Bu hissə Ahmet Maraşlının, Quranda sirli düzülüş, (Məktəb nəşriyyatı, İstanbul, 2003) kitabından faydalanaraq hazırlanmışdır.
- MUSA İLƏ 40 GECƏ ÜÇÜN SÖZLƏŞİLMƏSİ
- DAŞDAN 12 ÇEŞMƏ FIŞQIRMASI
- ÜÇ MİN MƏLƏKLƏ KÖMƏK EDİLMƏSİ
- BEŞ MİN MƏLƏKLƏ KÖMƏK EDİLMƏSİ
- 12 ETİBARLI NƏZARƏTÇİ GÖNDƏRİLMƏSİ
- MUSA İLƏ 30 GECƏ VƏ 10 GECƏ ÜÇÜN SÖZLƏŞİLMƏSİ
- 12 TOPLULUQ VƏ DAŞDAN FIŞQIRAN 12 BULAQ
- ALLAH QATINDA AYLARIN SAYININ 12 OLMASI
- 70 DƏFƏ BAĞIŞLANMA DİLƏMƏ
- İLLƏRİN SAYINI VƏ HESABI BİLMƏ
- BƏNZƏR 10 SURƏ GƏTİRƏ BİLMƏMƏLƏRİ
- YUSİFİN YUXUSU VƏ 11 ULDUZ
- İNSANDAKI XROMOSOM SAYI
- PƏTƏKDƏKİ BUCAQLAR
- KƏHF ƏHLİ VƏ MAĞARADA 309 İL QALMALARI
- MUSANIN DOQQUZ MÖCÜZƏSİ
- ŞƏHƏRDƏKİ DOQQUZ DƏSTƏ
- 99 QOYUN DAVASI
- YEDDİ GÖY
- ON GECƏYƏ AND
Bu hissədə, içində sayılı rəqəm keçən surələr üzərində edilən, müxtəlif hesablama nəticələri təqdim edilir. Əlaqədar surələrdə fərqli hesablar nəticəsində əldə edilən eyni rəqəmlər, son dərəcə diqqət çəkicidir. Bu çalışmada surələrdəki heca və hərf sayları, hərf növləri, əbcəd dəyərləri kimi müxtəlif istiqamətlərdən hesablamalar çıxarır və ortaya çıxan rəqəmlərdəki təəccübləndirici bənzərlik ortaya qoyulmaqdadır.
Qurani Kərim məna baxımından hikmət və elm üstünlüyündən əlavə, ədədi olaraq da zəngin və fövqəladə nizam içindədir. Nəbə surəsinin 29-cu ayəsində Rəbbimiz “Biz hər bir şeyi hesablayıb yazmışıq.” buyurur. Cin surəsinin 28-ci ayəsində isə “… hər şeyi ayrı-ayrılıqda hesaba alır.” buyrulur. Qurani Kərimlə əlaqədar əldə edilən möcüzəvi ədədi nizamlar, eyni zamanda Qüdrətli Rəbbimizin “sonsuz da olsa, hər şeyin sayını bilən” mənasını verən “Muhsi” adının təcəllisidir.
MUSA İLƏ 40 GECƏ ÜÇÜN SÖZLƏŞİLMƏSİ
O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz. (Bəqərə surəsi, 51)
- “40 gecə” mənasını verən “erbaine leyleten” ifadəsindən etibarən, ayə sonuna qədər olan hərf sayı 40-dır.
- Ayədə “erbaine leyleten” (40 gecə) ifadəsinə qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 40-dır. (Ən kiçik əbcəd hesabıyla)
- Bu mövzu, Quranda ilk olaraq, Bəqərə surəsinin 40-cı ayəsində başlayır.
- Bu mövzunun başladığı 40-cı ayənin heca sayı 40-dır.
Ayrıca:
- “Erbaine leyleten” (40 gecə) mövzusu ilə əlaqədar ayələr açıq olaraq, Bəqərə surəsinin 51-ci ayəsindən başqa, Əraf surəsi 142-ci ayəsində keçir. İşarəli olaraq isə yenə Əraf surəsinin 143 və 155-ci ayələrində zikr edilir.
- a) Bu ayələr arasındakı surələr bunlardır: “Bəqərə surəsi”, “Ali İmran surəsi”, “ Nisa surəsi”, “Maidə surəsi”, “ Ənam surəsi”, “Əraf surəsi”.
Bu surə adlarındakı cəmi heca sayı tam 40-dır.
(Su-re-tül-Ba-ka-ra-ti, Su-re tü A-li İm-ra-ne, Su-re-tün-Ni-sa-i, Su-re-tül-Ma-i-de-ti, Su-re-tül-Ena-mi, Su-re-tül-Ara-fi)
- b) Surələrin adları olan “Əl-Bəqərə”, “Ali İmran”, “Ən-Nisa”, “Əl-Maidə”, “Əl-Ənam”, “Əl-Əraf”, sözlərindəki hərf sayı da 40-dır.
DAŞDAN 12 ÇEŞMƏ FIŞQIRMASI
O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!” – dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” (Bəqərə surəsi, 60)
- Ayədə “on iki” mənasını verən “isneta aşrate” ifadəsinə qədər olan söz sayı 12-dir.
- “(Daşdan) 12 çeşmə fışqırdı” mənasını verən “infeceret minhu isneta aşerete aynen” ifadəsindəki nöqtəli hərf sayı 12-dir.
- “İnfeceret minhu isneta aşerete aynen” ifadəsində istifadə edilən hərf növü də 12-dir. (2)
ÜÇ MİN MƏLƏKLƏ KÖMƏK EDİLMƏSİ
O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” (Ali İmran surəsi, 124)
- “Mələklərdən üç min” mənasını verən “selaseti alafin min elmelaiketi” ifadəsinin əbcəd dəyəri üç mindir. (Böyük əbcəd hesabıyla)
BEŞ MİN MƏLƏKLƏ KÖMƏK EDİLMƏSİ
Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali İmran surəsi, 125)
- Ayədə “mələklər” mənasını verən “el-melaiketi” ifadəsinin ilk hərfinə qədər olan hərflərin əbcəd dəyəri beş mindir. (Kiçik əbcəd hesabıyla)
12 ETİBARLI NƏZARƏTÇİ GÖNDƏRİLMƏSİ
Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır”. (Maidə surəsi, 12)
- “12 etibarlı-nəzarətçi” mənasını verən “isney aşera nakiba” ifadəsindəki hərf sayı 12-dir.
- Ayənin başından “isney aşera” (on iki) ifadəsinə qədər, surənin adı olan Maidə sözündə keçən hərflərin təkrarlanması 12-dir. (3)
- Ayə nömrəsi 12-dir.
- Ayənin ilk və son hərflərinin əbcəd dəyəri 12-dir. (Ən kiçik əbcəd hesabıyla)
MUSA İLƏ 30 GECƏ VƏ 10 GECƏ ÜÇÜN SÖZLƏŞİLMƏSİ
Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma!” (Əraf surəsi, 142)
- “30 gecə” mənasını verən “selasine leyleten” ifadəsindən etibarən, ibarə* sonuna qədər olan heca sayı 30. (5)
- “Selasine leyleten” (30 gecə) ifadəsindən sonra ayə sonuna qədər, “selasine leyleten” ifadəsinə aid hərf sayı 30. (6)
- “Selasine” (30) sözündən etibarən, ibarə* sonuna qədər olan heca sayı 30. (7)
- Ayədə “selasine” (30) sözündən sonra ayə sonuna qədər, surənin mukataa hərfləri olan “əlif, lam, mim, sad” hərflərinin istifadə sayı 30-dur. (8)
- Ayədə “aşr” (10) sözünə gələnə qədər olan nöqtəli hərflərin hərf sayı 10-dur.
- “Aşr” (10) sözündən sonra ibarə* sonuna qədər olan nöqtəsiz hərf sayı 10-dur.
- “Aşr” (10) sözü, Əraf surəsində sondan başa doğru 10-cu səhifədə var.
- Ayədə “aşr” (10) sözünə gələnə qədər, surənin mukattaa hərfləri olan “əlif, lam, mim, sad” hərflərinin istifadə sayı 10-dur. (9)
- “…və buna on gecə də əlavə etdik. “ mənasını verən “və etmemnaha biaşrin” ifadəsində istifadə edilən hərf növü 10-dur. (10)
12 TOPLULUQ VƏ DAŞDAN FIŞQIRAN 12 ÇEŞMƏ
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!” – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, özlərinə də: “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. (Əraf surəsi, 160)
- Ayədə “isnetey aşrate” (on iki) ifadəsinə qədər, “isnetey aşrate” ifadəsindəki hərflər 12 dəfə keçir. (11)
- “İsnetey aşrate” (on iki) ifadəsindən etibarən ibarə* sonuna qədər istifadə edilən hərf növü 12 (12).
- “İsneta aşrate” (on iki) ifadəsindən etibarən ibarə* sonuna qədər, “isneta aşrate”nin hərfləri 12 dəfə keçir. (13)
- “İsnetey aşrate” (on iki) ilə “isneta aşrate” (on iki) arasında, bu sözlərə aid hərflərin olduğu söz sayı 12 (15).
- Olduğu ibarədə, “isneta aşrate ayna” (on iki çeşmə) ifadəsinə qədər istifadə edilən hərf növü 12 (16).
ALLAH QATINDA AYLARIN SAYININ 12 OLMASI
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. (Tövbə surəsi, 36)
- Ayədə “isna aşara” (on iki) ifadəsinə qədər olan heca sayı tam olaraq 12-dir.
- “İsna aşara” (on iki) ifadəsindən sonra ibarə* sonuna qədər olan nöqtəli hərf sayı da 12-dir.
70 DƏFƏ BAĞIŞLANMA DİLƏMƏ
Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz. (Tövbə surəsi, 80)
- “Sebinə merraten” (yetmiş dəfə) ifadəsindən etibarən ayə sonuna qədər olan hərf sayı 70 (17)
- “Sebinə merraten” (yetmiş dəfə) ifadəsindən etibarən ibarə* sonuna qədər istifadə edilən hərf növlərinin əbcəd dəyəri 70-dir. (18) (Ən kiçik əbcəd hesabıyla).
- Bu ayədəki nöqtəsiz hərf sayı 70-dir. (19)
İLLƏRİN SAYINI VƏ HESABI BİLMƏ
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir. (Yunis surəsi, 5)
Bir Hicri ay ancaq 29 gün və ya 30 gün çəkə bilər. (Bunun xaricində ehtimal yoxdur.)
- Qəməri ay 29 və ya 30 gündür. Ayədə “illərin sayını və hesabı biləsiniz deyə mənzillər (səfhələr) müəyyən edən Odur.” mənasını verən “kadderahu menazile litalamı adedessinine velhisab” ifadəsinə qədər olan hərf sayı 29-dur.
- “Ay” mənasını verən “Əl-Qamər”in əbcəd dəyəri 29-dur. (Ən kiçik əbcəd hesabıyla)
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik. (İsra surəsi, 12)
Bir Hicri il 354 ya da 355 gün çəkir. (Bunların xaricində ehtimal yoxdur.)
- “İllərin sayını və hesabı biləsiniz deyə” mənasını verən “litalamı adedessinine vel hisab” ifadəsinə qədər olan hərflərin əbcəd dəyəri 354-dür. (Ən kiçik əbcəd hesabıyla)
BƏNZƏR 10 SURƏ GƏTİRƏ BİLMƏMƏLƏRİ
Yoxsa onlar: “Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (Hud surəsi, 13)
- Olduğu ibarədə “aşri” (on) sözünə qədər istifadə edilən hərf növü 10 (20)
- Ayədə “aşri” (on) sözünə qədər olan nöqtəli hərf sayı 10 -dur. (21)
- Ayədə “Ona bənzər uydurulmuş on surə” mənasını verən “biaşri süverin mislihi müftereyatin” ifadəsinə qədər olan heca sayı 10 -dur. (22)
- “De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin” mənasını verən “qul fetu biaşri süverin mislihi müftereyatın” ifadəsindəki nöqtəli hərf sayı 10-dur.
- “Ona bənzər 10 surə” mənasını verən “aşri süverin mislihi” ifadəsindəki hərf sayı 10-dur.
- “Aşri süverin mislihi” (ona bənzər on surə) ifadəsindən sonra ayə sonuna qədər olan söz sayı 10-dur.
- “Ona bənzər on surə” mənasını verən “biaşri süverin mislihi” ifadəsində istifadə edilən hərf növü 10-dur. (23)-
- Ayədə “aşri süverin” (on surə) ifadəsinə qədər, “aşri süverin” ifadəsindəki hərflər 10 dəfə keçir. (24)
1 Ayə sonunda dayanaraq.
2 Əlif, nun, fe, cim, ra, te, mim, he, se, ayn, şın, ye
3 Mim: 3, əlif: 8, dal: 1, te: 0
4 Vav, lam
5 İbarə sonunda dayanaraq.
6 Se: 0, lam: 9, ye: 10, nun: 5, te: 6, lamelif: 2
7 İbarə sonunda dayanaraq.
8 Əlif: 11, lam: 11, mim: 7, sad: 1, lamelif: 2
9 Əlif: 4, lam: 3, mim: 3, sad: 0
10 Vav, əlif, te, mim, nun, he, be, ayn, şın, ra
11 Əlif: 2, se: 1, nun:2, te: 2, ye: 1, ayn: 2, şın: 1, ra: 1
12 Əlif, se, nun, te, ye, ayn, şın, ra, sin, be, tı, mim
13 Əlif: 3, se: 1, nun: 2, te: 2, ayn: 2, şın: 1, ra: 1
- Buradakı yazı fərqi, sözün cümlədə obyekt, mübtəda olma vəziyyətinə görə dəyişməsindən qaynaqlanan qrammatika fərqidir.
16 Fe, əlif, nun, be, cim, sin, te, mim, he, se, ayn, şın
17 Lamelif: 2
18 Sin, be, ayn, ye, nun, mim, ra, te, fe, lam, ğayn, əlif, he
19 Lamelif: 2
20 Qaf, lam, fe, əlif, te, vav, be, ayn, şın, ra
21 Əlif: 5, lam: 3, ra: 2
22 Secavend tıda dayanaraq.
23 Be, ayn, şın, ra, sin , vav, mim, se, lam, ha
24 Ayn, şın, ra, sin, vav
* İbarə: Quran oxunarkən istifadə edilən nöqtə işarələriylə və ya ayə sonu-ayə başı ilə ayrılan ifadələr.
- YUSİFİN YUXUSU VƏ 11 ULDUZ
Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. (Yusif surəsi, 4)
- “On bir ulduz” mənasını verən “ehade aşara kevkeben” ifadəsindəki hərf sayı 11-dir.
- “Ehade aşara kevkeben” (on bir ulduz) ifadəsinə qədər olan söz sayı 11-dir.
- Ayədə “ehade aşara kevkeben” (on bir ulduz) ifadəsinə qədər, “ehade aşara kevkeben” ifadəsindəki hərflər 11 dəfə keçir.
İNSANDAKI XROMOSOM SAYI
Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. (Nəhl surəsi, 4)
Yetkin insan bədənində təxminən 100 trilyon hüceyrə var. Hüceyrələrin hamısı eyni genetik quruluşa malikdir. Bu genetik quruluş, hüceyrənin nüvəsi içində yerləşən xromosomlarda olur. Bir insan hüceyrəsində 23 cüt, yəni 46 ədəd xromosom vardır. Bunların 23-ü anadan, 23-ü atadan gəlir. Bu xromosomlarda da, o insana aid xüsusiyyətlərin qeydiyyatda olduğu DNT molekulları vardır. Elm dünyası, insan hüceyrəsindəki xromosom sayının 46 olduğunu ancaq 20-ci əsrin ikinci yarısında öyrənə bilmişdir.
Quranda “sperma” və “nütfə” sözləri, fərqli şeylər olaraq bəhs edilir. “Sperma” bütünü, “nütfə” isə onun bir parçasını ifadə etmək üçün istifadə edilir.
* “Sperma” sözü cümlədə istifadə yeri etibarilə, qrammatik qaydaya görə, aşağıda nütfətin, nütfətə, nütfətən kimi fərqli şəkillərdə oxunur. Ancaq burada məna dəyişikliyindən söz gedə bilməz.
- “Nütfətin” (nütfə) sözünün əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- Surədə “nütfənin” sözünə qədər istifadə edilən hərf növü 23-dür. (2)
- Ayədə “nütfətin” sözünə qədər istifadə edilən hərf növlərinin əbcəd dəyəri 23 -dür. (3) (Ən kiçik əbcəd hesabıyla)
- Surədə “nütfətin” sözünə qədər olan nöqtəli hərf sayı 46-dır.
Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)
- “Nütfətə” sözünün əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- Muminun surəsinin 13-cü ayəsindəki “nütfədən” ifadəsindən etibarən 14-cü ayədəki “nütfədə” ifadəsinə qədər olan hərf sayı 23-dür.
- Ayədə “spermada” ifadəsinə qədər olan istifadə edilən hərf növlərinin əbcəd dəyəri 46.(4) (Ən kiçik əbcəd hesabıyla)
- “Nütfətə” ifadəsindən sonra ibarə* sonuna qədər, “nütfətə” ifadəsinə aid hərflərin əbcəd dəyəri 46-dir. (5) (Ən kiçik əbcəd hesabıyla)
- Surədəki “nütfətə” ifadəsinə gələnə qədər, “nütfətə”yə aid hərflərin olduğu söz sayı 46-dır.
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
- “Nütfətin” ifadəsinin əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- “Nütfətin” ifadəsindən etibarən ayə sonuna qədər istifadə edilən hərf növü 23 -dür. (6)
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. (Mümin surəsi, 67)
- “Nüfətin” sözünün əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- “Nütfətin” sözündən etibarən ibarə* sonuna qədər olan nöqtəli hərf sayı 23-dür.
- “Nütfətin” sözü ayədə sondan başa doğru 23-cü sözdür.
- Bu ayədə istifadə edilən hərf növü 23-dür. (8)
- Ayədə “nütfətin” sözünə qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 46-dır. (Ən kiçik əbcəd hesabıyla)
- Bu ayədəki nöqtəli hərf sayı 46-dır.
Axıdılan bir nütfədən. (Nəcm surəsi, 46)
- “Nütfətin” ifadəsinin əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- “Nütfətin” ifadəsindən sonra surə sonuna qədər, “nütfətin” ifadəsinin hərfləri 46 dəfə keçir. (9)
- “Nütfətin” ifadəsinin olduğu ayənin nömrəsi 46-dır.
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 2)
- “Nütfətin” sözünün əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
- “Nütfətin” sözündən etibarən ibarə* sonuna qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 23-dür. (Ən kiçik əbcəd hesabıyla)
Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? (Qiyamət surəsi, 37)
- Qiyamət surəsi, 37-ci ayədəki “nütfə” ilə İnsan surəsi, 2-ci ayədəki “nütfə” arasında istifadə edilən hərf növü 23-dür. (10)
- Qiyamət surəsi, 37-ci ayədəki “nütfə”dən etibarən İnsan surəsi, 2-ci ayədəki “nütfə”yə qədər , “nütfə”yə aid hərf olan söz sayı 23-dür. (11)
PƏTƏKDƏKİ BUCAQLAR
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. (Nəhl surəsi, 68)
Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 69)
Bilindiyi kimi bal arısı, çıxardığı balı altıbucaqlı şəklindəki evlərinə -pətəklərə- doldurur. Pətək inşasında bütün şəkillər içində ən idealı altıbucaqlıdır. Məsələn, pətək gözləri beşbucaqlı, səkkizbucaqlı, doqquzbucaqlı və s. şəklində olsaydı, bütün kənarları bir-biriylə üst-üstə düşməyəcək, beləcə pətək gözləri arasında istifadə edilməyən qisimlər qalacaqdı. Ancaq arılar Allahın ilhamıyla altıbucaqlı şəkilli pətəklər düzəldərək, ən az bal mumu ilə ən çox bal yığarlar.
- Bal arısından, baldan və pətəkdən bəhs edilən ayələr, Quranda yalnız bu ayələrdir. Bu ayələrdəki hərflərin əbcəd dəyəri də 720-dir. (Ən kiçik əbcəd hesabıyla)
Pətəkdəki gözlərin iç bucaqları cəmi 720 dərəcədir.
- Pətəkdəki hər bir göz altıbucaqlıdır. Altıbucaqlıdakı hər bir iç bucaq da 120 dərəcədir.
Nəhl surəsində bu mövzuya qədər olan ibarə* sayı 120-dir.
KƏHF ƏHLİ VƏ MAĞARADA 309 İL QALMALARI
Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? (Kəhf surəsi, 9)
- “Kəhf Əhli” mənasını verən “Ashabel Kəhf” ifadəsinin əbcəd dəyəri 238-dir. (Kiçik əbcəd hesabıyla)
- Surədə “Ashabel Kehfi” (Kəhf əhli) ifadəsinə qədər olan heca sayı da 238-dir. (12)
- Ayədə “Ashabel Kehfi”yə (Kəhf əhli) gələnə qədər istifadə edilən hərf növü 7-dir. (13)
- “Ashabel Kehfi” (Kəhf əhli) ifadəsindən etibarən ayə sonuna qədər olan söz sayı 7-dir.
- Surədə Əshabı Kəhf hekayəsindəki, Rəbbimizin “Allah” olaraq zikr edilən adı 7 dəfə keçir.
- “Ashabel Kehfi” (Mağara əhli) səhifədəki 7-ci ibarədə var.
- Bu ayə, səhifədə sondan başa doğru 7-ci ayədir.
Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11)
Quranda Əshabı Kəhfin mağarada nə qədər qaldıqları bildirilərkən “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.” (Kəhf surəsi, 25) deyilir. Təfsirçilər (təfsir edənlər) bu ayəni açıqlayarkən, Kəhf Əhlinin Günəş ilinə görə 300 il, Qəməri təqvimə görə isə 309 il yatdıqlarına işarə edildiyini ifadə edirlər.
- “Neçə illər” mənasını verən “sinine adeda” ifadəsinə qədər olan heca sayı tam olaraq 309-dur. (14)
- Surədə “sinine adeda” ifadəsinə qədər olan nöqtəsiz hərf sayı 309-dur.
Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 12)
- Bu ayədə Əshabı Kəhfin oyandırılma səbəbi olaraq, hansı qrupun yatma müddətini daha yaxşı hesablayacağını ortaya çıxarmaq üçün olduğu bildirilir. Bu ayəyə qədər olan heca sayı tam olaraq 309-dur. (15)
Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. (Kəhf surəsi, 25)
Quranda Kəhf səhabələrinin mağarada qaldıqları müddətin birbaşa 309 il olaraq ifadə edilməyib, 9 illik müddətin əlavə edilməsi son dərəcə hikmətlidir. Çünki ifadə şəkli ilə Günəş və Ay illəri (Şəmsi və Qəməri illər) arasındakı fərqə diqqət çəkilir. (Doğrusunu Allah bilir.)
Bilindiyi kimi Günəş ili, dünyanın günəş ətrafında fırlanmasından meydana gəlir və dünyanın müəyyən bir nöqtədən ard-arda 2 dəfə keçməsi arasında qalan 365,242217 Günəş günü, Günəş ilini meydana gətirir. Ay ili isə 354,36768 gündən ibarətdir ki, bu ayın dünya ətrafında 12 dəfə fırlandığı müddətdir. Hesablasaq, Günəş və Ay ili arasında 10,874537 gündəlik fərq vardır. Buna görə 100 Günəş ili 103 Ay ilinə bərabər gəlir.
300 Günəş ilinin Ay ili olaraq qarşılığını tapmaq üçünsə -tam ayədəki kimi- 9 il daha əlavə etmək lazımdır.
- Surədə bu ayəyə qədər olan ayə nömrələrinin cəmi 300-dür. (Miladi 300 il, hicri 309 il deməkdir.)
- Əshabı Kəhfdən və yuxu müddətindən bəhs edən son səhifə olan bu səhifədən sonra, Quranın sonuna qədər olan səhifə sayı 309-dur.
Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! (Kəhf surəsi, 19)
- MUSANIN DOQQUZ MÖCÜZƏSİ
Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!” (Nəml surəsi, 12)
- “9 möcüzə” mənasını verən “tisi ayatin” ifadəsindən sonra ibarə* sonuna qədər olan heca sayı 9-dur.
- Ayədə “tisi ayatin” (9 möcüzə) ifadəsinə qədər, “tisi ayatin” ifadəsindəki hərflər 9 sözdə var.
- “Tisi ayatin” (9 möcüzə) ifadəsindən etibarən ayə sonuna qədər olan söz sayı 9-dur.
- “Tisi ayatin” (9 möcüzə), surədə sondan başa doğru 9 səhifədə var.
- Ayədə “9” mənasını verən “tisi” sözünə qədər istifadə edilən nöqtəsiz hərf sayı 9-dur.
- “Tisi” (9) sözündən etibarən ibarə* sonuna qədər istifadə edilən nöqtəsiz hərf sayı 9-dur. (17)
- “Tisi” (9) ayədə sondan başa doğru 9 sözdür.
- Surənin mukattaa hərfləri olan “ta, sin” hərflərinin əbcəd dəyəri 9-dur. (Ən kiçik əbcəd hesabıyla)
ŞƏHƏRDƏKİ DOQQUZ NƏFƏR
Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. (Nəml surəsi, 48)
- “9 adam” mənasını verən “tisatü rahtin” ifadəsindən etibarən ayə sonuna qədər, “tisatü rahtin” ifadəsindəki hərflər 9 dəfə keçir. (18)
- “Tisatü rahtin” (9 adam) ifadəsindən etibarən ayə sonuna qədər olan nöqtəli hərf sayı 9-dur.
- “Tisatü rahtin” (9 adam) ifadəsindən etibarən ayə sonuna qədər istifadə edilən nöqtəsiz hərf sayı 9-dur. (19)
- “Tisatü rahtin” (9 adam) ifadəsində, surənin mukattaa hərfləri olan “ta, sin”ə aid hərflərin əbcəd dəyəri 9 (20) (Ən kiçik əbcəd hesabıyla)
- Saleh və Səmud qövmü hekayəsindəki ayə sayı 9 (21)
99 QOYUN DAVASI
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”. (Sad surəsi, 23)
- 99 qoyunla əlaqədar mövzu, 21-ci ayədə izah edilir. Hz. Davudun bəhsinin başından -17-ci ayədən etibarən- 21-ci ayəyə qədər olan heca sayı 99-dur. (22)
- 99 qoyunla əlaqədar davanın mövzusu, ayə olaraq 22-ci ayədə izah edilməyə başlanır. 99 qoyun davası, ibarə* olaraq isə 22-ci ayənin 2-ci ibarəsində izah edilməyə başlanır və bu ibarə* surədə sondan başa doğru 99 ibarədir* .
- 99 qoyun davasının izah edilməyə başlandığı 22-ci ayənin 2-ci ibarəsindən* etibarən, 24-cü ayədəki “onun qoyunları” mənasını verən “niacihi” ifadəsinə qədər heca sayı da 99-dur.
- Surədə “99 qoyun” mənasını verən “tisin və tisine naceten” ifadəsinin olduğu 23-cü ayəyə qədər, ayə sonlarındakı hərflərin əbcəd dəyəri 99-dur.(Ən kiçik əbcəd hesabıyla) (23)
- “Bu qardaşımın 99 qoyunu var” mənasını verən “həzzə ahı lehi tisin və tisine naceten” ifadəsinin əbcəd dəyəri də 99-dur. (Ən kiçik əbcəd hesabıyla)
YEDDİ GÖY
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? (Mülk surəsi, 3)
- “7 göy” mənasını verən “səba səmavat” ifadəsində istifadə edilən hərf növü 7 (24)
- Ayədə “səba səmavat” (7 səma) ifadəsinə qədər olan hərf sayı 7-dir.
- “Səba” (7) sözündən etibarən ayə sonuna qədər, “səba” sözündəki hərflər 7 dəfə keçir. (25)
- Surədə “səba” (7) sözünə qədər, “səba” sözünün hərfləri 7 dəfə keçir. (26)
- “Səba” (7) sözündən sonra ibarə* sonuna qədər olan heca sayı tam olaraq 7-dir.
ON GECƏYƏ AND
And olsun dan yerinə! And olsun on gecəyə! (Fəcr surəsi, 1-2)
- Surədə “10 gecə” mənasını verən “leyalin aşr” ifadəsinə qədər, bu ifadəyə aid hərflər 10 dəfə keçir. (27)
- Surədə “leyalin aşr” (10 gecə) ifadəsinə qədər olan nöqtəsiz hərf sayı 10-dur.
1 Əlif: 7, ha: 0, dal: 0, ayn: 0, şın: o, ra: 1, kef:0, vav: , be: 2
2 Əlif, te, ye, mim, ra, lam, he, fe, sin, ayn, cim, vav, be, ha, nun, şın, kef, ze, dal, zel, kaf, hı, dad. Lamelif iki. Bəsmələ daxil və ya xaric.
3 Hı, lam, kaf, əlif, nun, sin, mim
4 Se, mim, hı, lam, kaf, nun, əlif, tı, fe, te
5 Nun: 3, tı: 0, fe: 3, te: 4
6 Nun, tı, fe, te, se, mim, cim, ayn, lam, kef, əlif, ze, vav, ha, ye, dad, be, hə, rə, qaf, sad, zel, sin. Lamelif iki
8 Hə, vav, əlif, lam, zel, ye, hı, qaf, kef, mim, nun, te, ra, be, se, tı, fe, ayn, cim, ğayn, şın, dal, sin, lamelif iki.
9 Nun: 23, tı: 1, fe: 9, te: 13.
10 Mim, nun, ye, se, kef, əlif, ayn, lam, kaf, te, fe, hı, sin, vav, cim, he, ze, zel, ra, be, dal, ha, şın. Bəsmələ daxil və ya xaric.
11 Bəsmələ daxil.
12 Bəsmələ daxil.
13 Əlif, mim, ha, sin, be, te, nun
14 Bəsmələ daxil.
15 Bəsmələ daxil.
17 Sin, ayn, əlif, lam, ye, ra, vav, mim, he
18 te: 2, sin: 2, ayn: 1, ra: 2, he: 1, tı: 1
19 sin, dal, vav, ye, əlif, lam, ra, sad, ha, lamelif iki
20 tı: 1, sin: 1
21 45-ci ayədən etibarən 53-cü ayəyə qədər: 45, 46, 47, 48, 49, 50, 51, 52, 53.
22 Secavend “mim”də, “tı”da və “cim”də duraraq.
23 Ra, kaf, sad, be, be, dal, kaf, be, be, be, be, dal, be, be, kaf, be, be, kaf, be, be, be, tı, be
24 Sin, be, ayn, mim, vav, əlif, te
25 Sin: 2, be: 3, ayn: 2
26 “Lamelif” iki
27 Lam: 3, ye: 1, əlif: 2, ayn: 1, şın: 1, ra: 2
* İbarə: Quran oxunarkən istifadə edilən nöqtə işarələriylə və ya ayə sonu-ayə başı ilə ayrılan ifadələr.