail Yakıt, Türk-İslam Kültüründe Ebced Hesabı ve Tarih Düşürme, səh. 56.

241) Sahih-i Buhari və tərcüməsi, cild 8, nömrə 88.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz