(Bu hissə Ömər Çelakılın “Qurani Kərimdə kainatın elementlər” kitabından faydalanaraq hazırlanmışdır. Bu hissədə doğruluğu təsdiq edilmiş təsbitlərə yer verilmişdir.)

Venera və Mars, sıralama baxımından Dünyaya ən yaxın iki planetin adlarıdır. Quranda bu planetlərin günümüzdəki adlarını meydana gətirən hərflər, öz ətraflarındakı fırlanma müddətlərinə işarə edərcəsinə düzülmüşlər.

 

Quranda Venera sözünü meydana gətirən hərflər (Ərəbcədə Vav-Əlif-Nun-Əlif-Sin) Quranda ilk olaraq Ənfal surəsinin 72-ci ayəsində yan-yana gəlir. Bir sonrakı Venera hərfləri isə, Hud surəsinin 3-cü ayəsində yan-yana gəlir. Bu iki yerin arasında cəmi 243 ayə keçir. Kosmosda Veneranın öz ətrafındakı fırlanma müddəti də tam 243 gün davam edər, yəni 243 gün bitdikdə dönüşünü təkrarlayar. Quranda da, ilk Venera hərflərindən 243 ayə sonra bu hərflər yenidən təkrarlanır.

 

Eyni şəkildə, bu hərf düzülüşü Mars üçün də keçərlidir. Mars sözünü meydana gətirən hərflər (Ərəbcədə Mim-Əlif-Ra-Sin) Quranda ilk olaraq Muminun surəsinin 44-cü ayəsində yan-yana gəlir. Bir sonrakı Mars hərfləri isə yenə Muminun surəsinin 45-ci ayəsində yan-yana gəlir. Yəni dərhal 1 ayə sonra təkrar keçir. Eyni şəkildə Marsın öz ətrafındakı fırlanma müddəti də yalnız 1 gün davam edir.

 

Venera sözünü meydana gətirən hərflər Ənfal surəsinin 72-ci ayəsində sağdan sola doğru yan-yana gəlir.

Image result for Venüs kelimesini oluşturan harfler Enfal Suresi'nin 72. ayetinde sağdan sola doğru yan yana gelmektedir.

Venera sözünü meydana gətirən hərflər, Hud surəsinin 3-cü ayəsində sağdan sola doğru yan-yana gəlir.

Image result for Venüs kelimesini oluşturan harfler, Hud Suresi'nin 3. ayetinde sağdan sola doğru yan yana gelmektedir.

Mars sözünü meydana gətirən hərflər, Muminun surəsinin 44-cü ayəsində sağdan sola doğru yan-yana gəlir.

Image result for Venüs kelimesini oluşturan harfler, Hud Suresi'nin 3. ayetinde sağdan sola doğru yan yana gelmektedir.

Mars sözünü meydana gətirən hərflər, Muminun surəsinin 45-ci ayəsində sağdan sola doğru yan-yana gəlir.

Mars və Venera planetlərinin fırlanma müddətləri müasir astronomiyaya aid məlumatlardır. Bu planetlərin öz ətraflarındakı dönmə müddətləri astronomlar tərəfindən, Qurandan əsrlər sonra kəşf edilmişdir. Digər tərəfdən müasir astronomiyada istifadə edilən Mars və Venera planetlərinin adları, ərəbcədə sırası ilə Merih və Zuhra olaraq yer alır. Quranın endirildiyi dövrdə fərqli cəmiyyətlər, bu planetlər üçün fərqli adlar istifadə edirdilər. Bu səbəbdən Mars və Venera adlarının Quranda gizli şəkildə yer alması da möcüzə xüsusiyyətindədir.

 

Quranda yer alan bu fövqəladə düzülüşlər, Quranın Qüdrətli Rəbbimizin vəhyi olduğunu bir daha təsdiq edir. Səcdə surəsində Rəbbimiz belə buyurur:

 

Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər. (Səcdə surəsi, 2-3)