(Bu hissə Ömər Çelakılın “Qurani Kərimdə kainatın elementləri” kitabından faydalanaraq hazırlanmışdır. Bu hissədə doğruluğu təsdiq edilmiş təsbitlərə yer verilmişdir.)
Bütün kainat, içində yaşadığımız dünya, canlı-cansız bütün varlıqlar, elementlərin müxtəlif şəkillərdə birləşməsiylə meydana gəlmişdir. Elementləri meydana gətirən bütün atomlar eyni parçacıqlardan meydana gəldiyi halda, bir-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Elementləri təməldə bir-birlərindən fərqli edən şey, atom nömrələri, yəni atomlarının nüvələrindəki proton saylarıdır. Ən yüngül element olan hidrogen atomunda bir proton, ikinci ən yüngül element olan helium atomunda iki proton, qızıl atomunda 79 proton, oksigen atomunda 8 proton, dəmir atomunda 26 proton vardır. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran xüsusiyyət, yalnız atomlarının proton saylarındakı bu fərqlilikdir. Tənəffüs etdiyimiz hava, insan bədəni, hər hansı bitki və ya heyvan ya da kosmosdakı planet, canlı-cansız, acı-şirin, qatı-duru hər şey, Allahın üstün yaratmasındakı dəlillərindən biri olaraq, proton, neytron və elektronlardan meydana gəlir. (Ətraflı məlumat üçün baxın. “Atom möcüzəsi” və “Molekul möcüzəsi” Harun Yəhya)
Quranda yer alan Hədid surəsi, element olan “Dəmir” mənasını verir. Bu surədə digər elementlərə də atom nömrələriylə və ağırlıqlarıyla işarə edilir. (Doğrusunu Allah bilir.) Digər sözlə dəmir elementinin adına sahib Hədid surəsində, təxminən 1400 il əvvəl kainatdakı maddələri meydana gətirən atomlarla əlaqədar məlumatlar təqdim edilir. Elementlərin, atom nömrələrinin hələ kəşf edilmədiyi dövrdə, bu məlumatlara işarə edilməsi Quranın başqa möcüzəsidir.
Hədid surəsindəki ərəbcə hərflər elə bir şəkildə düzülmüşlər ki, bir tərəfdən Rəbbimizin əmr və tövsiyələrini ehtiva edən ifadələr yer alır, bir tərəfdən də atomlarla əlaqədar məlumatlara işarələr var.
- Bu çalışmada ərəbcədəki “Ra” hərfi qərb əlifbalarındakı “R” hərfinə və ya “Mim” hərfi “M” hərfinə bərabər gəldiyi nəzərə alınaraq edilmişdir. Bundan əlavə elementin simvolu olan hərflərdə düzülmə sırası nəzərə alınmır. Hərflərin yan-yana gəlməsi kafi qəbul edilir. Çünki bəhsi keçən elementlərdə məsələn, Kr elementi, Rk olaraq bir başqa elementi təmsil etmir.
- Elm adamları 92 ədəd təbii element təsbit etmişdir. Yaxın dövrdə bəzi təcrübələr edilərək nömrəsi 92-dən böyük olan süni elementlər də əldə edilmişdir, lakin bu elementlərə yer üzündə çox rast gəlinməz. Bu ana qədər “Beynəlxalq Təməl və Tətbiqli Kimya Birliyi”nin (International Union of Pure and Applied Chemistry – IUPAC) varlığını təsdiqlədiyi 110 element var.
RADON ELEMENTİ = 86Rn
Radon (Rn) elementi Quranın endirilməsindən əsrlər sonra, 1900-cü ildə, alman kimyagər Fridrix E. Dorn tərəfindən tapılmışdır. Bu elementə təbiətdə nadir olaraq rast gəlinir. Radioaktiv element olan radon, şüa müalicələrində də istifadə edilir.
Ayənin əvvəlindən “Rn” hərflərinə qədər keçən hərf sayı: 86
“Rn” elementinin atom nömrəsi: 86
SİRKONİUM ELEMENTİ = 40Zr
Sirkonium (Zr) elementini 1789-cu ildə, alman kimyagər Martin Haynriş Klaprot tapmışdır. Quranda əsrlər əvvəl, nüvə reaktorlarının nüvəciklərində istifadə edilən bu elementə işarə edilməsi böyük möcüzədir.
“Z” və “R” hərflərinin ilk dəfə bir yerə gəldiyi nöqtədən, ayənin əvvəlinə qədər 40 hərf var. Zr simvollu Sirkonium elementinin atom nömrəsi də 40-dır. Bundan əlavə “Z” və “R” hərflərinin ilk dəfə bir yerə gəldiyi nöqtədən, ayənin sonuna qədər, 91 hərf yer alır. Bu ədəd də Sirkonium elementinin atom ağırlığıdır.
Ayənin əvvəlindən Zr hərflərinə qədər keçən hərf sayı: 40
“Zr” elementinin atom nömrəsi: 40
TANTAL ELEMENTİ = 73Ta
Tantal (Ta) elementini 1802-ci ildə, isveçli kimyagər Anders Ekeberq kəşf etmişdir. Çox sərt və ərimə nöqtəsi çox yüksək olan elementdir. Bu səbəblə elektrik və elektronik kimi sahələrdə istifadə edilir. Bundan əlavə bu element bədən mayeləri ilə reaksiyaya girmədiyi üçün, tibdə də istifadə sahəsinə malikdir. Quranın endirilməsindən əsrlər sonra kəşf edilən bu element, təbiətdə nadir olan elementlərdən biridir.
“T” və “A” hərflərinin ilk dəfə bir yerə gəldiyi nöqtədən, ayənin əvvəlinə qədər 73 hərf yer alır. Bu ədəd də Tantal elementinin atom nömrəsidir.
Ayənin əvvəlindən “Ta” hərflərinə qədər keçən hərf sayı: 73
“Ta” elementinin atom nömrəsi: 73
FTOR ELEMENTİ = 9F
Ftor (F) elementini 1886-cı ildə, Anri Muassan adlı fransız kimyagər əldə etməyi bacarmışdır. Hədid surəsində ilk “F” hərfindən ayənin əvvəlinə qədər 9 hərf keçir.
Ayənin əvvəlindən F hərfinə qədər keçən hərf sayı: 9
“F” elementinin atom nömrəsi: 9
OKSİGEN ELEMENTİ = 8O
Dünyada ən çox rast gəlinən kimyəvi elementlərdən biri oksigendir. Oksigen, 1770-ci illərdə bir-birindən müstəqil olaraq iki elm adamı tərəfindən kəşf edilmişdir: İsveçli Karl Şeyele və ingilis Cozef Pristli.
Hədid surəsində ilk “O” hərfindən ayənin əvvəlinə qədər 8 hərf keçir. “O”, ərəbcədə Əlif hərfiylə göstərilir. “O” simvollu oksigen elementinin atom nömrəsi isə səkkizdir.
Ayənin əvvəlindən “O” hərfinə qədər keçən hərf sayı: 8
“O” elementinin atom nömrəsi: 8
SAMARİUM ELEMENTİ = 62Sm
Samarium (Sm) elementini fransız elm adamı Pol Lekok de Buabodran 1879-cu ildə kəşf etmişdir.
Bu surədə “S” və “M” hərfləri ilk dəfə 62 hərfdən sonra bir yerə gəlir. Hərflər “M” və “S” olaraq yan-yana gəlir. Ancaq Sm hərflərinin düzülmə olaraq tərsi olan Ms adında hər hansı element yoxdur.
Ayənin əvvəlindən “Sm” hərflərinə qədər keçən hərf sayı: 62
“Sm” elementinin atom nömrəsi: 62
KALİUM ELEMENTİ = 39K
Kalium (K) elementini ilk olaraq 1807-ci ildə, ingilis kimyagər Ser Hemfri Devi elektroliz yoluyla əldə etdi. Bitki və heyvanlarla birlikdə, insan bədəninin də çox ehtiyac duyduğu kalium elementi, təbiətdə bol miqdarda olar. Bundan əlavə partlayıcı istehsalından tibb müalicələrinə qədər geniş istifadə sahəsi vardır.
Hədid surəsində ayənin əvvəlindən “K” hərfinin ilk dəfə keçdiyi yerə qədər 39 hərf keçir ki ,bu ədəd K elementinin atom ağırlığıdır. Bundan əlavə surənin əvvəlindən bura qədər 19 söz yer alır. Bu da K elementinin atom nömrəsi olması baxımından diqqət çəkicidir.
Ayənin əvvəlindən “K” hərfinə qədər keçən hərf sayı: 39
“K” elementinin atom ağırlığı: 39
KÜKÜRD ELEMENTİ = 32S
Kükürd (S) elementi canlıların quruluşunda və torpaqda yüksək miqdardadır. Hədid surəsində kükürd elementini təmsil edən ilk “S” hərfinə qədər hərf sayı 32-dir. Bu ədəd eyni zamanda kükürd elementinin atom ağırlığıdır.
Ayənin əvvəlindən ilk “S” hərfinə qədər keçən hərf sayı: 32
“S” elementinin atom ağırlığı:32
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
ERBİUM ELEMENTİ = 167Er
Erbium (Er) elementini Karl Qustav Mosander adlı isveçli elm adamı 1843-cü ildə kəşf etmişdir. Surənin əvvəlindən 167 hərf sonra “E” və “R” hərfləri bir yerə gəlir. Erbium elementinin atom ağırlığı isə 167-dir.
Ayənin əvvəlindən “Er” hərflərinə qədər keçən hərf sayı:167
“Er” elementinin atom ağırlığı: 167
NEODİM ELEMENTİ = 60Nd
Neodim (Nd) elementini 1885-ci ildə avstriyalı elm adamı Karl F. Auer von Velsbax əldə etməyi bacardı.
Hədid surəsində “N” və “D” hərflərinin ilk dəfə yan-yana gəldiyi nöqtədən ayənin sonuna qədər 60 hərf keçir. Bu ədəd Nd elementinin atom nömrəsidir.
“Nd” hərflərindən ayənin sonuna qədər keçən hərf sayı: 60
“Nd” elementinin atom nömrəsi: 60
VANADİUM ELEMENTİ = 23V
Vanadium (V) elementini 1801-ci ildə meksikalı elm adamı Andres Manuel del Rio və 1830-cu ildə isveçli kimyagər Nils Qabriel Sefstryom kəşf etmişlər. Vanadium bədəndəki təməl əsər elementlərdən biridir. V hərfindən ayənin sonuna qədər 23 hərf keçir ki, bu ədəd də Vanadium elementinin atom nömrəsidir.
“V” hərfindən ayənin sonuna qədər keçən hərf sayı: 23
“V” elementinin atom nömrəsi:23
QALLİUM ELEMENTİ = 69Ga
Qallium (Ga) elementini 1875-ci ildə fransız kimyagər Pol Emil Lekok de Buabodran kəşf etdi. Qallium elektronik və tibb kimi fərqli sahələrdə də istifadə edilir.
Hədid surəsində “G” və “A” hərflərinin yan-yana gəldiyi nöqtədən ayənin sonuna qədər 69 hərf keçir. Qallium elementinin atom ağırlığı da 69-dur.
“Ga” hərflərindən ayənin sonuna qədər keçən hərf sayı: 69
“Ga” elementinin atom ağırlığı: 69
AZOT ELEMENTİ = 14N
1772-ci ildə şotlandiyalı elm adamı Daniel Rezerford tərəfindən olan Azot (N) elementi, atmosferin 78%-ni meydana gətirir. Bundan əlavə Günəşin və bəzi ulduzların quruluşunda da yer alır. Canlıların quruluşunda çox əhəmiyyətli bir yerə sahib olan azot, zülal və nuklein turşusu kimi həyati elementlərdə də olur.
Hədid surəsində “N” hərfindən ayənin sonuna qədər 14 hərf keçir. N elementinin atom ağırlığı, 14-dür. İkinci ilə üçüncü “N” hərfləri arasında isə 7 hərf yer alır. Azotun atom nömrəsi isə 7-dir.
“N” hərfindən ayənin sonuna qədər keçən hərf sayı: 14
“N” elementinin atom ağırlığı: 14
BİSMUT ELEMENTİ = 83Bi
Əsrlər əvvəl Quranda işarə edilən elementlərdən biri də Bismut (Bi) elementidir. (Doğrusunu Allah bilir.) Az olan elementlərdən biri olan Bismutun, tibdən nüvə reaktorlarına, kosmetikadan elektrik dövrələrinə qədər müxtəlif istifadə sahələri vardır.
Hədid surəsində “B” və “İ” hərflərinin yan-yana gəldiyi nöqtələr arasında, 83 hərf yer alır.
“Bi” hərfləri arasında keçən hərf sayı: 83
“Bi” elementinin atom nömrəsi: 83
XROM ELEMENTİ = 24Cr
Xrom (Cr) elementi 1797-ci ildə Lui-Nikola Voklen tərəfindən kəşf edilmişdir. Hədid surəsində Xrom elementini təmsil edən C və R hərflərinin yan-yana gəldiyi birinci və ikinci yerlər arasında, cəmi 24 söz yer alır. Xrom elementinin atom nömrəsinin 24 olması da, bu baxımdan çox diqqət çəkicidir.
“Cr” hərfləri arasında keçən söz sayı: 24
“Cr” elementinin atom nömrəsi :24
ASTAT ELEMENTİ = 85At
Astat (At) elementi 1940-cı ildə üç elm adamı tərəfindən kəşf edilmişdir. Digər elementlərdə olduğu kimi Astat elementinin atom nömrəsinin də, surə içində yer alması möcüzəvi xüsusiyyətdədir. Astat elementini təmsil edən A və T hərflərinin yan-yana gəldiyi ikinci və üçüncü yerlər arasında, 85 hərf yer alır. Bu rəqəm eyni zamanda Astat elementini atom nömrəsidir.
“At” hərfləri arasında keçən hərf sayı: 85
“At” elementinin atom nömrəsi:85
LİTİUM ELEMENTİ = 6Li
Litium (Li) elementini 1817-ci ildə isveçli kimyagər İohan Auqust Arfvedson kəşf etdi. Bu element yer qabığında təxminən 0.002% nisbətində var. Sənayedə də ehtiyac duyulan litium elementi, batareya istehsalında, soyuducularda, tibdə, süni kauçuk istehsalı kimi bir çox fərqli sahədə istifadə edilir.
Hədid surəsində “L” və “İ” hərflərinin ilk dəfə yan-yana gəldiyi nöqtədən ayənin əvvəlinə qədər 6 söz keçir. Bu ədəd Litium elementinin atom ağırlığıdır.
Ayənin əvvəlindən “Li” hərflərinə qədər keçən söz sayı: 6
“Li” elementinin atom ağırlığı: 6
HAFNİUM ELEMENTİ = 178Hf
Hafnium (Hf) elementini hollandiyalı fizik Dirk Koster və macar kimyagər Qeorq da Heveşi 1923-cü ildə kəşf etdilər. Bu elementdən xüsusilə nüvə reaktorlarında istifadə edilir. Bundan əlavə bu elementə Günəşin atmosferində də rast gəlinmişdir.
Hədid surəsinin əvvəlindən “H” və “F” hərflərinin yan-yana gəldiyi nöqtəyə qədər 178 söz keçir. Hafnium elementinin atom ağırlığı isə 178-dir.
Surənin əvvəlindən “Hf” hərflərinə qədər keçən söz sayı: 178
“Hf” elementinin atom ağırlığı:178
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
İNDİUM ELEMENTİ = 114İn
İndium (İn) elementini ilk olaraq 1863-cü ildə İeronim Teodor Rixter və Ferdinand Rayh adlı elm adamları tapdılar. Quranın endirilməsindən əsrlər sonra kəşf edilən İndium (İn) elementi təbiətdə az miqdarda var.
Hədid surəsinin əvvəlindən “İ” və “N” hərflərinin yan-yana gəldiyi nöqtəyə qədər 114 söz keçir ki, bu ədəd İndium elementinin atom ağırlığıdır.
Surənin əvvəlindən “İn” hərflərinə qədər keçən söz sayı: 114
“En” elementinin atom ağırlığı: 114
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
STRONSİUM ELEMENTİ = 87Sr
Radioaktiv olmayan Stronsium (Sr) elementini ilk dəfə 1790-cı ildə Ader Kroford və Uilyam Kruykşenk Şotlandiyada kəşf etmişlər.
Hədid surəsinin əvvəlindən “S” və “R” hərflərinin bir yerdə keçdiyi yerə qədər 87 söz keçir. Stronsium elementinin atom ağırlığı da 87-dir.
Surənin əvvəlindən “Sr” hərflərinə qədər keçən söz sayı: 87
“Sr” elementinin atom ağırlığı:87
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
AKTİNİUM ELEMENTİ = 89Ac
Fransız elm adamı Andre Debern tərəfindən 1899-cu ildə kəşf edilən aktinium (Ac) elementi, çox nadir olan radioaktiv elementdir. Qaranlıqda ətrafa mavi işıq yayan bu element ağımtıl gümüş rəngdədir. Qurandan əsrlər sonra kəşf edilən bu elementin insanlara əvvəldən xəbər verilməsi, Rəbbimizin sonsuz elm sahibi olduğunun göstəricisidir.
Hədid surəsinin əvvəlindən “A” və “C” hərflərinin ilk dəfə bir yerə gəldiyi yerə qədər 89 söz keçir. Bu rəqəm aktinium elementinin atom nömrəsidir.
Surənin əvvəlindən “Ac” hərflərinə qədər keçən söz sayı: 89
“Ac” elementinin atom nömrəsi: 89
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
TORİUM ELEMENTİ = 90Th
1828-ci ildə isveçli kimyagər Yens Yakov Bertselius tərəfindən kəşf edilən torium (Th) elementi radioaktiv elementdir. Nüvə cihazlarında enerji qaynağı olaraq faydalanılır.
Torium elementinin atom nömrəsi 90-dır. Hədid surəsinin əvvəlindən “T” və “H” hərflərinin ilk dəfə yan-yana gəldiyi yerə qədər keçən söz sayı da 90-dır.
Surənin əvvəlindən “Th” hərflərinə qədər keçən söz sayı: 90
“Th” elementinin atom nömrəsi: 90
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
LUTESİUM ELEMENTİ = 71Lu
Lutesium (Lu) elementi 1907-ci ildə Auer Fon Velsbax və Corc Urben tərəfindən kəşf edilmişdir. Adı bir elementə aid olan Hədid (Dəmir) surəsində, Lutesiumu təmsil edən L və U hərflərinə qədər, surənin başlanğıcından etibarən 71 söz keçir. Lu elementinin atom nömrəsi də 71-dir.
Surənin əvvəlindən “Lu” hərflərinə qədər keçən söz sayı: 71
“Lu” elementinin atom nömrəsi: 71
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
NİKEL ELEMENTİ = 58Ni
Saf nikel (Ni) elementini ilk dəfə 1751-ci ildə isveçli elm adamı Aksel Fredrik Kronstedt izolyasiya edərək əldə etmişdir. Dəmirdən daha sərt olan nikel elementi, çürüməyə və paslanmağa qarşı çox davamlıdır. Möhkəm sənaye alətlərindən mədəni pulların istehsalına qədər bir çox sahədə nikeldən istifadə edilir.
Hədid surəsində “N” və “İ” hərflərinin ilk dəfə yan-yana gəldiyi nöqtədən ayənin sonuna qədər 58 söz keçir. Bu rəqəm nikel elementinin atom ağırlığıdır.
“Ni” hərflərindən surənin sonuna qədər keçən söz sayı: 58
“Ni” elementinin atom ağırlığı: 58
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
BERİLLİUM ELEMENTİ = 9Be
Berillium (Be) elementi 1798-ci ildə Lui-Nikola Voklen tərəfindən kəşf edilmişdir. Təbiətdə sıx rast gəlinən bu element nüvə cihazlarında, raketlərdə və kosmos vasitələrində istifadə edilir.
“B” və “E” hərflərinin yan-yana gəldiyi nöqtədən ayənin sonuna qədər 9 söz keçir və bu ədəd də berillium elementinin atom ağırlığıdır.
“Be” hərflərindən ayənin sonuna qədər keçən söz sayı: 9
“Be” elementinin atom ağırlığı: 9
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
NATRİUM ELEMENTİ = 11Na
Natrium (Na) elementini 1807-ci ildə Hemfri Devi elektroliz əməliyyatıyla kəşf etdi. Natrium atomları, istifadə etdiyimiz süfrə duzundan kosmosdakı ulduzlara qədər bir çox maddənin quruluşunda var. İnsan bədənindəki hüceyrələrdə də olan natrium atomlarının həyati funksiyaları vardır. Bədən mayeləri ilə hüceyrələr arasında normal su axımının olması, toxuma meydana gəlməsi və əzələlərin sıxılması üçün də, insan bədənində müəyyən miqdar natrium olmalıdır.
Hədid surəsində “N” və “A” hərflərinin bir yerə gəlişindən, ayənin sonuna qədər 11 söz keçir. Bu ədəd natrium elementinin atom nömrəsi ilə eynidir.
“Na” hərflərindən ayənin sonuna qədər keçən söz sayı: 11
“Na” elementinin atom nömrəsi: 11
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
NİOBİUM ELEMENTİ = 41Nb
Niobium (Nb) elementi 1801-ci ildə ingilis kimyagər Çarlz Hetçett tərəfindən kəşf edilmişdir. Təbiətdə nadir olan bu element, nüvə reaktorlarında, yüksək istiliklərə davamlı vəsaitlərin istehsalında istifadə edilir.
Hədid surəsində Nb hərflərinin yan-yana gəldiyi yerlər arasındakı söz sayı, niobium elementinin atom nömrəsi olan 41-dir.
“Nb” hərfləri arasında keçən söz sayı: 41
“Nb” elementinin atom nömrəsi: 41
* Hesaba bağlayıcılar daxil edilməmişdir.
MAQNEZİUM ELEMENTİ = 12Mg
Maqnezium elementi 1808-ci ildə ingilis kimyagər Ser Hempfri Devi tərəfindən kəşf edilmişdir. Quranın vəhy edilməsindən əsrlər sonra əldə edilən maqnezium (Mg) elementi yer qabığında ən çox olan elementlərdən biridir. Dəniz suyundan insan bədəninə qədər bir çox quruluşda yer alır. Canlılar baxımından həyati əhəmiyyətə sahib elementdir.
Hədid surəsində Mg hərflərinin yan-yana gəldiyi yerlər arasındakı söz sayı 12-dir. Bu ədəd eyni zamanda maqnezium elementinin atom nömrəsi olan 12-dir.
Surədəki “Mg” hərfləri arasında keçən söz sayı: 12
“Mg” elementinin atom nömrəsi: 12
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
DİSPROSİUM ELEMENTİ = 162Dy
Disprosium (Dy) elementini 1886-cı ildə fransız elm adamı Pol Emil Lekok de Buabodran tapmışdır. Bu elementin atom ağırlığı 162-dir. Hədid surəsində Dy hərflərinin yan-yana gəldiyi yerlər arasındakı söz sayı da 162-dir.
Surədəki “Dy” hərfləri arasında keçən söz sayı:162
“Dy” elementinin atom ağırlığı: 162
* Hesaba bağlayıcılar daxil edilməmişdir.
SİNK ELEMENTİ = 65Zn
Sink (Zn) metalı yer qabığından canlı orqanizmlərə qədər bir çox quruluşda yer alır. Məsələn, insan bədənindəki fermentlərdə və qan hüceyrələrində vəzifə alaraq həyati funksiyaları yerinə yetirir.
Hədid surəsində Zn hərflərinin yan-yana gəldiyi yerlər arasındakı söz sayı 65-dir. Sink elementinin atom ağırlığı da 65-dir.
Surədəki “Zn” hərfləri arasında keçən söz sayı: 65
“Zn” elementinin atom ağırlığı: 65
* Hesaba bağlayıcılar daxil edilməmişdir.
XLOR ELEMENTİ = 35Cl
Xlor (Cl) elementini, Quran endirildikdən əsrlər sonra, 1774-cü ildə isveçli elm adamı Karl Vilhelm Şeyele əldə etmişdir. Xlor ən çox içməli sudakı və hovuz suyundakı bakteriyaların öldürülməsində istifadə edilir. Xlorun dərmanların istehsalından boyalara, neft məhsullarından təmizlik vəsaitlərinə qədər geniş istifadə sahəsi var.
Hədid surəsində “C” və “L” hərflərinin yan-yana gəldiyi vəziyyətlərdən, ilk və sonuncusu arasında 35 söz yer alır. Bu ədəd xlor elementinin atom ağırlığıdır.
Surədə keçən ilk və son “Cl” hərfləri arasındakı söz sayı: 35
“Cl” elementinin atom ağırlığı: 35
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
KARBON ELEMENTİ = 12C
Canlıların quruluşunda çox əhəmiyyətli yerə sahib olan karbon (C) elementi bir-birindən fərqli bir çox maddənin quruluşunda var. Karbon atomları, tənəffüs əsnasında ortaya çıxan karbon dioksiddən almaza qədər çox fərqli birləşmələrdə vəzifə alar.
Hədid surəsində ilk və sonuncu “C” hərfləri arasında 12 söz yer alır. Bu rəqəm eyni zamanda Karbon elementinin atom ağırlığıdır.
Surədə keçən ilk və son “C” hərfləri arasındakı söz sayı: 12
“C” elementinin atom ağırlığı: 12
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
SERİUM ELEMENTİ = 140Ce
Serium (Ce) elementini 1803-cü ildə isveçli geoloq Vilhelm Fon Hizinqer və isveçli kimyagər Yens Bertselius ilə onlardan ayrıca olaraq alman kimyagər Martin Klaprot adlı elm adamları tapmışdır.
Hədid surəsində “C” və “E” hərflərinin yan-yana gəldiyi vəziyyətlərdən, ilk və sonuncusu arasında 140 söz yer alır. 140 eyni zamanda Serium elementinin atom ağırlığıdır.
Surədə keçən ilk və son “Ce” hərfləri arasındakı söz sayı: 140
“Ce” elementinin atom ağırlığı: 140
* Hesaba “və” bağlayıcısı daxil edilməmişdir.
KRİPTON ELEMENTİ = 83Kr
Kripton (Kr) elementini ingilis kimyagərlər Moris U. Travers və Ser Uilyam Ramzay 1898-ci ildə kəşf etdilər.
Hədid surəsində “K” və “R” hərflərinin yan-yana gəldiyi vəziyyətlərdən, ilk və sonuncusu arasında 83 söz yer alır. Kripton elementinin atom ağırlığı da 83-dür.
Surədə keçən ilk və son “Kr” hərfləri arasındakı söz sayı: 83
“Kr” elementinin atom ağırlığı: 83
* Hesaba bağlayıcılar daxil edilməmişdir.